Yaqub Mahmudov 80.Yıl Armağan Sayısı
Cilt:6 / Sayı:5
Umudlu/ ss 257-273
Kış 2019
264
ildə Tiflis xanlığını özünə birləşdirən Rusiya, bir tərəfdən Şimali Azərbaycan
xanlıqlarını ələ keçirməyə başlayır, digər tərəfdən Anadoluya qapını açmaq üçün
Rəvan, Tiflis, Ərzurum, Qars, Van, Təbriz və ətrafındakı bölgələrdən heç birində
üstünlük təşkil etməyən ermənilərdən bir vasitə istifadə etməyi qərara alır.
17
Bu fikirlər
rusların Azərbaycan və Şərqi Anadoluda yaşayan erməni əhalisindən öz planlarını
həyata keçirmək üçün bir vasitə kimi istifadə emələrini bir daha sübut edir.
Tarixçi Nəcməddin Aygünün fikrincə, 1801-ci ildə Gürcüstanın Rusiya
əyalətlərindən birinə çevrilməsi nəinki Azərbaycanın, eləcə də Şərqi Anadolu
bölgələrinin də birbaşa işgalına səbəb olmuşdur.
18
“Dış Türkler” əsərinin müəllifi
Celaleddin Yücel qeyd edir ki, 1801-ci ildə ruslar “himayə” bəhanəsi ilə Cənubi
Qafqaza-Gürcüstana soxulduqları zaman, Azərbaycan xanlıqlar dövrünü yaşayırdı.
19
Göründüyü kimi güclü Rusiya imperiyası qarşısında Azərbaycanın kiçik xanlıqlara
parçalanmasının işğala real zəmin olması müəllifin diqqətindən yayınmamışdır.
Beləliklə, əksər türk tarixçiləri də Şimali Azərbaycanın işalının başlanmasında,
Gürcüstanın Rusiyaya ilhaq edilməsi faktorunu həlledici amillərdən biri olduğunu qeyd
edirlər. Əhalisinin böyük hissəsinin xristian olmasından istifadə edərək Gürcüstanı ilhaq
etməklə ilk dayaq nöqtəsi əldə edən çar Rusiyası, çox keçmədən bütün Cənubi Qafqazı
işğal edərək, cənubda Qacar və cənub-qərbdə Osmanlı dövlətlərinin qonşularına
çevrildilər. Rusiya həmçinin Anadolu və İran üzərinə gələcək yürüşlərində
Gürcüstandan istinadgah kimi istifadə etməyi nəzərdə tuturdu.
Yuxarıda rusların, bölgəni işğal etmək üçün yerli erməni əhalisindən bir vasitə
kimi istifadə etmək planlarından bəhs etmişdik. Tarixçi Mustafa Budak arxiv
sənədlərini təhlil edərək bu qənaətə qəlir ki, ruslar öz planlarını həyata keçirmək üçün
bölgədə yaşayan kürd əhalisindən də istifadə etmək fikrində idilər. Müəllif yazır ki,
1801-ci ildə ruslar Tiflisə gəldikləri ilk günlərdə, Osmanlı və İran ərazisində daimi
hərəkətdə olan və qeyri-məmnun bir kütlə təsiri bağışlayan kürd əhalisi rusların maraq
dairəsinə daxil olur. Onlar üzərində iş aparan rus təhlükəsizlik təşkilatının əsas hədəfi
kürd əşirətlərini mübarizəyə qoşmaq idi.
20
Rusiya bölgə əhalisini qarşı-qarşıya
qoymaqla daha asan yollarla öz məqsədinə çatmaq fikrində idi.
17
Ali Arslan, Kutsal Ermeni Papalığı Eçmiyadzin Kilisesi’nde Stratejik Savaşlar, İstanbul: Truva
Yayınları, 2005, 27.
18
Necmettin Aygün, Kafkasyada Rus-Osmanlı Mücadelesi ve Kars dolaylarında Sınır İhaleleri, 1826,
Cumhuriyet Tarihi Araştırmaları Dergisi (CTAD), Yıl 3, sy. 6 (Güz 2007): 98-116.
19
Celal Yücel. Dış Türkler,
İstanbul: Hun Yayınları, 1976, 77-78.
20
Mustafa Budak, “Osmanlı-Rus ilişkilerinde Kafkasya”, Avrasya Etütleri, IV (1995): 113.
|