Xəstəxanaxarici pnevmaniya


Pilləli antibakterial terapiya



Yüklə 215,5 Kb.
səhifə16/17
tarix26.12.2016
ölçüsü215,5 Kb.
#3604
1   ...   9   10   11   12   13   14   15   16   17
Pilləli antibakterial terapiya.

Pilləli antibakterial terapiya antibiotiklərin iki mərhələli təyinini nəzərdə tutur: pasiyentin klinik vəziyyətini nəzərə almaqla daha qısa müddətdə parenteral yeridilmədən peroral yeridilməyə keçmək. Pilləli terapiyanın ideyası ondadır ki, antibiotikin parenteral yeridilməsi müddəti azalmaqla müalicənin maya dəyəri aşağı düşür və pasiyentin stasionarda qalma müddəti qısalır, belə ki, peroral qəbulu ev şəraitində də davam etdirmək olar. Bu zaman terapiyanın klinik effektliyi saxlanılır və postinfeksion fəsadlar riski azalır. Pilləli terapiyanın optimal variantı eyni preparatın, (məsələn, levofloksasin və ya amoksisillin/klavulanat) iki dərman formasının (parenteral yeritmə və daxilə qəbul üçün) ardıcıl işlədiməsidir ki, bu da müalicənin ardıcıllığını təmin edir.

Antimikrob xassəsi ilə bir birinə yaxın olan və qazanılmış rezistentliyin eyni səviyyəsinə malik olan, məsələn, seftriakson və amoksisillin/klavulanat kimi antibakterial preparatların ardıcıl işlədilməsi mümkündür.

Antibiotikin parenteral yeridilməsi qaydasının perorala keçilməsini xəstənin vəziyyətinin stabilləşməsində, temperaturun normallaşmasında və xəstəxanadankənar pnevmoniyanın klinik şəkli yaxşılaşdıqda həyata keçirmək lazımdır. Bu zaman aşağıdakı meyarlardan istifadə etmək məqsədəuyğundur:

•8 saat intervalla son iki ardıcıl ölçmə zamanı normal bədən hərarəti (37.50 C);

•təngnəfəsliyin azalması, huşun pozğunluğunun olmaması;

•xəstəliyin digər simptomlarının müsbət dinamikası;

•qastrointestinal absorbsiyanın pozğunluqlarının olmaması;

•xəstənin peroral müalicəyə razılığı (hazır olması)

Pilləli terapiya üçün işlədilən antibiotiklərin sayı çoxdur: amoksisillin/klavulanat, sefuroksim, klaritromisin, azitromisin, spiromisin, eritromisin,levofloksasin, moksifloksasin, ofloksasin, siprofloksasin. Peroral dərman forması olmayan antibiotiklər üçün antimikrob spektrinə görə yaxın preparatla ( məsələn, ampisillin və amoksisillin) əvəz edilmə mümkündür.




Yüklə 215,5 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin