Yaqub Mahmudov 80.Yıl Armağan Sayısı
Cilt:6 / Sayı:5
Umudlu/ ss 257-273
Kış 2019
268
Tarixçi C.Yücel də adı çəkilən əsərində rusların hədəf olaraq seçdikləri ilk
xanlığın Gəncə olduğunu qeyd edir.
36
Həmçinin müəllif son hökümdar Cavad xanın
Gəncəni qəhrəmancasına müdafiə edərkən şəhid olduğu, şəhərin 2000 şəhid və 18000
əsir verərək təslim olduğu, həmçinin Gəncənin adının I Aleksandrın arvadının şərəfinə
Yelizavetpol olaraq dəyişdirildiyi öz əksini tapmışdır.
37
C. Gökçe həmin ildə Rusiyanın
Gəncə xanlığına işğalçı yürüşündən ətraflə şəkildə bəhs edir. Müəllif yazır: “Gəncə
xanı Cavad xan daxil olmaqla bir çoxları ruslara qarşı çıxaraq canlarını fəda etdilər.
Gəncə xanlığı ruslar tərəfindən işğal edildi.”
38
Ancaq tarixçi C.Gökçe yanlış olaraq
əvvəl Şirvanın, sonra isə Şəkinin ruslar tərəfindən 1804-05 illərdə tutulduğunu qeyd
edir. Eləcədə o, Sisianovun 1805-ci ildə Bakıya girməsindən bəhs edir.
Tarixçi M.S.Bilge yazır ki, 1803-cü ilin noyabrında Gəncəni mühasirəyə alan
Sisyanov 1804-cü il yanvarın 3-də, Gəncə xanı Cavad xan və oğlu Hüseyqulunun şəhid
olmasından sonra Gəncə işğal edildi. Ruslar tərəfindən talan edilən Gəncənin adı
dəyişdirilərək çariçanın şərəfinə Yelizavetpol adlandırıldı.
39
Əvvəlki illərdən Qacarlar
sülaləsinin xanları tərəfindən idarə edilən, fəqət 1804-ci ildə ruslar tərəfindən işgal
edilərək rus çarı I Aleksandrın arvadının şərəfinə Yeizavetpol adlandırılan və rus hərbi
idarəsi qurulan Gəncədə xalq Abbas Mirzənin komandanlığında ruslara qarşı mühüm
döyüşlərə qatıldılar.
40
Türkiyə tarixşünaslığıının nümayəndəsi A.Çeçen tədqiqat əsərində qeyd edir ki,
Qafqazı istila etməyə çalışan Rusiya Gəncə və Qarabağ xanlıqlarında daha ciddi
müqavimətlə üzləşmişdi, Gəncə qalası uzun müddət işğalçılara müqavimət
göstərmişdi.
41
Göstərilir ki, çətin və qanlı döyüşlərdən sonra Azərbaycanın çar
Rusiyasının nəzarəti altına keçməsi hüquqi baxımdan bir ölkənin müstəqilliyinə zorla
son qoyularaq həyata keçiilən hərbi işğaldır.
42
Müəllifin “ermənilər ilə gürcülərin
ruslarla müharibədən çəkilməsi Qafqaz və Azərbaycan üçün cəsarət qırıcı olmuşdur”
tezisi fikrimizcə tənqidi yanaşma tələb edir. Çünki çar Rusiyasını Qafqaza məhz
gürcülər dəvət etmişdilər və belə olan halda onların Rusiyaya qarşı hansısa müqavimət
36
Yücel, Dış Türkler, 77-78.
37
Yücel, Dış Türkler, 78.
38
Gökçe, Kafkasya ve Osmanlı İmparatorluğunun Kafkasya siyaseti, 189-190.
39
Bilg, Osmanlı Devlet ve Kafkasya, 167.
40
Vidadi Umudlu, Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğai olunması və müstəmləkəçilik
əleyhinə mübarizə, Bakı: Elm 2004, 28-29.
41
Anıl Çeçen, Türk Devletleri, İstanbul: Togan Yayınçılık, 2014, 286.
42
Çeçen, Türk Devletleri, 287.
|