Xəstəxanaxarici pnevmaniya



Yüklə 215,5 Kb.
səhifə4/17
tarix26.12.2016
ölçüsü215,5 Kb.
#3604
1   2   3   4   5   6   7   8   9   ...   17
CURB-65/CRB-65 şkalası

Sonuncu təkliflərdən biri xəstəxanadankənar pnevmoniyanın ağırlığının CURB-65 və CRB-65 şkalaları işlətməklə müəyyən edilməsi hesab edilir ki, bunlar da hal-hazırda BTS tərəfindən əsas kimi tövsiyə edilmişdir. Bunların əsasında BTS-in modifikasiya olunmuş şkalası durur və onların tətbiq prinsipi beş parametrin (CURB-65 şkalası) və ya dörd parametrin(CRB-65 şkalası) qiymətləndirilməsinə əsaslanır. Bu şkalaya görə minimal bal sıfır, maksimal bal isə dörd və ya beş təşkil edir.

CURB-65 /CRB-65 şkalasına görə qiymətləndirmə parametrləri.

Simvol

Təsviri

C

Huşun pozulması, məkan, zaman daxilində və öz şəxsiyyətini müəyyən etməkdə dezorientasiya (Mental Confusion)

U*

Qanda sidik cövhəri azotu >7 mmol/l (Blood Urea)

R

Tənəffüs hərəkətlərinin sayı ≥ 30/min (Respiratory Rate)

B

Aşağı arterial təzyiq( Low Blood Pressure)

diastolik( DAT) ≤60 mm civə süt.

sistolik (SAT) < 90 mm civə süt.


65

Yaş ≥ 65

*CRB-65 şkalasında olmur.

CURB-65 şkalasına görə balların sayının interpretasiyası.



Sidik cövhəri azotunu təyin etmək MÜMKÜNDÜR

Balların sayı

Təsviri

0-1

Aşağı letallıq (1.5%. ambulator müalicə mümkündür)

2

Letallıq göstəricisi ortadır ( 9.2%) hospitalizasiyanın vacibliyi istisna edilmir.Variant kimi : qısa müddətli stasionar müalicə və /və ya nəzarət altında ambulator müalicə

3-5

Yüksək letallıq (22%) stasionar müalicə, xüsusən göstərici 4 və ya 5 olduqda İTŞ-ə hospitalizasiya məsələsini həll etmək

CRB-65 şkalasına görə balların sayının interpretasiyası

Sidik cövhəri azotunu təyin etmək QEYRİ MÜMKÜNDÜR

Balların sayı

Təsviri

0

Aşağı letallıq(1.2%) ambulator müalicə mümkündür

1-2

Letallığın orta göstəricisi(8.15%) hospitalizasiyanın mümkünlüyü istisna edilmir

3-4

Yüksək letallıq (31%) təcili hospitalizasiya

Hal-hazırda hospitalizasiya olunmuş xəstələrin vəziyyətinin ağırlığını müəyyən etmək üçün zərdabda C-reaktiv zülalın səviyyəsinin (CRZ) müayinəsi diqqəti daha çox cəlb edir. CRP-nin ən yüksək səviyyəsi pnevmokokk və ya legionellalı pnevmoniyası olan xəstələrdə müəyyən edilir. Bundan başqa CRP-nin ən yüksək göstəricisi xəstəxanadankənar pnevmoniyanın daha ağır gedişinə dəlalət edir ki, bu da xəstənin hospitalizasiyasını və daha intensiv terapiyanın təyinini tələb edir. Aşağı tənəffüs yollarının iltihabı simptomları olan yaşlı pasientlərdə CRZ >33 mq/l səviyyəsi həqiqi alveolyar infeksiyanı aşağı tənəffüs yollarının digər infeksiyalarından fərqləndirən əlamət hesab olunur. Pnevmokokk və ya legionella etiologiyalı pnevmoniyalı xəstələrdə CRP > 106 mq/l konsentrasiyası xəstəliyin ağır gedişinə dəlalət edir və xəstənin aparılmasının aqressiv taktikasının seçilməsi üçün əsas ola bilər. Ancaq yadda saxlamaq lazımdır ki, bu sistemli iltihabi prosesi əks etdirən ümumi göstəricidir və onun səviyyəsinə cins, yaş, alkohol, tütünçəkmə, fiziki yükün intensivliyi, yanaşı xəstəliklər (şəkərli diabet, immuno depressiya və s.) təsir edir.

Prokalsitonin daha bir göstərici hesab edilir ki, bunun da səviyyəsi bu və ya digər dərəcədə xəstəxanadankənar pnevmoniyalı xəstələrin vəziyyətinin ağırlığı ilə korrelyasiya edir.




Yüklə 215,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin