Xeste-qasim



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə9/65
tarix28.12.2021
ölçüsü0,84 Mb.
#48227
1   ...   5   6   7   8   9   10   11   12   ...   65
Xeste Qasım

 
                                                 
62
 Bu misra aşağıdakı kimi də işlədilir:  
“Cədvəlkeş Quranım, qızıl kitabım”. 


 
130
Nəticə 
 
Xəstə  Qasım,  poeziyasında  özünə  qədər 
mövcud  olan  şeir  janrlarından,  forma  və  şəkil-
lərindən  bacarıqla  istifadə  etmiş,  həmçinin  bir 
novator  aşıq  kimi  bu  sənətə  yeniliklər  gətir-
mişdir. Aşıq poziyasında mükəmməl cığalı təcnis 
nümunələri,  müstəzad,  ağıla  sığmaz  hərbə-zor-
balar  və  qıfılbəndlər  onun  adı  ilə  bağlıdır.  Onun 
“Dağıstan səfəri” aşıq yaradıcılığında  real-tarixi 
dastanlar üçün bir başlanğıc  və örnəkdir. Burada 
o,  məcazlara,  aforizmlərə  meydan  verir,  nəsihə-
tamiz  şeirləri  atalar  sözləri  ilə  hörülür,  yad-
daqalan ustadnamələr yaradır: 
 
Böhtan demə, böhtan tutar adamı, 
Qul eylər, bazarda satar adamı. 
Görməzsən nakəsin pay verdiyini, 
Versə də, töhmətin bol eylər-eylər. 
 
Xəstə  Qasımın  şeirlərindəki  həqiqətlər  hə-
yatdan doğur: 
 
Bir məclisə varsan özünü öymə, 
Şeytana bac verib, kimsəyə söymə. 
Qüvvətli olsan da yoxsulu döymə, 
Demə ki, zorluyam qolum yaxşıdı. 


 
131
 Xəstə  Qasımın  məzmunlu,  dərin  mündə-
ricəli  ustadnamələri  özündən  sonra  gələn  sə-
nətkarlara həyat dərsliyi, dürüst yol bələdçisi, gə-
ləcəyə  işıq  tutan  bir  çıraq  olmuşdur.  Onun 
ustadnamələri  özünün  ictimai  dəyərini,  məzmun 
və forma gözəlliyini bu gün də saxlayır. 
Xəstə  Qasım  öz  sözlərinə,  dediklərinə,  
yaratdığı  incilərə  möhkəm  inanırdı  və  onlara 
ürəkdən bağlı idi. Onların zaman-zaman yaşaya-
cağına,  uzunömürlü  olacağına  qəlbən  inanırdı. 
Xəstə  Qasım  öz  zamanında  neçə-neçə  imtahan-
lardan  keçmiş,  qarşısına  çıxan  din  xadimlərini, 
müştehidləri,  mənəm-mənəm  deyən  aşıqları 
ağızlarını  açmağa,  nəfəslərini  çəkməyə  qoy-
mamış, ağılı, kamalı və sərrast, məntiqi cavabları 
ilə  onları  susdurmuşdur.  Özünün  kimliyini  mər-
di-mərdanə  sübut  etmiş,  üz-üzə  dayanıb  onların 
cavablarını vermiş, meydan oxumuşdu.  
Ləzgi  Əhmədlə  hərbə-zorbalarla  deyişən, 
döyüşən  Xəstə  Qasım  təkcə  bir  aşığa  deyil, 
yüzlərlə aşığa özünün nəyə qadir olduğunu sübut 
etmişdir. 
Çünki,  Xəstə  Qasım  nəyə,  hansı  bilik  xə-
zinəsinə sahib olduğunu, özünün böyük yaradana 
qəlbən bağlılığını hər kəsdən yaxşı bilirdi.  
Xəstə  Qasım  onu  da  bilirdi  ki,  onun 
yaratdığı çətin və mürəkkəb qıfılbəndlərin qarşı-
sında  çoxları  aciz  qalacaq,  baş  sındıracaq  və 


 
132
çoxlarının başına bu yolda  əsər gələcəkdi.  Xəstə 
Qasımın  əldə  olan  yarımçıq  divanisinin  bir 
bəndində deyilir: 
 
Haraylasam bu meydana bir nər oğlu nər gələr, 
Qəzəbindən hirsi qalxar hey alnına tər gələr. 
Cəhli salma, cəhd eyləmə bax beynin zora düşər, 
Xəstə Qasımla üzləşmə başına əsər gələr. 
 
 
Xəstə  Qasım  təkcə  bu  divanisində  deyil, 
başqa  qoşma  və  gəraylılarında  da  onun  qıfıl-
bəndlərinə    sadə  bir  şəkildə  baxanlara  başa  salır 
ki, gücün  düşməyən  qapıya  açar  salma.  O  başqa 
natamam  bir  qoşmasında  da  eyni  mətləbdən  söz 
açır: 
 
Bu bir xəzinədir, doludan dolu, 
Bu bir dəryadı ki, yox üstə  salı. 
Qənirsiz gözəldi, Aydı camalı, 
Baxdıqca, bax, şövqün sərasər gələr. 
 
Elmi olanların əlində açar, 
Elmi olmayanlar tez qalar naçar. 
Yüz yol cəhd eyləsə, inanma açar, 
Beyninə sədəmə, ya əsər gələr.   
 
 
Xəstə  Qasım  bu  gün  də  aşıq  sənətinin 
zirvəsində dayanır. Onun qıfılbəndlərinə, müəm-


 
133
malarına  neçə  əsrlər  yaxın  düşən,  sirli-sehrli 
sənət  qalasının  paqısına  açar  salan  olmamışdır. 
Bu  gün  də  Xəstə  Qasımın  şeir-sənət  abidəsi  uca 
dağ  kimi  dayanıb-durur,  dalbadal  gələn  nəsillər 
ona  heyrətlə  baxırlar.  Xəstə  Qasımın  möhtəşəm 
sənət  dünyası  hələ  bundan  sonra  neçə-neçə 
əsrləri  yola  salacaq,  neçə-neçə  nəsillərə  zövq 
verəcək. Öz tükənməz xəzinəsini gələcəyə apara-
caqdır. Səməd Vurğun demiş: “onun şeirləri ona 
daha parlaq gələcək qazandıracaqdır.” 
 
Əhsən,  yaddaşlara  əbədi  həkk  olunmuş 
ecazkar  sənətkara,  onun  möcüzələrlə  dolu  sirli-
sehrli  sənətinə!.  Əhsən,  onun  gecə-gündüz  çağ-
layan şeir bulağına!. 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin