324 Dekabr 2013
şüşəsindən sahibini gözləyən Bumun qıcıqlandırıcı cizgiləri sezilirdi.
Səhər şəfəqləri çıxarkən, it nigaran qaldığından şüşəni cırmaqladı.
- Rədd ol burdan! - cənab Remo bağırdı.
İt sevincindən quyruğunu buladı. Axı sahibi ayaqyolunda ölməmişdi! Bundan böyük xoşbəxtlikmi
olar?!
Üstündən iki gün keçdi. Cənab Remo iti maşına yerləşdirdi və gün uzunu yol gedib dənizə çatdılar.
Cənab Remo gəmiyə oturdu. Gəminin uşaq sərnişinləri Bumeranqla oynayırdılar. Cənablardan biri
Remoya dedi:
- Bu iti özünüzlə məzuniyyətə götürməyiniz çox yaxşıdır. Mənim itim çox böyükdür. Belə baxıram,
siz bu itlə bir-birinizə çox bağlısınız.
- Hə, çox bağlıyıq, çox, - cənab Remo cavab verdi.
Axşam düşmüşdü. Cənab Remo Bumeranqı dənizə apardı və ağac parçasını əlinə alıb suya atdı.
Bum ağac parçasının dalıyca üzüb, ağzıyla qapdı, sahilə qayıdanda sahibini tapmadı.
Cənab Remo yolun o biri tərəfində iki qədəh konyak içdiyindən ürəyi bulanırdı.
Bir həftə keçdi. Bumeranqın ötən dəfə qayıdışının şahidi olan xanım itin yenidən itməsi barədə
soruşdu.
- Təəssüf edirəm, - Cənab Remo dedi, - əvvəlcə özünə gəldi, sonra halı yenə pisləşdi.
Xanımın dodaqlarına təəssüf qondu, Tommazina göz yaşını saxlaya bilmədi, bəlkə xəstə
olduğundan, bəlkə də Buma yazığı gəldiyindən.
Həmən həftə cənab Remo üçün kədərli həftə oldu. Səbəbi heç də Bumeranqın yox olması deyildi. İt
getsə də, izi qalmışdı.
Xalça və divan itin nəcisiylə iyləndiyindən, dezodorantla təmizlədi.
Cənab Remo darıxırdı, itə görə yox, televizorunun xarab olmasına görə.
Televizor ustası gəldi.
Ordan-burdan hap-gop etdilər, birdən Bumeranqın kasası ustanın gözünə sataşdı.
- Sizin itiniz var? - usta soruşdu.
- Daha yoxdur.
- Amma mənim itim var, böyük problemlər yaşadır mənə. Təsəvvürünüzə gətirin, dənizdə
məzuniyyətdə idim. Geriyə qayıdarkən, köntöy bir it maşınıma hoppandı. Uşaqlarım yalvardılar,
dedilər bu it sahibi tərəfindən atılıbdır, götürək özümüzlə. Bu uşaqlar bilirsiniz də necə dilə tutmağı
bacarırlar...
- Əlbəttə bilirəm, - Cənab Remo cavab verdi.
- İt indi yanımdakı maşındadır. Bilmirəm kimə verim. İt saxlayanlardan tanıdıqlarınız var?
- İt hansı rəngdədir? - daxilən səksənən cənab Remo soruşdu.
- Qara. Yarasayabənzər qulaqları var.
Usta getdi. Televizor işlədi. Cənab Remo televizor qarşısında otursa da, ekrana yox, qapıya baxırdı.
Biz az keçmişdi, cırmaqlaşma səsi eşidildi.
Cənab Remonun yadına uşaqlıq dövründə baxdığı film düşdü, həmən filmdə ölülər qəbirdən
xortlayırdılar. Ancaq cənab Remonun həmən dəqiqə hiss etdikləri, hansısa dəhşət filmiylə müqayisəyə
gəlməzdi.
Zombi Bumeranq qayıtmışdı. Səhərdən-axşamacan uşaqlar tərəfindən yemləndiyindən, daha da
kökəlmişdi. Dəyişməz sevgisiylə, sədaqətiylə, etibarıyla, mərhəmətli hissləriylə baxırdı sahibinə.
- Ay it, ay allahın heyvanı, səni tulladığımı anlamırsan? - cənab Remo qışqırdı.
- Məni tullamağa səbəblərin vardı. Sən müdriksən, əvvəlkindən də çox istəyirəm səni, - it
55
324
Dekabr 2013
quyruğuyla cavab verdi.
Bu zaman cənab Remo başqa ölkəyə, hətta başqa qitəyə getmək qərarına gəldi. Bütün pullarını
hesabından çıxartdı, ağ pencək və saman şlyapa aldı. Səhər tezdən Bumeranqı eyvanda bağlayıb getdi.
Təyyarəyə oturdu, on dörd saat uçdu.
Təyyarənin pilləkənləriylə düşərkən, özünü tamamən başqa cür hiss etdi. Yükünü gözləyərkən,
dərisi gündən qaralmış qızın yanında durub, üzünə gülümsədi. Bəli, cənab Remo hər şeydən
uzaqlaşmışdı. Dəniz qoxusu gəlirdi. Günəş qoxusu gəlirdi. İt qoxusu gəlmirdi. Məhz bu anda qəribə
səhnəyə rastlaşdı. İki polisin arasında vurnuxan bir xanım ağlayıb-sızlayıb, malyükləyənlər
tərəfindən indicə gətirilmiş it qəfəsinə işarə edərək, bərkdən qışqırırdı:
- Bu mümkün deyil! Mənim Rufusum hardadır?!
- Sakitləşin, xanım! - polis başını qaşıyıb xanıma deyirdi: siz dediyiniz kimi ola bilməzdi....
Marağa gələn Remo daha da yaxınlaşdı.
Polisin yük axtarışı bürosunun əməkdaşıyla danışdıqlarını eşitdi.
- Çox qəribə hadisə baş verib. Xanım adi prosedur qaydalarla itini qəfəsdə göndərirmiş, indiysə
deyir bu it onunku deyil.
- Ola bilməz...
- Mənim itim irlandiya setteri cinsindəndir, - xanım ağlaya-ağlaya dedi, - bu it isə piyli və
yöndəmsizdir. Öz itimi yaxşı xatırlayıram, uçmamışdan əvvəl aeroportda sərbəst gəzişirdi.
- Demək istəyirsiniz, kimsə itinizi dəyişibdir?
- Hə, - büro əməkdaşı qəhqəhə çəkdi, - yaxud piyli it qəfəsi açıb və itinizlə qarşılıqlı anlaşma
şəraitində yerlərini dəyişiblər.
- Dişinizi ağartmayın! İtlərin ağıllı olmasından bixəbərsiniz!
Cənab Remo qəfəsin açılmasını gözləmədi. Deyəsən, ürəyinə dammışdı. Diyircəkli çemodanını
qaça-qaça sürüyərkən, dəhlizdə nəyəsə vurdu və onu təqib edən Bumeranqın şiddətli addımlarını
eşitdi. Taksiyə oturub dedi:
- “Tropikana” mehmanxanasına, cəld!
- Sürə bilmərəm, cənab, - taksi sürücüsü dedi. – maşının qarşısında it uzanıb.
Cənab Remo yuxarı mərtəbədəki nömrəsinə qalxdı. Qapını açıb, eyvana çıxdı. Bumeranq razı halda
xalçanı iyləyirdi.
Cənab Remo ağ pencəyini və şlyapasını çıxardı.
Dənizə baxdı, səmaya baxdı, baxışları uzaq üfüqlərə pərvazlandı.
Arxaya çəkilib, sürətlə irəliyə doğru qaçdı.
Eyvandan tullandı.
Pərəstişlə sahibinə baxan top mərmisi sayaq kök Bumeranqı sonuncu dəfə gördü.
Remo və Bum yan-yana aşağı şığıyırdılar.
Sahibim, bu, yeni oyundurmu?
Yerli qəzet manşet xəbərini bu kədərli hekayəyə həsr etdi.
Onları yan-yana dəfn etdilər.
Dostları ilə paylaş: |