Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə77/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   73   74   75   76   77   78   79   80   ...   168
geofiziki kesfiyyat usullari

 
ELEKTRİK KƏŞFİYYATI 
 
Elektrik kəşfiyyatı Geofiziki axtarışların başlıca üsullarından 
biridir. Bu üsul Yerin alt qatlarında təbii və süni elektrik sahələrinin 
öyrənilməsinə əsaslanır. Bundan əlavə bu üsul Yerin geoloji qurulu-
şunun tədqiqatlarında, geoloji xəritəalmada, faydalı qazıntıların kəş-
fiyyatı və axtarışında bir çox müxtəlif hidrogeologiya məsələlərinin 
həllində, dağ mədən işlərində və s. də geniş istifadə olunur. 
Elektrik axtarışları üsulunun tətbiq olunması süxurların elektrik 
xassəsinə görə bir-birindən fərqlənməsinə əsaslanıb. Elektromaqnit 
sahəsinin xususiyyəti öyrənilən ərazinin geoelektrik quruluşundan
filiz kütlələrinin formasından, onun ölçülərindən, yatım bucağından, 
yerləşdiyi dərinlikdən asılıdır. 
Elektrik axtarışlarında qarşıya qoyulan tapşırıq tədqiqat aparılan 
ərazidə bilavasitə geoelektrik kəsilişlərinin qurulması və onun təd-
qiqindən ibarətdir. Süxurların elektrik xassələrini bilərək geoelektrik 
kəsilişində qarşıya qoyulan geoloji məsələni həll edə bilərik. 
Hal-hazırda bütün elektrik axtarışlarında istifadə olunan üsullar 
işlədilən cərəyanın tezliyində aparılır. 
1. Sabit cərəyan üsulu 
2. Dəyişən cərəyan üsulu 
3 Fiziki-kimyəvi mənşəli sahələr üsulu 
4. Yüksək tezlikli dəyişən sahələr üsulu 
Tətbiq olunma sahələrinə görə elektrik kəşfiyyat üsulu bir neçə 
növə bölünür: 1-dərinlik növü Yerin dərin qatlarının quruluşunu, Yer 
qabığını və mantiyanı öyrənməklə məşğul olan sahə. 2-geoloji 
quruluşu öyrənən, məhəlli, kömür, neft, qaz yataqlarını axtarmaq 
üçün aparılan kiçik miqyaslı geoloji planalma. 3-filiz-metal və qeyri-
metal faydalı qazıntı yataqlarını axtarmaq üçün böyük miqyaslı 
geoloji xəritəalma. 4-dağ mühəndis-hidrogeoloji məsələlərinin həlli 
nəzərdə tutulur. 
downloaded from KitabYurdu.org


164 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin