I Fəsil
Tikmədaşlı Xəstə Qasımın həyatı,
yaşamı və mühiti
XVII əsrin sonu ilə XVIII əsrin keşməkeşli
günlərini yaşayan Xəstə Qasım Tikmədaş ilçə-
sində doğulub-böyümüş, mükəmməl mədrəsə
təhsili görmüş, təxminən 80 ildən artıq ömür
sürmüş, ən ixtiyar çağlarında Tikmədaşda vəfat
etmiş, orada dəfn olunmuşdu. Hazırda onun qəbri
Tikmədaş məzarıstanındadır.
Şair-aşığın tərcümeyi-hal hissəsində onun
dastan yaradıcılığından ona görə bəhs edirik ki,
dastanda onu yaradan aşığın tərcümeyi-halını
əhatə edən macəralar, maddeyi-tarixi olan şeirlər
özünə yer alır və onu gələcək nəsillərə saxlayır.
Xəstə Qasımın kitabını ilk dəfə çap etdirərkən
həyatı haqqında aşağıdakıları bilirdik.
23
Müqəddimədə deyilirdi:
…Xəstə Qasım İran Azərbaycanının Tikmədaş
qəryəsində doğulmuş, mükəmməl mədrəsə təhsili
almış və Dağıstana səfəri ilə bağlı olaraq dastan
yaratmışdır.
23
Xəstə Qasım. “Gənclik”, Bakı, 1975. (toplayanı və tərtib edəni,
müqəddimə yazanı Sədnik Paşayev)
25
Biz Xəstə Qasım haqqında ayrı-ayrı variant-
da üç dastan topladıq. Demək olar ki, dastanın
Əhliman Axundov variantı ilə, Göyçənin Ağzıbir
kəndindən olan aşıq Məhəmməd variantları bir-
birinə bənzəyir. Bu dastanları bir-birindən fərq-
ləndirən təkcə odur ki, Xəstə Qasımın atası, Əh-
liman Axundov variantına görə Nəsrullah şah,
Məhəmməd Ağzıbirliyə görə isə Nəsrəddin şah-
dır. Biz dastanların variantlarını müqayisə etdik-
də Aşıq Həsən Pərvanə variantına üstünlük ver-
dik və ikinci kitaba daxil etdik. Həsən Pərvanə
variantında da Xəstə Qasımın sevgilisinin adı
mübahisəli görünür. Əvvəlki iki variantda Xəstə
Qasımın sevgilisinin adı Mələksima, Həsən Pər-
vanə variantında isə Kəklikdir. Həsən Pərvanə
variantının üstün cəhəti odur ki, şair-aşığın dini
görüşləri qələmə alınsa da, dini-xurafata yol
verilmir. Həmçinin bu dastanda indiyə qədər şəx-
siyyəti məlum olmayan Qaraxanın adı açıqlanır.
Məlum olur ki, baş müştehidin adı gizli sax-
lanılan Tikmədaşlı Qaraxandır. Tikmədaşdan
qaçmış müştehidin adının Qaraxan olduğunu
Xəstə Qasım aşkara çıxardır.
Dastanlarımızı ilk dəfə folklorşünas Hənəfi
Zeynallı təsnif etmişdi. O, məhəbbət dastanlarını
“Məhəbbət əfsanələri”, qəhrəmanlıq dastanlarını
26
isə “Qəhrəmannamə” adlandırmışdı.
24
Professor
M.H.Təhmasib isə dastanları üç yerə bölür. 1.
Qəhrəmanlıq; 2. Məhəbbət; 3. Ailə-əxlaq dastan-
ları
25
. Bunlardan sonra biz dastanları mövzusuna
və tipinə görə iki yerə ayırdıq.
26
Bunlardan
birincisi real-tarixi dastanlar, ikincisi isə xəyali-
romantik dastanlardır.
“Tikmədaşlı Xəstə Qasımın Dağıstan sə-
fəri” dastanı bizə görə real-tarixi dastandır.
Məsələn, “Qurbani”, “Abbas və Gülgəz”, “Xəstə
Qasım”, “Valeh və Zərnigar” dastanları da real-
tarixi dastanlardır. Bu dastanların əsas qəhrəman-
ları olan Dirili Qurbani də, Tufarqanlı Abbas da,
Tikmədaşlı Xəstə Qasım da, Abdalgülablı Valeh
də tarixi şəxsiyyət olmaqla yanaşı, onların
yaşayıb-yaratdıqları əsr də, yaşadığı coğrafi yer-
lər də məlumdur. O da məlumdur ki, onların öz-
ləri ilə bağlı dastanlar həmin sənətkarların həyat
macəraları, qoşma və gəraylıları əsasında yara-
dılmışdır. Daha konkret desək, bu dastanların
yurdunun üzərində tarixin möhürü var. Bu söz-
ləri “Nəcəfxan”, “Alıxan və Pərixanım”, “Dilsuz
və Xəzangül”, “Məsim və Diləfruz” dastanları
24
Hənəfi Zeynallı. “Seçilmiş əsərləri”, Bakı, “Yazıçı”, 1983,
səh. 126.
25
M.H.Təhmasib. “Azərbaycan xalq dastanları”, (orta əsrlər), “Elm”,
Bakı, 1972. səh. 112.
26
Sədnik Paşayev. “Azərbaycan xalq dastanlarının tədrisinə dair”,
Bakı, 1989, səh. 6.
27
haqqında söyləmək olmaz. Çünki, bunlar xəyali-
romantik dastanlardır. Bunlar qədim epos və
dastanlardan, ən əsaslısı, nağıllardan istifadə
yolu ilə yaradılmış xəyali-romantik dastanlardır.
Bunlar bir fərddən çox, bir neçə fərdin, hətta
neçə-neçə ozan və aşıq kollektivlərinin yara-
dıcılıq məhsuludur. Doğrudur, real tarixi das-
tanlar da bir qayda olaraq, zaman-zaman dəyişir,
təkmilləşir, bir zənginləşmə prosesi keçirir.
Bununla belə, özünün əsl yaradıcısını tarixən
yaşadır.
Real-tarixi qəhrəmanlıq dastanlarında za-
man və məkan qeyri-müəyyən deyildir. Real-tari-
xi dastan kimi tanıdığımız “Qurbani” dastanının
qəhrəmanı Qurbani Qaradağ mahalının Diri
kəndindəndir. Butası Pəri isə Gəncə şəhərində
yaşayır. “Abbas və Gülgəz”də Abbas Təbrizin
Tufarqan mahalından, sevgilisi Gülgəz Pəri
Təbrizdəndir. Xəstə Qasım Tikmədaşdan Dağıs-
tana, Aşıq Valeh Qarabağdan Dərbəndə səfər
edir.
Xəyali-romantik dastanlarda isə vəziyyət
dəyişir. Azərbaycan nağıllarında olduğu kimi, bu
tipli dastanlarda qəhrəmanlar daha uzaq, qeyri-
müəyyən istiqamətlərdə yad ölkələrə gedib çıxır.
Məsələn, “Lətif Şah”, “Məsim və Diləfruz”,
“Alıxan”, “Nəcəfxan” dastanlarının qəhrəmanla-
rını tale bilmədiyi, görmədiyi ölkələrə aparır,
28
nağıllarda olduğu kimi onların başına olmazın
oyunları gəlir. Aydınca görünür ki, eposlarda və
qəhrəmanlıq dastanlarında özül, bünövrə, əsatir
və əfsanə, real-tarixi dastanlarda saz-söhbətlər,
qoşma və gəraylılarla əlaqədar düzəldilmiş yurd-
lar, xəyali dastanlarda isə nağıl əsas olur.
Xəstə Qasıma tez-tez Dədə Qasım deyil-
diyi üçün onun Qurbanidən də əvvəl yaşadığını
iddia edənlər vardır. Halbuki, “Xəstə Qasımın
Dağıstan səfəri”nin Aşıq Həsən Pərvanə varian-
tında aydınca deyilir ki, ona nə üçün Dədə Qasım
deyilir.
Müştehid Xəstə Qasımdan soruşur:
- Oğlum, adın nədir?
Xəstə Qasım deyir:
- Hansı adımı soruşursunuz?
Müştehid deyir:
- Adamın neçə adı olar?
Qasım cavab verir ki:
- Mənə Dədə Qasım deyirlər.
- Bəs sonra?
- Xəstə Qasım deyirlər. “Xəstə Qasım” de-
yəndə Müştehid deyir ki, elə mən də Xəstə
Qasım eşitmişdim. Oğul, öz ayağınla gəlib düş-
müsən. Bəs bu adları sənə kim verib? Qasım
deyir ki, bu adları mənə el-oba verib.
- Nəyə görə “Dədə Qasım” deyirlər?
29
- Ona görə deyirlər ki, dostum, düşmənim
kim olacaq olsun, sözün düzünü deyirəm, yolun
doğrusunu göstərirəm. “Baba Qasım” ona görə
deyirlər ki, köhnə tarixi söhbətləri, tarixi sözləri
yerli-yerində xalqa çatdırıram. Müştehid dedi:
- Oğul, bəs o “Xəstə Qasım” nədir? Qasım
düşünüb-daşınıb cavab verdi ki, mənim qıfıl-
bəndlərimi, sözlərimi sənin kimi alimlər, ülə-
malar o qədər fikir eliyir bir yana çıxarda bilmir,
axırda xəstə düşürlər. Ona görə mənə “Xəstə
Qasım” deyirlər.
Xəstə Qasımın XVI əsrdə və ya ondan
əvvəl yaşayıb-yaratmasına aid hələ ki, əldə heç
bir tarixi fakt və ya həmin dövrə yozula biləcək
ədəbi nümunə yoxdur. Əksinə, aşıq şeirinin inki-
şaf xətti Qurbaninin əvvəl, Tufarqanlı Abbasın
və Xəstə Qasımın isə ondan sonra sənət mey-
danına gəldiyini təsdiq etməkdədir. Qurbaninin
ədəbi irsi içərisində bayatı, gəraylı, qoşma,
divani və təcnis nümunələri olduğu halda, cığalı
təcnis yoxdur. Tufarqanlı Abbasda adı çəkilən
şeir formaları ilə yanaşı, cığalı təcnisin də bir
nümunəsi vardır. Biz Tufarqanlı Abbasın “Gö-
zəl, göz ala” rədifli cığalı təcnisini nəzərdə
tuturuq. Xəstə Qasım isə cığalı təcnisin bir neçə
gözəl nümunəsini yaratmışdır. Aşıq poeziyasında
qoşma-müstəzadın ilk nümunəsi də bu görkəmli
saz-söz ustadının adı ilə bağlıdır.
30
Xəstə Qasım Şah İsmayıl dövründə yaşa-
mamasına baxmayaraq və üstəlik də sənət
meydanına çox-çox sonralar gəlsə də, Xətayiyə
bağlı olmuş və onun yaradıcılıq ənənələrinə
ömrünün sonuna qədər sadiq qalmışdır. Adi bir
şey kimi görünsə də, bir məsələ ətrafında çox
sorğu-sual olur ki, nə üçün Tikmədaşlı Aşıq
Qasım “Xəstə” sözünü özünə təxəllüs seçib?
Doğrudanmı Qasım xəstə olmuşdur? Hətta
“Xəstə Qasım” dastanını danışan aşıqlar təxəl-
lüsünə görə onu arıq, cansız, çəlimsiz bir adam
kimi təsvir edirlər. Halbuki, bu adın tarixi
mənası vardır.
Ədəbiyyatşünaslara məlumdur ki, Şah İs-
mayıl Xətayi bir neçə təxəllüslə - “Şair Xətayi”,
“Sultan Xətayi”, “Miskin Xətayi” və “Xəstə
Xətayi” təxəllüsləri ilə şeirlər yazmışdır. Şah
İsmayılın ideya və məqsədinin, şeirlərinin pərəs-
tişkarları Xətayinin sağlığında və sonra həmin
adları özlərinə təxəllüs seçməklə, sanki eyni
yolun yolçusu olduqlarını bildirmək istəmişlər.
Şah İsmayıl Xətayinin sağlığında Abdal Hüseyn
- “Miskin”, Türkiyədə Haydar adlı aşıq-şair “Pir
Sultan Abdal”, sonralar isə Tikmədaşlı Qasım –
“Xəstə”, Borçalı Aşıq Həsən - “Xəstə” təxəllüs-
lərini qəbul edərək şeirlər yazmışlar. Şah İsmayıl
Xətayi Mənsur kimi, Nəsimi kimi ənəlhəq
ideyasına bağlılığını belə mənalandırmışdır:
31
Şəriət sancağı gəldi dikildi,
Təriqət yolunda güllər saçıldı.
Mərifət dəryası daşdı, töküldü,
Həqiqəti pirü-pirandan aldım.
27
Şah İsmayıl Xətayi Səfəvi dövlətinin
ideologiyasını formalaşdırarkən islami dəyərlərə
söykənirdi. Tədqiqatçılar çox zaman bu islami
dəyərləri sufizm şəklində, yəni şəriət, təriqət,
mərifət və həqiqət kimi izah etməyə çalışırlar.
Şəriətin tələbi budur ki, təkcə “Quran”a deyil,
bütün dini kitablara bələd olmalısan. Təriqət
odur ki, seçdiyin dini təriqət yolundan dönmə-
yəsən. Mərifət odur ki, hansı dini-təriqətə
mənsubsansa, xalq arasında o dini-təriqəti məri-
fətlə təmsil edəsən. Həqiqət odur ki, qardaşın bir
adam öldürüb, yerinə isə başqasını həbs edib-
lərsə, sən həqiqət naminə qardaşın olsa belə,
kimin günahkar olduğunu aşkarlamalısan. Bax,
bu dörd cəhət səndə cəmləşsə, insani-kamil
olarsan. Göydə Allahı, onun işığını görmək
istəyən, onu sənin alnında, alnına yazılmış
hərflərdə oxuya bilər, yerdə sən onun nuri
təcəllası olarsan. İslami dəyərlərin içərisində bu
kiçik bir xətdir, bunlar Nəsimi, Şah İsmayıl
Xətayi, Qurbani və Pirsultan Abdal yaradıcılığın-
27
Şah İsmayıl Xətayi. “Sazım”, “Gənclik”, Bakı, 1973, səh 23.
32
da özünü daha geniş və qabarıq şəkildə büruzə
verir.
28
Şah İsmayıl Xətayiyə görə “Ay-Əlidir,
gün-Məhəmməd, bilənə”
29
Əlini pir, Şah İsmayıl Xətayini mürşid qəbul
edənlər bu yolu özlərinə məslək və sənət yolu
seçmişlər. Bu məsləkə bağlı sənətkarlardan biri
də Tikmədaşlı Xəstə Qasımdır. Xəstə Qasım
“Əli” adlı qoşmasının ilk bəndində deyir:
Ərşi - zəmin nohu qələm yox ikən,
Varlığa hamıdan tez gələn Əli.
Ustadlar ustadı özü olubdur,
Cəbrayil məqamın düz bilən Əli.
Xətayiyə görə ərşi-zəmin, yer-göy, nohu
qələm yox ikən Əlinin varlığı ondan qabaq var
idi. Əli ustadlar ustadıdı. O, Cəbrayıl məqamın
hamıdan düz bilmiş. Şah İsmayıla görə həyatın
zəmzəmi, dirilik suyu, hətta elm və birlik onun
sayəsində cəm olub. Xəstə Qasım öz bədii qə-
naətlərini belə tamamlayır:
Xəstə Qasım üzərmi daməndən əli?
Aləmi zərridə demişəm bəli.
28
Sədnik Paşa Pirsultanlı. “Azərbaycan aşıq yaradıcılığına dair
araşdırmalar”, Bakı, “Azərnəşr”, 2010, səh 8.
29
Şah İsmayıl Xətayi. “Sazım” , Gənclik. Bakı, 1973, səh 13.
33
Bir ismin Əlidi, bir ismin Vəli,
Cəmi pünhan dərdi tez bilən Əli.
Şah İsmayıl Xətayinin bir etibarlı mürid kimi
Həzrəti Əlini yüksək qiymətləndirməsi XVI əsrin
böyük sənətkarı aşıq-şair Pirsultan Abdalı daha
çox maraqlandırmış. O, da Həzrət Əlinin, Mə-
həmmədin şəninə dəyərli qoşmalar yazmış,
özünü Həzrəti Əli məsləkinə və ideyalarına fəda
etmişdi. Pirsultan Abdal yazır:
“Ay Əlidir, gün-Məhəmməd”.
30
- deyir.
Başqa bir şeirində Şah İsmayıl Xətayiyə öz
sədaqətini belə ifadə edir:
Pir Sultan eydir, gözümün yaşı,
Dəlik-dəlik oldu bağrımın başı.
Qalxdı havalandı könlümün quşu,
Şahın dərgahına qonar, Şah deyü.
XVI əsrin tanınmış sənətkarı Miskin Abdal da
Həzrət Əli dostudur. O, yazır:
30
Cahid Öztelli “Pir Sultan Abdal”, Ankara caddesi, 31/2, Cağaloğlu
Özgür yayını, səh 82.
34
Hər kim əgər şərdə şərri bilməsə,
Göydə əfsəl qəzənfəri bilməsə,
Hər kim ki, Əlini vəli bilməsə,
Onun başın zülfüqara verəsən.
31
Miskin Abdalın Şah İsmayıl Xətayiyə
verdiyi tərif onun sənət yolunu, məsləkini tam
aydınlaşdırır, öz təsəvvürünü bir bənd şeirində
belə tamamlayır:
İqlimin şahıydı, Həzrət Süleyman,
Ədalətə pənah idi Nuşravan.
Şıx oğlu İsmayıl - o cənnət məkan,
Düşməz ələ, o bir yadigardı getdi.
32
“XVII əsrin sonu XVIII əsrin əvvəllərində
sənət meydanına gəlmiş Tikmədaşlı Xəstə Qasım
özünə qədər mövcud olan klassik ədəbiyyatdan,
zəngin folklorumuzdan, folklorumuzun hərəkət-
də olan, çevik və tez-tez dəyişmələrə məruz
qalan aşıq sənətindən istənilən qədər fayda-
lanmışdır. Həmin qaynaqlardan bəhrələnmiş, öy-
rənə-öyrənə dərya-dəniz olmuş, bir dağ kimi
31
Sədnik .Paşayev. “Ağdabanlı Qurban və müasirləri”, (namizədlik
dissertasiyası), 1969-cu il, səh. 190.
32
Yenə orada. səh.70.
32
Yenə orada., səh.70.
35
ucalmış, geriyə boylananda Nizami, Füzuli, Qur-
bani və Tufarqanlı Abbas kimi azman söz
ustalarını görmüş və bununla da öz sənət yolunu
müəyyənləşdirmişdir.
33
Bunlardan bizə bəlli olur ki, Ş.İ.Xətayinin
işlətdiyi təxəllüsləri sənətkarlar nə üçün özlərinə
məsləklərini ifadə edən ad-təxəllüs seçmişlər.
1.
Yazılı ədəbiyyatla aşıq yaradıcılığının
qovuşmasında Xəstə Qasımın, Molla Pənah Va-
qifin xidmətləri ölçüyə gəlməz dərəcədə çox
böyükdür. Əlbəttə, Xəstə Qasım Vaqifdən əvvəl
yaradıcılığa başlamış və onun Vaqif poeziyası
üzərində təsiri inkar edilməzdir. Professor
M.H.Təhmasib yazır:
- “XVII-XVIII əsrlərdə aşıq ədəbiyyatı, aşıq
şeiri o qədər geniş yayılmış, elə böyük
şəxsiyyətlər yetişdirmişdir ki, hətta, əgər belə
demək mümkünsə, yazılı ədəbiyyatın önündə
getməyə, ona istiqamət göstərməyə başlamış,
Vaqif ədəbi məktəbinin formalaşmasında həl-
ledici rol oynamışdır”.
34
Xəstə Qasımın şeirlərinin ahəngi, gözəl-
liyi, təqib etdiyi mövzuların nə dərəcədə Vaqifə
xoş gəldiyini, Vaqif yaradıcılığı ilə uyuşduğunu
33
S.P.Pirsultanlı. “Azərbaycan aşıq yaradıcılığına dair araşdırmalar”,
Bakı, “Azərnəşr”, 2010, səh. 11.
34
M.H.Təhmasib. “Azərbaycan xalq dastanları” (orta əsrlər),
“Elm”, 1972, səh.55
36
onların bir-iki şeirinin müqayisəsi ilə aydın-
laşdırmaq olar. Xəstə Qasım “Ola” rədifli qoş-
masının son möhürbəndində deyir:
Mən Qasımam, əl götürməm canandan,
Canan qarşı gəlsə keçərəm candan.
Rəngi artıq ola güldən, reyhandan,
Zülfləri boynuma bir kəmənd ola.
Vaqifin eyni rədifli qoşmasını oxuduqda elə
bil ikinci şeir birinci şeirin davamıdır. Xəstə
Qasımla Vaqif poeziyası deyim tərzinə və ifadə
yaxınlığına görə nə qədər yaxın və doğmadır.
Molla Pənah Vaqifin beş bəndlik qoşmasının bir
parçasını veririk:
Döşün açıb, əl dəyəndə yaxaya,
Ağ gülün bağrına peykan toxuya,
Bədənindən müşkü ənbər qoxuya,
Zülfü gərdənində bir qucaq ola.
35
Yazılı və şifahi poeziyanın bir məcrada
birləşməsində Xəstə Qasımın və Molla Pənah
Vaqifin tarixi xidmətləri inkar edilməzdir.
“Ustadlardan dərs almışam” deyən Xəstə
Qasım, heç şübhəsiz özündən əvvəl yazıb-
yaradan Xətayini, Füzulini, Qurbanini, Abbas
35
M.P.Vaqif. “Qurban olduğum”. Gənclik, Bakı, 1994, səh. 80.
37
Tufarqanlını və Sarı Aşığı özünün ustadı hesab
etmiş, onların sənət incilərindən bəhrələndiyinə
işarə etmişdir.
Xəstə Qasım yazıb-yaratdığı dövrdə Nadir
şah işğalçılıq müharibələri aparır, şəhərlər, kənd-
lər tez-tez talan olur, insanlar öz doğma yurd-yu-
vasından didərgin salınırdı. Belə bir mühitdə
yalnız böyük istedadlı, açıqfikirli şair və aşıqlar
dövrü əks etdirən, həyatla, ictimai çarpışmalarla
bağlı şeirlər yaza bilərdilər. Bu dövrü xarakterizə
edərək akademik Mirzə İbrahimov yazır: “İstər
Nadir şah, istərsə də Ağa Məhəmməd şah Qacar
çox zaman tutduğu kəndləri, şəhərləri talan
etməklə kifayətlənməyib, Şah Abbasın yolu ilə
gedərək oranın bütün əhalisini İranın cənub
əyalətlərinə köçürürdülər. Ata oğuldan, ana
baladan, sevgili sevgilisindən ayrı düşürdü”
36
Xəstə Qasımın şeirlərindən öyrənirik ki,
onun qədim Şamaxı şəhəri ilə də əlaqəsi olub.
“Qalıbdı” rədifli qoşmasında aşıq, Şamaxının
əldən-ələ keçdiyi, faciəli, ağır vəziyyətini kədərli
bir dillə təsvir etmişdir, - bu kədər bir aşığın yox,
böyük bir elin kədəridir:
36
Mirzə İbrahimov. “Aşıq poeziyasında realizm”, Bakı,
1966, səh. 42.
38
Köhnə Şamaxının seyrin eylədim,
Əl dəyməmiş təzə bağlar qalıbdı.
Elə köçüb gedib ulusu, eli,
İşlənməmiş ağ otaqlar qalıbdı.
Xəstə Qasımın bu qoşması həmin dövrdə
yaşamış Şirvanlı Şakir Şirvaninin yazdığı “Əh-
vali-Şirvan” şeiri ilə səsləşməkdədir.
XVIII əsrin birinci yarısında yaşayıb-
yaratmış şair Şakir Şirvani də Şamaxının Nadir
orduları tərəfindən darmadağın edildiyini ürək
ağrısı ilə “Əhvali-Şirvan” əsərində belə qələmə
almışdır:
Axdı çün seylabi-xuni ah Şirvan əhlinin,
Düşdü yəğma külfəti, ətvalı Şirvan əhlinin,
Oldu qarət hər nə var əmvalı Şirvan əhlinin,
Sərnigun olmuş əcəb iqlabı Şirvan əhlinin,
Kim oda düşmüş belə bir dərdi-binayan üçün.
Yuxarıdakı şeirlərdən aydın olur ki, hər iki
sənətkar bu şeirləri eyni dövrdə yazmışlar. Bu
fakt bir daha sübut edir ki, Xəstə Qasım XVIII
əsrdə yaşayıb yaratmışdır.
Xəstə Qasımın bu şeirində onun ailə
vəziyyəti ilə əlaqədar bir məsələyə toxunulur.
“Xəstə Qasım” dastanından məlumdur ki, o,
Dağıstana səfər etdiyi zaman gənc imiş, subay
39
olub sevgilisi Sənəmdən və ya Kəklikdən “Sona
kəkliklərdən” halallıq istəmişdir, qürbətdə də öz
sevgilisi Sənəmi düşünmüş, “Ay üzü birçəkli,
xallı Sənəm gəl” deyə bir an onu unutmamışdır.
Lakin “Nec ola” şeirində aydın olur ki, harasa
köçürülərkən onun bəlkə də Əhməd adlı oğlu,
“Sərv xuraman” boylu arvadı olmuşdur:
Bu gen dünya üstümüzə dar ola,
Biz köçərik, yurdumuzda kim qala?
Əhmədimin gül əndamı sarala,
Mənim sərv-xuramanım nec ola?
Yuxarıda dediyimiz kimi, Xəstə Qasım
yaşayıb-yaratdığı dövrdə şəhərlər, kəndlər tez-tez
talan edilir, soyulur, dəstə-dəstə adamlar öz isti
yurd-yuvasından didərgin salınır, başqa yerlərə
sürgün edilirdi. Xəstə Qasımdan əvvəl Aşıq Qur-
bani öz şeirlərində Qarabağ tərəfdən - “Xudafə-
rin” körpüsündən “qolu bağlı” keçirilərək, Təb-
rizə, oradan da Qarsa aparıldığını kədərli bir dillə
Şah İsmayıla şikayət edib təkcə özündən da-
nışdığı halda, Xəstə Qasım obaların “səf-səf olub
yüklən”məsindən, başqa yerə köçürülməsindən
şikayətlənir, vətən həsrəti ilə alışıb yanır:
37
37
С.П.Пирсултанлы. “Тикмядашлы Хястя Гасымын сяляфляри вя хя-
ляфляри”. “Ортаг Тцрк Кечмишиндян Ортаг Тцрк Эяляъяйиня” V Бей-
нялхалг Фолклор Конфрасынын материаллары. Бakı. Сяда, 2007, сəh.
593-600
40
Obalarımız səf-səf olub yüklənir,
Başı ala qarlı dağlar, qal indi.
Və yaxud:
Xəstə Qasım, tamam oldu sözlərim,
Eşq ucundan kabab oldu közlərim.
Qərib yerdə, yad ölkədə gözlərim,
Vətən deyib ağla, ağlar qal indi.
Və yaxud da:
Mən Qasımam, uzaq atdın daşımı,
Didəmdən axıtdın qanlı yaşımı.
Xəstə Qasımla Molla Pənah Vaqifin yaradı-
cılıq taleləri tərs mütənasibdir. Tikmədaşda qə-
zəlxan olan Xəstə Qasım “Dağıstan səfəri” ilə
əlaqədar olaraq saz götürüb aşıqlığa keçmişdi.
Xəstə Qasım özü bu barədə yazır:
Könül həris deyil dünya malına,
Yaşılına, tirməsinə, şalına.
Qaraxan güvənsin öz mahalına,
Xəstə Qasım kimi qəzəlxanı var.
Qazaxda aşıqlıq edən, “Bizim evdə axta
zoğal da yoxdur” deyən M.P.Vaqif Qazax ədəbi
41
mühitindən çıxaraq, Qarabağ mühitinə daxil
olduqdan sonra o da qəzəlxan olmağa başlayır.
Xəstə Qasım yazılı poeziyadan aşıq poe-
ziyasına gələrkən özü ilə dəyərli sənət örnəkləri
gətirib, aşıq poeziyasına yeni nəfəs verdi. Eləcə
də, aşıq poeziyasından yazılı poeziyaya gələn
M.P.Vaqif yazılı poeziyanı yeni örnəklərlə
zənginləşdirdi. Bu şeir-sənət əlaqəsi yazılı
poeziyası ilə aşıq poeziyasını bir-birinə qo-
vuşdurdu. Bu iki qaynaq bir-birinə təsir edə-edə
sənətdə potensial enerjini gücləndirdi. Hər iki
poeziyaya yeni həyat verdi, poeziyanın iki xətti
paralel inkişaf etdi. Onların daxilindəki potensial
enerji ifa zamanı kinetik enerjiyə çevrildi və hər
iki qaynaq inkişaf üçün vüsət aldı. Bu prosesi
dərindən duyan, mənalandıran akademik Mirzə
İbrahimov yazır:
“O bir tərəfdən xalq yaradıcılığına bağ-
lanmış, o biri tərəfdən yazılı ədəbiyyata. Həm
bununla, həm də onunla qarşılıqlı əlaqə və
təsirdə inkişaf etmişdir. Onun kökləri, rişələri
folklordan, xalq yaradıcılığından su içirsə,
budaqları, qol-qanadı həmişə yazılı ədəbiyyatla
qovuşur, ona təsir edir və ondan qüvvət alır”.
38
Mirzə İbrahimov öz yazısında yazılı ədə-
biyyatdan və folklordan bəhs edir. O, burada
38
Mirzə İbrahimov. “Aşıq poeziyasında realizm”, Bakı, 1966, səh.12
42
folklor dedikdə aşıq yaradıcılığını nəzərdə tutur.
Doğrudan da, aşıq ədəbiyyatı, aşıq poeziyası
daima yeniləşən, hərəkətdə olan, canlı və çevik
folklor nümunəsidir”.
Dərin savada və mütaliəyə malik olan
Xəstə Qasım bütün yaradıcılıq qaynaqlarına baş
vurmuş, aşıq poeziyasında öz kök və rişələrini
yaxına-uzağa atmış,budaqlanmış, qollu-budaqlı
bir çinar kimi müsbət mənada otaylı-butaylı
Azərbaycan və Dağıstan poeziyasına kölgə
salmış, yazılı ədəbiyyatın inkişafına, o cümlədən
Vaqif yaradıcılığına öz güclü təsirini göstər-
mişdi.
|