İTŞ-dəki pasiyentlər ( IV qrupp)
İTŞ-də müalicə vacib olan ağır xəstəxanadankənar pnevmoniyalı pasiyentlərdə qrammənfi törədicilərin ( Klebsiella spp., E.coli, P.aeruginosa və s.) yüksək riski vardır, buna görə β-laktam antibiotikləri ( sefatoksim, seftriakson, amoksisillin/klavulanat) və makrolid tərkibli kombinə olunmuş terapiya məsləhət görülür. Alternativ variant β-laktamlarla respirator ftorxinolonların ( levofloksasin, maksifloksasin) kombinasiyası ola bilər.
Göy irin infeksiyasına şübhə olduqda, birinci sıra terapiya kimi göy irin əleyhinə β-laktamlar (seftazidim, sefoperazon, sefepim, imipenem, meropenem) istifadə olunur. Etapenemi P.aeruginosa-ya nisbətdə aktivliyinin olmamasına görə təyin etmək olmaz. Alternativ “üçlü” terapiya hesab olunur ki, buraya da göy irin əleyhinə β-laktamlar, ftorxinolon (siprofloksasin, levofloksasin) və ya aminoqlikozid gentamisin, amikasin) və makrolid daxildir.
Enterobacteriaceae və P.aeruginosa ilə törənən infeksiyanın risk faktorlarına aşağıdakılar aiddir:
• xəstənin yaşı 65-dən çox;
• AXOX;
•bronxoektazlar;
•bədxassəli törəmələr;
•şəkərli diabet;
•sistem qlükokortikoidlərin qəbulu;
•sitostatiklərin təyini;
•alkoholizm
Anaerob infeksiyaya yüksək risk olduqda inhibitor müdafiəli penisillinlər, sefoperazon (sulbaktam), karbapenemlər, klindomisin işlətmək lazımdır. Populyasiyada penisillinə davamlı pnevmokoklar yayıldıqda β-laktam antibiotiki kimi sefotaksim, seftriakson və ya sefepim işlətmək daha yaxşıdır. Seftazidimi aşağı antipnevmokokk aktivliyinə görə təyin etmək lazım deyil.
Mütləq yadda saxlamaq lazımdır ki, bu kateqoriya pasiyentlərdə terapiyanı dərhal ən aktiv preparatlarla ( aqressiv antibakterial terapiya) başlamaq lazımdır, çünki bunların təyininin ləngidilməsi letallığı əhəmiyyətli dərəcədə artırır.
Dostları ilə paylaş: |