Xülasə Azərbaycanda əhalinin yüksəkkeyfiyyətli və sağlam ərzaq məhsulları ilə təmin edilməsi dövlət



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə1/12
tarix26.03.2023
ölçüsü1,1 Mb.
#90171
növüXülasə
  1   2   3   4   5   6   7   8   9   ...   12
9 - Damazlıq quşçuluq



UOT:338.43, 636/637:338.23 
 
 
 
 
 
 
AZƏRBAYCAN RESPUBLİKASINDA DAMAZLIQ QUŞÇULUĞUN İNKİŞAF 
AMİLLƏRİ
 
 
 
Esmira Nazim qızı Lətifova, k.t.e.n. 
Aqrar Tədqiqatlar Mərkkəzi, direktorun müşaviri 
e-mail: esmira.latifova@atm.gov.az 
 
 
 
Xülasə 
 
Azərbaycanda əhalinin yüksəkkeyfiyyətli və sağlam ərzaq məhsulları ilə təmin edilməsi dövlət 
siyasətinin əsas prioritetlərindən biridir. Bu məqalədə Azərbaycanda quşçuluq sənayesinin, xüsusilə də 
damazlıq quşçuluq sektorunun mövcud vəziyyəti, bu sahədə qanunvericilik, dövlət siyasəti və tənzimlənmə 
mexanizmləri, idxal-ixracla bağlı mövcud vəziyyət, sahənin üzləşdiyi problemlər, yeni qlobal çağırışlar 
kontekstində quşçuluq sahəsinin dayanıqlı inkişafına təsir göstərən amillər və digər vacib məsələlərə 
toxunulmuşdur.
Məqalədə damazlıq, həmçinin əmtəəlik quş əti və yumurta istehsalı sahəsində fəaliyyət göstərən 
yerli sahibkarların problemləri və onların aradan qaldırılması yolları barədə fikirlərə də xüsusi yer 
ayrılmış, quşçuluq sənayesində daxili bazarın idxaldan asılılıq vəziyyəti, qarşılıqlı münasibətlərin daha 
məhsuldar formalaşdırılması yolu ilə damazlıq quşçuluğun potensialının artırılması və digər vacib 
aspektlər təhlil edilmiş və müvafiq təkliflər hazırlanmışdır. 
 
Açar sözlər: dayanıqlı inkişaf, quşçuluq sənayesi, quşçuluqda damazlıq işi, damazlıq quşçuluq 
sahəsində problemlər, damazlıq quşçuluğun inkişaf etdirilməsi. 
Giriş 
Dünya əhalisinin sürətlə artması 21-ci əsrin kənd təsərrüfatı sistemi qarşısında bir sıra ciddi 
məsələlərin həll edilməsi zərurətini qoymuşdur. Bu zərurət dünyanın aparıcı ölkələrinin diqqətini ərzaq 
məhsulları, yem və yem əlavələri, bioenerji alınması üçün xammal materiallarının daha çox istehsal 
edilməsi, iqlim dəyişikliklərinə cavab verən daha səmərəli və davamlı texnoloji üsulların istehsalatda geniş 
tətbiq edilməsi yolu ilə yaxın gələcəkdə bəşəriyyətin üzləşə biləcəyi ərzaq çatışmazlığının aradan 
qaldırılmasına yönəltmişdir.
Bu məsələlərdən ən əhəmiyyətlisi sayılan əhalinin ərzaq məhsulları ilə təmin edilməsi birbaşa olaraq 
kənd təsərrüfatının davamlı inkişafından asılıdır. Kənd təsərrüfatının davamlı inkişafı isə öz növbəsində 



ətraf mühitin sağlamlığının qorunması, sosial və iqtisadi sahədə bərabərlik mühitinin yaradılması və 
iqtisadi səmərə əldə edilməsi kimi üç vacib istiqamətdə müsbət nəticələrin əldə edilməsindən asılıdır.
Bu baxımdan əhalinin təhlükəsiz ərzaq məhsulları ilə etibarlı təminatı bütün ölkələrlə yanaşı 
Azərbaycan dövlətinin də qarşısında duran ən vacib vəzifələrdən biridir.
Kənd təsərrüfatı sektorunda önəmli yer tutan quşçuluq sənayesinin inkişafı isə bu vacib vəzifənin 
yerinə yetirilməsində xüsusi əhəmiyyət daşıyır, çünki quşçuluq sahəsi qısa müddət ərzində əhalinin daha 
ucuz və keyfiyyətli heyvan mənşəli zülal və əvəzolunmaz amin turşuları (yumurta, quş əti və ət məhsulları) 
ilə təmin edilməsinə imkan verir.
Quşçuluq sənayesinin daha da inkişaf etdirilməsi və dayanıqlılığının təmin edilməsi üçün sahənin 
davamlı və mütəmadi olaraq yüksəkkeyfiyyətli genetik materialla
(valideyn sürüsü, birgünlük cücə, 
yumurta) təmin edilməsi tələb edilir. Buna isə damazlıq quşçuluğun inkişafı və genişləndirilməsi sayəsində 
nail olmaq mümkündür.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin