Xülasə Bu işdə proqram mühəndisliyinin elmi, mühəndis və təcrübi istiqamətdə sistemli təhlili verilmişdir. Proqram



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix25.05.2022
ölçüsü1,19 Mb.
#59411
növüXülasə
1   2   3   4   5   6   7
fəaliyyəti
Müxtəlif 
kateqoriyalı 
mühəndislər layihənin iĢində iĢtirak edirlər, PM-in SWEBOK 
biliklər toplusunda tövsiyyə edilən müvafiq nəzəri metod və 
vasitələri, standartları və proseslər üçün seçilmiĢ metodları 
həyata keçirirlər; 
 layihənin, keyfiyyətin və risklərin idarə edilməsi 
sistemi. PT-nin həyat dövrü, keyfiyyət və menecment üzrə 
standartları rəhbər tutaraq layihənin keyfiyyətinin və risklərin 
idarə edilməsi sistemidir.
V. 
PROQRAM
MÜHƏNDĠSLĠYĠNĠN
TƏCRÜBĠ
ƏSASLARI 
PM-in əsas təyinatı nəzəri və mühəndis metodlarını tətbiq 
edərək kompüter proqramları, sistemləri və vasitələrinin 
yaradılmasından ibarətdir.
Proqramçı kollektivlərinin çoxillik fəaliyyəti nəticəsində
böyük miqdarda proqramlar, proqram vasitələri və eyni 
zamanda kompüter proqramlarının yaradılması üzrə bilik və 
təcrübələr toplanmıĢdır. Bu biliklər kütləvi tətbiq olunan 
DOI: 10.25045/NCSoftEng.2017.01


―Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri‖ I respublika konfransı, Bakı, 17 may 2017-ci il 
13 
proqram təminatlarında öz əksini tapmıĢdır, eyni zamanda 
proqramçılar və mühəndislərin (layihəni planlaĢdıranlar, 
proqram məhsullarının və proseslərinin nəzarətçiləri, sınaqdan 
keçirənlər, keyfiyyət üzrə mühəndislər və s.) iĢtirakı ilə
müasir nəzəri və tətbiqi metodlar, vasitələr, prinsiplər, 
qaydalar iĢlənilmiĢdir. Nəzəriyyəçilərin və bu sahədə çalıĢan 
mütəxəssislərin birgə fəaliyyəti nəticəsində proqramların 
sınağı və verifikasiyası üçün formal metodlar, etibarlılığın 
qiymətləndirilməsi üçün riyazi modellər və proqram 
məhsullarının keyfiyyətinin qiymətləndirilməsi üçün metodlar 
formalaĢmıĢdır.
Təcrübədə əvvəlcədən iĢlənilmiĢ hazır proqramlardan və 
Ġnternet resurslardan (MatLab, Greenstone, Grid –sistemlər və 
s.) istifadə edilməsi proqramçının iĢini asanlaĢdırır. Bu 
vəsaitlərə istənilən istifadəçinin əlyetərliliyi var, onları ya 
pulsuz ya da ödəniĢli Ģəkildə əldə etmək olar. Hazır 
resurslardan istifadə edilməsinə üç yanaĢma mövcuddur:
1. Tətbiqi proqramlardan istifadə edilməsi. Proqram 
məhsullarının iĢlənilmə prosesinin mürəkkəbliyinin zaman-
zaman artması PT sənayesinin peĢəkar və yüksək hazırlıqlı 
proqram mühəndislərinə olan təlabatını da durmadan artırır. 
Alimlər, müəllimlər və proqram mühəndisliyi sənayesinin 
nümayəndələri arasında kompüter mütəxəssislərinin hansı 
fənləri öyrənməli olduqları barədə müxtəlif baxıĢlar var. Lakin 
tədrisdə xüsusi (peĢəkar) proqram məhsullarından istifadə 
edilməsi proqram mühəndisliyi üzrə mütəxəssislər tərəfindən 
yekdilliklə qəbul edilir. Belə proqramlara misal olaraq IBM 
firmasının Rational Application Developer, Rational Rose, 
Rational Asset Manager, Rational Software Architect, 
Rational Software Modeler, Rational Rhapsody və s. 
məhsullarını göstərmək olar. Bu proqramlarda analiz, 
modelləĢmə və layihələndirmə vasitələri verilmiĢdir və onların 
vasitəsilə dayanıqlı infrastruktur yaratmaq, layihələrin 
sənədləĢdirilməsi, bizness-proselərin idarə edilməsi və s. 
əməliyyatları yerinə yetirmək mümkündür. IBM Rational 
müxtəlif 
platformalarda 
PT-nin 
iĢlənilmə 
prosesini 
optimallaĢdırmağa imkan verən çox saylı vasitələr təqdim 
edir. Bunlardan Rational Application Developer proqram 
paketi, UML modelləĢmə dilini dəstəkləyən Rational Rose 
modelləĢmə sistemi, Rational Software Architect və Rational 
Rhapsodу kimi vasitələr çox geniĢ miqyaslı məsələlərlə 
iĢləməyə imkan verən PT-nin yaradılmasında tətbiq edilir. 
2. Təkrar istifadə edilən komponentlərin tətbiqi
Komponentlərdən təkrar istifadə edilməsi proram sistemlərinin 
yaradılması zamanı resurslara qənaət edilməsinə gətitir [13] . 
Layihələndirmə zamanı ilk olaraq ümumi struktur, baĢqa sözlə 
desək layihənin karkası iĢlənilir. Sonra müvafiq gələn və digər 
layihələrdə artıq tətbiq edilmiĢ komponentlər seçilir və sistemə 
inteqrasiya etdirilir.
Proqram sisteminin yaradılması zamanı komponentlərdən 
əlavə, hazır tətbiqi proqramlardan da istifadə edilə bilər. 
Proqram məhsullarının hazır komponentlərdən və tətbiqi 
proqramlardan 
hazırlanması 
maddi 
məhsulların 
hazırlanmasının konveyer üsulunu xatırladır. Sınaqdan 
keçirilmiĢ komponentlərin tətbiqi proqram məhsulunun 
keyfiyyətinin yüksəlməsinə gətirir. 
3. Domen mühəndisliyindən istifadə edilməsi. Proqram 
sistemi istehsalının təcrübi vasitələri olan SWEBOK, PMBOK 
və digər standartlarda proqramın həyat dövrünün yeni prosesi 
kimi domen mühəndisliyi prosesləri daxil edilib.
Domen mühəndisliyi proseslərinə domenin analizi 
(domain analysis - əlaqələrin, daimi və dəyiĢən tələblərin, 
anlayıĢların 
və 
modellərin 
tapılması) və domenin 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin