Xülasə XIX əsrin əvvəllərində çar I aleksandrın Şərqi Gürcüstanın ilhaqına dair qərarı



Yüklə 481,24 Kb.
Pdf görüntüsü
səhifə1/18
tarix14.01.2022
ölçüsü481,24 Kb.
#51256
növüXülasə
  1   2   3   4   5   6   7   8   9   ...   18
imali Az rbaycan n ar Rusiyas t r find n i al n n ba lanmas T rkiy tarix nal nda[#689868]-970775



 

©  ATDD Tüm Hakları Saklıdır                                                                                       

                                                                                    

                                                                                                 

 

 



Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalının başlanması 

Türkiyə tarixşünalığında 

Vidadi Umudlu



 



ORCID: 0000 0002 4766 2798 

Xülasə 

XIX əsrin əvvəllərində çar I Aleksandrın Şərqi Gürcüstanın ilhaqına dair qərarı, 

Cənubi  Qafqaz  tarixində  yeni  bir  mərhələnin  başlanğıcı  oldu.  Bu  hərəkət  Azərbaycan 

torpaqlarının işğalına səbəb oldu. Azərbaycanda güclü bir dövlətin olmaması və ölkənin 

kiçik xanlıqlara bölünməsi bu işğalı daha da sürətləndirdi. Məqalədə XVIII əsrin sonu - 

XIX  əsrin  əvvəllərində  Türkiyə  tarixşünaslığında  Şimali  Azərbaycanın  siyasi 

vəziyyətinin  öyrənilməsi,  Azərbaycan  xanlıqlarının  Osmanlı,  İran  və  Rusiya  dövlətləri 

ilə  siyasi  əlaqələri,  habelə  Şimal  Azərbaycanın  çar  Rusiyası  tərəfindən  işğalının 

başlanması  məsələsi  araşdırılmışdır.Azərbaycan  xalqının  müstəmləkə  rejiminə  qarşı 

mübarizəsi,  Rusiya  ordusu  tərəfindən  mülki  şəxslərin  vəhşicəsinə  məhv  edilməsi  və 

Cavad  xanın  rəhbərliyi  altında  Gəncə  xanlığının  qəhrəman  müdafiəsi  Türkiyə 

tarixşünaslığında mühüm  yer tutur. Məqalədə türk tarixçilərinin Qarabağ, Şəki, Şirvan, 

Dərbənd  xanlıqlarının  çar  Rusiyası  tərəfindən  işğalına  münasibətləri  də  əks 

olunmuşdur.Məqalə,  Mehmet  Saray,  Sadiq  Mufit  Bilge,  Nedim  İpek,  Cemal  Gökce, 

Naki Keykurun (Şeyxzamanlı), Abdullah Saydam, Anıl Çeçen, Mustafa Budak və digər 

türk tarixçilərinin əsərləri əsasında tədqiq olunmuşdur. Problemin mənbə bazası da çox 

zəngindir. Başbakanlıq Osmanlı Arxivi (BOA) sənədləri və arxiv sənədlərinə əsaslanan 

kitablar problemlərin araşdırılmasında mühüm rol oynayır. 



Açar sözlər: Çar Rusiyası, Şimali Azərbaycan, işğal, türk tarixçiləri 

Gönderme Tarihi: 30/11/2019                              Kabul Tarihi:26/12/2019 

                                                             

* Dosent,  Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına  Tarix İnstitutu, aparıcı elmi işçi, 

tarix üzrə fəlsəfə doktoru, E-mail: v.umudlu@yahoo.co.uk      




Yüklə 481,24 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin