Special Issue Dedicated to 80th Commemoration of Yaqub Mahmudov
Vol.6 /Num.5
Umudlu/ pp 257-273
Winter 2019
263
Dağıstana Rusiya tərəfindən edilən hədə-qorxulardan bəhs etmişdir.
12
Tarixçi M.S.Bilge
belə hesab edir ki, Gürcüstanın Rusiya tərəfindən ilhaqı, Rusiyanın Qafqazdakı
işğallarında keçid nöqtəsini təşkil edir. Gürcüstanı ələ keçirməklə bölgədə
müstəmləkəçi idarənin təməlini qoyan ruslar, vəziyyətlərini möhkəmləndirmək üçün,
şərqdə Xəzər dənizi və cənubda Araz çayına qədər irəliləməyi özlərinə əsas hədəf
seçmişdilər.
13
Məlumdur ki, çox keçmədən Rusiya Gülüstan və Türkmənçay
müqavilələri ilə öz hədəflərini reallaşdırmağa nail oldular.
Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsində Gürcüstanın işğal edilməsi
amilinin mühüm rol oynadığını türk tədqiqatçılarından Nedim İpek də qeyd edir.
Müəllifin fikrincə Gürcüstanın ilhaqı ilə Rusiyanın sərhədləri Türkiyə və İran
torpaqlarına qədər uzanmaqla bərabər, Dağıstan və Çərkəzistan (Şimali Qafqaz dağlıları
nəzərdə tutulur – V.U.) mühasirə vəziyyətinə düşdü və İran və Osmanlı dövlətinə qarşı
da qüvvətli bir hərəkət üçün baza təmin edilmiş oldu. Gürcüstanda təhkimçilik rejiminin
tətbiqi, müstəqil gürcü ortodoks kilsəsinin rus kilsəsinə birləşdirilməsi, çara sadiq dini
və dünyəvi yuxarı əyan təbəqəsinin hazırlanması, tədris işinin rus dilində aparılması
bilavasitə bu işğalın nəticəsində baş verdi.
14
Azərbaycan Xalq Cumhuriyyətinin banisi
olmuş Məhəmməd Əmin Rəsulzadə “Azerbaycan Problemi” əsərində qeyd edir ki,
çarizm bu ərazidə hakim ola bilmək üçün Qafqazda xristianlığın qoruyucusu və Avropa
mədəniyyətinin təmsilçisi olaraq ortaya çıxmışdır. Əslində isə, xristianlığı qorumaq,
müsəlman türklərin və İranlıların hərəkətləri ilə o dövrə qədər müstəqil olan müstəqil
gürcü kilsəsinin müstəqiliyyinin tamamilə aradan qaldırılması və rus hakimiyyətinin
qurulması şəklində həyata keçirildi.
15
Göründüyü kimi, xristianların hamisi kimi çıxış
etməsinə baxmayaraq Rusiya, Gürcüstanı ilhaq etməklə, burada müstəmləkəçi üsul-
idarənin əsasını qoymuş oldu.
İşğala qədər sadəcə Azərbaycanın deyil, bütün Qafqazın müsəlman xalqlarının
yabançı olduğu və Avropanın bütün mədəni xalqları tərəfindən nifrət edilən köləlik
sistemi, rus məmurlar tərəfindən Azərbaycanda zorla həyata keçirilməyə başlanmışdı.
16
Yuxarıda söylənilən fikirləri təsdiq etməklə yanaşı, şərq bölgələrində yaşayan
ermənilərə rusların artan diqqəti Ali Arslanın “Kutsal Ermeni Papalığı Eçmiyadzin
Kilisesi’nde Stratejik Savaşlar” adlı əsərində də qeyd edilir. Müəllif yazır ki, 1801-ci
12
Abdullah Sayda, Kırım ve Kafkas Göçleri (1856-1876), Ankara: Türk Tarih Kurumu, 2010.
13
Müfit Sadık Bilge, Osmanlı Çağınd Kafkasya(1454-1829), İstanbul: Kitabevi Yayınları 2015,
299.
14
Nedim İpek, “Kafkaslar'daki Nüfûs Hareketleri” Türkiyat Mecmuası 20 (1991): 273-313.
15
Mehmet .EminResulzade. Azerbaycan Problemi, Ankara: Azerbaycan Kültür Derneği 1996, 14
.
16
Resulzade,
Azerbaycan Problemi, 14.
|