Imagination.Təxəyyül. “Taminanın adadakı tarixçəsiylə siz uşaqlara nə demək istəyirdiniz?” – məndən soruşurlar. Əvvəlcə bu tarixçə məni heyrətə salan yuxuydu, oyanandan sonra beynimdən çıxmırdı, onu yazanda genişləndirib dərinləşdirdim. Onun mənası? Əgər istəyirsinizsə: infantokratik1 (yaşlı vaxtda uşaqlıq dövrünün xüsusiyyətlərini saxlamaq) gələcəyin qarabasma obrazı. Amma fikir yuxuya yox, yuxu fikrə səbəb oldu. Deməli, bu hekayəni xəyala qapılıb oxumaq lazımdır. Heç də açılması lazım gələn rebus kimi oxunmamalıdır. Kafkaşünaslar məhz yazıçını şərh etməyə girişərək onu “öldürdülər”.