Yaşıl iqtisadiyyat 1.1. Nəyə görə yaşıl iqtisadiyyat? Müasir iqtisadi inkişaf bir tək makroiqtisadi göstəricilərin səviyyəsi,
tələb-təklif və ya iqtisadiyyatın başlıca problemi hesab edilən “nə?”, “kimin
üçün?”,“necə?” suallarına cavab tapmaqla müəyyən olunmur. Son qlobal
maliyyə böhranını misal gətirərək sübüt etmək olar ki, müasir iqtisadi in-
kişafda makro və mikro iqtisadi göstəricilərdən savayı digər təbii amillərə
yer yoxdur. Onda müasir iqtisadi nəzəriyyə əsrlər boyu klassikaya çevrilmiş
olan iqtisadi modelleri baş vermiş böhranlarla inkar edib nəyi zəruri hesab
etməlidir? Müasir iqtisadi inkişaf sırf insan, insan şüuru, onun intellekti,
mədəniyyəti, məntiqi və savadını tələb edir. Daha aydın desək, insan təbiəti
və onun azad qərarları iqtisadi nəticə və ictimai hadisələri bir-birinə bağla-
yan bir körpüdür ki, bu da iqtisadiyyatın bütövlüyünü tamamlayır və onun
inkişafını dayanıqlı edir.
Davamlı inkişaf anlayışının təməlində yaşadığımız dünyanın iqtisadi və
sosial rifahı durur. Bugün dünyada insanın yaşaması üçün bütün növ mal və
xidmətlərin istehsalı sağlam ekosistemlər sayəsində mümkündür. Təsadüfi
deyildir ki, bugün bütün dünya ölkələri məhz dayanıqlı inkişafa nail ol-
mağın yollarını axtarıb onu həyata keçirməyə çalışırlar. Bununla əlaqədar
olaraq, davamlı inkişaf konsepsiyası meydana gəlmişdir və onun əsas ide-
yası da sosial-iqtisadi və ekoloji inkişafın qarşılıqlı bağlılığı üçün şərait və
mexanizmlərin yaradılması, təbii mühitin problemlərinin sosial-iqtisadi
proseslərlə vəhdətdə baxılmasıdır. Davamlı İnkişaf Konsepsiyası keyfiyyətcə
yeni yanaşma olub özündə aşağıdakı 3 əsas problemin həllini birləşdirir:
1) iqtisadiyyatın davamlı miqyası həyat təminatının ekoloji sisteminə mü-
vafiq olmalıdır.
2) resursların və imkanların təkcə indiki nəsil üçün deyil, həmçinin gələcək
nəsillər, eləcə də insanla digər bioloji növlər arasında ədalətli bölgüsü
(distribution) aparılmalıdır.