İstiqamət: Yer kürəsi və ətraf mühit
Təb.IV.6. Şagird bəzi coğrafi obyektləri təsvir edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Qlobusda və xəritədə suyu və qurunu rənglərə əsasən fərqləndirməyi bacarırsa;
-
Coğrafi obyektləri, onların tərkib hissələrini (məs., çayın mənbəyini, mənsəbini, məcrasını, dağın zirvəsi, dağın ətəyi, yamacı) və xarakterik xüsusiyyətlərini (məs., iti-eniş, dik-maili) təsvir edirsə;
-
Coğrafi obyektlərin mövsümlərə əsasən nəzərə çarpan dəyişikliklərini müşahidə və təsvir edirsə, göstəriciləri kollaj, qeydlər və ya fotolar şəklində təqdim edirsə.
Dostları ilə paylaş: |