7
olmaqla, həm də onun «inkişafının göstəricisidir». «İncəsənət fəlsəfəsi», «əxlaq
fəlsəfəsi», «din fəlsəfəsi», «texnika fəlsəfəsi», «təbiət fəlsəfəsi», «tarix fəlsəfəsi»,
«siyasət fəlsəfəsi», «hüquq fəlsəfəsi», «həyat fəlsəfəsi» və i.a. anlayışlar və
istiqamətlərlə fəlsəfə mədəniyyətlə qovuşur, mədəniyyətin bütün aspekt və çalarlarını
əhatə edir, onun nəzəri-metodoloji əsaslarını verir, maddi və mənəvi mədəniyyət amili
kimi çıxış edir. Fəlsəfənin predmetində duran problemlərdən biri də fəlsəfənin elmiliyi
məsələsi, elmlə fəlsəfənin qarşılıqlı münasibəti, onların oxşar və fərqli cəhətlərinin
müəyyənləşdirilməsidir. Fəlsəfə və elm arasında oxşarlıq ondadır ki:
a) hər ikisi obyektiv gerçəklik qanunauyğunluqlarının insan şüurunda bu və ya
başqa dərəcədə dolğun inikasıdır;
b) hər ikisi sivilizasiyanın ən böyük nailiyyətidir;
c) hər ikisi gerçəkliyin dərk edilməsi üçün insana qüdrətli silah verir;
ç) hər ikisi ictimai funksiyanı yerinə yetirərək
cəmiyyətin maddi yə mənəvi
dəyərlərinin (sərvətlərinin) inkişaf etdirilməsi amili kimi çıxış edır və i.a.
Fəlsəfə ilə elm arasında müəyyən fərqlər də vardır:
a) əgər fəlsəfə öz mahiyyəti etibarilə insana ən başlıcası ümumiləşmiş dünyagörüşü
verirsə, müxtəlif elm sahələri insana konkret bilik verir;
b) xüsusi qanunları öyrənən konkret elmlərdən (fizika, kimya, biologiya və s.)
fərqli olaraq fəlsəfə təbiət, cəmiyyət və təfəkkür inkişafının ən ümumi qanunlarını
öyrənir;
c) fəlsəfə, ən geniş mənada bütün dünyagörüşü növlərinin özəyini, nüvəsini təşkil
etdiyi halda, ayrı-ayrı konkret elmlər dünyanın təbii elmi mənzərəsini müəyyən edən
konkret materiallar verir;
ç) fəlsəfə və elm ictimai şüurun spesifık forması olmaq
etibarilə də bir-birindən
fərqlənirlər;
d) ictimai funksiyaları etibarilə də fəlsəfə ilə elm arasında fərqlər vardır: fəlsəfə
cəmiyyətdə elmə nisbətən daha səfərbəredici və sosial fəallaşdırıcı rol oynayır, fəlsəfə
cəmiyyətdə qarşıya çıxan vəzifələrin düzgün həlli yollarını tapmağa imkan verir;
8
e) konkret bir elm sahəsində işləyən mütəxəssis konkret hadisələri müəyyən
edərkən dünya haqqında ümumi təsəvvürlərə, dünyanın quruluşu, ümumi
mənzərəsi və
onun ən ümumi inkişaf qanunauyğunluqları haqqında prinsip və baxışlara ehtiyac duyur.
Bu ehtiyacı məhz fəlsəfə ilə ödəyir və i.a.
Deməli, elmin ümumi dünyagörüşü, metodoloji və nəzəri-idrakı əsaslandırılması
məsələlərini fəlsəfə öyrənir, təhlil edir. Elm fəlsəfəyə yiyələnməklə metodologiyaya və
dünyagörüşü meylinə sahib olur.
Dostları ilə paylaş: