Stasionar şəraitdə antibakterial terapiyanın müddəti.
Ağır olmayan xəstəxanadankənar pnevmoniyada antibakterial terapiya bədən hərarətinin davamlı normallaşması halında (3-4 gün ərzində) qurtara bilər. Belə yanaşmada müalicənin müddəti 7-10 gün təşkil edir. Dəqiqləşdirilməmiş etiologiyalı ağır pnevmoniyada 10-günlük antibakterial terapiya məsləhətdir. Elə bu müddətdə də leykositozun itməsi müşahidə olunur. Xəstəxanadankənar pnevmoniyanın mikoplazma və ya xlamidiya etiologiyasına klinik və/və ya epidemioloji məlumatlar olduqda terapiyanın müddəti 14 gün təşkil etməlidir.
Antibakterial terapiyanın daha uzun müddəti stafilokokk etiologiyalı və ya qram mənfi enterobakteriyalarla törənən xəstəxanadankənar pnevmoniyalarda 14 gündən 21 günə qədərdir. Legionellyoz pnevmoniyada antibakterial terapiyanın müddəti 21 gün təşkil edir.
Antibakterial terapiyanın effektlilik meyarları:
• temperatura <37.50 C;
•intoksikasiyanın olmaması;
•tənəffüs çatışmazlığının olmaması (tənəffüsün tezliyi <20/dəq.);
•irinli bəlğəmin olmaması;
•qanda leykositlərin miqdarı<10x109/l, neytrofillər<80%, cavan formalar<6% ;
•Rentgenoqrammada mənfi dinamikanın olmaması
Dostları ilə paylaş: |