Yaqub Mahmudov 80.Yıl Armağan Sayısı
Cilt:6 / Sayı:5
Umudlu/ ss 257-273
Kış 2019
266
Azərbaycan xanlıqları və Dağıstana hücuma keçdi. Gen.Qulyakov ölkəni soyub taladı.
İrəvan xanı Məhəmməd Həsənin elçiləri Hüseyn xan və Əli xan, Şirvan xanı Mustafa
xan, Şəki xanı Səlim xan tərəfindən İstanbula göndərilən elçilər bölgədəki vəziyyəti
haqqında Osmanlı sarayına məlumat vermişdilər.
28
İrəvan xanlığı ilə bağlı araşdırma
aparan H. Oktay türk və müslüman ölkələri olan Qacar İranı ilə Osmanlı dövlətinin
ruslara qarşı birləşmələrinin əhəmiyyətindən bəh edərək yazır: “Bu həm bölgə
baxımından, həm hər iki ölkənin gələcəyi baxımından çox önəmli idi. İrəvan xanı bu
vəziyyəti görmüş və bir an öncə bölgədə bir ittifaqın qurulmasının vacibliyinə inanırdı.
Fəqət hər iki dövlətin aralarındakı tarixi münaqişə bu təhlükəni görmələrinə mane
olurdu.”
29
Tarixçi M. Sarayın fikrincə Azərbaycanda Rusiya işgalları başlayınca Osmanlı
Dövlətindən ilk yardım istəyən xanlıqların başında Qarabağ xanlığı gəlməkdədir. Fəqət
istədiyi köməyi ala bilməyən Qarabağ xanı İbrahim Xəlil, İranda Qaçar xanədan rəisi
Ağa Məhəmməd xana yanaşmıştır. Buradan da yetərli dəstəyi görməyən Qarabağ xanı
İbrahim Xəlil, Rusiya nüfusunu qəbul edərək vergi vermək məcburiyyətində
qalmışdır.
30
Başbakanlıq Osmnlı Arxivinin Xətti-Humayun fondunda saxlanılan “Şuşa
və Qarabağ xanı İbrahim Xəlil xanin Osmanlı dövlətinin xidmətində olmaq barəsində
bölgədə tək qalması” adlı sənəd Şuşa və Qarabağ xanı İbrahimxəlil xanın Ərzurum
Valisi Abdullah Paşaya 1806-cı ildə göndərmiş olduğu farsca məktubun tərcüməsini
özündə ehtiva edir. Məktubda, xan əvvəldən bəri Osmanlı dövlətinin xidmətində olduğu
üçün fəxr etdiyini, ancaq Qubalı Fətəli xan, Şəkili Məhəmməd Həsən xan və İrəvanlı
Məhəmməd xanın Rusiyaya itaət etdiklərini və bölgədə tək qaldığmı, kömək edilmədyi
təqdirdə özünün də Rusiya ilə sülh bağlamaq məcburiyyətində qalacağından bəhs
olinur.
31
.
Göründüyü kimi məktubda Qarabağlı İbrahim xan Rusiyaya tərəf üz
çevirməsinin əsas səbəbimi, onun Qacar və Osmanlı dövlətlərindən lazımi dəstəyi ala
bilməməsi ilə izah edir. Digər tərəfdən Qarabağ xanı burada Qubalı Fətəli xanın, Şəkili
Məhəmməd Həsən xanın, və İrəvanlı Məhəmməd xanın Rusiyaya itaət etməsindən bəhs
edir. Məlumat üçün bildirək ki, Qubalı Fətəli xan artıq 1789-cu ildə vəfat etmişdi və
28
Bilge, Osmanlı Çağınd Kafkasya(1454-1829), 303.
29
Oktay Hasan.
Kafkaslarda Rus Yayılması Karşısında Osmanlı-Kaçar Faktörünün Harekete Geçirilme
Teşebbüsü (Agustos-Eylul 1811), Vakanüvis, 2 (2017): 379-392.
30
Saray, Azerbaycan Türkleri Tarihi, 19.
31
BOA, HAT, b.1392/55538.
|