Təb.IV.7. Şagird Yer kürəsinin forması barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Yer kürəsinin müxtəlif təsvirindən, kosmosdan çəkilmiş şəkillərdən istifadə edirsə və yer kürəsinin forması barədə söhbət etməyi bacarırsa;
Yer kürəsinin forması barədə müxtəlif xalqların keçmiş təsəvvürlərini müqayisə edirsə;
Səyahətlər barədə informasiya toplayır və onları təhlil edirsə, bu səyahətlərin Yer kürəsinin forması barədə təsəvvürün formalaşmasına töhfəsi barədə mülahizə yürüdürsə;
Məşhur səyyahların yollarını konturlu xəritəyə köçürə bilirsə.