Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə136/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   132   133   134   135   136   137   138   139   ...   168
geofiziki kesfiyyat usullari

 
 
 
XXV Fəsil 
ÇÖL VƏ LABORATORİYA İŞLƏRİ ÜSULLARI
 
Nüvə qeofiziki üsul (çöl və laboratoriya) öyrənilən radioaktiv 
sahələr və radioaktiv şüalanma mənbələri növlərinə görə şö'bələrə 
bölünür. 
Radiometrik üsullar içərisində təbii radioaktivliyi ölçmək üçün 
geniş istifadə olunanı çöl qamma üsuludur, çünki qamma şüaları 
böyük keçicilik xassəsinə malikdir. Qamma üsulla bütün radioaktiv 
izotopların cəm qamma şüalanmaları qeyd olunur, yaxud hər bir
uran, tori, kali enerji spektrlərinə görə ayrıca təyin olunur. 
downloaded from KitabYurdu.org


289 
Emanasion üsul torpaqaltı radon, toron və aktini qazlarında alfa 
şüalanmalarını ölçmək üçün istifadə olunur. Bu işlər həm çöldə, həm 
də laboratoriya şəraitində aparılır. 
Nüvə fizikası üsulu süni şüalanma mənbələrindən istifadə edərək 
süxurların maddi tərkibini və fiziki xassələrini öyrənir. Bu əsasən iki 
növə bölünür: 1 -qamma üsulu qamma kvantla şüalandıqdan sonra 
ikinci şüalanmanı qeyd etməklə öyrənir, 2- neytron üsulu isə süxur-
ların neytron şüalanmasına reaksiyasını öyrənməklə məşğuldur. 
 
§ 98. ÇÖL RADİOMETRİK ÜSULU
Radiometrik üsul süxurların geoloji və geokimyəvi xəritəyə 
alınmasında, radioaktiv lərin kəşfiyyatında və axtarışında, eyni 
zamanda radioaktivliyi olmayan elementlərin axtarışında geniş 
istifadə olunur. Məqsədindən asılı olaraq aparılan işlərin miqyası 
təyin olunur. 
Axtarış planalma işləri 1:200.000, 1:10.000 miqyasında aşkar 
olunmuş yataqların kəşfiyyatında da böyük miqyaslı planaalma işləri 
aparılır. Yolüstü radiometrik kəşfiyyat işləri geoloji və geofiziki 
işləri aparmaq üçün seçilmiş miqyasda aparılır. Radioaktiv planalma 
işlərinin növləri birinci növbədə torpaq layın qalınlığından və onun 
tərkibindən asılı olaraq seçilir. Radiometrik üsula piyada, maşınla, 
dərinliyə görə (quyularda, xəndəklərdə, havada, dənizdə) qamma 
planalma, emanasiya planalma və süxurların radiometrik 
öyrənilmələri aiddir.Ən çox piyada qamma planaalma üsulundan 
istifadə olunur. Bu üsulun köməyi ilə yataqların kəşfiyyat axtarışı, 
istənilən iqlim şəraiti və geomorfoloji şəraitin geoloji xəritəyə 
alınması və s həyata keçirilir. 
Piyada qamma planalmada cihazlar istismar təlimatına uyğun 
etalonlanır, cihazın çirklənməsindən və kosmik şüaların hesabına 
yaranan qalq fon təyin edirlər. Piyada qmma planalma SRP-68-01 
radiometri ilə aparılır. Planalma işinə başlamamışdan qabaq cihaz 
qalıq fonun dərinliyini suyun səthindən 1m dərinlikdə ölçmələr 
aparmaqla yaxud qurğuşun ekranın köməyi ilə təyin edilir. Piyada 
qamma planalmanı başqa geoloji və geofiziki işlərlə yanaşı aparmaq 
downloaded from KitabYurdu.org


290 
olar. Bu işlər tək də aparıla bilər, açıq ərazilərə bu planalmanın 
miqyası 1:200.000- 1:10.000 ya marşrutla, ya da əvvəlcədən seçilmış 
profil üzrə aparılır. Ölçmə işləri aparılan nöqtələr arasında məsafə 
5—50 m götürülür. Planalma vaxtı həmişə telefonda impulsun 
tezliyinə qulaq asmaq lazımdır, bu zaman zondun gilizini yerdən 5—
10 sm yuxarıda tutmaq lazımdır. Ölçmə nöqtəsində və tezliyin 
anaomal artma nöqtəsində gilzi 0,5-1 dəqiqə Yerin səthinə çıxaraq 
ölçmə işi aparılır, əqrəbli cihazdan göstərilən qiymət yazılır. Anomal 
nöqtə qeyd olunduqda əlavə ölçmə işləri aparılır və radioakvtvliyi ən 
böyük olan nöqtələr qeyd olunur. Həmin ərazidən böyük 
radioaktivlikli nümunə axtarılıb götürülür. Anomaliyanın ölçülərini 
təyin etmək üçün əlavə marşrut seçilir və ölçmə işləri aparılır. 
Cihazın sabit iş rejimi səhər və axşam nəzarət məntəqəsində 
iş etalonu 
60
Co və etalonsuz yoxlanılır. Nəzarət məntəqəsi dəstənin 
dayandığı Yerə yaxın sahədə radioaktivliyin normal olduğu yerdə 
seçilir, yəni özüllü süxurların üzə cıxdığı və radioaktiv mineralın 
olmadığı yerdə seçilməlidir. 
Qammaplanalmada nəticələrin qiymətləndirilməsi aşağıdakı 
mərhələlərdə aparılır: 1.orta kvadratik xətanın hesablanması, 2. Qalıq 
fon ücün düzəliş verilməsi və intensivliyin qiymətinin ölçülməsi 



ölç
-

f
, 3. Ölçmələrin qrafiki təsviri. Ölçmələrin qiymələri geoloji 
əsasda çəkilmiş radiometrik xəritədə qeyd edilir. Marşrutlarda 
planalmanı dairəyə alırlar, ya da rənglənir, yaxud da dairənin içi 
karandaşla cızılır. Anomaliya ayrılan ərazidə təkrar olaraq 
spektrometrlə əlavə müşahidələr aparılır. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin