Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə137/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   133   134   135   136   137   138   139   140   ...   168
geofiziki kesfiyyat usullari

Qamma spektrometrik üsul.
Bu üsuldan adətən dəqiq işlər zamanı 
istifadə olunur. Müşahidələr əvvəlcədən seçilmiş ərazilərdə aparılır. 
Profillər anomaliyanın böyük oxuna perpendikulyar seçilir. 
Müşahidə məntəqəsində sahəsi 1m
2
olan açıq sahə seçilir. Cihaz işə 
başlamazdan yarım saat qabaq işə salınır. Hər bir müşahidə 
məntəqəsində cihazın gücləndiricisinə etalonla düzəliş verilir. Sonra 
süxurun aktivliyi seçilmiş iş intervalında ölçülür, bu cihazın üzərində 
qoyulmuş çar vasitəsiiə aparılır, bu üç kanaldan ibarətdir-kali, üran 
və radium. Uranın, torinin və kaliumun süxurun tərkibindəki 
downloaded from KitabYurdu.org


291 
zənginliyini işçi düsturla hesablayırlar bu formula spektrometri 
dərəcələdikdə tapılır. Həcmi böyük olmayan işləri əllə 
nomoqramlarla hesablayırlar. Açıqlıqda yataqlar təbii şəraitdən asılı 
olaraq başqa süxurlarla üstü örtülü olur, bə'zən anomaliyaların 
üstündə intensivlik zəif olur, adi qamma planalma ilə də qeyd 
olunmur. Belə halda kiçik ölçülü dəlik qamma planalmadan yaxud da 
dərin quyulardan istifadə olunur. 
Dəlik (şpur) qamma planalınma. Axtarış SRP-68-03 və ŞQ-
25 patronu ilə aparılır. Dəliyin dərinliyi 0,8-1 m olur, bunu əl ilə 
linglə qazırlar. Əgər torpaq qatı 3 m- dən çox olduqda dərin quyu 
axtarışı tamamilə üstü bağlı iki yarusa malik olan sahələrdə tətbiq 
olunur, alt yarus qədim süxurlardan təşkil olunub, üst yarus daha 
cavan süxurlarla təqdim olunur, bir qayda olaraq üst yarus üfüqi 
yatır. Mədən ola bilsin aşağıdakı struktur quruluşa malik olan 
yarusda aşkar olunsun. Bunun üçün ya dərin dəlik, quyu yaxud da 
geniş sahəli yeraltı tunel açılır. Bu dəliklər məhsuldar qatla kəsişənə 
kimi davam etdirilir. 
Emanasyon planalma dəqiq işlər aparılanda üstü qalın (10 
metrlər) məsaməli gəlmə torpaqla örtülən ərazilərdə irimiqyaslı 
xəritəalmada istifadə olunur. Emanasyon planalmanın dərinliyi 
qamma planalmanın dərinliyindən xeyli çox olur, bu eyni zamanda 
torpaq qatına qazın diffuziyasından asılıdır. Qazın diffuziyası o yerdə 
ən böyük qiymətə malik olur ki, orada torpaq həm quru, həm də çox 
məsaməi olsun, digər tərəfdən torpaq məsaməsiz olanda, nəmliyi çox 
olanda və torpaq donmuş olanda qaz diffuziyası zəif olur. Ölçmə 
işləri ayrı ayrı profillərdə aparılır.Ölçmə məntəqələri arasındakı 
məsafə bir-birindən 0-10 metr aralıda olur, profillər arasındakı 
məsafə 5-100 metr olmalıdır. Müşahidə məntəqəsində operator 1m 
dərinliyinə qədər dəlik qazır, oraya nümunə gətürmək üçün xüsusi 
hazırlanmış nümunə götürən salır (zond) sonra operator cihazı 
həmin nöqtəyə qoyub təbii radioaktiv fonu kamerada ölçür, sonra 
kameraya torpaqdan çıxan qazı doldurub klapanı bağlayır və 
ölçmənin nəticələrini cihazın göstəricisindən götürür. Hər 10-15 
nöqtədən bir normal sahədə və anomal nöqtədə 15-60 saniyə iki 
downloaded from KitabYurdu.org


292 
ölçmə işi aparır. Bu toron və radonun zənginliyini havada ayrıca 
təyin etməyə imkan verir (T
2
1
=3,82 sutkada) rado,( T
2
1
= 54,5 saniyə) 
toron anomaliyanın hüdudlarında bir neçə nöqtədə 5-3 dəqiqə ərzində 
qazın zənginliyini təyin edirlər, bu da ölçmənin dəqiqliyini artırır. 
Anomal nöqtələrdə təkrar ölçmə işləri ümumi ölçülən işlələrin 5—
10%-ni təşkil etməlidir. Bunu başqa dəstə aparır. Gündə üç dəfə 
nəzarət məntəqəsində hesablama aparmaq üçün nümunələr 
götürülür.Emanasyon planalmanın nəticələrini hesablamaq üçün 
götürülən bölgülərlə ölçülmüş qiymət emanasiya zənginliyinə 
çevrilir Bk/m
3
. Emanasyanın ümumi zənginliyi hesablanır, sonra isə 
ayrılıqda radon və toronun zənginliyi hesablanır.
C
Rn+Tn
=n
15s”
C
Rn
=1,6(n
60s”_
-0,5n
15s"
)K; C
Tn
=n
15s”
K-C
Rn 
C
Rn
=0,88(n
3 min
-0,1n
15s”
)K; C
Tn
=n
15s”
K-C
Rn’ 
Burada C
Rn 
+
C
Tn
, C
Tn
, C
Rn
radon R

və toronun T
n
qazda ümumi 
zənginliyidir n
15c”
, n
60c
, n
3dəq
cihazdan 15s 60s və 3 dəqiqədə 
götürülən bölgülərin sayıdır. K isə 1 bölgünün emanasiyadan sonrakı 
qiymətidir. Alfa hissəciklərin təsirindən sonra əmələ gələn 
impulsların sayını qeyd edən üsula elektron alfametriya deyilir və 
silisiumlu detektorlara əsaslanıb. Bu üsul emanasiyaya görə həm də 
dərinliyə görə böyük həssaslığa malikdir. 
Radiohidrogeoloji planalma uran, tori və radonun suda parıl-
tılı şüalanma qabiliyyətinə malik olmasına əsaslanır və uran 
yataqlarının axtarışında istifadə olunur. Planalmanın məqsədi yeraltı, 
lay və yerüstü sulardan götürülən nümunələrdə hansı radioaktivliyin 
olmasını təyin etməkdən ibarətdir. Suda mexaniki qarışıq 
olmamalıdır(suda tarazlıqda olan hissəciklər, suda həll olunmuş 
izotoplar, o cümlədən uran radium elementlərini özlərinə adsorbsiya 
edən). Nümunələr ağzı bağlanan təmiz qablarda götürülür, qabların 
ağzı parafin yaxud surqucla möhkəmləndirilir. Süxurların çatlarından 
çıxan, böyük təzyiqli qazlı sular, özüllü süxurların içindən çıxan 
sular tədqiqat üçün böyük maraq kəsb edir. 
EM-6M və EM-6P emonometrlərin köməyi ilə laboratoriyada su 
buxarlarında radium və radonun zənginliyini təyin edir. Su 
downloaded from KitabYurdu.org


293 
nümunəsini kip bağlanan barboterə tökür, bir neçə sutka saxlayırlar 
ki, radon qazı toplansın. Yığılan radon qazını emanometrin ölçmə 
kamerasına keçirirlər, kranı bağlayıb üç saat gözləyirlər. Kameranın 
divarlarında lüminisensiya yaradan alfa hissəciklərin miqdarı üç saat 
ərzində 27 dəfə artır, uyğun olaraq emanometrin göstərişi də bir o 
qədər artır. Nümunədə radonun miqdarı aşağıdakı düsturla təyin 
edilir:
Q
Rn= 
n
3saat
K/2,7; 
N
3saat
radonu kameraya verilən vaxtdakı qiyməti ilə üç saatdan sonra 
göstərdiyi qiymət arasındakı fərqdir.K emanotorun bir bölgüsünün 
qiymətidir. Nümunədə radonun zənginliyinin təyin olunma anı 
aşağıdakı düstur ilə hesablanır. 
C
Rn=
Q
Rn
/V
n
burada, V
n
-ölçülən suyun həcmidir. 
Radonun zənginliyini mənbədən götürülən su nümunəsinin 
götürmə anında təyin etmək üçün aşağıdakı düsturdan istifadə 
edirlər. 
CoR
n
=CR
n
/e
-λ∆t 

t nümunə götürülən andan ölçmə anına qədər olan vaxtdır, saatlarla 

radonun parçalanma sabitidir, radiumun miqdarını su nümunəsində 
radon emanasiyasının miqdarına əsasən təyin edirlər: 
t
k
saat
t
Rn
Rn
e
V
Kn
e
Q
Q








1
(
7
,
2
10
1
3
10
V
k
- emanatorda kameranın həcmidir. t barbatorda radonun yığılması 
üçün sərf olunan vaxtdır. 

radonun parçalanma sabitidir Radiumun 
zənginliyini nümunədə asanlıqla Q
Rn
nümunənin həcminə bölməklə 
V
n
almaq olur. 
Geofiziki və geoloji məlumatları tədqiq etmək üçün anomal 
sahələrdə ya dağ mədən işləri, ya da quyu qazma planlaşdırılır. 
Mədən işlərində üstü açılmış süxurların radioaktivliyi qamma 
planalma cihazları ilə öyrənilir. Datçiki tunelin divarlarında 
gəzdirməklə müxtəlif tezlik impulslar telefonda qulaq asırlar.
Ölçmələrin nəticələrinə cihazı əhatə edən süxurların təsirini yox 
etmək üçün datçikin üstünə qurğuşun ekran geyindirilir. Anomaliya 
downloaded from KitabYurdu.org


294 
aşkar edilən kimi ölçmə nöqtələri arasındakı məsafə 10-20 sm 
sıxlaşdırılır. Nəticələr jurnala yazılır. Quyularda isə qamma karataj 
işi aparılır (XXIII fəsilə bax). 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin