Tədris fəaliyyətinə kömək göstərmək məqsədi ilə strategiyalardan düşüncə ilə istifadə etmək;
Tədris obyektlərində iştirakın keyfiyyəti.
Qabiliyyət-vərdişlər aşağıdakı kriterilər ilə qiymətləndirilir:
Şagird məsələnin məzmununu dərk edir, düşünür və məsələnin rəqəmlərini və axtarılası kəmiyyətləri bir-birinə yaxınlaşdırır. Göstəricilərin (o cümlədən, problemi həll etmək üçün zəruri olan göstəricilərin) təşkilini və onların təsəvvürünü həyata keçirir;
Ötürərkən riyazi terminlərdən və qeydlərdən düzgün və səmərəli istifadə edir. Tələbkarlıq səviyyəsini adekvat seçir və lazım gəldiyi zaman, əsaslandırarkən ciddi riyazi mülahizədən (o cümlədən induktiv və deduktiv mülahizədən) istifadə edir;
Fiqurların və obyektlərin ölçüsü, eləcə də onlar arasında məsafənin, kütlənin, temperaturun və zamanın ölçülməsi üçün yollar və metodlar (o cümlədən, texnologiyalar) tapır, seçir və onlardan istifadə edir. Prosesin və yaxud real şəraitin modelləşdirilməsi üçün lazımi rəqəmləri seçir və tapır;
Verilmiş modelin elementlərini modeli təsvir etdiyi və əksinə - real vəziyyətə diqqət yetirmək nəticəsində alınmış rəqəmlərin interpretasiyasını müvafiq modelin dilinə çevirdiyi zaman reallıqlar kontekstində interpretasiya edir. Modelin yararlılığını müəyyənləşdirir və ondan istifadə etmə sərhədlərini qiymətləndirir;
Kompleks (mürəkkəb) problemini pillələrə, sadə misallara ayırır və mərhələlərlə həll edir (aydınlaşdırır), bu zaman standart yanaşmalardan və prosedurlardan istifadə edir;
Misalların həlli zamanı riyazi obyektlərdən, proseslərdən və onların xüsusiyyətlərindən istifadə edir;
Səmərəli strategiya seçir və problemin həlli pillələrini qısa təsvir edir. Seçilmiş strategiya ilə gedir. Seçilmiş strategiyanı təhlil edir və seçilmiş strategiyanın səmərəliliyini əsaslandırır, mümkün alternativ strategiyaları şərh edir və onların üstünlükləri və nöqsanları barədə fikir yürüdür;
Hesablamaların adekvat/optimal üsullarını seçir və onların reallaşmasını həyata keçirir;
Əlaqələr yaradır (məsələn, başqa riyazi strukturlarla, obyektlərlə və ya başqa fənlərlə) və bu əlaqələrdən həm problemin həlli zamanı, həm də alınmış nəticələrin təhlilində istifadə edir;
Alınmış nəticələrin ümumiləşdirilməsini həyata keçirir, əlaqələr yaradır (məsələn, başqa riyazi strukturlarla, obyektlərlə və ya fənlərlə) və bu əlaqələrdən həm problemin həlli zamanı, həm də alınmış nəticələrin təhlilində istifadə edir;
Əsaslandırılmış üsul seçir (məsələn: isbat etmə zamanı əks fərziyyədən istifadə etmək, isbat zamanı evrika metodundan istifadə etmək);
İnformasiyanı ötürərkən məsələnin məğzini nəzərə çarpdırır (məsələn, riyazi obyektin əsas xüsusiyyətlərini);
Müəllimə və dostlarına münasibətdə nəzakətlidir. Özgələrinin fikirlərini başa düşür və təhlil edir;
Qrup halında işi yerinə yetirərkən sinif yoldaşları ilə əməkdaşlıq edir;
Auditoriyaya və təqdimat materialına əsasən təqdimatın formasını və köməkçi vəsaitləri (o cümlədən, informasiya texnologiyalarını) seçir. Təqdimat üçün ayrılmış vaxtdan səmərəli istifadə edir;
Problemin qaydasını auditoriya üçün başa düşülən formada aydınlaşdırır, problemin aktuallığını və əhəmiyyətini əsaslandırır (problemin praktiki və ya/sırf elmi aktuallığı nəzərdə tutulur);
Nümayiş etdirərkən həm real vəziyyət, eləcə də riyazi misallardan istifadə edir;
Tapşırıqları vicdanla yerinə yetirir (vaxt və say nöqteyi-nəzərindən).