İslam səNƏTİ



Yüklə 11,59 Mb.
səhifə49/50
tarix26.12.2016
ölçüsü11,59 Mb.
#3530
1   ...   42   43   44   45   46   47   48   49   50
Və bə’zilər demişdirlər ki, Hz. Mövlana Cəlaləddin Rumi (q.s.) özünün bir əsərində bu əhvalata işarə etmişdir:
Biz ol izzü kərəm gövmindəniz kim

Dəmadəm eyş edib, sağər tutarlar.

Nə şul biqədr müflislərindəniz kim,

Füsun edib, bizə lağər tutarlar.

Bir əldən nuş edib iman şərbətin,

Bir əldə pərçəmi-kafir tutarlar.
Hz. Şeyxin şəhadəti hicrətin 618 (1221) ilindədir. Onun müridləri çox idi. Amma onların bir neçəsi yeganeyi-cahan və müqtədayi-zaman (zamanın öndə gedənləri) olmuşdular: Şeyx Məcdəddin Bağdadi, Şeyx Sə’əddin Həmavi, Baba Kamal Xocəndi, Şeyx Raziəddin Əli Lala, Şeyx Seyfəddin Baxərzi, Şeyx Nəcməddin Razi, Şeyx Cəmaləddin Gili kimi.

Bə’ziləri demişdirlər ki, Mövlana Cəlaləddinin atası Bəha’əddin Vələd də onlardan olub, qaddəsallahu Təala ərvahim.
(Əbdürrəhman Cami. “Nəfahətül-Üns” kitabından bir fəsil. Tərcümə: Lamii Çələbi)

KƏŞF Əl-MƏHCUB LI ƏRBAB ƏL-QÜLUB” KİTABINDAN BİR FƏSL


Bu kitabı “Kəşfül-Məhcub” adlandırmaqla muradım bu idi ki, kitabın adı bəsirətli adamlara onun məzmununu bildirsin. Bil ki, bu aləmdə, Allah Təalanın əzizan və övliyalarından başqa, hamı üçün incə mə’nalar (lətifəi-təhqiq) məhcubdur, pərdə altındadır. Kitab Haqq yolunu bəyan və hikmət kəlamatını şərh (şərhi-kəlamati-təhqiq) edir. Ondan başqa o, həm də ölüm pərdəsinin qaldırılması işini (kəşfi-hicabi-həlak) anlatır. Bütün bu səbəblərə görə bu, ona ən münasib bir addır.

Həqiqətən necə ki, kəşf pərdəni yox edir, pərdə də, həmçinin, kəşfi yox edir. Məsələn, necə ki, yaxında olan uzaqlığa dözə bilmir, uzaqda olan da yaxınlığa dözə bilmir. Və ya necə ki, sirkədə əmələ gələn cücülər başqa yerə düşəndə məhv olur, başqa yerdə əmələ gələn cücülər isə sirkəyə düşəndə məhv olurlar.

Mənaviyyat yolu (təriqe-mə’na) yalnız bu yol üçün yaradılanlara asandır. Peyğəmbər (s.ə.s) dedi ki, “Hər adam nə iş üçün yaradılıbsa o iş ona asan gəlir”.

Hicab iki cürdir: Biri hicabi-rəynidir (örtən pərdə), nəuzübillah min zəlikə, ki, o, heç vaxt aradan getmir və ikincisi isə hicabi-ğəynidir (dumanlı pərdə) ki, o, asanlıqla aradan gedir. Bu o deməkdir ki, birinci halda adamı Haqqdan pərdələyən onun öz zatıdır. Elə ki, onun üçün Haqq və batil eyni şeydir. İkinci halda isə adamı Haqqdan pərdələyən onun sifətləridir. Elə ki, onun təb’i (təbiəti) Haqqı tələb edib, batili rədd edir. Fəqət zatın hicabı olan hicabi-rəyni isə heç vaxt aradan getmir. “Rəyn”, “xətm” və “təb’” – bunların hər üçünün mə’nası eynidir.

Haqq Təala dedi: “Xeyr, əslində onların əməlləri qəlblərini günahlarla qaplamışdır”(Qur’an, əl-Mütəffifin, 83/14). Və sonra bunu aydınlatmaq üçün bəyan etdi: “Həqiqətən, kafirlərə nə qədər xəbardarlıq verirsən ver, onlar üçün fərqi yoxdur, iman gətirməzlər”(Qur’an, əl-Bəqərə, 2/ 6). Və sifət hicabı, yə’ni ki “dumanlı pərdə”(ğəyni) müəyyən halda aradan gedə bilir, çünki sifətləri aradan aparmaq olar, halbuku zatı aradan aparmaq mümkün deyil. Məşayix öz qissələrində rəyn və ğəynin mə’nasına incə (lətif) işərələr vermişdi. Cüneyd (r.ə.) demişdi ki, “Rəyn qalana (vətən) aiddir və ğəyn isə keçəri olanlara aiddir”. Vətən daimidir, ğəyn keçəridir. Məsələn, ustalar nə qədər çalışsalar da daşdan güzgü düzəldə bilməzlər. Halbuki paslı güzgünü parıldatmaq mümkündür. Çünki qaranlıq daşa, parlaqlıq isə güzgüyə xasdır. Zat daimidir, sifət keçəridir.

Mən bu kitabı qəlblərini arıdmaq istəyən adamlar üçün yazmışam, o kəslərə ki, asan cilalalan hicabı-ğəynə mübtəla olmuşlar. Elə ki, onların içlərində Haqq nurunun mayası mövcuddur. Və bu kitabı oxumağın bərəkətindən hicab qaldırılar və onlar həqiqətin mə’nasına yol taparlar. O kəslərin ki, mahiyyəti batil işlərə və Haqqın inkarına meyl edir, onlar heç vaxt Haqqa gedən yolu tapmayacaqlar və bu kitabdan onlara heç bir fayda olmaz.

Yüklə 11,59 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin