Xx fəsil Riyaziyyatda fənn proqramı Ümumi hissə a Giriş


Həndəsə və məkanın dərk edilməsi



Yüklə 286,85 Kb.
səhifə10/240
tarix02.01.2022
ölçüsü286,85 Kb.
#8921
1   ...   6   7   8   9   10   11   12   13   ...   240
Həndəsə və məkanın dərk edilməsi

Bu istiqamətin başlıca məqsədi həndəsi obyektlərin və onların xüsusiyyətlərinin, ölçülmələrin, həndəsi yenidənqurmaların və həndəsədə cəbri metodların istifadə olunmasını öyrənməkdən ibarətdir.



İbtidai. Bu pillədə istiqamətin başlıca məqsədi həndəsi obyektlərin qarşılıqlı yerləşdirilməsinin təsvirindən və nümayiş etdirilmə qabiliyyətinin inkişaf etdirilməsindən; həndəsi obyektlərin kompetensiyalarının tanınması və onların qarşılıqlı münasibətlərinin təsviri qabiliyyətinin inkişaf etdirilməsindən; atributlara əsasən fiqurların qruplaşdırılması, sözlə təsvirə əsasən fiqurların tanınması və onun modelinin yaradılması qabiliyyətini inkişaf etdirməkdən ibarətdir.

Baza. Bu pillənin istiqamətinin məqsədi həndəsi obyektləri öyrənərkən, münasibətləri müəyyən edərkən və həndəsi obyektlərin təsnifatı zamanı, ölçmə, müqayisə etmə və həndəsi dəyişikliklərdən istifadə etmək qabiliyyətini inkişaf etdirməkdən ibarətdir. Təbiətdə orientasiya zamanı koordinatlardan istifadə etmək və dolayı yolla obyektlərin ölçülərinin müəyyən olunmasının öyrənilməsindən; induktiv/deduktiv düşüncə və ehtimalın deyilməsi-yoxlanılması qabiliyyətini inkişaf etdirməkdən ibarətdir.

Orta. Qeyd edilən pillədə deduktiv/induktiv mülahizə və həndəsi tədqiqatın nəticələrinin ümumiləşdirilməsi qabiliyyətini möhkəmləndirməkdən ibarətdir. Praktiki həndəsi problemlərin həllində koordinatlardan, triqonometriyadan, həndəsi çevirmələrdən istifadə etmək və bu üsullar arasında ən səmərəli üsulun seçilməsi qabiliyyətini inkişaf etdirməkdir.


Yüklə 286,85 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin