Xələfli A. A


§ 51. Məhdud anomaliyaların ayrılması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə74/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   70   71   72   73   74   75   76   77   ...   168
geofiziki kesfiyyat usullari

 
§ 51. Məhdud anomaliyaların ayrılması 
Yer kürəsinin istənilən nöqtəsində yaranan anomal 
qravitasiya sahəsi yalnız anomal kütlələrin təsiri nəticəsində yaranır. 
Lakin konkret geoloji məsələni həll etmək üçün hər bir halda bu 
ümumi qravitasiya sahəsinin elə tərkib hissəsini ayırmaq lazımdır ki, 
bu sahə bizi maraqlandıran obyekt tərəfindən yaradılmış olsun, yəni. 
qalan kütlələrin təsiri nəzərə alınmasın. 
Müşahidə olunan anomal sahədə bizi maraqlandıran anomali-
yanın ayrıması ona əsaslanıb ki, hər bir kütlə istənilən nöqtədə 
qravitasiya effekti yaradır, bunun qiyməti təkcə on yaradan kütlənin 
ölçülərindən yox eyni zamanda bu kütlələr arasındakı məsafənin 
kvadratından və ölçmə məntəqələri arasındakı məsafədən asılıdır. Bu 
nəticə qravitasiya sahəsinin ən vacib xassələrindən biridir: uzaq 
məsafədə yerləşən kütlə yaxın məsafədə yerləşən kütlədən fərqli 
olaraq nəinki kiçik amplitudalı sahə yaradır, hətta kütlənin miq-
darından asılı olaraq ona bərabər, lakin çox səlisləşdirilmiş (hamar-
lanmış) qeyri müəyyən, aydın olmayan formalı əyri yaradır. 
Həll olunan geoloji məsələnin xarakterindən asılı olaraq hesab etmək 
olar ki, sahə həm məhəlli, həm də erli anomaliyaların sahələrinin 
cəmindən ibarətdir. Ançaq qravitasya sahəsini belə bölmək şərti 
xaraktər daşıyır, cünki ola bilsin geoloji məsələnin həllindən asılı 
olaraq eyni bir anomaliya bir halda məhəlli, halda isə yerli 
anomaliya kimi baxılsın. 
Əgər qravimetrik planalma kiçik miqyaslı geoloji xəritə alma 
üçün aparılırsa, onda qravitasiya sahəsi kökündən elə dəyişdirilir ki, 
nəticədə böyük ölçülərə malik olan anomaliyalar ayrılır, bu, 
öyrənilən geoloji strukturun ölçüləri ilə müqayisə oluna bilən ölçüdə 
downloaded from KitabYurdu.org


158 
olmalıdır. Belə anomaliyalar səlisləşdirilmiş (hamarlanmış) formada 
olur, bu kiçik anomaliyaların təsiri yox edildikdən sonra alınır. 
Böyük miqyaslı axtarış işlərində əsasən kiçik ölçülərə malik 
olan yerli anomaliyalar maraq kəsb edir. Bu anomaliyaların səlis 
ayrılmasına görə cəm sahənin qiymətindən məhəlli anomaliyanın 
qiymətini çıxmaq lazımdır. 
Hal-hazırda çoxlu üsullar işlənib hazırlanıb ki, qravitasiya 
sahəsini kökündən dəyişdirə bilir. Bunlardan ən sadəsi qrafiki 
üsuldur. Bir neçə paralel profil seçib bunların hər biri üçün 

g əyrisi 
qurulur. Qrafikləri təhlil edərək bu qrafiklərə ortaq qiymətli xətt 
çəkilir, yaxuda elə xətt çəkilir ki, bunun qiyməti profilin çox 
hissəsindəki qiymətlərə müvafiq olsun, bu isə məhəlli fonun 
qiymətinə bərabər olaçaqdır. Yerli anomaliyanın yaratdığı ümumi
sahənin qiymətindən məhəlli fonun qiymətini çıxmaqla nail olurlar 
(şəkil 52). Qrafiki səlisləşdirmə usulunun sadəliyinə baxmayaraq çox 
effektlidir. Bu üsulun çatışmayan cəhəti ondan ibarətdir ki, bu 
əməliyyatı hesablama maşınında aparmaq olmur, yəni maşın dilinə 
salmaq hələlik çətindir.
Şəkil
52. 
Məhəlli fonun qrafiki üsulla ayrılması. 
Qravitasiya sahəsini komponentlərə bölmək üçün çox 
hallarda orta qiymətə gətirmə üsulundan istifadə olunur. Bu, 
aşağıdakından ibarətdir. Tədqiq olunan ərazini bərabər sahələrə 
ayırırlar (dairə, düzbucaqlı, kvadrat). Hər bir sahədə alınan anomal 
qiymətlərin qravitasiya anomaliyasının orta hesabi qiyməti təyin 
olunur. 
downloaded from KitabYurdu.org


159 

g=

gn 
burada 

g hər bir müşahidə məntəqəsində anomaliyanın qiyməti, n-
sahədə müşahidə məntəqlərinin sayıdır. 

g
ort
qiyməti bu sahə üçün məhəlli sahənin qiymətinə uyğundur
cünki kiçik bircinsliliyə malik olan sahələr toplanılanda zəifləyir. 
Belə halda ehtimal olunur ki, sahənin məhəlli tərkib hissəsi 
səlis dəyişir. Təçilin anomal qiymətini sahənin mərkəz hissəsində iki 
sahənin fərqi kimi təyin edirlər, yəni sahənin cəm qiymətindən bu 
sahənin orta qiyməti çıxılır. 

g
a
=

g-

g
ort 
Bu üsulda böyük üstünlük sahənin ölçüsünün seçilməsidir. 
Təçrübədə sahənin ölçülərini sadə hesablamalarla, təçrübi olaraq 
seçirlər. Ən yaxşı nəticə o vaxt alınır ki, sahəyə düşən ölçmələr 
kifayət qədərdir müsbət və mənfi anomaliyaların sayı da bərabərdir. 
Bu isə bizə imkan verir ki, yerli geoloji hədəfin yerini, formasını və 
ölçülərini tam təyin edə bilək. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin