Xülasə Azərbaycanda əhalinin yüksəkkeyfiyyətli və sağlam ərzaq məhsulları ilə təmin edilməsi dövlət


Damazlıq quşçuluğun inkişaf mexanizmləri



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə8/12
tarix26.03.2023
ölçüsü1,1 Mb.
#90171
növüXülasə
1   ...   4   5   6   7   8   9   10   11   12
9 - Damazlıq quşçuluq

3. Damazlıq quşçuluğun inkişaf mexanizmləri 
 
 
Tənzimləmə sisteminin inkişafı 
 
İnkişaf etmiş ölkələrin hamısında kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislərin, elmi-tədqiqat 
müəssisələrinin, seleksiya və süni mayalama mərkəzlərinin, assosiasiyaların, həmçinin digər əlaqədar 
təşkilatların uzunmüddətli gərgin əməyi və səyi nəticəsində möhkəm damazlıq sistemi formalaşmışdır və 
hər bir ölkənin qanunvericilik aktlarına müvafiq olaraq fəaliyyət göstərir. 
Bizim ölkəmizdə quşçuluq da daxil olmaqla heyvandarlıqda damazlıq işinin təşkili və idarə 
edilməsinin hüquqi və iqtisadi əsaslarını müəyyən edən “Damazlıq heyvandarlıq haqqında” Azərbaycan 
Respublikasının 2007-ci il 18 dekabr tarixli, № 516-IIIQ nömrəli Qanunu qəbul edilmiş, müvafiq nəzarət 
və tənzimləmə mexanizmi yaradılmışdır. 
Azərbaycan Respublikasında damazlıq heyvandarlıq və damazlıq işi ilə bağlı dünyada qəbul 
edilmiş norma və standartların bazasında ilkin hüquqi sənəd və normativlər hazırlanmışdır. Bunun davamı 
olaraq ölkədə damazlıq işinin, o cümlədən damazlıq quşçuluğun inkişafı üzrə mövcud tənzimləmə 
sisteminin daha da təkmilləşdirilməsinə ehtiyac vardır. Bu istiqamətdə ilk növbədə aşağıdakı məsələlərin 
həlli məqsədəmüvafiqdir: 

Qarşılıqlı və birgə fəaliyyət göstərən qurumlardan ibarət vahid damazlıq xidmətinin qurulması və 
bu xidmət çərçivəsində hər bir qurumun fəaliyyət və hesabatlılıq (məsuliyyət) mexanizminin 
hazırlanması

Damazlıq quşların və quşçuluq təsərrüfatlarının qeydiyyatı, uçotu və fəaliyyətinin tənzimlənməsi; 

Damazlıq quşların dövlət reyestrinin yaradılması, Dövlət Damazlıq Kitablarının və seleksiya-
damazlıq proqramlarının hazırlanması;

Cins quşların damazlıq pasportu (şəhadətnaməsi) və damazlıq ehtiyatlarının sertifikatlaşdırılması; 

Yerli quş cins və növlərinin tanınması, patentləşdirilməsi və qorunması və s. 



Bunlarla yanaşı damazlıq quşçuluğun keyfiyyətinə nəzarətin təkmilləşdirilməsinə də ehtiyac vardır. 
Yerli istehsalçılardan əldə olunan və idxal edilən damazlıq cücə və yumurtaların keyfiyyətinə 
zəmanəti təmin etmək üçün daxildə və xaricdə mövcud vəziyyət nəzərə alınmaqla risklərin aradan 
qaldırılmasına imkan verən yeni standart və normativlərin işlənib hazırlanması və geniş tətbiq 
edilməsi məqsədəuyğundur. Eyni zamanda yüksək normativlərlə idxal məhdudlaşdırılmalı və bu 
sahəyə nəzarət sistemi təkmilləşdirilməlidir. 

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin