Special Issue Dedicated to 80th Commemoration of Yaqub Mahmudov
Vol.6 /Num.5
Umudlu/ pp 257-273
Winter 2019
265
Buna baxmayaraq tarixçi M.S.Bilge, çar I Aleksandr tərəfindən kral ailəsinin
Tiflisdən çıxarılaraq Rusiyaya sürgün olunduğunu, XII Georginin oğullarının həbs
edildiyini qeyd edir. Daha sonra kraliça Məryəmi həbs etmək əmri alan gen.İvan
Lazarev 12 aprel 1803-ci ildə zorla yataq otağına girdiyi kraliça tərəfindən öldürüldü.
Kraliça Məryəm 1803-ci ilin oktyabrında ailəsi ilə birlikdə Rusiyaya sürgün edildi.
21
1804-cü ildə Meqrel taxtına keçən V.Levanın Osmanlı tabiyatından çıxaraq Rusiyadan
himayə istəməsi üzərinə Meqrel 1804-cü ildə əyalət olaraq Rusiyaya ilhaq edildi. 1805-
ci ildə Anakliya qalası da işğal olundu.
22
1804-cü ildə İmereti kralı Napolyona müraciət
edərək himayə istəmiş və 1811-ci ildə bu müracət təkrar edilmişdi. Bundan başqa
gürcülər, bir müddət sonra Rusiya himayəsini qəbul etmənin ağır xəta olduğunu anlamış
və Rusiyaya qarşı qiyam və üsyan qaldırmışdılar.
23
Xristian faktorundan danışılarkən qeyd olunmalıdır ki, o dövrdə həm
Azərbaycan xanlıqlarında, həm də Osmanlı torpaqlarında ermənilərin təşkilatlandığı yer
kilsə təşkilatı idi. Ruslar da bu təşkilatdan və erməni ruhanilərindən istifadə edəcəklər.
Buna görə də, ermənilərin müqəddəs manastırlarından biri olan möhtərəmlərindən olan
Ücmüəzzini Osmanlı nüfuz dairəsindən xilas etmək və özlərinin yayılmacı siyasətinin
bir vasitəsinə çevirmək yoluna qədəm qoymuşlardır. Ümumiyyətlə rusların yayılmacı
siyasətində xristian elementlərindən istifadə etdiyi məlum bir həqiqətdir.
24
General
Sisianov İrəvan xanı Məhəmməd xana məktub göndərərək Üçmüəzzin katalikosu olaraq
Danilin tanınmasını, Rusiyaya tabe olmasını və vergi ödəməsini, İrəvan qalasında bir
rus qarnizonu yerləşdirməsini tələb etdi. Məhəmməd xan bütün təklifləri rədd etdi.
25
C.Gökçe adı çəkilən kitabında qeyd edir ki, Cənubi Qafqazın işğalı planına
uyğun hərəkət edən rus hakim dairələri 1802-ci ildə Gen.Sisianovu Qafqazın baş
hakimliyinə gətirdilər. Sisyanov ilk olaraq osetinləri itaət altın aldı. 1803-cü ilin qışında
General Qulyakovun rəhbərliyi ilə rus qoşunlarının Zaqatala yürüşündən bəhs edən
müəllif, yürüş nəticəsində bölgənin çapıb talandığını və viran qoyulduğunu qeyd
edir.
26
Sisyanovun əmri ilə rus birlikləri 1803-cü ildə Azərbaycan xanlıqları və
Dağıstana hücuma keçdilər. Qulyakov ölkəni talan və viran etdi.
27
Tarixçi M.S.Bilge
yazır ki, Qafqazın Baş hakimi Sisyanovun əmri ilə rus qoşunları 1803-cü ilin yazında
21
Bilge, Osmanlı Çağınd Kafkasya (1454-1829), 301.
22
Müfit Sadık Bilge, Osmanlı Devlet ve Kafkasya, İstanbul: Eren Yayınçılık, 2006, 167.
23
İsmail Berkok, Tarihte Kafkasya, İstanbul: İstanbul Matbası,1958, 402.
24
Arslan, Kutsal Ermeni Papalığı Eçmiyadzin Kilisesi’nde Stratejik Savaşlar, 27.
25
Vidadi Umudoğlu, “Kuzey Azerbaycan’ın Çar Rusiyası Tarafından İşğali ve Sömürgeçilige karşı
Mücadele(1801-1828)”, Türk Dünyası Araştırmaları, sy.124, (Şubat 2000): 74.
26
Gökçe, Kafkasya ve Osmanlı İmparatorluğunun Kafkasya siyaseti, 189-190.
27
Bilge, Osmanlı Devlet ve Kafkasya, 167.
|