Xülasə Azərbaycanda əhalinin yüksəkkeyfiyyətli və sağlam ərzaq məhsulları ilə təmin edilməsi dövlət


Cədvəl 1. Damazlıq-quşçuluq müəssisələri



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix26.03.2023
ölçüsü1,1 Mb.
#90171
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   12
9 - Damazlıq quşçuluq

 
Cədvəl 1. Damazlıq-quşçuluq müəssisələri 
 
Müəssisənin adı 
Damazlıq 
quşların sayı, 
min baş 
Damazlıq yumurta 
istehsalı, milyon ədəd 
İstehsal
gücü 
Faktiki 
istehsal 
"Araz" Damazlıq-Quşçuiluq 
138 
34.5 
30 
"Nəzər" KTMİ 
185 
20.4 
19 
"Xəmsə" MMC 
166 
18.3 
16 
 "Azərquşçuluq" MMC 
190 
35.2 
35 
"Aqropol" MMC" 
296 
38.5 
35 
"Abşeron" KTMİ 
90 
9.0 

"Giləzi Quşçuluq" MMC 
170 
17.0 
2.5 
"MMZ" MMC 
60 
11.1 
10.5 
"Qaradaşlı Broyler" ASC 
32 
8.5 
8.4 
Cəmi 
1327 
192.3 
165.4 

 Mənbə: [9] 
Damazlıq müəssisələrinin birgə ümumi tutumu 1358 min baş, faktiki yetişdirilən damazlıq quşların 
sayı isə 1327 min baş təşkil edir. Damazlıq yumurta istehsal gücü ümumilikdə təqribən 192.3 milyon ədəd 
olan bu müəssisələrdə 2019-cu ildə faktiki olaraq 165.4 milyon ədəd yumurta istehsal edilmişdir.
İri müəssisələrlə yanaşı ölkə ərazisində bir-neçə kiçik həcmli quşçuluq müəssisələri də damazlıq 
quşçuluq sahəsində ixtisaslaşmaqdadır. 
Ölkəyə genetik material kimi 2016-2019-cu illərdə orta hesabla 31 milyon ədəd damazlıq yumurta 
idxal edilmiş, 2019-cu ildə isə idxal 2 dəfə azalaraq 18.2 milyon ədəd təşkil etmişdir. Bununla yanaşı, 
2019-cu ildə damazlıq cücə idxalı 2016-cı ilə nisbətən 3.0 dəfə artaraq 1.6 milyon baş olmuşdur (Cədvəl 
2, Qrafik 2) 
Başqa sözlə, ölkəyə damazlıq yumurta və birgünlük cücə formasında idxalın həcmi təqribən 20 
milyon ədəd damazlıq yumurta ekvivalentindədir. 
Son 5 ildə ölkədə sənaye üsulu ilə diri çəkidə orta hesabla 75 min ton ət istehsal edilmişdir. Bu isə 
80% cücə çıxımı hesabı ilə təqribən 95 milyon ədəd damazlıq yumurta istehsal edilməsinə ekvivalentdir. 
Həmçinin, sənaye üsulu ilə hər il orta hesabla istehsal edilən 709 milyon ədəd ərzaqlıq yumurtanın əldə 
edilməsi üçün isə təqribən 5 milyon ədəd damazlıq yumurta lazımdır.
Yəni, ölkədə sənaye üsulu ilə faktiki istehsal edilən quş əti və yumurtanın əldə edilməsi üçün 
təqribən 100 milyon ədəd damazlıq yumurta istifadə edilir ki, bunun da təqribən 20 milyon ədədi idxal 
olunur (damazlıq yumurta və ya birgünlük cücə formasında).
Bundan başqa, ölkəyə sənaye üsulu ilə istehsal olunan quş əti və ərzaqlıq yumurtanın idxalının 
əvəzedilməsi üçün də əlavə olaraq təqribən 50 milyon ədəd damazlıq yumurtaya ehtiyac vardır.




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin