Xeste-qasim


P       4700000000          qrifli  nəşr



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə3/65
tarix28.12.2021
ölçüsü0,84 Mb.
#48227
1   2   3   4   5   6   7   8   9   ...   65
Xeste Qasım

 
P       4700000000          qrifli  nəşr  
     M-651 (07) – 2011    
                                           © Pirsultanlı S. 
 


 
3
Yarım  əsr  Tikmədaşlı   Xəstə  
Qasım  sorağında 
 
 
 
Demək  olar  ki,  1955-ci  ildən  etibarən  ali 
təhsilli,  aşıq  yaradıcılığının  tədqiqatçısı  kimi 
yerli  və  mərkəzi  qəzetlərdə  məqalələrim  çap 
olunurdu. Bunlardan ikisi daha səciyyəvi idi: 
1.   “Xalq ədəbiyyatı nümunələri nə vaxt nəşr 
ediləcəkdir?”
1
 
2.
 
“Aşıq havalarını diqqətlə toplamalı”.
2
 
 
İlk tədqiqatçılıq günlərimdən aşıq nəzəriy-
yəçisi  olaraq,  iki  şəxs    mənim  diqqətimi  cəlb 
etmişdir.  Onlardan  birincisi,  dastanlarımızın  ya-
ranma  tarixini  bilən  Qaracaoğlan,  ikincisi  aşıq-
ların  yaradıcılıq  mövqelərini  düzgün  müəyyən-
ləşdirən, gənc aşıq Növrəs İmandır. Qaracaoğlan 
dastanlarımızın  ümumi  xronoloji  ardıcıllığına 
diqqət yetirən bir dastan aşığı kimi deyir: 
 
Xurşid öz Mahının izinə yatdı, 
Qəmbər Arzusunun dizinə yatdı. 
 
                                                 
1
  Sədnik  Paşayev.  “Xalq  ədəbiyyatı  nümunələri  nə  vaxt  nəşr  edilə-
cəkdir?”  “Azərbaycan gəncləri” qəzeti. 1955-ci il, 26 avqust. 
2
  Sədnik Paşayev.  “Aşıq havalarını diqqətlə toplamalı”.   
“Ədəbiyyat və incəsənət” qəzeti.  1955-ci il,  2 sentyabr.  


 
4
Dünyada Şahsənəm murada çatdı, 
Aşıq Qərib kimi gülən olmadı.
3
 
 
Kərəm Əslisini illərlə gəzdi, 
Axırı tapammadı canından bezdi. 
Yar yolunda ürəyini çox üzdü, 
Aşıq Kərəm kimi yanan olmadı. 
 
Kim görübdü Fərhad ilə Şirini? 
Onlar da sevirdi biri-birini. 
Atdı külüngünü yardı sərini, 
Fərhad tək yar yolunda ölən olmadı. 
 
 
“Azərbaycan  məhəbbət  dastanları”
4
  kita-
bında  Qaracaoğlanın  məlum  qoşması  “Əsli  və 
Kərəm”  dastanında  fərqli  şəkildə  Kərəmin  adına  
verilmişdir.  Şeir  Qaracaoğlana  məxsusdur.  Kə-
rəm  el-el  gəzən  aşıq  deyil,  o,  bir  məhəbbət 
aşiqidir.  Qaracaoğlan  isə  Türkiyəni,  Orta  Asi-
yanı,  Misiri,  İrəvanın  Oxçuoğlu  bölgəsini,  Gür-
cüstanın  Borçalısını  gəzmiş,  dastanlar  söyləmiş, 
şeirlər qoşmuş, aşıq sənətinin səyyarlığını yüksək 
qiymətləndirən  istedadlı  bir  şair-aşıq  olmuşdur. 
                                                 
3
 S.P.Pirsultanlı . “Arzu-Qəmbər dastanları və onun yayılma 
coğrafiyası”,   “Folklor və etnoqrafiya jurnalı”. 2009-cu il. № 6.  
 səh. 127-130. 
4
 “Azərbaycan məhəbbət dastanları”, “Elm nəşriyyatı” Bakı. 1979. 
səh. 94. 


 
5
Qaracaoğlan  da  Kərəmin  adını  həmin  qoşma-
sında  başqa  məhəbbət  aşiqləri  ilə  yanaşı  yad 
etmişdir. 
 
“Əsli  və  Kərəm”  dastanında  verilmiş  beş 
bəndlik  qoşma  içərisində  Qaracaoğlana  aid  bir 
bənd  şeir  ilişib  qalmışdı  ki,  bu  da  tədqiqat  üçün 
çox dəyərli bir faktdır.  Həmin bənddə deyilir: 
 
Ağ Qovaq qız Yüri bəyinin dəngi, 
Şah İsmayılın  yarı Ərəbzəngi, 
Leyla da bir zaman Məcnunun dəngi, 
Onlara da imdad olan olmadı.
5
 
 
 
Bizim  üçün  burada  ən  maraqlı  olan  “Ağ 
Qovaq qız”ı əhvalatıdır. Məlumdur ki, Oğuz xan 
ova  çıxarkən  günəşin  saçaqları  arasından  bir  qız 
çıxır.  Ona  Günəşqızı  deyirlər.  Günəşqızının 
Oğuzdan  üç  oğul  uşağı  -  Ayxan,  Günxan  və 
Ulduzxan  adlı övladları doğulur.  İkinci dəfə  ova 
çıxarkən  dənizdə  bitmiş  ağ  qovaq  ağacının 
koğuşundan, yəni içərisindən bir qız çıxır. Həmin 
qıza    isə  Dənizqızı  deyilir.  Dənizqızından  da 
Oğuzun  üç  oğlu  olur.  Bunların  adını  Dənizxan, 
Dağxan və Göyxan qoyurlar. Burada bizim üçün 
                                                 
5
 “Azərbaycan məhəbbət dastanları”, “Elm nəşriyyatı”,  Bakı, 1979, 
səh. 94. 


 
6
maraqlı  olan  Ağ  Qovaq  qızının  adının  çəkil-
məsidir. 
“Əsli  və  Kərəm”  dastanında  Xəstə  Qasımın 
məlum  bir  qoşması  da  Kərəmin  bir  qoşması  ilə 
qoşalaşır.  
Kərəm  məhəbbət  aşiqidir.  Xəstə  Qasım  isə 
dərin  mündəricəli  ustadnamələr  müəllifi  kimi 
sələflərindən və xələflərindən çox irəli getmişdir. 
“Canım  aldı  gülü  məndən  alınca”  şeiri  yüz 
illərdir  ki,  məclislər  yola  salmış  ustadnamədir. 
Dastan yaradıcılığına dərindən bələd olan elə bir 
aşıq tapmaq mümkün deyildir ki, Xəstə Qasımın 
bu  qoşma-ustadnaməsini  əzbərdən  bilməsin, 
məclislərdə söyləməsin. 
 
Alimdən dərs aldım əlif-bey üçün, 
Sürahilər düzülübdür mey üçün, 
Dəli könül, qəm çəkirsən nə üçün? 
Qəmli günün şad günü var yanınca.
6
     
 
Hətta,  adı  çəkilməyən  bir  qoşmada  söz 
deyiminə və ləfsinə görə dərhal təyin etmək olar 
ki,  bu  Xəstə  Qasımın  şeiridir.  Xəstə  Qasımın 
şeirləri  yüzlərlə,  minlərlə  şeirə  qarışsa  belə  onu 
seçmək, ayırd etmək olar.   
                                                 
6
 “Aşıqlar” kitabı, Bakı, 1960,  səh. 41. 


 
7
Qaracaoğlan  bütün  aşiqlərin  faciəli  həyatına 
acıyır.  Onun  şeirinin  möhür  bəndinə  diqqət  ye-
tirdikdə  görürük  ki,  Qaracaoğlanın  öz  həyatı  da 
sirli-sehrlidir.  Özünün  dediyi  kimi  onun  da  dər-
dini həyatda bilən olmamışdı. 
 
Qaracaoğlanam, dağ döşündə oturdum, 
Bir olan dərdimi minə yetirdim. 
Həkimi – loğmandan dərman gətirdim, 
Mənim dərdlərimi bilən olmadı. 
 
 
Qaracaoğlan  aşıq  şeir  və  musiqisi  ilə 
yanaşı,  dastan  yaradıcılığına  böyük  önəm  verir. 
Doğrudan  da,  dastan  aşığın  ana  əsəridir,  dastan 
aşığın  dərsliyidir,  ustad  aşıq  öz  şagirdlərini 
dastan  vasitəsi  ilə  yetişdirir.  Dastanın  quruluşu, 
onun  öyrənilməsi  şagirdlər  üçün  bir  məktəbdir. 
Əgər  dastan  qəhrəmanlıq  dastanıdırsa,  onun  əv-
vəlində  vücudnamə  olur.  Klassik  aşıq  yara-
dıcılığında  onun  bir  adı  da  pişrovdur.  Ona  görə 
ki,  vücudnamə  dastanın  başlanğıcı,  giriş  hissə-
sində  deyilir.  Dastanın  sonunda  isə  cahannamə 
olur.  “Kitabi  -  Dədə  Qorqud”  da  çox  boyların 
sonunda aşağıdakı cahannamə nümunəsi verilir. 
 
Gəlimli, gedimli dünya, 
Son ucu ölümlü dünya. 
 


 
8
Torpaq aldı, yer gizlədi, 
Fani dünya kimə qaldı? 
 
 
Xəstə  Qasımın,  Abdalgülablı  Valehin  ya-
ratdıqları  “Cahannamə”lər  indi  də  öz  müasirlik-
lərini  saxlamaqdadırlar.  Müxəmməs-duvaqqap-
malar  insanda  xoş  əhval-ruhiyyə  yaratmaq  məq-
sədi  daşıyırsa,  “Cahannamə”lər  dünyadan  neçə-
neçə  yenilməz,  əfsanəvi  qəhrəmanın,  məhəbbət 
aşiqinin  köçdüyünü  sadalamaqla,  yada  salmaqla 
insanı  dözümlü,  səbirli,  iradəli  olmağa  çağırır, 
ona bir növ təskinlik verir.  
 
Xəstə  Qasımın  “Cahannamə”sinin  son 
möhürbəndi belə tamamlanır: 
 
İsgəndər Daranı taxtından saldı, 
Cahana şah gəldi sonu nə oldu? 
Yarı yolda öldü, Misirdə qaldı, 
Qasım kimi yandı, kül oldu getdi.
7
 
 
 
Abdalgülablı  Valeh  də  yaratdığı  “Cahan-
namə”də  dünyadan  köçmüş  şahları,  xaqanları, 
məhəbbət aşiqlərini bir-bir yad edir. 
 
Ənənəyə  görə  qəhrəmanlıq  dastanlarının 
əvvəlində “Vücudnamə”lər verilmiş, qəhrəmanın 
                                                 
7
 Xəstə Qasım. Bakı “Gənclik” nəşriyyatı, 1975, səh 26. (toplayanı 
və tərtib edəni  Sədnik Paşayev).  


 
9
bir  yaşından  yüz  yaşına  qədərki  fizioloji,  psi-
xoloji, fiziki inkişafı, ayrı-ayrı dövrlərdəki hünər 
və bacarığı izlənilmişdir.  
 
Qaracaoğlan dastan ifaçısı olmaqla yanaşı, 
özü  də  bir  neçə  dastanın  müəllifidir.  Bizə  görə 
“Mahmud  və  Nigar”  dastanını  da  Qaracaoğlan 
yaratmışdı.  Ağbabalı  Aşıq  İsgəndər  “Qaracaoğ-
lan və Yaxşı” adlı bir dastanın olduğunu da qeyd 
edir. 
 
Qars  bölgəsində  yayılmış  “Mahmud  və 
Nigar” dastanında Mahmud Nigarın atası tərəfin-
dən  dəryaya  atılır.  Onun  ardınca  da  Mahmudun 
dostu Abid Qənbər və Nigar da özlərini dəryaya 
atırlar. Yeganə qızı üçün peşman olan Nəsrin şah 
yenidən qızını həyata qaytarmaq fikrinə düşür.  
 
Qaracaoğlanın  sazının  hər  teli,  sözünün 
hər bəndi bir adama həyat verir. Qaracaoğlan bu 
məqamlarda Dədə Qorqudla yanaşı dayanır. O da 
“müşkülləri həll edir”, onun sazı da  qopuz kimi 
ecazkardır.  
 
Aşıq  poeziyasında  yaranmış  “Cahanna-
mə”lər içərisində Növrəs İmanın “Cahannamə”si 
məzmununa və bədii tutumuna görə seçilir. Növ-
rəs  İmanın  üstün  cəhəti  odur  ki,  o,  yaradıcı 
sənətkarların  şeiriyyətini,  onların  aşıq  poeziya-
sındakı  mövqelərini  düzgün  müəyyənləşdirə 
bilir. 
 


 
10
Oyur ciyərimi möhnət alması, 
Viranə könlümün açılmaz pası. 
Ələsgər, Qasım, Şikəstə Abbası, 
Qalan şair hamı üz gəlib-gedib. 
 
Yaxşı bəyənmişəm Miskin Abdalı, 
Cəm imiş başında huşu, kamalı. 
Vaqif qarışdırıb çox qeyli-qalı, 
Sözlərində gəlin, qız gəlib-gedib.
8
 
 
 
“İmanı aşıqlara sevdirən, el arasında yaşa-
dan  əsl  xalq  poeziyası  ruhunda  yazdığı  qoş-
malarıdır.  Aşıqlar,  İmanı  zəngin  təcnis  yaradı-
cılığına görə ustad sənətkar sayırlar”.
9
  
 
Burada  gənc  tədqiqatçı  olaraq  mənim 
diqqətimi  Miskin  Abdal  və  Xəstə  Qasım  cəlb 
etdi. Onların Dağıstanla bağlı ədəbi irslərini, əla-
qələrini  öyrənmək  üçün  Dağıstana  səfər  etdim.  
Cənubi Dağıstanda Məhərrəm (kənd) rayonunda, 
Miskincə  kəndində  bütövlükdə  Doqquzpara  Da-
ğıstanda    oldum.  Miskin  Abdal  haqqında  zəngin 
material  topladım.  Bunların  içərisində  Miskin 
Abdalın marallar haqqında yaratdığı sehrli dastan 
                                                 
8
 S.P.Pirsultanlı. “Azərbaycan aşıq yaradıcılığına dair araşdırmalar” 
Bakı, Azərnəşr, 2010, səh. 208. 
9
  Sədnik  .Paşayev.    “Ağdabanlı  Qurban  və  müasirləri”,  (namizədlik 
dissertasiyası), 1969-cu il, səh. 190. 
 


 
11
mənim  üçün  nadir  sənət  incilərindən  biridir. 
Dağıstanla  Maymak  dağı  arasında  cərəyan  edən 
həmin  dastanın  nəşri  oxuculara  ən  böyük  ərmə-
ğan  olacaqdır.  Sonra  aşıq  yaradıcılığı  pərəs-
tişkarları  ilə  görüşdüm.  Mahaçqalada  və  Dər-
bənddə  arxivlərlə  tanış  oldum.  Dağıstan  görüş-
lərimlə  bağlı  olaraq  çox  maraqlı  məqalələr  yaz-
dım.  Bu  yazılar  içərisində  Miskin  Abdal  haq-
qında yazdığım jurnal məqaləsi
10
 və Xəstə Qasım 
haqqında yazdığım tarixi məqalə
11
 “Azərbaycan” 
jurnalında  çap  olundu.  Xəstə  Qasım  haqqında 
jurnal  məqaləsində  göstərdiyimiz  kimi  qocaman 
folklor  pərəstişkarı  Əli  Mücrim  Tağızadənin 
yazıya  aldığı  qeydlər  tədqiqat  üçün  çox 
maraqlıdır.  Lakin  istər  Əli  Mücrim,  istərsə  də 
Dağıstan  folklorunun  tədqiqatçısı  Uzdiat  Dalqat 
bir  məsələdə  yanlışlığa  yol  verirlər.  Əli  Mücrim 
öz əlyazmasında qeyd edir: 
 
“Həsən  Əfəndi  Əlqədarinin,  Hacı  Əbdür-
rəhman  Əfəndinin,  istərsə  Nuru  Əfəndinin  yaz-
dıqları  “Bax”  rədifli şeirləri    Molla  Pənah  Vaqif 
həbsə  düşdükdə    yazdığı    “Bax”  şeirinə  nəzirə 
deyilmi?” 
                                                 
10
 Sədnik  Paşayev. “Miskin Abdal” (məqaləsi), “Ulduz” jurnalı,    
      7 iyul, 1985. 
11
 Sədnik  Paşayev. “Xəstə Qasım haqqında”, “Azərbaycan”  jurnalı,                    
    11 noyabr, 1973. 


 
12
 
Həmin  səhvi  Uzdiat  Dalqat  «фолклор  и 
литература  народов  Дагыстана»  (Dağıstan 
xalqlarının  folkloru  və  ədəbiyyatı)  adlı  elmi 
əsərində də təkrar edir.  
 
Elə  Dağıstan  tədqiqatçılarını  və  folklor-
çularını  çaşdıran  da  “Bax”  rədifli  şeirlərdir. 
Çünki,  onlar  Molla  Pənah  Vaqifin  “Bax”  rədifli 
qəzəli  ilə  tanış  olduqları  halda,  Xəstə  Qasımın 
ondan əvvəl yazılmış, bəlkə də Dağıstanın özün-
də  yaranmış  “Bax”  rədifli  divanisindən  xəbər-
sizdirlər. 
 
Ona  görə  ki,  Vaqifin  qəzəli  nəşr  edildiyi 
halda, Xəstə Qasımın “Bax” rədifli divanisi hələ 
çap olunmamışdır, elm aləminə məlum deyildir.  
 
Xəstə  Qasımın,  eləcə  də  onun  “Bax”  şei-
rinə nəzirə yazmış Məmmədhüseynin divanisi ilk 
dəfə  olaraq  nəşr  olunur.  Bu  şeirlər  “Aşıqlar” 
kitabına eləcə də “Azərbaycan ədəbiyyatı tarixi” 
kitabına  daxil  edilməmişdir.  Xəstə  Qasımın 
“Bax” divanisi belədir: 
 
İnsan oğlu qafil olma, aç gözün qəbristanə bax! 
Üz çevir haqqın yoluna, haqq ilə divanə bax. 
Bu dünya dediyin boş müsafirxanədir, 
Hər gələn köçər, hər gedən mehmanə bax. 
 
Gözləyin halal-haramı, şeytandan uzaq olaq, 
Yandırın xilas fənarın, behiştin bağın bulaq. 


 
13
Satın bu dünya malını, axirətdən mülk alaq, 
Süleymana qalmayan dünya, qalmaz  
                
 
 
heç insana, bax. 
 
Göydən bir balıq endi, itirmədi sayını, 
Hər gədələr sultan oldu, tapdı öz tayını. 
Qarışqalar aslan oldu, sökdü himin layını, 
Xəstə Qasım, qıl tamaşa boş qalan  
   
 
 
 
meydana bax.
12
 
 
 
Məmmədhüseynin Xəstə Qasımın “Bax” rə-
difli  divanisinə  yazdığı  nəzirənin  özü  qiymətli  
bir sənət incisidir.  
 
Ey könül qafil  olma, Əliyul  İmrana bax, 
Məhəmməd şəninə gəlib, oxunan Qurana bax.  
İsmayıl getdi Mina  dağına qurban olmağa, 
Cəbrayıl  bir qoç gətirdi, sürməli qurbana  bax.  
 
İbrahim Xəlilullah Əhdi peyman eylədi, 
Apardı Mina dağına, oğlunu qurban eylədi, 
Anası Həcər nalə çəkdi, ahu-fəqan eylədi, 
Bar  ilahi kərəm qıldı, göndərdiyi  qurbana bax.  
 
Küfə əhli bihəyalar, İmam üstə gəldilər, 
Şərmi həya qılmadılar, haqqı dildən saldılar, 
 
 
                                                 
12
 S.P.Pirsultanlı. Folklorşünasın arxivindən. 


 
14
O yerdə dava düşdü, tamam şəhid oldular, 
Məmmədhüseyn qıl tamaşa, boş qalan  
                                             meydana bax
.
13
 
 
Xəstə  Qasımdan  çox  sonra  yazılmış  Molla 
Pənah Vaqifin “Bax” qəzəli isə belədir. 
 
Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax! 
Ruzigara qıl tamaşa, karə bax, girdarə bax! 
Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə, 
Hökmü adil padşahi-qadiru qəhharə bax! 
 
Sübh söndü şəb ki, xəlqə qiblə idi bir çıraq, 
Gecəki iqbalı gör, gündüzdəki idbarə bax! 
Taci-zərdən ta ki, ayrıldı dimaği-pürqürur, 
Payimal oldu təpiklərdə, səri-sərdarə bax! 
 
Mən fəqirə əmr qılmışdı siyasət etməyə, 
Saxlayan məzlumu zalimdən o dəm qəffarə bax! 
Qurtaran əndişədən əhəngəri-biçarəni, 
Şah üçün ol midbəri təbdil olan mismarə bax! 
 
İbrət et ağa Məhəmməd xandan, ey kəmtət gəda, 
Ta həyatın var ikən nə şahə, nə xunxarə bax! 
Vaqifa, göz yum, cahanın baxma xubu ziştinə, 
Üz çevir ali-əbayə, Əhmədi-Muxtarə bax!
14
 
                                                 
13
 Sədnik Paşa Pirsultanlı. Folklorşünasın arxivindən. 
14
 M.P.Vaqif . “Qurban olduğum”. Bakı, “Gənclik”. 1994,  
səh. 89-90. 


 
15
 
Aydın  olduğu  kimi  Vaqifin  “Bax”  şeiri 
qəzəl,  Xəstə  Qasımın  eyni  adlı  şeiri  isə  divani 
şəklindədir. Dağıstan şair-aşıqları da öz şeirlərini 
qəzəl şəklində  deyil, Xəstə  Qasım  kimi  “divani” 
şeir formasında yaratmışlar. 
 
XVII  əsrin  böyük  sənətkarı  Tufarqanlı 
Aşıq  Abbas  Xəstə  Qasımdan  çox  əvvəl  “Bax” 
rədifli  divani  şeiri  yazmışdır.  Lakin  Tufarqanlı 
Abbasın Dağıstanla, Dağıstan aşıqları ilə heç bir 
əlaqəsi  yoxdur.  Onun  qiymətli  bir  sənət  incisi 
olduğunu və  indiyə qədər   heç yerdə  nəşr olun-
madığını  nəzərə  alaraq  onu  burada  nəşrə  daxil 
etməyi məqsədəuyğun bildik: 
 
Zəmində giriftar idim, əkbəri sübhanə bax! 
İki cahanın növrağı şöfkət ilə şanə bax. 
Mələkdən dər açıldı, kökəbi sitarələr, 
Səlli əla-əlli-əba aləmi heyranə bax! 
 
Bir buludan bərgi qıldı, atdı zəngi zərbər, 
Möminlərə səxavətçi, müsəlmana rəhbər. 
Aləm qalxdı səmavətə, cahan oldu laləzər, 
Kəlmə var kəlmə içində, kövsəri rizvanə bax! 
 
Yeddi yerdi, yeddi göydü, yeddi xanizənə, 
Cəbrayıl çaldı şapərin, ərş-əlaya düşdün. 
 
 


 
16
Müşküllər həll edən Divarqan Abbas üçün, 
Üz döşərəm xaki payına həbib rəhmanə bax!
15
 
 
 
Xeyli  material  topladıqdan  sonra  Tik-
mədaşlı Xəstə Qasım irsini ayrıca kitab şəklində 
nəşr etdirmək qərarına gəldim. Təxminən səksən 
səhifəyə  yaxın  Xəstə  Qasımın  şeirlərini,  dasta-
nını,  onun  haqqında  olan  rəvayətləri  toplayıb 
“Gənclik”  nəşriyyatına  təqdim  etdim.  Lakin  so-
vet  dönəmindəki  senzura  bu  ədəbi  irsi  bütöv-
lükdə  çap  etməyə  icazə  vermədi,  təkcə  qırx  altı 
şeirini seçib “Xəstə Qasımın şeirləri” adı altında 
çap  etdirdilər.  Xəstə  Qasım  öz  şeirlərində  ürək 
yanğısı  ilə  “Qızıl  cildli”  kitabını  itirib,  tapma-
dığını  qeyd  edir.  Mən  nəşriyyatdan  dönə-dönə 
xahiş  etdim  ki,  Xəstə  Qasım  “Qızıl  cildli”  kita-
bını  axtarıb  tapmamışdı,  mən  isə  onun  qızıl 
sözlərini ipə-sapa düzüb kitab halına gətirmişəm. 
Onlar  mənim  xahişimi  yerinə  yetirib  qızıl  rəngli 
kitabını  buraxdılar.  (1975).  Mən  sevincək  kitabı 
götürüb Təbrizə yollandım. Təbrizin 78 km-dəki 
Tikmədaş  qəryəsinə  gəldim.  Kitabı  qəbristanlıq-
da  Xəstə  Qasımın  məzarı  üstə  qoydum  və  öz 
duyğularımı  qələmə aldığım şeirimdə belə ifadə 
etdim. 
 
                                                 
15
 Sədnik Paşayev. Folklorşünasın arxivindən. 


 
17
Arzun mənə qanad verdi, 
Axır Tikmədaşa gəldim. 
Görüşünə tək gəlmədim, 
Həsrətimlə qoşa gəldim! 
 
Çəkilib güldən-gülabın, 
Yerə-göyə sığmaz təbin, 
Əlimdə qızıl kitabın, 
Ustad, coşa-coşa gəldim! 
 
Güzar etdim güzarına, 
Baş əyməyə məzarına, 
Sədnik, Qasım dağlarına, 
Mahnı qoşa-qoşa gəldim.
16
 
 
Əlli  il  bundan  əvvəl  Xəstə  Qasım  yaradı-
cılığına necə başlamışamsa da, həmin həvəslə də 
öz  tədqiqat  işimi  davam  etdirirəm.  Bu  günlərdə  
“Xəstə Qasımın sələfləri və xələfləri” adlı iyirmi  
səhifəlik  elmi  məqaləmi  oxuyan  tədqiqatçı  alim 
Seyfəddin Rzasoy yazmışdır: 
“Qeyd  olunmalıdır  ki,  sənətkarın  yaradıcılığı 
prof. Sədnik Paşa Pirsultanlının  “Xəstəqasımşü-
naslıq”  araşdırmalarının  üçüncü  mərhələsində 
alimi  məhz  bu  istiqamətdə  daha  çox  düşün-
dürmüşdür.  Onun  bu  mərhələnin  yekunu  hesab 
                                                 
16
 “Daşkəsən” qəzeti, 14 may,  1993-cü il. 


 
18
etdiyimiz “Tikmədaşlı Xəstə Qasımın sələfləri və 
xələfləri”  adlı  tədqiqatı  da  bunun  ifadəsi  olub, 
sənətkarın bir ədəbi hadisə kimi Azərbaycan xalq 
poeziyasının  tarixi  inkişafındakı  yeri  və  rolunun 
obyektiv şəkildə öyrənilməsinə xidmət edir”.
17
  
İstedadlı  tədqiqatçı  olan  Seyfəddin  Rzasoyun 
sözlərinə  cavab  olaraq,  bundan  sonra  deyəcə-
yimiz  yekun  sözü  də  xoş  xəbər  olar.  Siz  Xəstə 
Qasım haqqında üç mərhələdə mənim fikirlərimi 
qeyd edirsiniz. Mən sizi sevindirəcək bir sözü də 
demək istəyirəm. Xəstə Qasım ədəbi irsi haqqın-
da  üçüncü  mərhələdən  sonra  da  yeni  söz 
deyəcəyimə  ümidim  var.  Xəstə  Qasım  haqqında 
ömrümün  son  anına  qədər  axtarışlarım  davam 
edəcək və böyük sənətkar haqqında daha dəyərli, 
Xəstə  Qasımın  şəxsiyyətinə  və  yaradıcılığına 
layiq söz deyəcəm. Xəstə Qasım bundan da yük-
sək tədqiqat əsərləri yazılmağa layiqdir. 
“Xəstə  Qasım”  kitabının  çapdan  çıxmasını 
sevinclə  qarşılayan  professor  Xəlil  Yusifov 
“Xəstə  Qasım”  kitabını
18
  Azərbaycan  ədəbiyyatı 
üçün  böyük  nailiyyət  hesab  edir.  Kitabın 
müqəddiməsini, özünü oxuyub qiymətli nəticələr 
əldə etdiyini bildirərək yazırdı: 
                                                 
17
 Seyfəddin Rzasoy. “Azərbaycan folklorşünaslığı tarixi və Sədnik 
Paşa Pirsultanlı”.  Bakı,  “Nurlan”  2008,  səh. 160. 
18
 “Gənclik” nəşriyyatı,  Bakı, 1975. 


 
19
 
“Azərbaycan  aşıq  poeziyasının  mənşəyi, 
kökləri  tarixin  naməlum  dövrlərinə  gedib  çıxır. 
Onun bizə məlum tarixi XVI əsrdən, Şah İsmayıl 
Xətayi  dövründə  yetişən  Dirili  Qurbani  ilə 
başlayır.  Onun  arxasınca  Aşıq  Abbas  Tufarqanlı 
və  Xəstə  Qasım  gəlir.  Bunlar  bir  növ  yeni  aşıq 
poeziyasının baniləri hesab olunurlar. Onlar klas-
sik  yazılı  ədəbiyyatdan  faydalanaraq  aşıq 
poeziyasını  formaca  büllurlaşdırmış,  məzmunca 
dərinləşdirmişdir.  Onların  yaradıcılığı  xalqın 
həyatını  əks  etdirmiş,  sevinc  və  kədərinin  tər-
cümanı olmuşdur.
19
  
Xəlil Yusifovun və digər söz sahibi alimlərin 
Xəstə  Qasım  haqqında,  bizim  tədqiqatlarımıza 
dair  inamla fikir söyləmələri bizdə Xəstə Qasım 
irsini  dərindən  öyrənməyə  böyük  maraq  yaratdı. 
Burada  bir  məsələnin  üstündən  də  elə-belə  ötüb 
keçmək olmaz.  
 
Görkəmli  ədəbiyyatşünas  Salman  Mümtaz 
ciddi  bir məsələyə toxunur. O, “Molla Qasım və 
Yunis İmrə” adlı məqaləsində yazır: 
“XIII  əsrdə  yaşamış  Şirvanlı  Molla  Qasım 
haqqında Yunis İmrə maraqlı bir fikir söyləyir: 
 
 
                                                 
19
 Xəlil  Yusifov.  “Azərbaycan müəllimi” qəzeti, 14 aprel, 1976. 
“Elm və sənət adamları Sədnik Paşa Pirsultanlı haqqında”. I  cild,  
“Pirsultan”,  2003. səh. 139. 


 
20
Dərviş Yunis bu sözü əyri-büyrü söyləmə, 
Səni siyğəyə çəkər bir Molla Qasım gəlir.
20
  
 
Yunis  İmrə  ehtiyat  edir  ki,  Şirvanlı  Qasım 
onu  siyğəyə  çəkməsin,  yəni  məzəmmət  etməsin. 
Burada  bizi  maraqlandıran  odur  ki,  Salman 
Mümtaz  Şirvanlı  Molla  Qasımın  adına  verdiyi 
şeir nümunələrinin bir qismi Xəstə Qasıma məx-
susdur. Xəstə Qasımın “Bax” divanisinin ilk mis-
rası  ilə  tanış  olduqdan  sonra  “Gördüm”  gəray-
lısının    Xəstə  Qasıma  məxsus  olduğunu  yəqin 
edə  bildik.  “Dön  qəbristanə  bax”  misrasına  uy-
ğun  gələn  “Gördüm”  gəraylısında  belə  bir  bənd 
vardır: 
 
Sınıx saxsı kimi başlar, 
Çürümüş ol qələm qaşlar. 
Tökülmüş inci tək dişlər, 
Yanır pirü cavan gördüm.
21
 
 
Hələlik folklorşünaslıqda Molla Qasımın şəx-
siyyəti,  ədəbi  irsi  öyrənilməmişdir.  Başda  pro-
fessor  Məmmədhüseyn  Təhmasib  olmaqla  bir 
çox  alimlərimiz  bu  və  digər  şəkildə  Şirvanlı 
Molla  Qasımın  həyatının,  ədəbi  irsinin  öyrənil-
məsi  sahəsində  müəyyən  təşəbbüslər  göstər-
                                                 
20
 Salman  Mümtaz.  “Azərbaycan ədəbiyyatının qaynaqları”, 
“Yazıçı”, 1986, səh. 354 
21
 Yenə  orada.  səh. 355. 


 
21
mişlər.  Bizcə  Molla  Qasım  şəxsiyyətinin,  irsinin 
öyrənilməsində  kiçik  bir  folklor  nümunəsi,  şeir 
parçası,  tarixi  bir əhvalat  bu sahədə tədqiqatçıya 
kömək ola bilər. Şirvanlı Qasımın izinə düşərkən 
bir neçə fakt məni özünə cəlb etmişdir. Şirvanşah 
Axsitanın Nizami Gəncəviyə “Leyli və Məcnun” 
mövzusunda əsər yazmağı tövsiyə etməsi maraq-
lı  bir  faktdır.  Belə  məlum  olur  ki,  ərəb  mənbə-
lərindən  əlavə,  o  dövrdə  Şirvanda  “Leyli  və 
Məcnun”  adlı  bir dastan  mövcud  imiş  və aşıqlar 
həmin  dastanı  məclislərdə  oxuyurmuşlar.    Doğ-
rudan  da,  əskidən  qalmış  “Leyli  və  Məcnun” 
dastanı  “Nizami  əsərlərinin  el  variantları”  kita-
bına  daxil  edilmişdir.
22
  Bu  mətləbin  Şirvanlı 
Molla Qasıma nə dəxli vardır? 
Əgər  əlimizdə  “Molla  Qasım  və  Gürcü  qızı” 
adlı  əski bir dastan olmasaydı,  biz bu  məsələ  ilə 
maraqlanmazdıq. 
Məlumdur  ki,  Şirvanşah  Məniçöhr  Gürcü 
çariçası Tamaranın nəslindən olan Gürcü qızı ilə 
evlənmiş  və  onun  oğlu  Axsitan  Gürcü  qızından 
doğulmuşdur.  Görünür  ki,  Qurbani  Şah  İsmayıl 
Xətayi  sarayına  yaxın  bir  aşıq  olduğu  kimi, 
Molla  Qasım  da  öz  dövründə  (XIII  əsr) 
Məniçöhr  və  Axsitandan  sonra  Şirvanşahlar 
                                                 
22
 “Nizami əsərlərinin  el variantları” , (toplayanları H. Əlizadə,  
 M.H.Təhmasib), “Azərnəşr”,  Bakı, 1941,  Müqəddimə, səh. 4.  


 
22
sarayına  yaxın  olmuş  və  gəncliyində  bir  gürcü 
qızını  sevmişdi.  İndinin  özündə  belə  ləzgi  ilə, 
gürcü ilə evlənən nəslin uşağına ləzgi qızı, gürcü 
qızı və ya ləzgi oğlu, gürcü oğlu deyilir. Deməli, 
biz  Şirvan  torpağında  öz  keçmişini  yaşadan 
gürcü  oğulları,  gürcü  qızları  adını  daşıyan  nəsil-
ləri  tapıb  üzə  çıxarmalı,  əfsanələşmiş,  nağıl-
laşmış  əhvalatarın  mahiyyətini  tapıb  açmaqla, 
Şirvanlı Molla Qasımın Şirvanın harasında yaşa-
masını və nəsil-şəcərəsini öyrənə bilərik. Əlbəttə, 
tədqiqat bir günün, bir ilin işi deyil. Bu bir ömür 
tələb edir. Belə gərəkli tədqiqat üçün bir yox, bir 
neçə  nəsillər  hövsələdən  düşmədən  bu  tədqiqatı 
davam  etdirməlidirlər.  
 
Güney  Azərbaycanda  dərin  təhsil  görmüş 
heç bir sənətkarı, o cümlədən, Tufarqanlı Abbası, 
Molla  Abbas  və  digər  təhsil görmüş  sənətkarları 
Molla deyə çağırmamışlar. Quzey Azərbaycanda 
bu ənənə əsrlərdən bəri davam etməkdədir. Mol-
la  Vəli  Vidadi,  Molla  Pənah  Vaqif  kimi 
sənətkarların  bu  ad,  titullarını  yaşatdıqları  bizə 
məlumdur.  Mən  Molla  Qasımın  həyatı,  şəxsiy-
yəti,  yaradıcılıq  yolu  haqqında  olan  tədqiqatı 
ömrüm  çatsa  özüm,  çatmasa  mənim  yetiş-
dirdiyim  folklorçular  nəsli  sona  çatdıranadək 
davam  etdirəcəklər.  Əgər  Molla  Qasım  bir 
şəxsiyyət  kimi  tarixdə  mövcud  olmasaydı,  onun 
adı  XIII  əsrin  böyük  sənətkarı  Yunis  İmrə  ilə 


 
23
əlaqələnməz,  Salman  Mümtaz  kimi  ədəbiyyat-
şünasın  diqqətini  cəlb  etməzdi.  Eyni  zamanda 
“Molla Qasım və gürcü qızı” adlı əski bir dastan 
yaranıb, bizim günlərə gəlib çatmazdı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
24

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin