II Fəsil
Xəstə Qasımın çoxşaxəli və
mürəkkəb yaradıcılıq yolu
Öz sənət yolunu dəyişən, yəni qəzəlxan-
lıqdan çıxıb aşıq sənəti sahəsinə keçən Xəstə
Qasım yazılı ədəbiyyatdakı sənət incilərini yeni
şeir formaları şəklində, yəni qoşma, müstəzad və
başqa şəkillərdə yazılı ədəbiyyatdan aşıq poe-
ziyasına gətirir. Xəstə Qasım hələ yaradıcılığı-
nın ilk çağlarından başlayaraq Nizaminin mina-
catlarını, meracnamələrini ustadnamələrə gətir-
diyi kimi, Nizaminin yaradıcılığından elə örnək-
lər, elə təşbihlər alıb aşıq yaradıcılığına gətirir
ki, insan heyrətə gəlir.
Nizami bir müdrik kəlamında deyir:
Əvvəl əyri bitən bir cavan budaq,
Zənn etmə, qocalsa düzgün olacaq.
39
Həmin beyti Xəstə Qasım yenidən belə səs-
ləndirir:
Əvvəl yerdən çıxan əyri ağacı,
Yüz min usta rəndələsə düz olmaz.
40
39
Nizami Gəncəvi. “Xosrov və Şirin”, Bakı, 1962, səh. 222.
40
Xəstə Qasım. Bakı, 1975, səh.10.
44
Nizami həmin fikri eyni əsərində başqa şəkildə
də işlətmişdir. Hər dəfə ifadə etdiyi fikrə, təsvir
etdiyi vəziyyətə uyğun olaraq şair xalqın təfək-
kür xəzinəsindən yeni-yeni şəkillərdə istifadə
edir. “Əvvəl yerdən əyri bitən ağac” obrazlı ifa-
dəsi, çox güman ki, Nizamidən əvvəl xalq tərə-
findən yaradılmış, işlənmişdir. Xalqın yaratdığı
bu obrazdakı məna silqətini, məzmun dərinliyini
yaxşı duyan, qiymətləndirən şair də ona biganə
qalmamış, yaradıcı şəkildə əsərinə daxil etmişdir.
Əgər əyri bitsə əvvəldən calaq,
Onu od düzəldər düzəltsə ancaq.
41
Xəstə Qasım Nizami şeiri ilə səsləşən beytlərə
bənzər daha gözəl, aforistik ifadələr işlədir.
Xəstə Qasım deyir:
Bir hörgü ki, binəsindən kəc ola,
Başı ərşə dəysə, dibi düz olmaz.
Axtarışlar dərinlərə getdikcə, Xəstə Qası-
mın nə böyük düha olduğu, istedadının gücü üzə
çıxır. Bizə daha yeni fikirlər söyləyir. Biz heç
ağlımıza da gətirməzdik ki, Xəstə Qasım “Dön
qəbristanə bax” misrası ilə başlayan divanisini
41
Nizami Gəncəvi. “Xosrov və Şirin”, Bakı, 1962, səh. 267.
45
yazmamış, daha əvvəl Xaqaninin “Bax” şeiri ilə
tanış olmuş, onu oxumuş və bu şeir onun var-
lığına hopmuş, sinəsində Xaqani bulağı çağla-
mışdı. Xaqaninin “Bax” şeirindən bir parça
nümunə vermək hər şeyin göz qabağında aydın-
laşmasına səbəb olacaqdır:
Evdə qəlbin tutulmuşsa, kənarə çıx, cahana bax,
Bir dəfə bağa girdim, orda sərvrəvana bax!
Əvvəlcə gəz bağ-baxçanı sonra get qəbristana,
Dostlarını gəl gör deyən bu xaraba məkana bax!
Çox badamı göz görərsən, tora düşmüş quşlar kimi,
Həmişəlik bağlı qalmış, neçə püsd dəhana bax!
Mənəm-mənəm deyən canlar bütün yerin altındadı,
Torpaq altda qübar olmuş qəmər üzlü canana bax!
Ey Xaqani, nə dayanıb bu dünyaya bağlanmısan?
Bir göz qırpımında onlardan görünməyən
nişana
bax!
42
42
Xaqaninin aşıqların repertuarında qalmış bu şeir parçası Xəstə
Qasımın “Bax” rədifli şeiri ilə yanaşı, ona bənzər nümunə kimi
oxunulur. Xaqaninin bu şeirini Daşkəsənli Aşıq Sovqat da məc-
lislərdə Xəstə Qasımın “Bax” rədifli divanisi ilə bərabər ustadnamə
kimi dilə gətirir. Hətta, Xəqaninin həmin şeirini tanınmış müğənni
Könül Xasıyeva da çox məharətlə ifa edir.
46
Şeirə diqqət yetirək:
Xaqaninin iki beyt şeiri ilə Xəstə Qasımın
divanisindəki bir bənd şeiri müqayisə edək. Onda
bilərik ki, Xəstə Qasım hansı sərçeşmənin gö-
zündən içib, feyziyab olub. Onlardan təsir alaraq
aşıq poeziyası üçün nə gözəl ərmağanlar dünyaya
gətirmişdir. Məsələn; Xaqani həmin şeir par-
çasının iki beytində deyir:
Əvvəlcə gəz bağ-baxçanı sonra get qəbristana,
Dostlarını gəl gör deyən bu xaraba məkana bax!
Və yaxud:
Mənəm-mənəm deyən canlar bütün yerin altındadı,
Torpaq altda qübar olmuş qəmər üzlü canana bax!
Xəstə Qasım:
İnsan oğlu qafil olma, aç gözün qəbristanə bax!
Üz çevir haqqın yoluna, haqq ilə divanə bax.
Bu dünya dediyin boş müsafirxanədir,
Hər gələn köçər, hər gedən mehmanə bax.
Xəstə Qasımın gücü təkcə istedadında de-
yil, dərin mütaliəsində və özündən əvvəlki Azər-
baycan xalqının bədii söz təfəkkürünə dərindən
bələd olmasındadır.
47
Xəstə Qasım Nizami və Xaqani kimi klas-
sik sənətkarlarla bərabər, eyni zamanda Füzu-
linin və digər klassiklərin yaradıcılıqlarına dərin-
dən bələddir. Onların ədəbi irsindən yaradıcı
şəkildə bəhrələnir və onlarla öyünür, fəxr edir.
O, Ləzgi Əhmədə deyir:
Ləzgi Əhməd mənəm Füzuli nəsli,
Bəhrlərdə mən ümmanam, sən nəsən?
Dərin kitabları məna eylərəm,
Dərd bilənəm, söz qananam, sən nəsən?
Xəstə Qasım nəinki Füzuliyə, hətta Şah İsma-
yıl Xətayinin və böyük Füzulinin oğlu Fəzlinin
yaradıcılığına da dərindən bələddir. Fəzli yara-
dıcılığında qəzəl-müstəzada xüsusi yer vermiş-
dir. Onun bir qəzəl-müstəzadına diqqət yetirək:
Ey sərvi-səhi, sən gələli seyr ilə bağə,
Sən çəkmədi ər ər.
Çox alinəsəblər özünü saldı ayağə,
Qul oldu sənubər.
Sünbül özünü zülfünə bənzətti nigarın,
Bildi ki, xətadır.
Dağlarda bitən üzü qara, başı aşağə,
Qayğulu, mükəddər.
43
43
“Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”, Bakı, 1943, I cild,
səh.227.
48
Bizcə Xəstə Qasım da belə qəzəl-müstəzad-
larla tanış olandan sonra sazın tələblərinə uyğun
olaraq heca vəzni ölçüsündə yeni aşıq şeiri
yaratmağa başlamış və qoşma-müstəzad, yaxud
ayaqlı-qoşmanın binasını qoymuşdur.
Bir çarşıda dörd dərvişə uğradım,
Dördü bir-biriynən eylər ixtilaf.
Dördünün də dili ayrı, dini bir,
İki də biz, onlarınan şəş cahat.
Əsil kainat.
Bir şəhərin gördüm padşahını,
Qulun, yasovulun, hər dəstgahını.
Üç yüz altmış altı xoş süpahını,
Onlar bir kişidən istədi sursat,
Xoş çəkər səffat.
Altı, səkkiz, doqquz idi binası,
Otuz cəlalı var, bəyaz sinəsi.
Altı min altı yüz məddü mənası,
Ərəb idi, əcəm idi, türkü tat.
Bir ismə fəryad.
Altıdan qırxatan sərgərdan idi,
İki yüz otuzda özün tanıdı;
Altı min altı yüz pasiban idi,
Kimi yahu çəkər, kimi əssalat,
Kim edər fəryad.
49
İki dərya xoş görünmür gözünə,
İki qırx, dörd gəlməz ərin dizinə;
Xəstə Qasımın bu şerinə, sözünə,
Qazı, molla, müctəhidlər qaldı mat
Tapmadı kəlmat.
Bir başqası da, yəni Xəstə Həsən adlı biri
Xəstə Qasımın bu şeirini öz adı ilə Aşıq Ələsgərə
göndərir. Aşıq Ələsgər Xəstə Qasımın ruhundan
icazə alıb formaca qoşma-müstəzad, məzmunca
qıfılbənd olan Xəstə Qasımın həmin şeirinə
cavab söyləyir:
Dörd kitab hər yana yolu göstərir,
Nəfs ilə mərifət olur şeş cahat.
Belə əmr eləyib qüdrəti-qadir,
Bu əmrə qol qoyan tez tapar nicat.
Eylə etiqad.
Şəhr aydı, bayram onun gülüdü,
İki ay bir-birinin müttəsilidi,
Üç yüz altmış altı gün-bir ilidi,
Səkkiz min yeddi yüz səksən dörd saat,
Gəl verim isnat.
Altıda qarışdı Nuhun tufanı,
Qırx ildə sərgərdan gəzdi hər yanı.
50
Altı min altı yüz insan, heyvanı,
Hərə öz diliynən eylədi fəryad,
İstədi imdad.
Neçə müddət qərq oldular tufana,
Əmr etdi, kəbutər gəzdi hər yana,
İki yüz otuzda tapdı bir dənə,
Nuh üçün fəmində gətirdi sovqat.
Qıldı ibadət.
Altmış altı ayə niyə danmısan?
Belə məlum, bizi avam sanmısan.
Dünya cifəsinə sən aldanmısan,
Unutma üqbanı, bu dünyanı at,
Afərin, ustad!
Qasım “qaf”ınandı, Həsən “hey”inən,
Xeyir çəkməz ustadınan deyinən,
İşim yoxdu seyyidinən, bəyinən,
İxtiyarımdadı qalan məxluqat,
Daimi- övqat.
Aşıq Ələsgərdi, soruşsan adım,
Huş başımdan gedib, yoxdu savadım.
51
Sözlə mətləb yazmaq deyil muradım,
Arifə eyhamla yazıram hürfat,
Sədrin olsun sat!
44
Göründüyü üzrə formaca qoşma-müstəzad,
məzmununa görə isə qıfılbənddir ki, Xəstə Qa-
sım bunun da ən kamil ustadlarından biridir.
Onun məharətlə qoşulmuş qıfılbəndləri özündən
sonra sənət meydanına gəlmiş neçə-neçə ustad
aşığı çətinlik qarşısında qoymuş, günlərlə, aylar-
la düşünməyə, baş sındırmağa vadar etmişdi.
Onlardan bir neçəsini Aşıq Ələsgər, onun qardaş
oğlu Növrəs İman və Şəmkirli Həsən Pərvanə
açmış, bir sıra qıfılbəndləri isə hələ də bağlı
qalmaqdadır.
Bir ov gördüm, öz yerində çarasız,
Bədənindən qanlar axır, yarasız.
Növrəs İman Xəstə Qasımın ruhundan
icazə istəyib, onun qıfılbəndini belə açır.
Xəstə Qasımın qıfılbəndini Aşıq Sadıq öz
adından dediyi üçün biz Xəstə Qasım əvəzinə
Aşıq Sadığın adını dilə gətiririk və qarşısında da
Növrəs İmanın açmasını veririk.
44
Aşıq Ələsgər. Bakı, 1963, səh. 471
52
Xəstə Qasım:
Adəmnən ol xatəmə natiqi Quran mənim,
Din mənim məssəb mənim, yol mənim ərkan
mənim,
Bağ mənim, bağban mənim, kövsəri-rizvan
mənim,
Gül mənim, bülbül mənim, sünbülü-reyhan
mənim,
Yerdə insan, göydə qılman, ərşdə aslan
mənim.
Xəstə Qasımın şeirini deyən Aşıq Sadıq belə
düşünür ki, bu qıfılbənd-divaniyə girmək İman
üçün çox çətin olacaqdır, lakin belə olmur. İman
divaniyə divani ilə cavab verir. Elə qiymətli bir
divani yaradır ki, elə bil mərmərdən bir bina
tikir, insanların gözünü qamaşdırır:
Xəstə Qasım:
Abi ataş, xaki badda yaratdı sübhan bizi,
Altı mindən altı yüz, isbat qıldı üç yüzü,
Dörd yüz arxa bağladı, dəryada qırx dörd dənizi,
Yetmiş üçün mən biriyəm, altmışın qırx səkkizi,
Beş içində altı məkkə, səkkiz yüz fərman mənim.
53
İman:
Abi ataş oddu, sudu, xaki-torpaq, badi yel,
Altı mindən altı yüzdü həmidi nizamı bir il,
Sünnət əmri nəhyi məkrul dörd yüz qırx dörd
onu bil,
Sam içində müqəddimat, məkkə səkkiz yüz səbil,
Bu elmi də xaliq verib dərsimi pünhan mənim.
Xəstə Qasım:
Yeddi eyvan, səkkiz seyvan, qırx sütunun bir
ləngəri,
Yeddi molla, yeddi dərviş, yeddi pust, yeddi dəri,
Yeddi min qırxdan irəli, səkkiz yüz dörddən bəri,
Bu işləri cəm eyləyənin başına əsər gəli,
Pir mənim, ustad mənim, yol mənim, ərkan
mənim.
İman:
Yeddi eyvan cəhənnəmdi, səkkiz rizvan səda,
Ənbiyələr övliyalar qırx sütun ləngər xuda,
Yeddi səthi, yeddi şəkki, yeddi ruz, yeddi nida,
Yeddi min keçən tarix, səkkiz yüz dördü cida,
Həm binasız, həm vəfasız, nə olsa viran mənim.
54
Xəstə Qasım:
Beşdi nisbi həşt içində yar bizə isbat edər,
Altı mindən altı yüzdə otuz dördü izah edər,
Bir mürəkkəbdə oxunan surəni əyyat edər,
İncil, Tövrat, Zənbur, natiqi-Quran mənim.
İman:
İslamiyyətlik aləmində, iyirmi səkkiz hərf var,
Xaçpərəstdə altı artıq, otuz dördü aşikar,
Bir türfədə nəzər qılsa heydəri-düldül suvar,
Bu eynidə nitqə gəlsə, əhv olunan can mənim.
Xəstə Qasım:
Xəstə Qasım Tikmədaşlı sahibi-cümlə xəta,
Var ümidim taci mehrac billəm eylər əta,
Olsa dəftər, gəlsə rəhbər, bir şahsüvar innafata,
Rəzmi-qaf günahım olsa, əhv eylər rəhman
mənim.
İman:
Növrəs İman Göyçə elli sidqi şahi-Heydərə,
Ərş əladan vəhi gəldi biz yazdıq dəftərə,
Xaliq özü şəfayətcil yazdı ruzi-mənşərə,
55
Tifil ikən mədh içində hökm qıldı Əjdərə,
Yoxdu qorxum qurulanda ədalət divan mənim.
Dağıstanda Həsən Pərvanə aşıqlarla deyişir.
Onlar Xəstə Qasımın şeirini qıfılbənd kimi deyir-
lər. Ələsgər və Növrəs İman kimi Həsən Pərvanə
də Xəstə Qasımın ruhundan icazə alıb onun
qıfılbəndini açmağa başlayır:
Xəstə Qasım:
Beş yaşımdan on beş yaşa yetişdim,
Beşin atdım, beşin tutdum, beşi nə?
Haqq tərəfdən doğru yola yetişdim,
Bəlli oldum mən biyabar beşi nə?
Həsən Pərvanə:
Beş yaşından on beş yaşa yetişən,
Beşi səqir, beşi kəbir, beş ayaq.
Haqq tərəfdən doğru yola yetişən,
Beş kimsənə onu ulaşa varə,
Əli, Məhəmməd, Fatimə, Zəhra, Hüseyn.
Xəstə Qasım:
Ömür bənzər dağ başında dumana,
Qəflətcə mən də yetdim ümmana,
56
On beş şey vacib oldu islama,
Beşi Sulidin, beşi Firudin, beşi nə?
Həsən Pərvanə:
Ömür bənzər dağ başında dumana,
Bu gün varsan, sabah qalıb gümana.
Qəflətcə mən də yetdim ümmana.
On beş şey vacib oldu islama.
Beşi Firudin, beşi Sulidin, beşi qunut.
Xəstə Qasım:
Xəstə Qasım qaldı həyat içində,
Din bir, xuriman şərait içində,
On beş şey də gəldi səlat içində,
Beşi oruc, beşi namaz, beşi nə?
Həsən Pərvanə:
Həsən qaldı Quran bəyaz içində,
İnşallah atəşin yanmaz içində,
On beş şey də gəldi səlat içində,
Beşi oruc, beşi namaz, beşi zafiyət.
Göyçənin Nəriman kəndindən olan şair
Bəhmən də Xəstə Qasımın bir bağlamasını aç-
57
mağa girişmişdir. Həmin bağlama-qıfılbəndi də
burada verməyi məqsədəuyğun hesab etdik.
Xəstə Qasım:
Bir əcayib nəsdə gördüm, kökü bir, budağı üç,
Hər ağacda altmış çiçək, yüz səksən yarpağı üç.
Cəm idi on iki, on üç, altı, otuz sərasər,
Yeddi təbib açar, yumar baxçası bir, bağı üç.
Göyçəli Bəhmən:
O bir ildi fəsilləri sürüb nizamı üç,
Du mühitə altmış ruz, yüz səksən qulağı üç.
Cəm eylədi on iki aydı, otuz gündən sərbəsər,
Yeddi, on kam veribdi əziz bayramları üç.
Xəstə Qasım:
Bu bağın meyvəsinin hər birinin bir dadı var,
Nə suyu, nə havası, nə göz görür adı var.
Həm hökm edər soltana, fəryadı var, dadı var,
Məhsi vardı, zisəni yoxdu bülbülü bir dağı var.
Göyçəli Bəhmən:
Fəsillərdə ayrı hava, hər birinin bir dadı,
Həm bənnasız, bil vəfasız rüzgarın adı.
58
Hər kim olsa ömür fəna, əgər şərbət dadı,
İsmində var, cismində yox, bir fəslin ayları üç.
Xəstə Qasım:
Ağlı sərdə, fikir dərdə həmdəmi divanıdı,
Biya-biya, güca-güca, məhsədə xoş mənadı.
Xəstə Qasım hey deyibən, nu gedər bilməyən
fənadı.
Bağban oldum nu becərdim şamama bir, tağı üç.
Göyçəli Bəhmən:
Ağlı-huşu cəm eylədim, olmaram divanəsi,
Biya-biya, gəl-gəl gücanın xoş mənası.
Şair Bəhman izhar eylər axırda aya nası,
Bir gün olar bağ pozular nə gedər yolları üç.
Xəstə Qasımın qıfılbəndlərinin açılması
təxminən iki əsrdən çox çəkmişdi. Çox sənətkar
bu yolda baş sındırmış, lakin onun qıfılbəndlərini
açmağa cəsarət göstərə bilməmişlər. Bizə belə
gəlir ki, Növrəs İman müstəsna olmaqla Həsən
Pərvanə, Nərimankəndli şair Bəhmən və başqa-
ları Xəstə Qasımın qıfılbəndlərinə müəyyən ca-
vablar versələr də, onun qədər dərinliklərə gedə
bilməmişlər. Xəstə Qasım qoşma və gəraylıla-
rında, divanilərində dönə-dönə qeyd edir ki,
59
mənim qıfılbəndlərimi açmağa səy göstərənlərin
“başına əsər gələr”. Doğrudan da, Xəstə Qasımın
ölümündən iki yüz ildən artıq zaman keçəndən
sonra ilk dəfə olaraq Göyçəli Aşıq Ələsgərin
qardaşı oğlu Növrəs İman onun ruhundan icazə
alaraq qıfılbəndlərini açmağa səy göstərir.
Növrəs İmanın həqiqətən başına əsər gəlmiş, ağlı
yerindən oynamış, bilmədiyi məkana üz tutub
getmişdir. Onun getdiyi coğrafi məkan bu gün də
bəlli deyildir. Hətta, məzarının da yeri bilinmir.
Xəstə Qasımın qıfılbəndlərindən aydın olur
ki, o, dərin elmi biliyə, geniş dünyagörüşünə
malik, savadlı bir şair-aşıq olmuşdu. Onun Ləzgi
Əhmədlə deyişmələrində kainat çərçivəsində
olan təbiətin dürlü-dürlü möcüzələrinə, ayla
günə, eyni zamanda təbiətin flora və faunasına,
real elmi biliklərə əsaslanan məsələlərə toxu-
nulur. Biz fikrimizi əyaniləşdirmək üçün Ləzgi
Əhmədlə Xəstə Qasımın bir qıfılbənd-deyişmə-
sini nümunə veririk:
Ləzgi Əhməd:
Səndən xəbər alım, ay dədə Qasım,
O nədir ki, dürlü-dürlü halı var?
Nədən hasil oldu ərşin arğacı?
O nədir ki, toxunmamış xalı var?
60
Xəstə Qasım:
Sənə cavab verim, ay Ləzgi Əhməd,
Bahardır ki, dürlü-dürlü halı var.
Nurdan xəlq olundu ərşin arğacı,
O buluddur ki, toxunmamış xalı var.
Birinci bəndlərdə təbiətin dürlü-dürlü halın-
dan, ərşin arğacından, buludun toxunmamış xalı-
sından, baharın möcüzələrindən bəhs olunur.
Göyün dayaqsız olmasından, boyaqsız boyan-
masından bəhs olunduğu yerdə təbiətin digər
möcüzələrinə diqqət yetirir. “O nədir ki, doğar
əlsiz-ayaqsız?” - deyə suallar verilir, cavabları
təbiidir. Göyün bir çadır olaraq dayaqsız dayan-
ması, ayla günün boyaqsız boyanması təsvir
olunmaqla yanaşı, əlsiz-ayaqsız doğulan qurba-
ğanın üç ayda əl-ayağı düzəlir. İnsan ağlını qu-
maşa bənzədir, buğdanın dimdiyindən balala-
dığını göz önünə gətirirlər. Bu gözəlliklər
içərisində kəpənəyin qanadındakı xalını yada
salırlar. Ümumiyyətlə, Xəstə Qasımla Ləzgi Əh-
məd arasındakı deyişmələrdə kainatın daxilində
nələrin dövran etməsi, onda hansı hadisələrin,
möcüzələrin baş verməsi və insan idrakına
sığacaq dərəcədə bilik verilir. Bu deyişmələr
içərisində ziddiyyətli görünən nədir?
61
Heyif ki, Azərbaycan folklorunda “Azər-
baycan aşıq yaradıcılığı və islam mədəniyyəti”
problemi həll olunmamışdır. Halbuki, bu prob-
lem çox məsələlərdən vacibdir. Xalq dastanla-
rında, eləcə də klassik aşıqların qoşmasında olan
dini hadisələrin yozumu düzgün təhlil və tədqiq
olunmur. Məlumdur ki, Azərbaycan folklorunda
xüsusilə əfsanələrdə, dastanlarda zərdüştiliklə is-
lam görüşləri həmişə üz-üzə dayanır və ziddiyyət
yaradır. İslami dünya görüşünü, Həzrət Əli, ob-
razlı şəkildə desək, Reyhanəli təmsil edir.
Ümumiyyətlə, Türkmən və Azərbaycan folklo-
runda olan Ərəb Reyhan Reyhanəlidir, yəni Həz-
rət Əlidir. Zərdüştiliyi folklorda təmsil edən
Salsal pəhləvandır.
Reyhanəli bir səhər Tovuzun Torpaqqalasına
gəlir, səsə Salsalın həyat yoldaşı Şamama Nigar
çıxır. Üzü niqablı Ərəb Reyhan və yaxud Rey-
hanəli qadına təklif edir ki, müsəlmançılığı qəbul
et. İslamın şərtləri Şamama Nigara xoş gəlir və
müsəlmançılığı qəbul edir. Ərinə də təklif edir
ki, sən də qeydsiz, şərtsiz islam dininə gəl. Salsal
pəhləvan etiraz edir. Səhər açılır, Şamama Nigar
deyir:
- Salsal dur cavabını ver, dünənki üzü niqablı
ərəb gəlibdir. İslam dinini qəbul etməyə etiraz
edən Salsal üzü niqablı ərəblə döyüşə başlayır.
62
Axşamdan müsəlmançılığı qəbul edən Şamama
Nigar eyhamla bildirir ki:
- Ərəb Reyhan, Salsalın köynəyini cır. Neçə
ki, onun köynəyi əynində salamatdır, sən ona
qalib gələ bilmərsən. Ərəb Salsalın köynəyini
cıran kimi o qaçır. Uzaqda bir sal daşın üstünə
başını qoyub ərəb pəhləvana, gəl başımı kəs
deyir. Ərəb pəhləvan soruşur:
- Məndən qorxubmu qaçdın?
- Yox, mən o yerə qədər qaçdım ki, atamın
başı o yerdə basdırılıb. Mən atamın qəbrindən o
tərəfə keçə bilməzdim.
Həzrət Əli deyir:
-
Sən bu qədər ki, ağıllı adamsan, yüksək
insani keyfiyyətlərin var, gəl qardaş olaq. Salsal
deyir:
-
Biz qardaş ola bilmərik. Sən mənim
zərdüştilik köynəyimi cırmısan.
45
Həmişə bir qayda olaraq islam dininə baş
əyənlər zərdüştlüyü pisləyir, hər vəchlə onu səh-
nədən silib atmağa çalışırlar. XVI əsrdə Dirili
Qurbani ona görə dədələrin son nümayəndəsi
Dədə Yediyara Gəncədə qalib gəldi ki, artıq
Dirili Qurbani islam dinini, Quranın ayələrini də-
rindən mənimsəmişdir. Dədə Yediyar kimi qoca-
45
Sədnik Paşayev. “Azərbaycan türklərinin xalq əfsanələri”,
Bakı, “Azərnəşr” nəşriyyatı, 2009, səh. 322
63
man sənətkarlar yeniliyə o qədər meyilli deyillər.
Qurbaninin qələbəsindən sonra Gəncədə “Ozan”
məscidi inşa olundu, (Əlbəttə, o indiki ozan
məscidi deyildi). Sadə tikilmiş ozan məscidinin
yerində sonralar əsaslı bir ozan məscidi tik-
ilmişdir. Ozanlar, aşıqlar ozan məscidinə ayaq
açdılar. Dini ayinləri, Quranı mükəmməl öyrən-
məyə başladılar. 1950-ci ildən üzü bəri aşıq
Hümbətin və başqa sənətkarların ozan məscidinə
azana gəldiyini görmüşəm. Gəncədəki ozan məs-
cidi tək bir məsciddir ki, ozanın adını daşıyır. Bu
qədim ənənəyə Gəncə şəhərində ustad Aşıq Ma-
yıs da bu gün də əməl edir. Özü ilə bərabər
aşıqları namaz vaxtı məscidlərə aparır.
Vaxtilə Xəstə Qasımın da günləri məscid-
lərdə keçmişdi. Ləzgi Əhməd bir deyişməsində
Xəstə Qasımın zərdüştiliyə qarşı münasibətini
yoxlamaq istəyir. O, bir qıfılbəndində deyir:
Ləzgi Əhməd:
Ləzgi Əhməd, heç vəsfindən doymazlar,
O nədir ki, götürərlər qoymazlar?
Kimlərdir ki, məzarı yox, yumazlar?
Bu nə qonhaqondur, bu nə köçhaköç?
64
Xəstə Qasım:
Xəstə Qasım, heç vəsfindən doymazlar,
O ölüdür, götürərlər, qoymazlar.
Atəşpərəstlərin məzarı yox, yumazlar,
Dünya qonhaqondur, ölüm köçhaköç.
Bu şeir nümunələrindən də aydın olur ki,
Zərdüşt dinini səhnədən çıxarmağa, “Avesta”nı
gözdən salmağa fürsət axtarırlar. Həmid Araslı
qeyd edir ki, Möhtəsim Bağdadda xəlifə olarkən
zərdüşt rahibləri xəlifənin yanına gedirlər və
bildirirlər ki, “Avesta” bizim dini kitabımızdır.
Onu yandırmağa icazə verməyin. Möhtəsim
deyir:
- Mən tapşırmışam, əgər “Avesta” Qurana
ziddirsə, onu heç vaxt saxlamaq olmaz. Yox,
“Avesta”da olanlar Quranda da varsa ona ehtiyac
yoxdur.
Nizami Gəncəvi “Xosrov və Şirin” poema-
sının əvvəlində Allaha müraciətlə minacat və
peyğəmbərin şəninə xoş sözlər söyləyir. Bununla
yanaşı əsərin daxilində Zərdüşt dinindən, onun
müsbət cəhətlərindən geniş söhbət açır.
Əsərdə Xosrov şikar zamanı bir kəndlinin
evində özbaşınalıq edib keyfə başlayır, atı kənd-
linin varını ayaqlayır, nizamını pozur. Qulu ba-
ğın qoralarını (üzümünü) dərir. Atası Hörmüz
65
bundan xəbər tutub Xosrovun atının ayaq damar-
larını kəsdirir. At və Xosrovun təxti ev sahibinə
verilir. Çalğıçısının cənginin tel qatarını qopa-
rırlar. Nizami Zərdüşt dövründə doğma övlada
verilən cəzanı belə qiymətləndirir:
Doğma bir evlada əvvəl nə sayaq,
Ədalətlə cəza verilirdi bax!
46
Nizami Zərdüştilikdən fərqli olaraq müsəl-
manlıq dövründə qanunların möhkəm işləmə-
diyini qeyd edir:
Hanı o Ədalət, o insaf hanı,
Verə öz oğluna belə cəzanı?
İndi yüz yoxsulun tökülsə qanı,
Nahaq qan tökənə bir cəza hanı?
Atəşpərəstlikdə dünya eləydi,
Bu müsəlmanlıqdan utan bir indi.
47
Göründüyü kimi aşıq sənəti və islam
mədəniyyəti zərdüştiliklə əlaqədar ziddiyyətlərin
öyrənilməsi məsələsini bir zərurət kimi qarşıya
46
Nizami Gəncəvi. “Xosrov və Şirin”, Lider nəşriyyatı, Bakı, 2004,
səh. 60.
47
Yenə orada. səh 60.
66
qoyur. Təkcə Xəstə Qasımın yaradıcılığı deyil,
bütün klassiklərin ədəbi irslərinə diqqətlə yana-
şılmalıdır.
Bütün bunlar genişliyi ilə izah olunmalı,
zərdüştilik pislənilməməli və islam mədəniyyə-
tinin bizə çox şey verdiyi qeyd olunmalıdır.
Xəstə Qasım poeziyasında böyük sənət-
karlara xas olan məzmun və şəkil vəhdəti vardır.
Onun şeirləri məzmunca gözəl olduğu kimi, for-
maca da gözəldir.
Xəstə Qasım yaradıcılığında “Təcnis” aşıq
şeiri xüsusi yer tutur. O, aşıq yaradıcılığında
təcnis adlanan şeir növünə daha dəqiq yanaşırdı.
Onun fikrincə, təcnisi hər aşıq, hər şair yarada
bilməz. Təcnisi xalq dilində, bədii irsə və yazılı
ədəbiyyata yaxşı bələd olan, çoxlu söz ehtiy-
yatına malik sənətkarlar yarada bilərlər. Xəstə
Qasımın təcnislərindən məlum olur ki, o, təcnis
ustadı olub. Təcnis yazmaq işində hünəri oldu-
ğunu aşağıdakı şeirində açıq şəkildə gös-
tərmişdir:
Xəstə Qasım, sözün yetir tamama,
Gün batan, gün doğan gələr salama.
Nə alim işidi, nə də üləma,
Təcnis mənasının çox hünəri var.
67
Təcnisi belə yüksək qiymətləndirən sə-
nətkar onun mükəmməl nümunələrini yaratmış-
dır. Təcnis aşıq poeziyasının zirvəsi hesab edilir.
Burada əsas etibarilə cinasları zərgər dəqiqliyi ilə
seçib işlədə bilmək bacarığı meydana çıxır.
Məlumdur ki, təcnis formaca eyni, məzmunca
müxtəlif olan cinas qafiyələrlə yaranır.
Qüdrətli sənətkar Xəstə Qasımın ədəbi irsi
içərisində on sadə-saya təcnis, üç cığalı təcnis
vardır. Onun “Üzhaüz” rədifli cığalı təcnisi əvəz-
siz sənət incisidir. Bu cığalı təcnis məzmununa
görə həm də nəsihətamiz bir ustadnamə kimi
səslənir:
Həqiqət bəhrində qəvvasam deyən,
Qəvvas isən, gir dəryaya üzhaüz.
Aşıq deyər:-üzhaüz,
Sonam göldə üzhaüz,
Qarı düşmən dost olmaz,
Yalvarasan üzhaüz,
Bir mərd ilə ilqarını vur başa,
Namərd ilə kəs ülfəti üzhaüz.
Tufarqanlı Abbasın, Sarı Aşığın dövründə
təkamül dövrü keçirən təcnis Xəstə Qasımın
yaradıcılığında kamala çatmışdır.
Təcnis yazan aşıqlar təcnisi şeirin şahı,
onun yüksək zirvəsi hesab ediblər. Hər aşıq, hər
68
sənətkar şeirin bu janrında müvəffəqiyyət qazana
bilməyib. Çünki, təcnisin nəinki misraları, hətta,
sözlə-söz arasında da daxili bir əlaqə olmalıdır.
Belə olmazsa, o adi söz yığınına çevrilər. Bu
baxımdan yanaşdıqda görürük ki, Xəstə Qasımın
təcnislərinin hər biri ustalıqla qurulmuş yaraşıqlı
bir söz çələngidir. Bu bər-bəzəkli söz çələnginə
baxdıqca adam ona heyran olur və zövq alır.
Lazım olur yoxsul üçün bircə mal,
Leyli isən, göstər mənə bir camal.
Laf eyləmə, var saqidən bir cam al,
Leysan çeşmin məni eylər sənə mal.
Və yaxud:
Lal olur bülbüllər sovulanda gül,
Lalə libas geyinmisən, Sənəm al!
Ləblərindir mənə abı-səlsəbil,
“La”demərəm, bir canım var, Sənəm al!
“Sənəm al” təcnisinin bircə bəndini təhlilə
cəlb etməklə Xəstə Qasım sənətinin ucalığını
dərk etmək mümkündür. Birinci misraya diqqət
yetirək.
Buradakı ardıcıllığa, məntiqə bax!. Doğ-
rudan da gül sovulanda bülbüllər lal olur, ikinci
misrada al geyinmiş Sənəmin nə gözəl görkəmdə
69
göründüyünü diqqətə çəkir. “Lalə libas geyin-
misən, Sənəm al”, ləbləri abi-səlsəbil olan gö-
zəlin onun canını almasını özünə şay bilir. “La”
demərəm, yox demərəm deyən aşıq ürəyindən
gələn səmimiyyəti bədii bir dillə gözəl bir şəkil-
də dilə gətirir.
Bu baxımdan “Görüncə” təcnisinə nəzər
salmaq yerinə düşər:
Gözəllər gözəli, şahi-gülbədən,
Didəm ağlar məhcamalın görüncə.
Aşıq deyər: görüncə
Siyah telin hörüncə,
Get bir mərdə qul ol sən,
Namərd üzün görüncə.
Mina gərdən, büllur buxaq, diş inci,
Çəkilibdi hilal qaşlar görüncə.
Yuxardakı təcnisdə ustad aşıq qoşma-təcnisin
hər bəndini iki yerə bölmüş, arasına cinas qa-
fiyəli, həm də şeirin ümumi xəttinə və ahənginə
bağlı olan bayatı salmış, təcnisin yeni, cığalı
təcnis növünü yaratmışdır. Gör şair-aşıq söz də-
nizinə baş vurub, nə gözəl söz mirvariləri, söz
inciləri tapıb üzə çıxarır. Sədəfli diş kimi cər-
gələndirir. Bir gözəlin hüsnü-camalını necə gözəl
təşbihlərlə bəzəyir. Tanrının bəxş etdiyi gözəl-
likləri olduğu kimi bizə çatdırır. “Ay hayıf, ha-
70
yıf” təcnisi şairin ölməz söz abidəsidir. “Səhər
tezdən əzmi-gülşən” eyləyən aşıq bağ bəsləyib
gülünü dərmədiyinə necə heyfslənir, bədii bir
dillə bu lövhəni necə göz önünə gətirir. Aşığın
yaratdığı bu bədii lövhə insana nə yüksək zövq
verir. Zehnində, şüurunda silinməz izlər buraxır.
Ümumiyyətlə, Xəstə Qasımın təcnisləri elə
sənətkarlıqla yaradılmışdır ki, onun hər misrası,
hər bəndi insanı heyrətdə buraxır. Xəstə Qasımın
özündən sonra neçə-neçə ustad sənətkarın yara-
dıcılığına təsir etmiş “Çaphaçap” şeiri dərhal
diqqəti cəlb edir. Orada deyilir:
Bu gün iki sultan bir taxta çıxmış,
Ox atarlar bir-birinə çaphaçap.
Nazlı dilbər mənə sitəm eylədi,
Könlümün şəhrinə saldı çaphaçap.
Xəstə Qasım hətta, təcnisinə yeni sujet
gətirir. Tarixi faktlar axtarır. Bədii yaddaqalan
lövhələr yaratmağa can atır. Bu üç bəndlik təc-
nisin ikinci bəndində deyir:
Ağlaram didəmdəm yaş, irin gələr,
Əmərəm ləbindən ya şirin gələr.
Deyərlər, qəsrindən ya Şirin gələr,
Fərhad kimi vur dağları çaphaçap.
71
Üç bəndlik təcnisin bu bəndində Fərhad Şirin
macərasını yada salır. Qəsrindən Şirinin gəl-
diyini, Fərhadın dağlar çapdığını, eşq yolunda
nələr etdiyini xatırladır.
Xəstə Qasım özündən əvvəl yazıb-yarat-
mış olan Tufarqanlı Abbasın “Gözlər” rədifli
təcnisinə orijinal məzmuna malik qabaq da yaz-
mışdır:
Haqq yaratdı xaki-baddan bir adam,
Fələk, qoymur addımımı bir adam,
Hər annaqda, mərifətdə bir adam,
Ya könül, ya xətri, ya səni gözlər.
Xəstə Qasım təcnisləri xüsusi məharətlə
qurulmuşdur. O, təcnislərində fikri bitkin vermək
üçün misraları aydın cümlələrdən qurur, bəzən
bir misrada iki-üç söz sırasından bacarıqla
istifadə edir:
Payız dərdim, qış möhnətim, yaz qəmim,
Hicran tapdaq etdi yayılan məni.
Götür qələm, sərxəttimi yaz mənim,
Qoyma dərgahından yayılan məni.
Xəstə Qasımın aşıq yaradıcılığında iz
salmış, özündən sonra gələn sənətkarlar üçün bir
72
nümunə, örnək olmuş aşağıdakı təcnisinə diqqət
yetirək:
Yatmışdım yuxuma gəldi bir pəri,
Yenə yar sevdası həmayil oldu.
Dərdi-qəmim cana əsər elədi,
Qolların boynuma həmayil oldu.
Xəstə Qasım hətta dərin mündəricəli us-
tadnamələr yaradıcısı olduğunu diqqətə çəkir və
təcnislərində öyüd-nəsihətlər verməyi də unut-
mur. Təcnislərində yaddaqalan ustadnamə bənd-
ləri, bədii parçaları yaradır:
Xəstə könlüm yar bəsləmiş, həmdərdi,
Dərd bilməzə demək olmaz həm dərdi.
Bir igidin yaxşı olsa həmdərdi,
Qışı nurdur, yazı nurdur, yayı nur.
Xəstə Qasım şeirdə, xüsusilə təcnislərində
elə məna dərinliyi yaradır ki, onun bu söz inci-
lərini hansı sərçeşmənin gözündən tapıb seç-
diyini axtarırsan. Xəstə Qasım çeşmələr gö-
zündən ləli-mərcan sözlər seçən, kəlamlar axtarıb
tapan, nadir istedada malik bir sənətkardır.
Xəstə Qasım gəraylılarını, qoşmalarını,
təcnis və qıfılbəndlərini, ustadnamələrini eyni
həvəslə, eyni maraqla yaradır, hər bir şeir jan-
73
rında onun sənətkar bacarığı, istedadının qüdrəti
üzə çıxır.
Tikmədaşlı Xəstə Qasım aşıq yaradıcılı-
ğının bel sütunudur.
48
Xəstə Qasım şeirinin dil əlvanlığı xalq
yaradıcılığı çeşməsindən, bayatı inciləri xəzinə-
sindən gəlir. Xəstə Qasım şeirinin dili-bayatı-
larımızın dilidir. O, bu büllur çeşmənin gözündən
içib.
Xəstə Qasımın yaratdığı sənət inciləri,
xüsusilə, təcnis, qıfılbənd, ustadnamə və başqa
şeirləri onun aşıq yaradıcılığındakı ədəbi möv-
qeyini ucada saxlamağa və istedadlı bir sənətkar
olduğunu söyləməyə haqq verir.
49
Xəstə Qasımı aşıq poeziyası tarixində daha
çox məşhurlaşdıran onun dərin fəlsəfi ideyalar
təbliğ edən ustadnamələri olmuşdur.
Xəstə Qasım öz dövrünün ustad sənətkarı
olmuş, özünə qədər mövcud olan Azərbaycan
aşıq şeirinin bütün janrlarında yazmışdır.
Xəstə Qasım dərin mündəricəli, orijinal
təşbihlərlə bəzənmiş məşhur ustadnaməsinin son
möhürbəndində deyir:
48
S.P.Pirsultanlı. “Aşıq Şəmşirin poetik aləminə səyahət”, Bakı,
“Təknur”, 2008, səh . 209.
49
Sədnik Paşayev. “Azərbaycan folkloru və aşıq yaradıcılığı”, ADU,
Bakı. 1989. səh 72.
74
Xəstə Qasım yazlarımız yazlanar,
Qızılgüllər pardaxlanar, nazlanar.
İgid daldasında igid gizlənər,
Tülkünün dalında heç bir zad olmaz.
Başqa bir ustadnamədə deyir:
İgidin mərifəti gərək dilində,
Qocanın əsası gərək əlində,
Biqeyrət oğulun ata yerində,
Qaldığından qalmadığı yaxşıdır.
Xəstə Qasım insanda nəsil-zat, kök və əsil-
zadəlik axtarır. O, “Olmaz” qoşmasının bir bən-
dində deyir:
Üz vermə nadana, sirr vermə pisə,
Axır qəlbin ya inciyə, ya küsə.
Ot bitər kök üstə, əsli nə isə,
Yovşan bəsləməklə çəmənzar olmaz.
Xəstə Qasım aşıq ədəbiyyatı tarixində
daha çox ustadnamələri ilə məşhur olmuşdur.
Onun ustadnamələrində ağıl və kamal, insani fə-
zilətlər və dostluq haqqında qiymətli fikirlər
vardır. Həmin ustadnamələr mala, pula, dövlətə,
qolunun zoruna güvənərək yoxsullara zülm edən
insanları ədalətə, yaxşılığa, xeyirxahlığa, çağırır.
75
Onun “Dəli könlüm, məndən sənə əmanət”
misrası ilə başlanan ustadnaməsi başdan-ayağa
hikmətdir, ata nəsihətidir. Xəstə Qasım bir çox
şeirlərində deyəcəyi fikirləri “Dəli könül”ə
müraciətlə vermişdir. Aşıq “Dəli könül” deyəndə
insan oğlunu nəzərdə tutur, insana müraciət edir.
Həmin ustadnamədə dərin fəlsəfi, idrakı fikirlər
güclüdür.
Bir məclisə varsan özünü öymə,
Şeytana bac verib, kimsəni söymə,
Qüvvətli olsan da yoxsulu döymə,
Demə ki, zorluyam, qolum yaxşıdır.
“Dəli könül, məndən sənə əmanət” misrası
ilə başlanan şeirində öz odunu içərisində çək-
məyə məcbur olmuşdur, dərdlinin dərdini ağzın-
dan alıb, harayına-dadına çatmağı insanlara
ibrətli kəlamlarla çatdırmağa çalışmışdır. Şeirin
möhürbəndində oxuyuruq:
Xəstə Qasım kimə qılsın dadını?
Canı çıxsın, özü çəksin odunu,
Yaxşı igid yaman etməz adını,
Çünki yaman addan ölüm yaxşıdır.
Xəstə Qasım “Dəli könül, nə divanə gə-
zirsən” misrası ilə başlanan ustadnaməsində in-
76
sanlara bildirir ki, bivəfa dilbərə bel bağlama,
onun ilqarı, əhdi düz olmaz. Həmçinin, hərcayı
adamda namus, qeyrət, utanmaq, həya etmək
müşkül işdir:
Dəli könül, nə divanə gəzirsən,
Bivəfa dilbərdən sənə yar olmaz.
Düz çıxmaz ilqarı, əhdi-peymanı,
Hərcayıda namus, qeyrət, ar olmaz.
Qeyd etmək lazımdır ki, Xəstə Qasımın
yuxarıda adını çəkdiyimiz hər iki ustadnaməsinin
hər bir misrası öyüd, nəsihət, insan üçün həyat
dərsliyidir. Hər iki ustadnamədə bir kəlmə də ol-
sa mənasız söz və ifadə yoxdur, onun bütün
misraları atalar sözü kimi xalq kütlələri arasında
dillər əzbəri olmuşdur. Doğrudan da, əsli-kökü
olmayan insana yüz nəsihət etsən də, faydası
yoxdur, qabaq tağı heç zaman tər şamama bitir-
məz, heç zaman boz söyüd heyva, nar gətirməz:
Vəfalıya əmək çəksən, itirməz,
Bədəsil nəsihət, öyüd götürməz.
Qabaq tağı tər şamama bitirməz,
Boz söyüddə heyva olmaz, nar olmaz.
Xəstə Qasım şeirlərində insanı düzlüyə,
doğruluğa çağıran fikirlər daha çoxdur. O,
77
insanları böhtandan, şərdən, pis əməllərdən uzaq-
laşmağa çağırır:
Böhtan demə, böhtan tutar adamı,
Qul eylər, bazarda satar adamı,
Cəhənnəm odundan betər adamı,
Yoxsulluq yandırar, kül eylər-eylər.
Xəstə Qasımın yerində deyilmiş, dərin
mənalı sözlərlə bəzənmiş ustadnamələrində elə
misralar var ki, atalar sözü kimi səslənir:
Yalqız daşdan olmaz divar deyərlər.
Və yaxud:
Ovçu olan bəslər alıcı quşu,
Sərraflar tanıyar qiymətli daşı.
Və yenə:
Özün əmək çəksən, su çıxar daşdan.
Xəstə Qasımın ustadnamələri belə bir fikir
söyləməyə əsas verir ki, bizcə əgər o, başqa şeir-
lərini - gəraylı, təcnis, qıfılbənd və deyişmələrini
yazmasaydı belə, öz ustadnamələri ilə aşıq
78
poeziyasında şərəfli mövqe tutub böyük şöhrət
qazana bilərdi.
Folklorşünas doktor Cavad Heyət yazır:
“Bizim görkəmli aşıqlarımız hamısı ustadnamə
yazmışlar, lakin Xəstə Qasım bu sahədə daha
məşhur olmuşdur”.
50
Xəstə Qasımın “Aşnalığı” adlı şeiri insana
bərli-bəzəkli bir gəlini xatırladır. Məhəbbət
şeirlərinin ən gözəl nümunəsi təsirini bağışlayır.
Eyni zamanda bu qoşma-ustadnamənin ən gözəl
nümunəsidir. Biz həmin qoşma-ustadnamənin iki
bəndini nümunə veririk:
Ay ağalar, gəlin sizə söyləyim,
Əzəl yaxşı olar, yar aşnalığı.
Sən sevəsən, yarın səni sevməyə,
Olar bülbül ilə xar aşnalığı.
Bağban odur zəhmət çəkə, əlləşə,
Saldığı bağ çiçəkləşə, gülləşə.
Əgər gücsüz güclü ilə güləşə,
Olar tərlan ilə sar aşnalığı.
Xəstə Qasım yaradıcılığına canı ilə, qanı ilə
bağlı olan, onun yaradıcılıq çeşməsindən bəhrə-
50
Cavad Heyət. “Azərbaycan şifahi xalq ədəbiyyatı” əsəri,
Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1990. səh. 102.
79
lənən Aşıq Ələsgər Xəstə Qasımın “Aşnalığı”
adlı qoşma-ustadnaməsi səviyyəsində dayana bi-
lən, ifadə baxımından bir-birinə bənzəyən ustad-
namə yaratmışdır. Ustadnamənin bircə bəndinə
diqqət yetirsək, hər iki sənətkarın vətən dağla-
rından axan eyni çeşmədən su içdiklərini görərik.
Təzə aşnalıqla köhnə dostluğun,
Fərqi var qış ilə yaz arasında.
Namərddə qaydadır basar kəsdiyin,
Hər kəs hesab çəksin öz arasında.
51
Aşıq Ələsgər kimi XX əsrin azman sənətkarı
Aşıq Şəmşir də Xəstə Qasımın yaradıcılığını təq-
dir etmiş, bəyənmiş, sevmiş, onun yolunu əsl
sənət sahəsi saymış və onun yaradıcılıq xəzinə-
sindən bəhrələnmişdir. Xəstə Qasımın “Yazla-
rımız yazlanar” qoşma-ustadnaməsini yüksək
qiymətləndirən, onun şeirinin məntiqinə söykə-
nən Aşıq Şəmşir Xəstə Qasımın adını çəkdiyimiz
şeirinin məqamında dayanan, tarixdə yaddaqalan,
aşıqlara ibrət dərsi olan elə bir ustadnamə yaradır
ki, onun Azərbaycan aşıq poeziyasında ikinci
alternativi yoxdur. Əgər, Xəstə Qasım möhür-
bəndinin son beytində deyirsə:
51
Aşıq Ələsgər Bakı, 1956, səh. 84
80
İgid daldasında igid gizlənər,
Tülkünün dalında heç bir zad olmaz.
Aşıq Şəmşir öz ustadnaməsində bu şeirin
məqsəd və ideyasını elə poetik ucalığa qaldırır
ki, adam öz heyrətini gizlədə bilmir. Aşıq Şəmşir
deyir:
Qoy səni şir yesin, şir parçalasın,
Tülkü kölgəsində yatana kimi.
52
Böyük ustadnamələr müəllifi kimi Tikmə-
daşlı Xəstə Qasım aşıq poeziyasına öz möhürünü
vurmuşdur.
Xəstə Qasımın yaradıcılığına, təcnislərinin
yurduna, qıfılbəndlərinin sehrinə, sirrinə dərin-
dən bələd olmadan onun yaradıcılığına girişmək
hər kəs üçün çox çətin olar. İki əsrdən artıqdır
ki, Xəstə Qasımın ədəbi irsi aşıqlar üçün bir
məktəb olmuş, təkcə aşıq poeziyasına deyil,
eləcə də yazılı poeziyaya yeni enerji gətirmiş,
onları zənginləşdirmiş, eyni zamanda onların
inkişafına güclü təkan vermişdi.
Dostları ilə paylaş: |