1. İnkişaf etmiş ölkələrdə quşçuluq sahəsində damazlıq işinin təşkili Heyvandarlığın digər sahələrində olduğu kimi quşçuluq sektorunda da damazlıq-seleksiya işləri
zootexniki tədbirlərin vahid sistemi olmaqla damazlıq quşların elmi əsaslarla yetişdirilməsini təmin etdiyi
üçün bu sahədə fəaliyyət göstərən müəssisələrin idxaldan asılılığının azalmasına imkan yaradır.
İnkişaf etmiş ölkələr genetik material istehsal etmək, damazlıq quşçuluq müəssisələrini
yüksəkməhsuldar damazlıq yumurta və birgünlük cücə ilə təmin etmək üçün elmi əsaslarla idarə edilən və
dövlət nəzarəti altında fəaliyyət göstərən ixtisaslaşmış pilləli sistemə malikdirlər.
Damazlıq-seleksiya işinin funksiyaları və metodologiyası bu sistem çərçivəsində aşağıdakı qaydada
reallaşdırılır [18; 19]:
Genetika-seleksiya mərkəzləri və elmi-tədqiqat institutlarının təcrübə təsərrüfatları yüksəkməhsuldar quşların yeni xətt və kroslarının yaradılması, mövcud xətt və krosların
təkmilləşdirilməsi, onların genofondunun qorunması və damazlıq işinin metodikasının
hazırlanması da daxil olmaqla sırf seleksiya işlərinin aparılması ilə məşğul olurlar.
Dövlət sınaq-nəzarət mərkəzləri tərəfindən yeni yaradılmış kroslar qiymətləndirilir və
qiymətləndirmədən sonra damazlıq zavodlarına göndərilir.
Damazlıq zavodlarında yeni yaradılmış cinslər çoxaldılaraq təkmilləşdirilir və əcdad valideyn
(ulu valideyn) sürüləri yetişdirilərək reproduktorlara göndərilir.
1-сi dərəcə damazlıq reproduktorlardaəcdad sürülərindən quşların valideyn sürüləri
formalaşdırılır və onlardan alınan damazlıq yumurtalar 2-ci dərəcə reproduktorlara göndərilir.
2-ci dərəcə damazlıq reproduktorlarda damazlıq yumurtaların inkubasiyasından alınan
valideyn formaları çarpazlaşdırılır və onlardan əldə edilən hibrid yumurtalar quşçuluq
müəssisələrinə (fermalara) və inkubatorlara göndərilir.