Special Issue Dedicated to 80th Commemoration of Yaqub Mahmudov
Vol.6 /Num.5
Umudlu/ pp 257-273
Winter 2019
267
onun XIX əsrin əvvəllərində baç verən hadisələrə elə ciddi bir təsiri yoxdur, əksinə
onun oğlu Şeyxəli xan işğalçılara qarşı mübarizəni davam etdirirdi. Şəkili Məhəmməd
Həsən xan da, 1797-ci ildə vəfat etmiş, onu əvəz edən oğlu Səlim xanın Kürəkçay
müqaviləsinə qədər Rusiya ilə hər-hansı münasibətindən danışmaq yersizdir. İrəvan
xanlığına gəlincə, Rusiya imperiyasına çoxlu itkilər hesabına başa gələn 1804-cü il
uğursuz İrəvan yürüşünü göstərmək kifayətdir.
Gəncə xanlığıının çar Rusiyası tərəfindən işğalı
mövzusu Türkiyə
tarixşünaslığında yetərincə bəhs olunan məsələlərdəndir. XIX əsrin əvvəlində başlayan
rus işğalını işıqlandıran tarixçi M.Saray Gəncənin qəhrəman müdafiəsinə, Cavad xanın
göstərdiyi qəhrəmanlıqlara xüsusi yer vermişdir.
32
Əsərdə Gəncə xanlığının qəhrəman
müdafiəsi və Cavad xanın rolu xüsusilə qeyd olunmaqla, ermənilərin Rusiyanın Qafqaz
siyasətindəki yeri məsələsi də tədqiq edilmişdir. Bu zaman müəllif qeyd edir ki,
ermənilərin bir qismi könüllü şəkildə Rusiya qüvvələrinin xeyrinə casusluq fəaliyyəti ilə
məşğul olmuşdusa, digər hissəsi buna zorla vadar edilmişdi. Bu arada haşiyə çəıxaraq
qeyd etməyi lazım bilirik ki, Cənubi Qafqazın işğalının gedişində xristian amilıindən
kifayət qədər ustalıqla yararlanan Rusiya gürcülərlə yanaşı ermənilərdən də bir vasitə
kimi istifadə etmişdir. Həmişə Rusiyanın timsalında özünə hami axtaran ermənilər isə
demək olar işğal prosesinin gedişində çarizmin sadiq buyruq qulları kimi çıxış etmiş və
onları bu işə xüsusi olaraq məcbur etməyə ehtiyac olmamışdır.
33
Rusların hücum etdiyi
ilk Azərbaycan xanlığı Gəncə olmuşdur. Zira Gəncə şimaldan Azərbaycana gələn hərbi
vəticarət yollarının qovuşduğu əsas kilid nöqtəsi idi. 1804-cü ildə Gəncəyə ruslar
saldırdığı zaman ölkəni idarə edən Cavad xan, xanlığı qəhrəmancasına müdafiə
etmişdir. Fəqət rus qüvvələrinin azlığına baxmayaraq aətəş güclərinin çoxluluğu və
təsirli olması, Cavad xanın və əhalinin bütün qəhrəmanlıqları bir fayda verməyərək
məğlub olmasına səbəb olmuşdur.
34
1804-cü ildə Gəncə, Cavad xanın bütün cəhdlərinə
baxmayaraq, ruslar tərəfindən işgal edildi. Ruslar, özlərini qəhramancasına müdafiə
edən şəhər xalqını qətl etməklə cəzalandırmışlardır. Gəncənin adı da Rusiya çariçasının
şərəfinə Yelizavetpol adlandırılmış və məscidlər də kilisəyə çevrilmişdir. Rusların bu
qanlı işgalına Osmanlı Dövləti formal da olsa heç bir reaksiya vermədi.
35
32
Saray, Yeni Türk Cumhuriyetleri Tarihi, 5.
33
Saray, Azerbaycan Türkleri Tarihi, 14.
34
Saray, Yeni Türk Cumhuriyetleri Tarihi, 17.
35
Saray, Azerbaycan Türkleri Tarihi, 17.
|