52
“Ədəbiyyat və incəsənət” qəzeti. 11 fevral. 1967, № 6.
81
III Fəsil
Xəstə Qasımın “Dağıstan səfəri”
dastanının səciyyəsi, elmi mahiyyəti
və dastan yaradıcılığında yeri
Xəstə Qasımın “Dağıstan səfəri” onun
həyatının, yaradıcılığının canıdır, damarlardan
axan qanıdır. Daha obrazlı şəkildə desək, Xəstə
Qasımın “Dağıstan səfəri” onun həyatının, həyat
yolunun, ictimai-siyasi, fəlsəfi görüşlərinin ayna-
sıdır, güzgüsüdür. Bu dastandakı zamanı, vaxtı,
onun sakini olan şəxsiyyətlərin varlıqlarını,
cəmiyyətdəki
mövqelərini
aydınlaşdırmadan
Xəstə Qasımın nəyə qadir olduğunu öyrənmək,
bilmək və yüksək mövqedən müəyyənləşdirmək
olmaz.
Ənənəvi məhəbbət, qəhrəmanlıq və ailə-
məişət dastanları ilə Xəstə Qasımın “Dağıstan
səfəri” dastanını müqayisə etmək olmaz. Onun
dastan yaradıcılığı aşıq poeziyasında yeni era
təşkil edir. Tikmədaşlı Xəstə Qasımın “Dağıstan
səfəri” real-tarixi dastanın Azərbaycan dastan
yaradıcılığında ilk bünövrəsi, ilk təməlidir. Bu
dastan yaradıcılığında yeni bir mərhələ açmış
Aşıq Valehin “Dərbənd səfəri”, Aşıq Alının
82
“Türkiyə səfəri”, Şəmkirli Aşıq Hüseynin “Nax-
çıvan səfəri” kimi real-tarixi dastanların yaran-
ması üçün bir örnək olmuşdur. Ənənəvi
dastanlarımızda olduğu kimi burada aşiqlər buta
alıb, öz məşuqələrinin dalısınca getmirlər. Nə də
onlar yuxularında buta alıb, buta vermirlər.
Elə buradaca bununla əlaqədar bir məsə-
ləni aydınlaşdırmaq öz yerinə düşər. Bundan
əvvəlki klassik dastanlarda aşıqlara və məşuqə-
lərə buta verən Xızır peyğəmbər, sonra isə
müqəddəs dərvişlərdir. Daha sonra bu məbudları
Həzrət Əli əvəz etmişdir.
Xızır “Yetim Aydın”, “Aşıq Qərib” das-
tanlarında, “Kitabi-Dədə-Qorqud”da, “Dirsə Xan
oğlu Buğac” boyunda aşıqlara buta verdiyi kimi,
yaşıl donlu Xızır hər addımbaşı onların kömə-
yinə çatır və onları dardan qurtarır. “Şah İsmayıl
və Gülzar” dastanında Şah İsmayıl dərvişin ver-
diyi almadan, almanın qabığından isə Qəmər-
nişan atdan Qəmərday əmələ gəlir. Tufarqanlı
Abbasın hamisi Həzrət Əlidir. Zəhər quyusunda
Abbasa nəfəs verən, zəhəri gülaba çevirən Həzrət
Əlidir. Lakin Tikmədaşlı Xəstə Qasımın yarat-
dığı dastanda bu məbudlar ona nə badə verir, nə
də yol göstərir.
Folklorşünas Əhliman Axundov və Göy-
çənin Ağzıbir kəndindən olan Aşıq Məhəmməd
83
dastanın qeyri-adi bir girişlə başladığını söy-
ləyirlər.
Qasım kəndin danalarını otarır, danalar o
tərəfə, bu tərəfə qaçır, yorğun düşmüş Qasım bir
kümbəzdə başını qəbir daşının üstünə qoyub
yatır. Yuxuda ona deyirlər:
- Filan daşın üstündə bir yuxa (çörək) var,
dur onu götür ye. Qasım çörəyin parasını yeyir,
parasın saxlayır. Yoldan gəlib-keçən köçün
adamları Qasıma deyirlər:
- Bu uşaq acdır, çörəyin varsa, kömək et.
O, da para çörəyin parasını Ləzgi Əhmədə verir.
Yerin otları, göyün quşları bu neməti dadandan
sonra onunla danışmağa başlayır, sinələri söz
kürəsi kimi alışıb yanır.
Dastanlardan fərqli olaraq “Xəstə Qasım”
dastanının başlanğıcı təbiətlə təmasda daha bədii
şəkildə təsvir və tərənnüm olunmuşdur. “Oxuyan
sünbüllər” öz mənbəyini əsatirlərdən alır.
Təsvir olunur ki, Xəstə Qasım əkinçiliklə
məşğul idi, taxıl əkib-becərirdi. “Qızılözən” ça-
yına yaxın sahədə onun bir taxıl zəmisi var idi.
53
Xəstə Qasım nəzər yetirir ki, zəminin sünbülləri
tamam saralıb. Lakin, zəminin ortasında iri bir
53
Qızılözən Araz kimi, Kür kimi vətənin məşhur çaylarından biridir.
Qızılözən, yəni qızılüzən. Bu çayda qızıl balıqlar çox olur, buna görə
də ona Qızılüzən deyirlər. Yerli dialektdə “üzən” ifadəsi “özən”
kəlməsi ilə əvəz olunmuşdur.
84
gölə bənzəyən sahənin sünbülləri göy qalıb. Həm
də bu sünbüllər külək əsdikcə bir-birinə dəyir,
qeyri-adi musiqi səsləri çıxardır, bənzərsiz mah-
nılar oxuyurlar. Ancaq göy sünbüllər sarı sün-
büllərdən dolu dən tutmuş olurlar. Qasım bu
sahənin taxılını oraqla biçib, ayrıca qurudur,
dəyirmanda üyüdür və ondan iri bir kömbə
düzəldir.
54
Bu dəyirman kömbəsinin parasın ye-
yir, parasını isə süfrəyə büküb saxlayır. Dastanda
deyildiyi kimi Xəstə Qasımın və Ləzgi Əhmədin
istedadlarının məşhurlaşması bundan sonra
başlanır.
Bir rəvayətdə deyilir ki, iki ovçu bir ilanı
ovlayıb, bişirib yeyirlər. Bir uşağa tapşırırlar ki,
qabı çayda yuyub gətirsin. Uşaq qabın içərisində
bir tikə görür. O, əti yeyərkən dağ da, daş da, çay
da, ot da - nə varsa onun gözünə qırmızı görünür
və onunla danışmağa başlayır. Uşaq bu möcüzə-
54
Mən ayrı-ayrı bölgələrə folklor toplamağa gedərkən, dəyirman-
çılarla da çox söhbətlər aparmışam. Koroğlunun dediyi kimi “Sən ki
oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu”.
Gənc vaxtlarım idi. Atla Daşkəsən bölgəsindəki Zinzahal
meşəliyində olan dəyirmana gəldim. Dəyirmançı Bəhramın iki arvadı
var idi. Mən onunla çox söhbət etdim. O, xəmir təhnəsinə (tabağına)
bir sərnic süd tökdü, içərisinə bir neçə baş soğan doğradı, un töküb
yoğurmağa başladı. Odunları baş-başa qoyub, ocaq çatdı. Köz
düşəndən sonra közü maşa ilə yardı. Əli ilə düzəltdiyi kömbəni
közün üstə saldı, üstünə də köz-od yığdı. Bir neçə vaxtdan sonra
südə qarışmış kömbənin ətri ətrafa yayıldı. Dəyirmançı küllü köm-
bəni qorun içərisindən çıxarıb, onu dəsmal ilə təmizlədi. Mən küllü
kömbənin ləzzətini həmin dəyirmanda başa düşdüm.
85
ni ovçulara danışır. Ovçular deyirlər ki, biz bu
məşhur ilanı neçə ildir çətinliklə ovlaya bildik və
bu möcüzəyə sahib olmaq istəyirdik. Ancaq
oğlan, o sənə qismət oldu. Möcüzə bircə tikədə
imiş. O, tikəni yeyən uşaq adı nağıllara, əfsanə
və rəvayətlərə düşmüş Ovçu Pirim idi.
Başı tamamilə keçəl olan Yetim Aydın
Miskincə dağlarında başını qar zolağının üstünə
qoyub yatır. Ayılandan sonra üzünü-başını il-
lərdən bəri dağlarda tar bağlayıb qalan qarla
yuyur. Bundan sonra Yetim Aydın həm gözəl-
ləşir, həm də başına tük gəlir. Deməli, əgər
dastanlarda aşiq və məşuqələrə Xızır, Dərviş,
Həzrət Əli buta verirsə, təbiətin müəyyən sirləri
də nağıl və əfsanələrdə beləcə özünü biruzə verir.
Hələ, biz təbiətdən az şey öyrənmişik. Süleyman
peyğəmbərin, İsgəndər Zülqərneyinin, Ovçu
Pirimin bildikləri quş dilini də hələ öyrənmə-
mişik.
Xəstə Qasımın “Dağıstan səfəri” dastanı
zəngin bədii ifadələrlə, yəni təşbih və məcazlarla
bəzənməklə yanaşı, dərin elmi biliklərə söykənir
Əvvəlki ənənəvi dastanlardan çox fərqli olaraq
dastanda şeirin əksəriyyəti hərbə-zorbalarla, açıl-
ması çətin olan qıfılbəndlərlə zəngindir.
Xəstə Qasımdan əvvəl də, onun dövründə
də İran şahlığı sarayında istedadlı, saza-sözə bağ-
lı aşıq və güclü pəhləvanlar saxlayırdı. Bunlar
86
ildə bir dəfə şahlığa tabe olan əyalətlərə gedər,
şahın bir pəhləvanına əyalət xanının qırx pəh-
ləvanı və ya qırx pəhləvanından biri cavab
verərdisə ölkə yarıbayarı vergidən azad olardı.
Həmin şərt xanın qırx aşığına və qırx atına da aid
idi. Şahın atı, pəhləvanı, aşığı bu yarışmalarda
qalib gələrdisə, ölkə çox xeyir görərdi, ağır ver-
gilərdən azad olardı. Yox əgər xanın aşığı, pəh-
ləvanı məğlub olar, atları cıdır yarışından qalar-
dısa, vəziyyət ağırlaşar, vergilər ikiqat artırılardı.
Ayrı-ayrı bölgələrdə adları bu gün də yad edilən
cıdır meydançaları, Şuşada çox məşhur olan
“Cıdır düzü” həmin günlərin yadigarıdır.
Bir gün İran şahı Qara pəhləvanı Gəncəyə
göndərir. O, qırx pəhləvanın qırxını da yıxır.
Ölkənin xanı məyus olur. O dövrdə belə bir qay-
da da vardı, qırx pəhləvandan əlavə, öz gücünə
inanan hər hansı bir şəxs meydana gəlib Qara
pəhləvanla güləşə bilərdi.
Bir nəfər çoban camaatı yara-yara düz
xanın yanına gəlir və onun qulağına deyir:
- Hörmətli xan, el Gəncədən yaylağa qal-
xırdı, bir camışın iki illik avara balası heyvanı
sağmağa qoymurdu. Bir cavan qız yumruğu ilə
camışın avarasını yerə sərdi və quyruğundan
tutub dərəyə qolazladı.
Xan Gülazara Güllərin arxasınca adam
göndərdi. Qız dedi:
87
-
Mən nişanlıyam, qaynanam icazə verməsə,
mən pəhləvanın meydanına gedə bilmərəm.
Oğlan paltarında gələn Güllər təklif etdi:
-
Hörmətli xan, biz Qara pəhləvanla bir
süfrədə əyləşib çörək kəsək, sonra kürnəş tutaq,
güləşə keçək. Güllər süfrə arxasında əlini uzadıb
Qara pəhləvanın sağ qıçını qırdı, onu çilik-çilik
etdi. Qız işarə verdi ki, zurnalar, davullar
çalınsın, biz güləş meydanına çıxaq. Güllər
meydanın ortasında gəşt eləyirdi. Qara pəhləvanı
öz meydanına çağırırdı. Qara pəhləvan məyus
halda bildirdi ki, mən yerimdən qalxa bilmirəm.
Sizin pəhləvanınız oturduğu yerdə bir əli ilə
mənim sağ qıçımı sındırmışdır, qələbə sizinkidir.
Həmin şərtlərə uyğun İran şahlığına tabe
olan Doqquzpara Dağıstan da Ləzgi Əhmədə
güvənərək Nadir şahdan Dağıstana aşıq göndər-
məsini təklif edirdi. Biz Xəstə Qasımın “Dağıs-
tan səfəri” ilə tanış olduqda görürük ki, Doq-
quzpara Dağıstana qədər İranda o meydana
bilikli aşıq göndərmək üçün nə qədər böyük
hazırlıq görülür. Bu baxımdan zamanın qayda-
qanunlarını aydınlaşdırmaq və öyrənmək cəhə-
tindən böyük əhəmiyyət kəsb edir.
Əvvəl sənətə, sözə bələd, alimanə bir
sənətkar seçmək üçün ölkədə axtarışa başlanılır.
Belə bir adamın seçilməsi Təbrizin baş müşte-
hidinə tapşırılmışdı. Tikmədaşda qəzəlxan olan
88
Xəstə Qasımın adı birincilər sırasında çəkilir.
Hələ Tikmədaşdan Təbrizə gələnə qədər Allah-
verdixanın gözü qarşısında Xəstə Qasım neçə
çətin imtahanlardan keçir. Xəstə Qasım həmin
vaxt cavan oğlan idi. Özü də, iki dastan va-
riantına görə Mələksimaya, üçüncü dastan
variantına görə Kəklik adlı bir qıza nişanlıydı.
Ona görə də, Xəstə Qasım Dağıstana getməkdən
imtina edir və nişanlı olduğunu bildirir. O
zamanın adətinə görə kim uzaq səfərə çıxardısa,
mollaya müraciət edər, molla Quran açıb uğur
yolunun qaranlıq və ya aydın olmasını bildirərdi.
Qasımın anası mollaya rüşvət boyun olur ki,
Quran açıb Qasımı bu uğurdan saxlasın. Molla
Quranı açır və yazılanları tərsinə oxuyur. Buna
dözməyən Qasım mollaya şeirlə deyir:
Bu gün bir molla görmüşəm,
Kələmullah əlindədi.
Oxur Quranı əzbərdən,
Əsədullah dilindədi.
Molla Qasımın üzünə baxdı və dedi:
- Oğul, bağışla, bir səfdi elədim.
Xəstə Qasım özü-özünə təsəlli verib dedi:
- Axı sənin mollalıq bir işin yoxdur, ona
görə fikrini belə tamamladı:
89
Qıl namazın zikrin eylə,
Bircə Allahın şükrün eylə.
Qasım, getməyin fikrin eylə,
Gəlmək Allah əlindədi.
Doğrudur, Əhliman Axundov, Göyçənin
Ağzıbir kəndindən olan Məhəmməd də, hətta
XIX əsrin ziyalı-tədqiqatçılarından Rəşid bəy
Əfəndiyev də, Mahmud Mahmudbəyov da öz
yazılarında Xəstə Qasımın sevgilisinin adının
Mələksima olduğunu qeyd edirlər. Hər iki ziyalı-
tədqiqatçının “Molla Qasım” adlı yazıları eyni
ölçüdə, eyni məzmundadır. Bircə fərqi ondadır
ki, Mahmud Mahmudbəyov müxtəsər şəkildə
olsa da, Xəstə Qasım haqqında məlumatları
haradan topladığını açıqlayır.
55
“Xəstə Qasım” dastanının əvvəlində öyrə-
nirik ki, onun vurulduğu Mələksima Alı xanın
qızıdır. Onların arasında Alı xan və molla
soyuqluq yaratmağa və onları ayırmağa çalışırlar.
Hətta, Alıxan Xəstə Qasımı zindana da saldırır.
Hər cür vəchlə Xəstə Qasımı yox etməyə, aradan
götürməyə çalışır. Mələksima Xəstə Qasımı sev-
55
Mahmud Mahmudbəyov CMOMPK (19-cu buraxılış). M.Mah-
mudbəyov həmin məlumatı Şamaxının Tircan kənd sakini Aşıq
Orucdan topladığını qeyd edir. Həmin qeydi “Kaspi” qəzetində
(1895, №137) çap etdirmişdir.
90
sə də, ona qarşı can atsa da səadətə qovuşa
bilmir.
Bizə belə gəlir ki, Alıxan qızı Mələk-
simanın sevgisinə tam mane olmuş, Xəstə Qasım
bu kübar xan ailəsinin xoşbəxtliyinə bel bağla-
mamışdır. Xəstə Qasım həqiqətən “Dağıstan sə-
fəri”ində Sona kəkliklərə, el gözəllərinə qarışmış
sevgilisi Kəkliyə işarə ilə ayrılığını dilə gətir-
mişdir. Xəstə Qasım “Mən gedirəm sizi kimə
tapşırım?” deməklə abır-həya edərək öz ayrılı-
ğını “Sona kəkliklərə” qarışmış Kəkliyə bildirir.
Sonda isə “Siz Xəstə Qasımı halal eyləyin, çünki
gedir Dağıstana kəkliklər” deməklə sevgilisi
Kəklikdən Dağıstan səfərində halallıq istəyir.
Vətəndən ayrılıb, dağda qara-borana düşən
Xəstə Qasım yenə də, məşhur gəraylısında sev-
gilisi Kəkliyi yadına salır. O, qarda-boranda toy
gününü göz önünə gətirib deyir:
Gedin deyin anasına,
Sığal versin sonasına.
“Sona kəklik”lərdən ayrılan Xəstə Qasımı
qabaqda çətin imtahanlar gözləyir. O, yol boyun-
ca insanları, onun mərdini, namərdini bir-bir
sınaqdan keçirir. Onun hər bir şeiri həyat müşa-
hidələri nəticəsində, təbii bir şəkildə meydana
çıxır.
91
Allahverdixan Qasımı bir qapıya göndərir.
- Döy qapını bizi qonaq eləsinlər, - deyir.
Xəstə Qasım ev sahibindən bu sözü eşidir:
-
Oğul, biz qonaq saxlamırıq.
Allahverdixan o qapını döydükdə həmin
adam qonaqları yerləşdirir, geniş süfrə açılır.
Hamı süfrəyə əlini uzadır, Xəstə Qasım bir qatar
söz deməyincə mən çörək yeyən deyiləm, -
deyir. Elə oradaca “Görüncə” adlı cığalı təcnisini
düzüb, qoşur. Təcnisin möhtəşəm binasını yara-
dır. Şeirin bir beytini dilə gətirməklə həmin
mənzərəni, təzadlı həyat tərzini aydınlaşdıra
bilərik:
Dolanmayın heç namərdin evinə,
Gözü çıxar bir qonağı görüncə.
Xəstə Qasımın digər qonağın - keşişin
evində imtahana düşməsi tarixi bir sirri açır.
Burada artıq islam mədəniyyətinin aşıq yaradıcı-
lığına daxil olduğunu, hakim kəsildiyini öyrə-
nirik. Xəstə Qasım keşişin qarşısında islami
dəyərləri elə aydın bir şəkildə dilə gətirir ki, hətta
bu qiymətli kəlamları eşidən keşiş müsəlman-
çılığı qəbul edir.
Divani üstündə oxunan dörd bəndlik
“Mənim” şeirinin birinci bəndinə diqqət yetirək:
|