|
|
səhifə | 144/240 | tarix | 25.12.2016 | ölçüsü | 289,44 Kb. | | #3075 |
|
VII Sinif
Fizika
(gücləndirilmiş – həftədə 3 saat)
Standart
İlin sonunda istiqamətlər üzrə nail olunası nəticələr:
Elmi tədqiqat – axtarış
|
Fiziki hadisələr
|
Fiz.güc.VII.1. Şagird məsələnin eksperimental tədqiqini apara bilər.
|
Fiz.güc.VII.2. Şagird maddələrin atom-molekul strukturunu təsvir edə bilər.
Fiz.güc.VII.3. Şagird mexaniki hərəkət barədə mülahizə yürüdə bilər.
Fiz.güc.VII.4. Şagird asan müşahidə olunan güclər və onların təsirinin nəticələri barədə mülahizə yürüdə bilər.
Fiz.güc.VII.5. Şagird təzyiqi xarakterizə edə bilər.
|
İlin sonunda nail olunası nəticələr və onların indikatorları
İstiqamət: Elmi tədqiqat - axtarış
Fiz.güc.VII.1. Şagird məsələnin eksperimental tədqiqini apara bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Tədqiqatın məqsədini formalaşdırırsa;
-
Mümkün olan zaman mülahizə/ehtimal bildirirsə;
-
Tədqiqatın keçirilməsi mərhələlərini və şəraitlərini müəyyənləşdirirsə, lazım gəldikdə iş düsturu çıxarırsa;
-
Müvafiq cihazlar/avadanlıqlar/alətlər seçirsə;
-
Eksperimental avadanlığı sxematik təqdim edirsə və onun foto-şəkilini gətirirsə;
-
Ölçüləsi kəmiyyətləri sadalayırsa;
-
Müvafiq materialdan/cihazlardan istifadə edir və planlaşdırılmış sınağı keçirirsə;
-
Özünün və başqalarının təhlükəsizliyini təmin etmək üçün müvafiq qaydalardan istifadə edirsə;
-
Ölçmələrin nəticələrini cədvəl şəklində təqdim edirsə;
-
Lazım gəldikdə ölçülmüş kəmiyyətləri və ya onların funksiyaları arasında asılılıq cədvəlini qura bilirsə;
-
Göstəriciləri təhlil edir və nəticələr çıxarır və yaxud onların axtarılası kəmiyyətlərini axtarmaq üçün istifadə edirsə;
-
Deyilmiş ehtimal üzrə nəticələri müqayisə edirsə;
-
Müşahidələr və ölçmələr zamanı aşkara çıxmış anomaliyaları müzakirə edir və onların izahına çalışırsa.
Dostları ilə paylaş: |
|
|