e series. Br
Anastasiya Bloxina
YAY Qalereyasının Direktoru
Anastasia Blokhina
YAY Gallery Director
YAY Qalereyası böyük məmnuniyyətlə Azərbaycanda yaşayıb
yaradan Əfqan rəssamı Reza Hazarenin Anesteziya adlı fərdi
sərgisini təqdim edir.
Ağrı hissini azaltmaq, keçmişin kabuslarından azad olmaq və
gerçəkliyin qorxularından uzaqlaşmaq arzusu Reza Hazarenin
Anesteziya adlı ekspozisiyasının əsərlərində öz təcəssümünü
tapdı. Anesteziya – öz hekayəsini danışan Əfqan rəssamının
monoloqudur.
Formaları sadələşdirib diqqəti personajlara yönəldərək o, real
həyatda artıq saydığı hər şeyi əsərlərindən yığışdırır. Rezanın
qrafik işləri vizual baxımdan üstəlik texnika seçimi ilə də
sadələşdirilir. Ağ kağız üzərində qələmlə, fonu doldurmadan
işləyərək, rəssam ətrafda olan hər şeyin mənasızlığını
göstərməyə çalışır. Hər şeyin – insan faktorundan başqa. Məhz
insanlar rəssamın əsərlərinin əsas qəhrəmanlarıdır. Reza
Hazarenin rəngkarlıq tabloları onun qrafik əsərlərinin bir növ
davamı, növbəti mərhələsidir.
Heç kimi tənha görməmək arzusunda olan Reza öz əsərlərini
fiziki mənada tənhalıqdan uzaq yaradır. Onun daxili tənhalığı ilə
qidalanan personajlar, əsərlərindəki kollektiv səhnələrdə
olmasına baxmayaraq tənhalıq hissini açıq biruzə verirlər.
Adətən onun əsərlərində komozisiyanın bir küncündə
yerləşdirilmiş bir qrup insan bütünü baş verənləri sanki
kənardan izləyir. Bu bəlkə də özünəməxsus formada qeyri-iradi
olaraq mental təbiətin özünün ifadəsidir. Rezanın əsərlərində
açıq şəkildə Şərqin mədəniyyəti ilə əlaqə, əsatirlik, gizli məna və
müəllifin həyat fəlsəfəsi hiss olunur.
2012-ci ilin sentyabr ayında təsis edilən YAY Qalereyası milli və
beynəlxalq səviyyədə Azərbaycan müasir incəsənətinin
dəstəklənməsi və inkişafı ilə əlaqəli YARAT Müasir İncəsənət
Təşkilatının həyata keçirdiyi fəaliyyətlərinin bir istiqamətidir.
YAY Qalereyası kommersiya təşkilatı sayılır fəqət mənfəət əldə
etməyə çalışan təsisat kimi fəaliyyət göstərmir. İncəsənət
əsərlərinin satışından əldə olunan bütün gəlirlər yalnız YARAT
Təşkilatının fəaliyyətlərinin maliyyələşdirilməsinə və rəssamların
dəstəklənməsinə istiqamətləndirilir.
Bu sərgi yerli sərgi proqramının bir hissəsini təşkil edir. Açıldığı
gündən etibarən YAY Qalereyası gündəmində nəinki istedadlı
beynəlxalq rəssamlarının əsərlərini, həmçinin Azərbaycan
incəsənət xadimlərinin əsərlərinin nümayişi də mühüm yer tutur.
YAY Gallery proudly presents to its audience the solo exhibition
of an Afghan artist Reza Hazare, who lives and works in Baku.
Reducing the feeling of pain, the desire of being free from the
nightmares of the past and to get away from the fears of the
reality were reflected in the works of the exhibition Anesthesia
by Reza Hazare.
Anesthesia – is the monologue of an Afghan artist who is telling
his own story.
With simplifying the forms and drawing attention to the
characters in the works he is getting rid of all the excessive
things that he supposes in the real life. Additionally, besides the
visual content Reza's choice of technique in his graphic works
are also simplified. Working with the pencil on the white paper
and not to fill the background, the artist is trying to show the
absurdity of everything around us. Everything – except the
human factor! Those are the people who are the main heroes of
the artist's works. Reza Hazare's painting charts are sorts of a
sequel to his graphic works in other words; it's the next step.
As a person who has always wished to see nobody lonely, in the
physical sense Reza creates his works away from the loneliness.
Feeding from Reza's built-in-isolation, characters clearly
demonstrate the loneliness, although they are portrayed in the
collective scenes. Usually in his works it seems like there are
group of people in the corner, and they are watching from the
outside to what is happening around. This is perhaps a unique
form of spontaneous self-expression of the mental nature. Reza's
works clearly portray the association with the culture of the East,
mythology, the secret meaning and the author's philosophy of
life is felt in them.
YAY Gallery was established in September 2012 as an addition to
the broader initiative conceived by YARAT Contemporary Art
Organization in order to support and promote the development
of Azerbaijani contemporary art both on a national and
international level. The gallery is commercial but not-for-profit
purposes. All potential revenue from the art sales is channelled
into supporting YARAT initiatives and the artists.
This exhibition is part of our local exhibition program – since its
opening Yay gallery`s artistic agenda is focused on showing the
most interesting artists both from abroad and Azerbaijan.
Dostları ilə paylaş: