324 Dekabr 2013
Günlərin birində cənab Remo itinə nifrət etdi. Gönüqalın insan deyildi, amma arvadı öləndən sonra
daxilində nələrsə çatladı. Bu dul kişinin yalnız bir iti qaldı. Mops-şnops it cinslərinin qarışığından
yaranmış yarasa qulaqlı bu qara kök it, hansısa bir topu və ya çubuğu atdıqda, cəld qaçıb geriyə
gətirdiyindən, Bumeranq sözünün qısaldılmış forması olan Bum adına layiq görülmüşdü.
Bir zamanlar cənab Remo və Bum birlikdə payi-piyadə gəzər, bəşəriyyətdən, heyvan dünyasından
söhbət edər, Dekartdan tutmuş Lessiyə qədər bütün məsələləri müzakirə edər, qarşılıqlı anlaşma
şəraitində yaşayardılar. Daha danışmırdılar. Cənab kresloda oturub, gözlərini boşluğa zilləyir, Bum
isə sahibinin ayağına sərilib, sərhəd tanımayan sevgi dolu baxışlarla sahibinə baxırdı. Cənab Remo itin
sədaqətli və etibarlı baxışlarına nifrət edirdi.
İtkilərdən, yalqızlıqdan, ağrılardan ibarət həyatda arabir quyruğunu yelləyən, sevincindən
zingildəyən, ucu-bucağı görünməyən tüklü məhəbbətiylə boşalmış evi dolduran bu yöndəmsiz
varlığın bu dəhşətli dünyada nə xeyri dəyə bilərdi?
Sahibi itini daha yemləmirdi. İki gün itini yeməksiz qoydu. Bum isə məhəbbətiylə sahibini təngə
gətirirdi. Cənab Remo yemək üçün masa arxasında əyləşərkən, it heç nə istəmirdi, heç masaya da
yaxınlaşmırdı. Maraqla sahibini izləyən Bumun gözlərindən bunu oxumaq olardı: “Sahibimin yemək
yeməsi mənim üçün kifayətdir. Əgər sahibim doydusa, onda mən də toxam”. Sahibi ağzını
marçıldadıb yedikdə, Bumeranqın baxışları ülviləşirdi. Yemləmək zamanı gələndə isə, Bum cəld
kasaya tərəf qaçmırdı, təmkinlə və minnətdarlıq duyğusuyla quyruğunu bulayır, sanki demək
istəyirdi: “Əgər məni çörəklə sınağa çəkirsənsə, demək belə lazımdır. Yada saldığın üçün təşəkkür
edirəm sənə, ey mənim sahibim”.
Cənab Remo bəlkə də vicdan əzabından xəstələnmişdi. Hərarəti qalxdığından, Bum sahibinin
yatağından ayrılmırdı. Gecə sayıqlayıb oyanan Remo sevgi dolu bərəlmiş gözləriylə sahibinə baxan,
qulaqlarını antena sayağı dimdik qaldırmış itini gördü. İt sanki deyirdi: “Əgər ölüm sənə
yaxınlaşmağa cürət etsə, didim-didim parçalayaram ölümü, ey mənim sahibim”. Vaxt ötdükcə cənab
Remonun itin sonsuz sevgisinə nifrəti amansızcasına artırdı. Dörd gün ərzində itini küçədə
gəzdirmədi.
Cümə günü Bum eyvanın qapısını araladı və içəri keçib, utana-utana sidiyini boşaltdı. Maddələr
mübadiləsi iyirmi damcı sidik ifrazıyla, mədəsini boşaltması isə noxud dənəsi boyda nəcislə
Stefano Benni müasir italyan yazıçısıdır. 1947-ci ildə
İtaliyanın Boloniya şəhərində doğulub. “Yer Kürəsi” adlı ilk
romanı 1994-cü ildə çapdan çıxmışdır. 1994-cü ildə
"Feltrinelli" nəşriyyatında çap olunmuş, iyirmi yeddi
hekayənin yer aldığı “Sonuncu göz yaşı” kitabında Stefano
Benni televiziyanın insanlara kütləşdirici təsirini qrotesk
üslubda lağa qoymuşdur. Müəllifi olduğu “Hürküdülmüş
gülməli pəhləvanlar” kitabı əsasında 1998-ci ildə “Qoca
heyvanlar üçün musiqi” filmi çəkilmişdir. “La Repubblica”,
“Il manifesto”, “Panorama” və digər italyan qəzetləri ilə
əməkdaşlıq edir. Yaradıcılığı İtaliyanın bir neçə ədəbi
mükafatına layiq görülmüşdür
Dostları ilə paylaş: |