...Éåòìèø èëäèр ñÿрâÿòëÿрè éàäëàрà ïàéëàíìûø çàâàëëû Àçÿрáàéæàíûí öììàí-öììàí øèрÿñèíäÿí
ýþç éàøû áîéäà áèр äàìëàíû äà þçöíÿ, þç ãàéüûëàрûíà рÿâà áèëìÿê íÿ áþéöê èø èìèø? Î "õÿрæëÿр"
êè, ÿëèôáàìûçûí äÿéèøäèрèëìÿñèíÿ ýåäÿæÿê, Àçÿрáàéæàíäàн àïàрûëàí ñÿрâÿòëÿрèí ìöãàáèëèíäÿ áèр
òöê ãÿäÿр дейил. Åëÿ èñÿ áó "õÿрæ" ñþùáÿòè ãàëäûрìàã êèìиí èñòÿéèíæÿäèр вя ня ниййятлядир?
Î êè ãàëäû æÿíóáëó ãàрäàøëàрûìûçà, мяэяр áó âàõòàæàí îíëàр áèçèì éàçäûãëàрûìûçû äÿрùàë àëûá
îõóéóр âÿ áÿùрÿëÿíèрäèëÿр êè? Éÿнè áóíó áèр äàùà õàòûрëàòìàüà åùòèéàæ âàрìû êè,
Æÿíóáëà Øèìàëûí àрàñûíû ÿëèôáàäàí äàùà ãöââÿòëè îëàí àìèëëÿр êÿñèр?
…ßýÿр áèç ñèéàñè, èãòèñàäè âÿ ìÿäÿíè гатëàрäà áåéíÿëõàëã ìöíàñèáÿòëÿрÿ óéüóíëàøìàã, ñèâèëèçàñèéàëû äöíéà èëÿ àéàãëàøìàã èñòÿéèрèêñÿ, éåýàíÿ éîë ÿëëè èë þíæÿ õöñóñè ñÿрÿíæàìëà
ÿëèìèçäÿí àëûíìûø Лàòûí ãрàôèêàñûíà ãàéûòìàãäûр. Àììà áÿçèëÿрèíèí ýöìàí åòäèéèíèí ÿêñèíÿ
îëарàã, õàëã Лàòûí ãрàôèêàñûíûí рÿñìèëÿøÿæÿéè ýöíÿ ÷îõäàí ùàçûрäûр âÿ áó òÿäáèр ùå÷ áèр
"ñåíñàñèéà", ùå÷ áèр ÷àøãûíëûã éàрàòìàéàæàã.
Ãîé ùå÷ êÿñ õàëãûí ãàáèëèééÿòèíè þç àрøûíû èëÿ þë÷ìÿñèí!
Íÿùàéÿò, õàòûрëàòìàã èñòÿрäèê êè, áèр çàìàíëàр "Ìÿрêÿçèí" àäûíû ÷ÿêìÿê, "Êèрîâàáàäëà"
áàüëû ìöëàùèçÿ ñþéëÿìÿê, "Øàóìéàí, Ìèêîéàí, Àâàêéàí...ëàр" ìþâçóñóíà òîõóíìàã, "26
êîìèññàр" áàрÿäÿ ýöìàíëàр éöрöòìÿê âÿ ñàèр âÿ èëàõûр áåëÿ ìÿòëÿáëÿр äÿ êèìëÿрäÿñÿ òèòрÿòìÿ, ãàрàáàñìà, äÿùøÿò äîüóрóрäó. Ëàêèí èíäè áöòöí áó ñòåрåîòèïëÿр äàüûäûëìûø, þçö äÿ ùå÷ áèр
ôÿëàêÿò òþрÿìÿìèøäèр. Ùÿéàò þç àõàрû èëÿ äàâàì åäèр, åäÿæÿê äÿ...
Õàëãûí Лàòûí ÿëèôáàñûíà ãàéûòìàã àрçóñóíó äà ùÿéàò àõàрûíûí çÿрóрè èñòèãàìÿòè êèìè ãÿáóë
åäÿрÿê, áó èøè ëÿíýèòìÿäÿí, òÿõèрÿ ñàëìàäàí ùÿëë åòìÿê âàæèáäèр.
Êèрèë ÿëèôáàñû èëÿ éàçûëìûø елми, ядяби-бядии ÿñÿрëÿрÿ ýÿëèíæÿ èñÿ, ìÿëóì ìÿñÿëÿäèр êè, õàëã îíà
ýÿрÿêëè îëàí ясил ñÿíÿò ÿñÿрèíè ùÿìèøÿ горуйуб вя ãîрóéàæàã. Лазым олан ясярляри йеня дя þç
äèëèíÿ, йени ÿëèôáàñûíà êþ÷öрÿæÿê âÿ èñòèôàäÿ åäÿæÿêäèр.
Ùÿãèãè èñòåäàä ñàùèáëÿрè áóíäàí íàрàùàò îëìàñûí ýÿрÿê. Áîç ÿäÿáèééàòäàí èñÿ
íÿ ãÿäÿр òåç éàõà ãóрòàрñàã, бир î ãÿäÿр õåéрèìèçÿ îëàр.
(нойабр 1990)
***
...“Şərq”in müxbiri çox adamdan, o cümlədən tanınan ziyalı kimi Akif Əlidən də “Azərbaycan ədəbiyyatına dair əsərlərin latın qrafikası ilə çap olunması barədə” mövqe bildirməsini xahiş etmişdi. Hərə bir fikir desə də, təkcə Akif Əlinin cavabı AYB sədrini hiddətləndirmişdi. Bu onun ən böyük səhvi idi.
Akif Əli cavabında əsərlərin nəşri üçün AYB ilə müqayisədə Elmlər Akademiyasının daha böyük intellektual potensiala, elmi-yaradıcılıq imkanlarına malik olduğunu bildirmişdi. AYB sədrinin otağında yenə də Heminqueyin qəlyanı Sibir “parovoz”unun tüstüsünü çıxardı. Yox, “dünya düzəlmir ki düzəlmir, baba!” Düşüncələr sədrin beynini gəmirir, qəlbini sıxır, ürəyini partladırdı, amma nələr baş verdiyini dərk etdikcə təkrar-təkrar alovlanır, yanıb-yaxılırdı. Adam bir Yaqo hikkəsi ilə sanki daxili monoloq söyləyərək bütün olayları yada salır, harada nə etdiyini özü-özünə xatırladırdı:
“ ...Bu məsələ illərlə heç kəsin yadına düşmürdü, ilk dəfə olaraq mən bu təşəbbüslə çıxış etdim. Dəfələrlə bu məsələni qaldırmışdım... Latın qrafikası ilə çap olunacaq bədii ədəbiyyatın siyahısını mən tərtib edib, Prezident Aparatına göstərmişdim. Onların da siyahıya bəzi xırda əlavələri olmuşdu... Bunun üstündən bir neçə ay keçdi, parlamentdə çıxış etdim, dedim ki, 10 ay keçib, amma hələ bir kitab belə çap olunmayıb. Görünür, bu söz kiminsə xoşuna gəlmədi, ondan sonra bir neçə kitab buraxdılar. Нə qədər buraxdılar, deyə bilmərəm. Bəziləri deyir ki, o göstərilən tiraj real deyil, azdır. Deyə bilmərəm… Amma mən ona sevinmirəm ki, Yazıçılar İttifaqı bu işdən uzaqlaşdırıldı. Bu işdən bizi uzaqlaşdırdılar və xüsusilə mətbuatda çirkin bir oyun getdi. Guya Yazıçılar İttifaqının burda maddi marağı varmış. Yazıçılar İttifaqının burda heç bir maddi marağı yoxdur. Hansı nəşriyyatda istəyirlər, çap eləsinlər. Amma kitabların siyahısına, hansı tirajla çap olunmasına, hansı ardıcıllıqla buraxılmasına Yazıçılar İttifaqı baxmalıdır… Elə kitab var az tirajla, eləsi var böyük tirajla çıxmalıdır, eləsi var birinci növbədə çap olunmalıdır. Bunu döndərdilər çox çirkin və iyrənc bir oyuna: Anar yəqin öz kitabını, ya da valideynlərinin kitabını buraxmaq istəyir… Valideynlərimin də, mənim də çap olunmağa haqqımız var. Mən demirəm, bizi birinci çap eləsinlər, beşinci növbədə, lap axırda buraxsınlar. Amma bu kitabların buraxılmasına Yazıçılar İttifaqının nəzarəti olmalıdır. Bu yazıçılar birliyidirsə, ədəbiyyata cavab verən idarədirsə, necə ola bilər ki, prosesdən təcrid edilsin?.. Mənə heç kəs heç nə demədi. Hətta kitabların təqdimatı olanda, orada hamı çıxış elədi, hamıya söz verildi, a kişilər, Yazıçılar İttifaqına söz vermədilər. Sonra da dedilər ki, gərək özünüz söz istəyəydiniz. Mən də dedim ki, biz söz istəməməliyik, biz söz verməliyik. Bu ədəbi tədbirdir, heç olmasa, mənəvi rəhbərliyi Yazıçılar Birliyi etməlidir. Нiyə mən söz istəməliyəm, axı, bu mənim haqqımdır. İllər boyu mən bunu demişəm, heç kəsin yadına da düşməyib… Birinci siyahını mən tərtib etmişdim, amma ikinci siyahını heç bizə göndərmədilər də. İndi heç bilmirəm hansı kitablar çıxacaq. Təklif gəlsə, o saat razı olardım... Mənim istədiyim odur ki, kitablar çıxsın…”
Yəqin ki, belə psixoloji durumda olan adamın ruhi vəziyyəti, sarsıntısının dərəcəsi və digər diaqnostik göstəriciləri həssas oxucuya dərhal aydın oldu.
***
Afiq Mirzəbəylinin redaktorluğu ilə çıxan və getdikcə populyarlığını artıran “Reytinq” qəzetində yazıçı-publisist Akif Əli ilə geniş müsahibə dərc olundu. Burada son dövrdəki ədəbi çəkişmələrin əksər pozisiyalarına münasibət bildirilirdi. Müsahibə geniş oxucu auditoriyasının marağına səbəb oldu. Akif Əliyə aramsız telefon zəngləri, müraciətlər olurdu. Tanıdığı və tanımadığı adamlar bu debatlarda Akif Əlinin mövqeyini müdafiə edərək öz minnətdarlıqlarını bildirir, hətta AYB sədrinin yaradıcılığının və şəxsiyyətinin ifşasına kömək məqsədilə öz yardımlarını təklif edir, əlavə məlumatlar verirdilər. Sanki uzun illər ictimai şüurun alt qatlarında toplanıb qalan “nifrət” motivi fürsət düşən kimi üzə çıxmışdı. Və məlum olmuşdu ki, bu amal az qala kütləvi xarakter daşıyır.
Anarın tutduğu vəzifələrə, mövqeyə, reqaliyalara, titullara, müqəddəs qələmə qətiyyən uyğun olmayan real obrazı haqqında həqiqətlər ucadan söylənməkdə idi. Uzun illər rus-sovet propaqandasının yapdığı saxta “milli təəssübkeş” ziyalı obrazının (Anar mifinin qorunub inkubasiya şəraitində yetişməsində tərifi bol olan sovet propaqandası ilə yanaşı, təbii ki, tənqidi boğan sovet senzurasının da xidmətləri var idi) puç bir əfsanə olduğu, xalq yazıçısının heç vaxt xalqın yanında olmadığı, yazdıqlarının orijinal təfəkkürün məhsulları deyil, yalnız Dədə Qorquddan, Üzeyir bəy Hacıbəylidən, Mirzə Cəlildən, ordan-burdan əxz edilmiş ədəbi kompozisiyalardan başqa bir şey olmadığı indi geniş ictimaiyyətə açıqlanırdı (təkrar da olsa, üzr istəyərək yenə xatırladaq ki, belə kompozisiyaları Azərbaycan radiosunun zəhmətkeş əməkdaşları hər həftə hazırlayıb efirə “üfürürlər” və heç kim onları toplayıb “mənim yaradıcılığım” deyə çap etdirmir, kitab buraxdırıb qürrələnmir).
Debatlar zamanı ən maraqlı cəhətlərdən biri də o idi ki, Anarın özündən başqa Akif Əliyə etiraz bildirən olmadı.
Beləliklə, pozisiyalara aydınlıq gətirən həmin müsahibəni oxuculara təqdim edirik (“Reytinq”, 28 yanvar 2005):
“Filologiya elmləri namizədi, yazıçı-publisist Akif ƏLİ “Reytinq” qəzetinin müxbirinin suallarına cavab verir”
Sual: - Keçən il AYB-nin XI qurultayı ərəfəsində AYB büdcəsini açıqlamağınız əsil şok effekti yaratdı... Bu addımın məqsədi nə idi?
Cavab: - Mənim bütün addımlarımın bir məqsədi olur - həqiqəti bildirmək. Mən hesab edirəm ki, bütün bəlaların kökü haqdan-həqiqətdən uzaqlaşıb, yalana yaxınlaşmağa bağlıdır. Keçən il də AYB rəhbərliyinin öz sıravi üzvlərindən dövlətin maliyyə dəstəyini nə üçün gizlətməsi mənim üçün qəbul edilməz hal idi. Və müxbirlərin bu barədə sorğusunu cavablandırarkən həqiqəti olduğu kimi açıqlamışam.
-Amma bu həqiqət AYB rəhbərlərinin xoşuna gəlmədi.
-Bu artıq onların problemidir. Mən konkret sənədlərə əsaslanaraq konkret faktı söyləmişəm. Azərbaycan Yazışılar Birliyinin və onun ədəbi orqanlarının dövlət büdcəsindən maliyyələşməsi barədə informasiyada heç bir şok-açıqlama nüvəsi yoxdur. Bütün azad, demokratik ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da dövlət büdcəsi şəffafdır və büdcə haqqında sənəd məxfi deyil. Bundan başqa dövlət büdcəsindən ayrılan vəsaitin xərclənməsi də hökumətin nəzarətində olan prosesdir. Bu prosesə ictimai nəzarətin olması da tamamilə normaldır. Lakin dediyiniz kimi bu adi məlumat AYB rəhbərliyini bir qədər həyəcanlandırdı. Onlar gah bu məlumatı müxbirin özünün yazdığını, gah tamam yalan olduğunu, gah onu deyənin “naşılığını” qabartmaqla ədəbi ictimaiyyətə dezinformasiya yayır, AYB-nin “problemsizlik” imitasiyasını saxlamağa çalışırdılar. Ancaq sonradan hər halda büdcəni də etiraf etməli oldular, daha başqa məqamları da. Çünki mənim dediklərim tamamilə rəsmi sənədlərə əsaslanan dəqiq faktların konstatasiyası idi. Milli ədəbiyyatımızın inkişafına şərait yaratmaq, yüksək zövqlü müasir ədəbi nümunələrin meydana çıxmasına kömək etmək və yaradıcı əməyin stimullaşdırılması məqsədilə dövlətimiz 2004-cü ildə Azərbaycan yazıçılarının istifadəsi üçün ümumilikdə 1 166 600 000 (bir milyard yüz altmış altı milyon altı yüz min) manat (yəni valyutanın kursundan asılı olaraq, təqribən 236 min ABŞ dolları) vəsait ayırmışdı. Ümumi məbləğ daxilində jurnalların və “Ədəbiyyat” qəzetinin hər birinə də ayrı-ayrılıqda vəsait müəyyən edilmişdir. Bəs AYB katibliyi nəyi təkzib edirdi? Axı, bu rəqəmlər nə dövlət sirridir, nə hərbi sirrdir, nə kəşfiyyat, nə də əks-kəşfiyyat sirri. AYB büdcəsinin mətbuata çıxarılması hansı qəbahəti aşkarlamışdı ki, onlar bundan narahat olurdular? Bunun cavabı məncə sadə bir məntiqə söykənir. İnformasiyanın oyatdığı ajiotaj yalnız onunla bağlı idi ki, görünür AYB rəhbərliyi indiyədək dövlətin yazıçılara qayğısını inkar edərək büdcə vəsaitini öz üzvlərindən, ümumən ədəbi ictimaiyyətdən gizlədirmiş. Neçə illərdir yazıçılar qurumunun saxlanmasının kiminsə şücaəti deyil, birbaşa dövlətin iradəsi və qayğısı ilə olduğu bilinəndə isə yazıçı həmkarlarımızın haqq-hesab tələb etməsi də, “AYB-nin xilaskarı” imicinin puç bir əfsanə olduğunu söyləməsi də təbii idi. Və o da təbiidir ki, sifətlərdən zahiri “münəvvərlik pərdəsi” qalxdıqca haray səsləri “ucalaşar”…
-Bəs bu yaxınlarda latın qrafikası ilə çap olunan kitabların ətrafında yaranan qalmaqal nədən doğdu?
-Anoloji situasiyadan. Burada da Azərbaycan ədəbiyyatına böyük xidmət amili yox, şəxsi maraqlar öndə dururdu... Bu barədə də fikrimi artıq mətbuatda bildirdiyimə görə geniş şərh vermirəm. Yalnız onu təkrar edim ki, zəngin Azərbaycan ədəbiyyatının küll halında yenidən çapı üçün gərəkli olan intellektual və elmi-nəzəri baza məhz Elmlər Akademiyasının müvafiq elmi-tədqiqat institutlarında var və bu kitabların Akademiya tərəfindən çapa hazırlanması doğru qərardır. AYB yalnız yardımçı rolunda ola bilər. Çünki AYB daha çox müasir ədəbi proseslə məşğul olur (olmalıdır). Klassik ədəbi əsərlər isə artıq baş vermiş fakt kimi filoloqların, ədəbiyyatşünasların, tənqidçi alimlərin predmetidir. Onları nizamlamaq, sahmanlamaq, çapını təşkil etmək və s. humanitar profilli elmi-tədqiqat institutlarına aid olan iş həcmidir. Bəlli bir dəstənin bu mövzuda apardığı bütün piar-kompaniyaların təşkilinin isə böyük sənət yanğısı ilə heç bir əlaqəsi yox idi.
- Amma bu hadisədən sonra AYB-nin sədri Anar sizə qarşı açıq ittihamlara qalxdı...
- Həqiqətən - açıq! Və gərək ki, son neçə ildə ilk dəfə - şəxsən özü!... Mən bu mövzuda geniş danışmaq istəməzdim. Çünki artıq mətbuatda dediyim kimi, onun haqqında üçüncü bir yazı hazırlayıram. Artıq “proses gedir”. Odur ki, mən sözümü sonra deyəcəm...
- Vaxtilə ənənəvi sovet ədəbiyyatı cərəyanlarına qarşı kəskin etirazlarla çıxış edən gənc yazarları, AYO-çular qrupunu, ədəbiyyatımızda radikal “Alatoran” səhifələrini dəstəkləyən azsaylı yazıçılardan biri də siz oldunuz. Sirr deyilsə, o gəncləri niyə müdafiə etməyə başladınız? Bir məqsədiniz var idi?
- Demək həyatda təmənnasız adamların olduğuna inanmırsınız?... Mən bayaq dedim. Mən konkret kiminsə yox, həqiqətin tərəfindəyəm. Xalqımın inkişafını səmimi qəlbdən istəyirəm. Prinsip etibarilə konkret əmələ qiymət verirəm, hansı əməl obyektiv və perspektivlidir, xalqın, ölkənin, vətənin mənafeyinə uyğundur, hansı bizi ləngidir, inkişafdan saxlayır. O zaman da konkret ədəbiyyatçıların yox, Ədəbiyyatın təmsilçisi kimi söz demişəm. Demişəm ki, bütün sahələrdə olduğu kimi, ədəbiyyata da yeni nəsil gəlməlidir və bu gəliş cəmiyyətin inkişafı üçün həm zəruridir, həm də təbiidir... Bax, yenilik həvəsində olan gənc yazarları da məhz bu mülahizələrə görə müdafiə etmişəm. Adam fərqli düşünür deyə onu məhv etməkmi olar? Bu nə deməkdir? Bu köhnə bolşevik təfəkkürüdür. İnsanları nizamlı addımlarla marş getməyə məcbur etmək kommunaçılıq əlamətidir. Biz bunu artıq keçmişik axı... Bu istedadlı gənclər öz müstəqil Azərbaycanımızın sərvətləridir! Sərvəti qorumaq vacibdir.
- Yeri gəlmişkən, bəs “60-cılar” barədə nə düşünürsünüz?
-Düşünürəm ki, indi daha XXI əsrdir. Əgər biz keçmişləri fetişləşdirib ondan sonranı inkar etsək, bu o demək olar ki, bu xalq elə yerində sayır, keçmiş illərin səviyyəsindən qabağa getməyib. Amma biz keçənə obyektiv qiymət verib müsbətindən bəhrələnməli, mənfisini kənara qoyub bu günlə yaşamalıyıq, sabahı düşünməliyik. Axı, Yer üzündə həyat daim dəyişirsə, cəmiyyət, insanlar inkişaf edirsə, nədən bu qlobal inkişafın müqabilində bizim xalq nostalgiyaya qapılıb keçmişlə qalmalı, oturub mürgü döyməlidir?! Bu xalqın içərisində son 20-30 ildə elə dərrakəli, ağıllı, savadlı, istedadlı, müasir düşüncəli insanlar yetişib ki, onları inkar etmək sadəcə qəbahət olardı.
Hərçənd ilk vaxtlar yaşlılar da ədəbiyyata gələndə əvvəlki illəri yamanlaya-yamanlaya, yeniləşməni istəyərək gəliblər. Amma öz mövqelərini möhkəmlədəndən sonra hər hansı yeniləşmənin əleyhinə çıxıb, heç bir dəyişiklik istəməməyi özlərinin uzunömürlüyünə qarant biliblər. Bu eqoizmdir.
Elə ziyalılar var ki, gözümüzü açandan “canlı klassikdirlər”. Hamı onları tanıyır, hörmət edir. Amma onlar heç vaxt Azərbaycana xidmət etməyiblər. Yalnız öz karyeralarına xidmət ediblər. Azərbaycana lazım olduqları vaxt, xalqın və ölkənin ən ağır, ən gərgin, yaralı məqamlarında onun yanında olmayıblar. Qaçıblar, gediblər, gizləniblər… Haralardasa guya “yaradıcılıqla” məşğul imişlər (Vətənin dar günündə ha!). Yalnız ara sakitləşəndə qayıdıb gəliblər və çıxıb abad, azad, sakit, dinc, əmin-aman meydanda gərdiş eləməyə başlayıblar. Hələ bununla belə vətənə azadlığı, müstəqilliyi, demokratiyanı həyatı bahasına gətirən gənc nəslə istehza da edirlər... Belə manipulyativ xislət ziyalıya, mənəviyyatdan bəhs edən, mənəvi normalarla işləyən sənət adamına xas sifət deyil.
-Bu günlərdə AYB sədri Anar “Yeni Müsavat” qəzetində sizə qarşı bir sıra ittihamlarla çıxış etdi. Bu ittihamlarla bağlı nə deyə bilərsiniz?
- AYB sədri neçə illərdi Heminquey, Folkner sayağı pozalarda özünü xalqa millət təəssübkeşi, əzabkeş bir düha, dünyanın pis əməllərindən bixəbər pak bir imam övladı cildində təqdim edirdi. Amma deyir, sən danış görək kimsən... “YM” qəzeti son yarım ildə iki dəfə AYB sədrini xeyli danışdırdı və bütün ağıllı adamlar onun mahiyyətini açıq-aydın gördülər. Hətta neçə illərdi adamın ictimai əhəmiyyətsizliyinə inandıra bilmədiyim sevimli dostumu, qohumumu da adam özü qəzetdəki çıxışı ilə buna inandırdı.
-İstərdik fikirlərinizi oxucularımız üçün bir qədər də açıqlayısınız.
- Populyar dillə desək, Buddizmin binasını qoyan şahzadə Qautama öz şagirdlərinə öyrədirdi ki, əgər ən ali yaşam mərtəbəsinə ucalmaq və xoşbəxtliyə qovuşmaq istəyirsinizsə, bu həyatda doğru düşünün, doğru danışın, doğru əməl sahibi olun... Zərdüştilikdə də əsas tələblərdən biri odur ki, yaxşı yaşamaq istəyirsənsə, yaxşı şeylər fikirləş, yaxşı sözlər danış, yaxşı işlər gör... Müqəddəs Quranda da var ki, Allah kibirlənənləri, təkəbbür göstərənləri sevməz. Və Quranın mahiyyətinə əsaslanaraq nəticə çıxarırıq ki, pis sözlər pis adamlara, yaxşı sözlər yaxşı adamlara məxsusdur. Müasirlər isə deyirdi: “Dil – təfəkkürün aynasıdır”. Yəni baxın: bütün bəşər tarixi göstərir ki, insanın daxili necədirsə danışığı da elədir. Dilində nə varsa – təfəkküründən, yaşam tərzindən, daxili konstitusion quruluşundan irəli gəlir. Hər adam öz daxili aləmində malik olduğu mənəvi dəyərləri, əxlaqı, tərbiyəni söz və əməl vasitəsilə büruzə verir... Bu nəzəri düstura əsaslanaraq gəlin xalq yazıçısının, AYB sədrinin, yəni sözün ən məsuliyyətli işlədicisi olmalı bir kəsin opponentlərinə qarşı işlətdiyi faktsız, əsassız, arqumentsiz fəza sözlərinə baxaq: “iddia, iftira”, “çirkin yalan”, “kürül-kürül böhtanlar”, “paxıllıq edən”, “çirkaba batırmaq istəyən”, “bunun kimilər”, “böhtan”, “iyrənc yollar”, “ağzına gələn”, “hər küçə xuliqanı”, “ədəbi xuliqanlar”... Bir sözlə, adamın intellektinin məhsulu olan leksikonu onun daxili aləmində formalaşmış mənəvi dəyərlərdən, əxlaq və tərbiyənin keyfiyyətindən xəbər verir.
-Bəs AYB rəhbərliyiinin sizə qarşı kəskin münasibətinin motivləri nədir axı?
-Həm deyir, mən ona əhəmiyyət vermirəm, həm də bir belə haray salır... Adam tam məntiqsiz təfəkkür sahibidir. Mən bildiyim əsas bir neçə səbəb var: 1- Gənc yazarları, xüsusən AYO-çuların mövqeyini müdafiə etməyim; 2- Türkiyənin, türkçülüyün və Atatürkün düşməni olan Nazim Hikmətin 100 illik yubileyinin keçirilməsinə və yazıçılardan xəbərsiz "yazıçılar adından" onun əfvi barədə Türkiyənin dövlət rəhbərlərinə "kollektiv" xahişnamə ünvanlamış AYB sədrinin mövqeyinə etiraz etməyim; 3-AYB-nin büdcəsini açıqlamağım....
-Bəlkə aranızda hansısa şəxsi münaqişə olub?
-Müxtəlif ictimai, siyasi, mədəni müstəvilərdə dayanan adamlar arasında nə münaqişə ola bilər ki? Şəxsən mən 15 ildir AYB tərəflərə də getmirəm, AYB sədrini də görmürəm. Haçansa ondan nə ev istəmişəm, nə maşın, nə bağ, nə kitablarımın çapını... Nə şəxsi motiv ola bilər burda? Mənim dediklərim özümə görə, öz qohum-əqrabama görə, subyektiv mülahizələrə görə deyil. Obyektiv olmaq, doğru yaşamaq, doğru yolla getmək - mənim həyat tərzimdir...
-Bizim üçün də çox maraqlıdır ki, siz filologiya sahəsində dissertasiya yazmısınız, neçə kitabın müəllifisiniz, çoxlu publisistik yazılarınız, məqalələriniz, tərcümələriniz, ssenariləriniz var. Xüsusən Türk dünyasının böyük öndərləri Atatürkün və Heydər Əliyevin həyatından bəhs edən “Böyük ömrün anları” kitabınız respublikamızın mədəni həyatında yaddaqalan hadisəyə çevrildi. Bir sözlə, son dövrlərin ədəbi, mədəni proseslərində sizin reytinqiniz kifayət qədər yüksəkdir. Amma AYB sədri sizin yazıçılığınıza da şübhə edir, AYB-də üzvlüyünüzə də və s.
- Əski təfəkkürlə yaşayan adam təbiidir ki, həqiqəti söyləyən adamın dediklərini aşağılamaq, köhnəliyə sərfəli olmayan yenilikçi ideyalarını ört basdır etmək məqsədilə guya onun yazıçılığının da əhəmiyyətini azaltmağa çalışacaq. Amma mənim üçün yazı yazmaq daha geniş anlamdadır. Mən öz fəlsəfi, kulturoloji, ideoloji, filoloji, pedaqoji, ədəbi-bədii, elmi-nəzəri fikir-düşüncələrimi ifadə etmək, ideya və ideallarımı cəmiyyətə çatdırmaq üçün qələmdən bir kommunikasiya vasitəsi kimi istifadə edirəm. İndi isə ümumiyyətlə qələmə ancaq qol çəkəndə əl atıram, yazılarımı isə birbaşa noutbuka yazıram. Odur ki, AYB üzvü olub-olmamaq mənim fəaliyyətimin mahiyyəti üçün əhəmiyyət kəsb etmir.
O mənim yazdıqlarımı, xüsusən bədii publisistikamı ona görə “tanımaq istəmir” ki, mənim yaradıcılığımın məhsulu, yazılarımdakı ideya və ideallar cəmiyyətdə yayılanda, imperiyaya qarşı çarpışmalarda, müstəqil dövlət quruculuğu illərində, ədalətin zəfər çalması naminə mübarizələrdə haqqı xalqa bildirəndə o özü ortada yox idi. Mənim yazdıqlarım xalqın çağdaş həyatına lazım olan konkret həyat hadisələrinə, ətrafımızda baş verən real olaylara münasibət üstündə qurulub.
O ki qaldı AYB sədrinin dediyi üzvlük məsələsinə, o çaşdırır, mən bəziləri kimi tanışlıqla-filanla Anarın Yazıçılar Birliyinin (sitat Elnur AS-dandır) biletini almamışam. Hələ uzaq 1988-də keçmiş SSRİ Yazıçılar İttifaqının üzvlüyünə daxil olmuşam, biletimi də (filologiya üzrə alimlik diplomu kimi) Moskvadan təsdiq edib göndəriblər. O vaxt Azərbaycanda 200 yazıçı var idi, 1000 nəfər deyildi ki, sədrin qabağına qollamaq üçün dəstə-dəstə aparsınlar və o da kimin biletinə qol çəkdiyini bilməsin... AYB sədri yalnız son illər ölkə idarələri milliləşəndə mənim biletimi dəyişdirərək mexaniki bir funksiyanı yerinə yetirib...
-Anar onu da deyir ki, Aqil Abbasla Akif Əli birləşərək ona qarşı mübarizə aparırlar.
-Aqil Abbas isə deyir ki, biz hələ onun haqqında heç nə yazmamışıq, bunu qaşınma tutur. Əgər biz o adam haqqında yazı yazmağa başlasaq, onda gərək yenə bu ölkədən çıxa...
-Akif müəllim, biz bu sitata görə üzr istəyirik, ancaq Anarın işlətdiyi qeyri-etik “ədəbi xuliqanlar” ifadəsini oxuyanda nə düşündüyünüzü bilmək maraqlı olardı.
-Mən dərhal ötən əsrdə İngiltərədə yaşamış Huliqan familiyalı bir ailənin pəncərə qıran, söyüş söyən, şuluq salan sarışın ingilis uşağını gözümün qabağına gətirdim. Fikirləşdim ki, ən adi bir uşaq olan yazıq Huliqan indi bir simvola çevrilib... Bilirsiz, İngiltərədən fərqli olaraq Azərbaycan balaca bir ölkədir və burda hamı hamını yaxşı tanıyır, bilir kim kimdir, təlim-tərbiyəsi nədir, ailəsi necədir, valideynləri kim olub və s. Odur ki, xalqa hansı ailədən necə adamların, hansı tərbiyə daşıyıcılarının çıxa biləcəyi məlumdur...
-Deyirlər, Anar həm də onu tənqid edənlərin çörəyinə bais olmaqla, onları işdən çıxartdırmaqla məşhurdur... Qorxmursuz?
- Mən 1994-dən NK-da çalışıram. Məni o işə qoyan və saxlayan Kişi nə etdiyini yaxşı bilirdi. Kimsə narahat olmasın. Hər halda öz qısqanclığı ucbatından dahi öndərin belə ruhuna etinasızlıq edənlər bağışlanmayacaqdır... İndi 37-ci il deyil, Moskva, Kreml, NKVD xofu yoxdur. Ə.Vəzirov-A.Mütəllibov dövrü də deyil ki, donosla adamların taleyi həll edilə. AYB sədri bu ölkədə olmayanda, 1990-cı illərin əvvəllərində biz min bir zülmlə, əziyyətlə öz müstəqil dövlətimizi qazanmışıq. Onu idarə edənlər öz işlərini hər yetənin sözü ilə qursaydılar, bu iqtidar on ildir ayaqda qala bilməzdi. Azərbaycan artıq heç kəsdən asılı olmayan azad, müstəqil, demokratik sivil bir dövlətdir. Bu dövlətdə hüquququn aliliyi prinsipi gözlənilir. Dövlət məmurlarının fəaliyyəti Dövlət Qulluğu Haqqında Qanunla tənzimlənir. Mənim fəaliyyətim isə heç vaxt həmin qanunun çərçivəsindən kənara çıxmayıb. O Qanunda kiməsə öz fikrini sərbəst ifadə etməyə, yaradıcılıqla məşğul olmağa qadağa qoyulmayıb. O cümlədən AYB sədrinin toxunulmazlığı və ya tənqiddən kənar zonaya aid edilməsi barədə paraqrafa heç bir rəsmi sənəddə rast gəlməmişəm. Bir sözlə, qanunlardan xəbəri olan adam bilir ki, mənim kimdənsə qorxmağım üçün mənim ölkəmdə heç bir hüquqi baza yoxdur... Sağ olun.
-Anarla bağlı belə bir sual...
-Məncə kifayətdir. Mən axı söz vermişəm, onun haqqında heç nə deməyəcəm. Bütün parametrlər üzrə mənim səviyyəmin adamı olmayan, müasir ziyalılığı təmsil etmək üçün heç bir obyektiv haqqı çatmayan bu yazar barəsində sözümü sonra deyəcəm.
***
Bu bir təsadüf idimi, yoxsa hadisələrin inkişafının məntiqi yekunu idimi ki, hər iki tərəf kulminasiya nöqtəsinə eyni vaxtda çatdı: Akif Əli həftəlik “Reytinq”də prinsipiallıqla “AYB üzvü olub-olmamaq mənim fəaliyyətimin mahiyyəti üçün əhəmiyyət kəsb etmir” dediyi vaxtda digər həftəlik “Ədəbiyyat qəzeti”ndə Azərbaycan Yazıçılar Birliyinin katibliyində “Birliyin üzvü Akif Məhərrəmovun (Akif Əlinin) məsələsinin müzakirə olunduğu” və onun AYB üzvlüyündən xaric edildiyi barədə xəbər çapa getdi... Və Akif Əli AYB üzvlüyündən xaric edildiyi vaxt ona “Qızıl qələm” mükafatı təqdim olundu. Həqiqətən bu sirli-sehirli dünya “bir yandan boşalır, bir yandan dolur...”
***
...Sonra bu yazının lap əvvəlində təsvir olunan proseslər başladı. AYB sədri şəxsən özü Akif Əli ilə mübarizədə intellekt yarışını uduzduğundan arsenalında olan 50-ci illər praktikasına əl ataraq rəqibindən donos vermək miskinliyinədək yuvarlandı. O, Akif Əlinin AYB üzvlüyündən xaric edilməsi barədə protokolun surətini çoxaldıb müşaiyətçi “şanlı məktubla” bir yerdə donos timsalı hökumət rəhbərlərinə göndərdi. Hətta xislətinə, ruhuna və təfəkkürünə xas provinsializmlə AYB-nin “sənədlər toplusunu” hökumətdəki kənd təsərrüfatı və aqrar islahatlar sektoruna nəzarət edən vəzifəli şəxsə də göndərmişdi.
Doğrudan da, “əcəb gülməlisən!”
Bumeranq effekti bu dəfə çanağı adamın öz başında çatladaraq apardığı düşük aksiyanı rəsmi dairələrdə onun öz səviyyəsizliyinin, savadsızlığının və əhəmiyyətsizliyinin nümayişinə çevirdi.
...“Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbərinin öz vəzifəsindən sui-istifadə edərək ələ keçirdiyi Yazıçılar Birliyinə aid olan büdcə və maliyyə rəqəmlərini şişirdilmiş şəkildə mətbuata ötürməsi” barədə Azərbaycan Yazıçılar Birliyinin sədrinin və katibliyinin iddiaları ilə əlaqədar yanvarın son günündə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli təbii ki, müvafiq instansiyalara arayış verərək məsələnin mahiyyətini bütün təfərrüatı ilə və əslində olduğu kimi çatdırdı.
O, “Azərbaycan Respublikasının 2004-cü il Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2003-cü il tarixli Fərmanı ilə dövlət büdcəsinin əsas xərclərinin bölgüsünün aparıldığını və bölgüyə görə Azərbaycan yazıçıları üçün də müəyyən büdcə vəsaitinin nəzərdə tutulduğunu xatırladaraq, ötən 2004-cü ildə yazıçıların istifadəsinə də ümumilikdə nə qədər vəsaitin ayrıldığını, həmin məbləğin büdcə sənədindəki “Xərclərin istiqaməti” bölməsində müvafiq strukturlar üzrə ayrılmaqla qeyd olunduğunu, Yazıçılar Birliyinin Mərkəzi aparatının, yerli şöbələrin (filialların) və ədəbi qəzet-jurnalların saxlanmasına nə qədər vəsait ayrıldığını rəsmi sənədlər əsasında şərh etdi.
Ötən il Azərbaycan Yazıçılar Birliyinin növbəti XI qurultayı ərəfəsində müxbir sorğusuna əsasən AYB-nin və onun ədəbi orqanlarının dövlət büdcəsindən maliyyələşməsi barədə təqdim etdiyi həmin informasiyanın mətbuatda dərcinin nədənsə AYB katibliyinin ciddi etirazına səbəb olduğunu bildirdi. Halbuki AYB-nin büdcəsi haqda deyilənlər tamamilə rəsmi sənədlərə əsaslanan dəqiq faktların konstatasiyası idi və həmin informasiyanın mətbuata təqdim edilməsi heç də yeni məlumat deyildi. Belə ki, dövlət büdcəsinin şəffaflığını təmin etmək və büdcə haqqında sənədin ictimaiyyətə çatdırılması məqsədilə, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3 maddəsində deyildiyi kimi, “Növbəti büdcə ili üzrə dövlət büdcəsi təsdiq edildikdən və qanunvericilikdə nəzərdə tutlmuş qaydada imzalandıqdan sonra mətbuatda dərc olunur.” 2004 –cü ilin dövlət büdcəsi də (təbii ki, AYB-nin vəsaitləri də göstərilməklə) bütövlükdə 28 dekabr 2003-cü il tarixli “Azərbaycan” qəzetində, həmçinin Azərbaycan Respublikası Prezidentinin nəşri olan Azərbaycan Respublikasının Qanunvericilik Toplusunun 31 dekabr 2003-cü il tarixli 12-ci №-də çap olunmuşdur. Akif Əli isə həmin informasiyanı bu dərcdən 4 ay sonra müxbirə təqdim etmişdir. Lakin Milli Məclisdə səsə qoyularaq qəbul olunan və 2 iyul 2002-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti H.Əliyev tərəfindən imzalanaraq qüvvəyə minən “Büdcə sistemi haqqında” Qanundan, habelə 2004-cü ilin dövlət büdcəsinin Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetində dərcindən Milli Məclisin deputatı olan AYB sədrinin xəbərsizliyi təəccüblüdür. Əks təqdirdə AYB katibliyi bu məlumatı bütöv bir il ərzində ardıcıl olaraq, mütəmadi çəkildə “təkzib etməklə” məşğul olmazdı.
AYB katibliyinin nəyi və niyə təkzib etdiyi anlaşılmazdır. Çünki deyilən rəqəmlər dövlət sirri deyil, hətta respublikanın bütün nazirlik, komitə və baş idarələrinin büdcəsi mətbuatda çap olunaraq ictimaiyyətə çatdırıldığı halda, ictimai təşkilat olan Yazıçılar Birliyinin büdcəsinin nə üçün ictimaiyyətdən gizlin saxlanılması maraq doğurur. Görünür bu açıq informasiyanın yaratdığı narahatlıq onunla bağlıdır ki, AYB rəhbərliyi indiyədək dövlətin yazıçılara qayğısını inkar edib büdcə vəsaitini öz sıravi üzvlərindən, ümumən ədəbi ictimaiyyətdən gizlin saxlamağa çalışmışdır. Neçə illərdir yazıçılar təşkilatının qorunub saxlanmasının AYB rəhbərliyinin xidməti yox, birbaşa dövlətin iradəsi və Heydər Əliyevin qayğısı ilə olduğu açıqlandıqda isə bu onlarda bərk narahatlıq doğurmuşdur...
Bütün bunları nəzərə çatdıran Akif Əli AYB rəhbərliyinin subyektiv mülahizələrdən irəli gələn haqsız iddialarını qərəzli və qisas məqsədi daşıdığı qənaətində olduğunu dedi. O, dövlət məmuruna qarşı belə kobud iddianın cavabsız buraxılmasını yolverilməz presedent saydığını bildirdi. Göstərilən faktlar əsasında həqiqətin aşkara çıxarılmasını, dövlət qulluqçusunun fəaliyyətinə kölgə salmağa cəhd edən AYB rəhbərliyinin qeyri-etik hərəkətlərinə hüquqi qiymət verilməsini müstəqil dövlətçilik prinsiplərimizin qorunması və söz, mətbuat azadlığının, insan haqlarının müdafiəsi baxımından zəruri hesab etdiyini vurğuladı.
Bununla da hökumət daxilində məsələnin araşdırılması bitdi və Anarın “donosu” arxivə gömüldü. Çünki hökumətin hətta müdafiə xərclərinə belə nə qədər büdcə vəsaitinin ayrıldığını açıq deməsi fonunda (yeri gələndə hökumət rəhbərləri nəinki cari ilin, gələcək illərin də hərbi xərclərinin artım dinamikası barədə danışır) AYB-nin apardığı büdcə davası o qədər mənasız, məntiqsiz, əhəmiyyətsiz və səfeh görünürdü ki, ona ciddi yanaşmağın özü qeyri-ciddilik olardı.
***
Akif Əli haqqında ağ yalan və qara böhtanlarının puça çıxdığını görən Anar Rzayev nəhayət, bütün komandasını işə salaraq qırmızı dezinformasiyalar yaymağa başladı. Həyata və hadisələrə bəsit baxışları ilə fərqlənən zavallı Fikrət Qoca efirə çıxıb onun guya AYB sədri olmaq istəməsi barədə provokasion çıxış yapdı. Daxilində əhəmiyyət veriləcək bir mənəvi yük daşımayan və ədəbi mühitdə yalnız Anarın “qoçusu” kimi tanınan mətbuat xidmətinin rəhbəri Ə.Ə. şantaj və böhtan dolu cəfəngiyyatlar ifraz etdi. Azərbaycan dilinin qədr-qiymətini bilməsə də xarici ölkə otellərinin qiymətini əzbər bilən AYB katibi Ç.Abdullayev məsələnin “hüquq müstəvisində” çözüləcəyi hədəsi ilə qəzet səhifələrində var-gəl etdi... və s.
***
...Hələ 1989-cu ildə Vəzirov-Mütəllibov iqtidarının “regional strategiyası” ucbatından Bakı Ali Partiya Məktəbini bitirib işsiz qalan və bu zaman ailəsini yalnız qonorarla dolandıran (sağ olsunlar Azərbaycan Radiosunun və “Mozalan” satirik kinojurnalının Baş redaktorları Mailə Muradxanlı, Ziyafət Abbasov!) “əliyevçi” Akif Əli mənən çox sıxıntılar keçirdiyi ağır günlərin birində MK-da “şunu daşıyan” bir məmur-şairdən (və ya şairanə məmurdan) eşitdiyi təhqiramiz söz hələ də qulaqlarında səslənirdi. Guya onun işsiz qalmasından narahat olan bu məmur-şair (və ya şairanə məmur) “məhrəmcəsinə” (kim bilir, bəlkə də MK-dan aldığı “kəşfiyyat” tapşırığına görə) Akif Əliyə demişdi: “Əziz, sən özün pasportunda doğum yerini Şuşa yazdırmısan ki, Vəzirovdan iş alasan, elləmi?” Özünü ziyalı sayan söz adamının (indi o adam işsiz-gücsüz ortalıqda qaldığı üçün adını çəkib xətrinə dəymək istəmirik) bu dərəcədə alçaq söz danışa biləcəyini təsəvvür etmək belə çətin idi. Ağzından belə “o...casına” (üzr istəyirik) söz çıxardığına görə o vaxtadək hörmətini saxladığı həmin məmur-şairə (və ya şairanə məmura) anındaca Akif Əlidə necə şiddətli nifrət yarandısa, hələ də onun əyri ağzını görəndə ürəyi bulanır... Dediyi bu əxlaqsız fikir təkcə özünə görə yox, həmin günlərdə düşmən əhatəsində qalıb da ağır günlər keçirən gözəl, füsunkar, doğma Şuşanın xətrinə dəydiyi üçün daha çox hiddət doğurdu Akif Əlidə.
Aradan on beş il keçəndən sonra, 2005-də axırıncı kitabı ilə bağlı AYB MX əməkdaşının “o...casına” dediyi bir alçaq dezinformasiyanı da Akif Əli həmin məmur-şairin Şuşa ilə bağlı dediyi əxlaqsız yalanın bir tayı hesab etdi. Bildi ki, Ə.Ə.-yə bu böhtan, şantaj yolunu AYB mühiti öyrədib. ABŞ Prezidenti Duayt Eyzenhauer demişkən, o yerdə ki ədalət prinsipi yoxdur, bilin ki orda əxlaqsızlıq prinsipi var.
Beləliklə, “mif adamın” ədalətdən uzaq miskin xislətini görən və bilən həssas adamlar onun H.Cavidin “İblis” əsərini ekranlaşdırmaq istəməsini eşidəndə hətta “İblis”i Anardan qoruyun!” – deyə haray da çəkdi.
***
Təbii ki, hikkəsi təmin edilməyənin ürəyi soyumaz.
Anarın növbəti aksiyası da özünü çox gözlətmədi. Yanvarda hökumət rəhbərlərinə göndərdiyi donosa məhəl qoyulmadığını görən AYB sədrinin nəfəsindən qopan növbəti “gül qoxulu” fevral soyuğunda ədəbi gülüstanı yenidən bürüdü. “Ədəbiyyat qəzeti”ndə “Ədəbiyyat və zaman” rubrikası altında “Ədəbi söhbətlər... Əbədi düşüncələr...” başlıqlı yazı dərc edildi.
Eyni səviyyəsiz dedi-qodular, eyni şər-şəbədə, araqarışdırma, hirs, hikkə, qəzəb, söyüş, yalan, böhtan, iftira, təxribat...
İlahi, bu da yazıçıdır!
Özü də “xalq yazıçısı”dır!
Və Azərbaycan Yazıçılar Birliyinin sədri olan yazıçıdır!
Nizaminin, Füzulinin, Nəsiminin həmkarı... Sabirin, Cavidin, Üzeyir bəyin davamçısıdır...
İlahi!
Ətrafa ziya saçan budurmu?!
Bu dil, bu təfəkkür, bu düşüncə, bu hikkə, bu fitnə-fəsad nədir?!
Yox, İlahi, bu sən qurduğun orqanika deyil! Bu - sənə qarşı çıxanların kabusdur!
...İnsanlar Yer üzündə haqsızlıq görəndə, ədalət axtarıb tapmayanda Tanrıya üz tutublar.
“Daş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu soyuq qanları neylərdin, ilahi?!
Dostları ilə paylaş: |