REZA HAZARE
D. 1987, Zahedan, İran
Bakıda yaşayıb-yaradır
Əfqan rəssamı olan Rəza Hazare Əfqanıstandan köç etmiş qaçqın
ailəsində anadan olmuşdur. O, 2005-ci ildə Tehranda Təsviri
Sənətlər Məktəbini bitirib və daha sonra Azərbaycana köçərək öz
təhsilini davam etdirməyə başlayıb. 2012-ci ildə o Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasında təhsilini başa çatdırıb.
Reza hal-hazırda Azərbaycanda yaşayır və yaradır. Şəriət qanunları
ilə idarə olunan ölkədə böyümüş Rezanın yaradıclığı da patriarxal
xarakter daşıyır, belə ki, onun texnika seçimi – kağız və qələm –
köhnə dəblərə əsaslanıb. Onun daxili aləmi Şərq/Cənub və
Qərb/Şimal arasında olan tikanı xatırladır. O, islam ölkəsindən
Azərbaycana, uyğunlaşmağa ehtiyacı olduğu, ziyalı cəmiyyətə köçüb.
Hazarenin əsərləri müharibədən sonra insanların yaşayış şəraiti,
qaçqınlıq statusu və belə hadisələrdən sonra həyatın
yenidənqurulma yolları haqqında sualları özündə əks etdirir. Onun
əsərləri həyatın mənası, ənənəvi cəmiyyətin və immiqrasiya
məsələlərinin krizisi üzərində formalaşıb. Reza vətəndaş
müharibəsindən sonra baş verən hadisələri– insan hüquqlarının
pozulması, eləcə də vətəndaş dəyərləri, sürgün olunmuş ailənin
dağılması məsələrini tədqiq edir. O, insan düşüncəsinin
paradoksluğunu və müxtəlif situasiyalarda fəaliyyətlərini araşdırır.
Reza əsərləri vasitəsilə, unudulmuş insan üçün daha əlverişli mövqe
qazanmaq, məmnuniyyət hissi və rahatlığa can atmağa çalışır.
Dostları ilə paylaş: |