Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, ilahi?!
Qeyrətli danosbazlarımiz iş bacarırkən, -
Tənbəl, dəli şeytanları neylərdin, ilahi?!”
İlahi isə o dərəcədə ağıllı, ədalətli, hər şeyin, hər kəsin yerini bilən, müdrik və ali məntiqlidir ki, onun qurduğu dünyada hər şey “bir yandan boşalır, bir yandan dolur”...
Akif Əlinin AYB sədri ilə ideya toqquşması birincinin yaradıcılığına, ictimai, ədəbi, mədəni fəaliyyətinə xüsusi hörmət bəsləyən nə qədər adam olduğunu bəlli etdi! Bu adamlar AYB yetgililərindən tam fərqli mövqe tutaraq, fərqli düşünür və fərqli davranırdılar. Amma bu davranışlar cəmiyyət daxilində Anara nifrətin Akif Əliyə hörmətdən daha böyük olduğunu büruzə verirdi!
O günlərdə şəhərin bir tərəfində onun AYB-nin üzvlüyündən xaric edilməsi barədə qərar çıxarılır, şəhərin o biri tərəfində AzKİVİHİ Rəyasət Heyətinin qərarı ilə “Qızıl Qələm” mükafatı laureatı adına layiq görülürdü... (“Mətbuatla uzunmüddətli səmərəli ünsiyyətinə, ədəbi-bədii, elmi, publisistik yaradıcılığında vətəndaşlıq mövqeyinə və sənətkarlıq uğurlarına görə “Qızıl Qələm” media mükafatı laureatının Diplomu filologiya elmləri namizədi, yazıçı-publisist cənab Əli Akif Əli oğluna iltifatla təqdim edilmişdir.”)
Bir qədər sonra isə “Açıq söz” qəzetinin fevral sayında Akif Əlinin doğum günü münasibətilə bütöv bir səhifə ona həsr edilmişdi. Fəlsəfə elmləri namizədi Davud Dəmirlinin başçılığı ilə hazırlanan səhifənin özəlliyi ondan ibarət idi ki, Akif Əlinin yaradıcılığı, həyat yolu, kitabları haqqında dərc edilmiş resenziyaların, məqalələrdən parçaların və digər materialların arasında vaxtilə Akif Əli haqqında AYB-nin orqanı “Ədəbiyyat qəzeti”ndə çap olunmuş məqalə də var idi (Bəli, bu həmin orqandır ki, AYB rəhbərliyi onu “ədəbiyyat standartı” kimi qoruyub saxlayır, AYB sədri bu qəzetdə Akif Əli adında yazıçı “tanımadığını” yazır və bu qəzet Akif Əlinin AYB üzvlüyündən çıxarılması xəbərini ilk çap edir):
“...Yazıçı Akif Məhərrəmovun “Məhəbbət təranələri” kitabında təqdim olunan nəsr əsərləri geniş danışmaqa və bəzi mülahizələri dəqiqləşdirməyə kömək edir.
Təbiidir ki, digər qələm yoldaşları kimi Akif Məhərrəmov da klassik nəsr ənənələrindən bəhrələnmiş öz yeni dəst-xəttini də məhz həmin varislik hesabına təkmilləşdirməyə çalışmışdır. O da bir sıra müasirləri kimi klassik Azərbaycan bədii nəsr sənətkarlığını kamil şəkildə əks etdirən Molla Nəsrəddin ədəbi məktəbinə üz tutmuş, milli nəsrin incəliklərini öyrənib müasir gerçəklikdən yazmağı vəzifə seçmişdir... Klassik nəsr ənənələrinə birbaşa münasibət yazıçının ancaq nəzirələrində deyil, rəvayətlər, müəmmalar, sabiranə deyimlər və məzhəkələrində də aydın nəzərə çarpır...” (Şamil Vəliyev, “Ədəbiyyat və incəsənət” qəzeti, 3 avqust 1990-cı il)
***
“Qızıl Qələm” xəbəri çatanda AYB sədri duruxdu. Əvvəl-əvvəl nə deyəcəyini bilmədi. Bilmədi bu mükafata görə dərhal bir donosmu yazsın, yoxsa telefonla etirazını bildirsin. Ən çox bilmədiyi isə o oldu ki, bu situasiyada məhz hansı idarəyə etiraz məktubu yazmalı, ya mükafatı ləğv etdirmək üçün kimə zəng vurmalıydı...
Əslində onun hirsi-hikkəsi o qədər çox idi ki, çinədandan aşıb-daşırdı və bu neçə il əzində dolmuş sinə bir cümlə ilə boşalan deyildi. Onun qəlbində təkcə Akif Əliyə deyil, ümumiyyətlə bütün “ipə-sapa yatmayan” azad ruhlu yazıçı-şairlərə kin varıydı, hətta hirsindən “bilmirəm bu nə azardı, hamı yazır” - deyirdi. Sinirli söz yığını qəlbini və qanını o dərəcədə qaraltmaqda idi ki, dərhal “Ədəbiyyat qəzetinin” redaktorunu yanına çağırıb bir neçə gündən sonra qəzetin səhifələrini “dolduracaq” aqoniyalı “söhbət-düşüncələr” projesini ona nəql etdi. O isə təbii, - necə məsləhətdir, Anar müəllim, qəzet sizindir, nə boyda göndərsəniz o boyda da verərik,- dedi.
Anarın “söhbət-düşüncələri” isə çox uzun oldu...
İndi oradakı bəzi məqamları “nöqtəsinə-vergülünə toxunmadan” oxuculara təqdim edirik. Qoy adamın fışqıran zəkası natural ölçülərdə görünsün və hamı görsün, bilsin ki, bax budur – Anarın “Ədəbi söhbətləri... Əbədi düşüncələri...” (“Ədəbiyyat qəzeti”, 11.02.2005):
-Görünür, mənim dilimdən adlarını çəkməklə özlərini reklam eləmək istəyirlər...
-Mənə çatdırdılar ki, belələrinin arzusu mənim onların adını çəkməyimdir, lap mənfi mənada olsa da...
-Özünü ədəbiyyatda təsdiq etmək istəyən bəzi cığallar...
-Yadıma Krılovun yazdığı bir təmsil düşür: “fil və alabaş”. Filə hürən alabaş bununla özünü göstərmək istəyir...
-Məni təəssüfləndirən həm də odur ki, elə adamlara meydan verənlər, qəzet səhifəsinə çıxaranlar, televiziya ekranlarına buraxanlar da tapılır...
-Mən hələ onu demirəm ki, onları həvəsləndirənlər, kobud desəm, qısqırdanlar, yemləyənlər var...
-Yazıçılar Birliyindən əl çəkmirlər, necə deyərlər, dəvədən düşüb höt-hötlərindən qalmayıblar...
-Mənim dostlarım çoxdur və təbii ki, bədxahlarım da yox deyildir...
-Çörəyi burnumuza yemirik...
-Mənim guya, çətin məqamlarda harasa qaçmağım haqqında iftiralar...
-Qara Yanvardan sonra Qorbaçova — Bakıda, çayxanada yox, Kremldə — ittiham verənlərdən biri də mən idim. Qorbaçov deyəndə ki, Azərbaycanda onu cəllad adlandırırlar, gözünün içinə dedim ki, bunu ərlərini, oğullarını, övladlarını öldürtdüyünüz adamlar deyir. Yaxşı ki, kinokadrlar durur, stenoqramlar durur, şahidlər sağ-salamatdır...
-Yaddaşda mənim Moskvada sessiyada onlarla çıxışım deyil, bir dəfə çıxışa yazılmadığıma görə Qorbaçovun mənə söz verməməsi qalıb..
-İddia edirlər ki, guya Yazıçılar Birliyi üç cüt bir tək adamla mübarizə aparır, — gülməlidir. Özləri təhqir və böhtanlara qurşanmasalar, heç kəsin yadına da düşməzlər, yalnız həyasızlıqları həddini aşanda, ağızlarından vurmalı oluruq...
-“Yaradıcılıqlarında” heç bir uğur qazana bilmədikləri kimi, bu işdə də ancaq elə deyinib donquldana-donquldana qalacaqlar... -İndi də hay-küy qaldırıblar ki, Yazıçılar Birliyinin növbədənkənar qurultayı keçirilsin. Kimlə keçirəcəklər? Yazıçılar Birliyinin mindən çox üzvü var. Onlar da sizi yazıçı saymır. Yazıçı olmaya-olmaya gəlib yazıçılara rəhbərlik etmək iddiasına düşmüsüz?..
-Təəssüf ki, bizim də səhvimiz olub. Düşünmüşük ki, Qurultaydakı məğlubiyyətlərindən sonra nəticə çıxarıb adam olacaqlar. Bu da bizim xam xəyalımız idi...
-Sözün düzü, mən onların çoxunu tanımıram. Amma deyilənlərə görə, biri dəlixanada yatıb, amma müalicəsini yarımçıq qoyub. Dəlidirsə, xəstədirsə, müalicə olunsun. Aralarında elə sülənənlər də var ki, deyirlər, bir şüşə arağa nəyi və kimi desən satar... ” və s. və i.
Bəli, bunlar hamısı onundur - Anarındır. Xalq yazıçısı Anarın, AYB sədri, “ziyalılıq etalonu”, millətin “layiqli” təmsilçisi Anarın...
Bu – odur! Makiyajsız, boyasız, rəngsiz... Özü olduğu kimi.
Mədəni ziyalıya, xüsusən də yazıçıya, üstəlik “xalq yazıçısına” və əlavə olaraq Yazıçılar Birliyinin rəhbərinə yaraşmayan kobud, qaba və köntöy düşüncənin daşıyıcısı.
Ümumiyyətlə, Anarın dili təkcə ona görə pis deyil ki, o həmişə “xəlqi” görünmək niyyəti ilə əfçi, köntöy sözlər işlədir. O necə danışır – bu onun öz işidir, özü bilər, özününkülər bilər. Ancaq dərd orasındadır ki, biz belə danışıq tərzini adətən aşağı intellektli mənfi personajlarda görmüşük və bu səviyyədəki təfəkkür tərzini sevimli vətənimizin baş yazarı postundakı adama rəva bilmirik.
Fikrimizcə, Anarı bərk-bərk tutduğu səhv yolda çaşdıran odur ki, sanki kimsə haçansa ona – “Sən Azərbaycanın gözüsən, Azərbaycanda səndən başqa heç kəsin ədəbiyyatla məşğul olmağa ixtiyarı yoxdur!” - deyib. Və beyni belə infeksion aldanışla dolan Anar özündən başqa bütün qeyri yazı yazan adamları qəzəblə “adlarını ədəbiyyata sırımağa cəhd edənlər” kimi qavrayır.
Halbuki çox-çox əvvəllərdə bir dəfə Heydər Əliyev anlatmağa çalışmışdı ki: “Xahiş edirəm yadınızda saxlayın. Həyatın müsbət cəhəti, müsbət qəhrəmanı lazımdır. Lakin tənqid olmasa, həyatımızda olan nöqsanları, neqativ halları tənqid etməsək biz irəliyə gedə bilərikmi? Belədir, siz bunu aydın başa düşməlisiniz.” (Azərbaycan yazıçılarının VII qurultayı, 1981) Və Anar o zamankı həyat eşqi ilə bunu dərhal başa düşdüyünü bütün varlığı ilə təsdiqləsə də, hələ bu günədək tənqidə dözümsüz olaraq qalmaqdadır...
Yeri gəlmişkən: 1997-ci il oktyabrın 28-də Azərbaycan Prezidenti Heydər Əliyev AYB-nin növbəti X qurultayı ərəfəsində ədəbiyyatımızın yaşlı nəslinin nümayəndələri ilə görüşdü. O görüşdə yazıçı Əkrəm Əylisli dedi: “Altı il bundan qabaq Azərbaycan yazıçılarının qurultayında mən çıxış elədim. Hörmətli Prezidentimiz, bizim hamımızın həmişə qayğısını çəkən Heydər Əliyev də həmin qurultayda iştirak edirdi, zalda oturmuşdu. Hamısı yadınızdadır, - filarmoniyanın binası idi. Mən orada bir söz dedim... dedim ki, bir vaxt deyirdiniz ki, gəlin Heydər Əliyevin ətrafında birləşək, indi deyirsiniz ki, gəlin Mütəllibovun ətrafında birləşək. Bəs haçan biz Allahımızı tapacağıq.. və bir amala, bir məqsədə, bir məzhəbə qulluq edəcəyik?”
Mətbuat və informasiya naziri, Milli Məclisin üzvü, yazıçı-publisist Sirus Təbrizli də söz aldı və dedi: “...Əslində yazıçı özü də siyasətçidir, xalqın ən ağır vaxtlarında ilk əvvəl öz yolunu müəyyən edir ki, kiminlədir... Amma bəziləri səhv yox, riyakarlıq edirdilər və bu gün də edirlər... 1983-cü ildə məni yazıçı danosu ilə işdən çıxardıblar... Amma həmin danoslardan, haqsızlıqlardan nə qədər insanlar məhv oldular. Bu, bu gün də davam edir, var... Həqiqətən də həyatımda Yazıçılar İttifaqında, o mənəviyyat ocağında mənə qarşı haqsızlıq edildi... Mən partiya biletimi verəndə o vaxtkı kommunist rejimi məni təqib edibdir, mənim Yazıçılar İttifaqım məni müdafiə etməyibdir... Mən belə başa düşürəm ki, biz özümüz daxilən dəyişməliyik. Çünki Azərbaycan artıq müstəqil dövlətdir. Müstəqil dövlətin yazıçıları, ziyalıları xalqı düz yola aparmalıdır, xalqın ağır vaxtında ona düz söz deməlidirlər. Dünən birini, bu gün bir başqasını yox...Bayaq Əkrəmin dediyi çox cəsarətli söz idi...”
Amma o görüşdə Anar susdu. Həmkarlarının qarşısında danışa bilmədi.
O, bir gün sonra, Heydər Əliyev gənc nəslin nümayəndələri ilə görüşəndə danışdı: “Möhtərəm Prezident!.. Yazıçılar Birliyi cavanlarla bağlı müəyyən işlər görür... Cavan yazıçı Rafiq Tağının əsərlərinin müzakirəsini keçirdik... Bundan başqa YB-da “Avanqard” adlı cavanlar birliyi toplaşır... Arabir Yazıçılar Birliyini də tənqid edirlər. Mən də bundan çox razıyam. Çünki demokratiyadırsa, tənqid də olmalıdır.” – dedi.
Azərbaycan Prezidenti daxilən təmiz adam olduğu üçün Azərbayçan Yazıçılar Birliyinin sədrinin səmimiyyətinə həmişəki kimi yenə inandı. Hətta Anara: “...şübhəsiz Yazıçılar Birliyinin işində qüsurlar da, səhvlər də, çatışmazlıqlar da var. Bunların hamısını açıq-aşkar demək lazımdır ki, sonrakı dövrdə işlər daha yaxşı təşkil edilsin.” – deyə tövsiyyə də verdi.
Amma AYB sədri həmişə olduğu kimi yenə səmimi deyildi...
Əkrəm Əylisli Heydər Əliyevin hüzurunda “Bir amala, bir məqsədə, bir məzhəbə qulluq etməyən Allahsızlardan” danışanda, Sirus Təbrizli “Bəzilərinin səhv yox, riyakarlıq etdiyini” deyəndə tam səmimi idilər və ürəklərindən gələn həqiqəti deyirdilər. AYB sədri isə Heydər Əliyevə düzünü yox, konyuktura uyğun “doğru görünə biləni” deyirdi. Çünki o düz danışsaydı, Heydər Əliyevin yanında demokratik görünmək üçün nümunə çəkdiyi cavan yazıçı Rafiq Tağını sonralar AYB üzvlüyündən çıxara bilməyəcəkdi, avanqard ruhlu gəncləri birlikdən pərən-pərən sala bilməyəcəkdi, qüsur, səhv və çatışmazlıqlarla dolu AYB-ni tənqid edənləri “düşmən” adlandıra bilməyəcəkdi, AYB divarları arasından demokratik ab-havanı qovub çıxara bilməyəcəkdi, tənqidə dözüm göstərə bilməyəcəkdi... O isə gələcəkdə bütün bunları etmək barədə düşünərək danışırdı. Və o, Heydər Əliyevin yanında danışdıqlarının tam əksi olan həmin düşüncələrini sonralar bir-bir həyata keçirdi: Rafiq Tağını da AYB-dən uzaqlaşdırdı, avanqard ruhlu gəncləri də, tənqidi də, demokratiyanı da...
Qəribədir və həm də Anarın konstitusion mahiyyəti üçün xarakterikdir ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra onun nə qədər böyük dövlət xadimi, müdrik şəxsiyyət olması, ilk dəfə Azərbaycan oğlunun “dünyanın iki ən böyük super dövlətlərindən birinin ən ali məqamında mövqe tutmasının çox böyük hadisə olması”, “1969-cı il iyul plenumundan sonra respublikada sənətə sənət meyarı ilə qiymət verilməyə başlanması” barədə həqiqətləri də Anar yalnız... 1997-ci ildən sonra dilinə gətirə bildi (bax: Anar. “Şəxsiyyətin miqyası”, “Ədəbiyyat qəzeti”, 8 may 1998). Amma o daha qəribə və daha xarakterikdir ki, Anar 1998-də yazıb çap etdirdiyi həmin məqalənin altından guya “çoxdankılıq” görüntüsü yaratmaq üçün “iyul-avqust 1996” tarixini qoydu. Təbii, gələcəyi düşünərək bunu eləmişdi, amma o dərəcədə dərin düşünə bilməmişdi ki, bu tarixi dissonans dərhal bilinəcək və haqlı sual doğuracaq: əgər Heydər Əliyev haqqında 8 may 1998-də çap etdirilən bu təriflər həqiqətən “iyul-avqust 1996”-da yazılmışdısa, onu həmin il çapa verməyə nə mane olurdu ki?! Yəni 1996-da ölkəmizdə nə baş vermişdi ki, möhtərəm Prezident haqqında yazılan yazını “gizlədib” 2 ildən (!) sonra üzə çıxarasan?!
Bu suallar cavab istəyir...
Ancaq o dövrü bilənlər bunun cavabını da bilir.
Bilir ki, 1988-1994-cü illərin ən ağır, ağrılı, məsuliyyətli günlərində, həm xalqa, həm Heydər Əliyevin özünə dayaq durmaq lazım olan vaxtlarda Anar nə bu xalqın, nə də Heydər Əliyevin yanında yox idi. Sonrakı əmin-amanlıq çağlarında ortaya çıxıb guya özünün də “uzaqgörən olduğuna” işarət vurmaq üçün tarixi saxtalaşdırmalı və 98-də yazıb 96-ya “sürüşdürməli” idi. Ancaq saxta “uzaqgörənlik” ən uzağı 1996-dan o yana keçə bilməzdi. Çünki ondan o yana saxtakarğa daha yer qalmırdı. Ondan o yana gərgin mübarizələr dövrü, mərd, mətin, qorxmaz insanların dövrü var idi... O dövr ki, oralarda Anar yox idi, olmamışdı...
1990-94-cü illərin gərginliyinin hələ tam səngimədiyi həmin 1996-cı ildə Anarın necə düşündüyünü biz ona xatırlada bilərik. O vaxt adam başqa cür danışırdı. O deyirdi: “...Hadisələr o qədər gərgin, problemlər o qədər çətindir ki, artıq mənim də səbr kasam daşır... Filmlərim çəkilmirsə, pyeslərimi oynaya bilən teatr yoxdursa, kitablarım çap olunmursa, daha nəyə yazıram?.. Şəxsən mənim işlərimə hal-hazırda yaxşı demək olmaz... Əvvəllər kitablar, məsələn, 50 min, 100 min tirajla çıxardı. İndi mənim kitabım 1 min tirajla çıxmışdı, heç o da alınmır... Çalışıram ki, yalan danışmayım, ürəkdən gəlməyən sözlər deməyim. Difiramblar deməyi heç vaxt bacarmamışam.” Bu sitat 1996-cı ildəki yazıçı Anardandır (bax: “7 Gün” qəzeti, 8 oktyabr 1996). Həmin dövrdən ki, “Azərneftyağ”ın vəsaiti ilə “Təhminə” filmi artıq çəkilib qurtarsa da, sponsoru ölkədışı olduğu üçün növbəti filmi yarımçıq qalmışdı, kitabları çıxmırdı, özü tam depressiv, küskün, pərişan əhval-ruhiyyə içində idi. Bilmərrə “difiramblar deməyi heç vaxt bacarmayan” bu adam 1996-da Prezident Heydər Əliyevə “Şəxsiyyətin miqyası” kimi əsil patetik difiramblarla dolu bir yazını necə yaza bilərdi? Yaza bilməzdi və yazmamışdı da!
Ədib mədhiyyəsini 1998-də yazıb, tarixini “qədimləşdirmişdi”...
Bunun adı nədir? Özünüz deyin!
***
Məlum olduğu kimi, Anarın haqqında deyilən bütün növ (haqlı-haqsız, obyektiv-subyektiv) tənqidi fikirlərə onun beynində yalnız bir modelli reaksiya növü var: Bütün yazılanlar “çirkabdır”, “iftiradır”, “böhtandır”, “qarayaxmadır”, “bədxahların işidir”, “damğa vururlar”, “qısqanırlar”, “paxıllıqdandır”, “sifarişlə işləyirlər”, “satılmışlardır”, “muzd alırlar” və s.
Bu – əlbəttə, ən sadə, analitik təfəkkürdən məhrum bəsit düşüncə tərzidir. Və belə intellekt sahibinə bu dünyada nə deyilsə də, Ziyalı deyilməz.
“Hər aşiqin öz dövranı olduğu” üçün biz onu da qəbul edirik ki, vaxtilə Anar “yeni düşüncə daşıyıcısı” kimi sovet xalqları arasında azərbaycanlıları normal təmsil edib və əvəzində sovet hakimiyyəti tərəfindən artıqlaması ilə mükafatlandırılıb. Olsun! Bu da ümumi mürəkkəb taleyimizin reallığı kontekstində mümkün bir qədərdir. Olub, qiymətini alıb, keçib.
Bu günsə o da qəbul etməlidir ki, dövran da, dövrün zövqü, tələbləri, kumirləri də dəyişib. Təbii prosesin nəticəsi olaraq indiki zamanın dinamikası ilə ayaqlaşa bilmədiyindən əvvəlki mövqeyində qalmayıb və bu reallıqla barışıb özünə yer tapmalıdır. Bunu nə qədər tez etsəydi, bir o qədər şərəfli olardı. Fəqət hər adam öz nəfsinin quludur. Anarda nostalji hissi görünür anadangəlmə güclü olduğundan (təsadüfi deyil ki, ilk gənclik illərindən qələmə aldığı “Ötən ilin son gecəsi”, “Gün keçdi”, “Kəbirlinski”, “Otel otağı” və b. mövzular məhz keçmişin xiffəti, xatirələrin sızıltısı, ötən çağların kövrək duyğulardır), o - zaman daxilində gecikdi və keçmişdə qaldı. Bunu etiraf etmədiyi üçün arxadan gələn yeni, dinamik, çevik, enerjili gənc nəsilin əl-ayağına dolaşıb, tənqidlərə, qınaqlara tuş gəldi. Bu normal həyati prosesi başa düşmək əvəzinə, ruhuna xas nostalji ilə “ah indiki gənclər!” deyə dəhşətlər içərisində əzab çəkmək artıq gülməli situasiya yaradır. Hikkə yeridib zamanın dirənişinə fərdi dirənişlə cavab vermək olmaz. Vaxtında və gözəl gedə bilməyib də “Bu niyə getmir?”- sualı eşitməkdənsə, vaxtında və gözəl gedib “O nahaq getdi!”- nidası eşitmək daha üstündür.
Çağımızın tələbləri ilə yanaşdıqda Anarın artıq AYB sədri, xalq yazıçısı, millət vəkili, fəxr ediləsi vətəndaş fövqündə duruş gətirə bilmədiyi göz qabağındadır. Onun danışığı və dünyagörüşü indiki müasir dünya ilə əlləşən internet gənclərinin inkişaf səviyyəsi ilə nisbətdə çox köhnə, paslı və əyalət miqyaslı görünür. O, leksikonunu özlüyündə çox “xəlqi” güman etsə də, bu leksikon əslində “əfçi” xüsusiyyətlərə malik dedi-qoduçuluq ruhu ilə aşılanmışdır (biz yalnız ədibin ortalıqda dövr edən danışıqlarını nəzədə tuturuq, şifahi söhbətlərində nələr olduğunu bilmirik; ancaq məsələn, danışırlar ki, iştirak edə bilmədiyi hər hansı tədbirin ədəbi-mədəni, ictimai-siyasi mahiyyətindən, məğzindən daha çox qoca Anarı orada baş verən intriqa məqamları maraqlandırır). Anarın mətbuat səhifələrinə çıxardığı publisistik yazıları, müsahibələrində dedikləri onun dəhşətli dərəcədə bəsit dünyagörüşünə və inkişafı tormozlayan konservatizmə malik olduğunu büruzə verir. İncisə də, inciməsə də, onun dili gerizəkalıq əlamətləri ilə zəngindir, baxsın:
“R.Rza, N.Rəfibəyli kiminsə gözünə girir”,
“Kamil Vəli bu siyahıya mız qoyur”,
“bədxahlar”, “kəmfürsətlər”,
“qarayaxalıq”, “dılğır”,
“indi burda (YB) partkom-zad yoxdur”,
“yalançının biri”, “yalan-palan”,
“züy tutmaq”,
“bunu məndən yox, özündən soruşun”,
“ola bilsin beş-üç nəfər kənarda qalıb”,
“daşı ətəklərindən töksünlər”,
“tövbə qapımız açıqdır”,
“Düşmənlərin acığına yaşamışam, yaşayıram”,
“Elə bilirlər ki, Yazıçılar Birliyində yel əsib, qoz tökülüb”,
“elə adamlar mənə qarşı həyasızlıq elədilər ki, onların acığına sədrlikdən getmək istəmirəm”,
“əleyhimə hədyanlar deyir, iyrənc böhtanlar yağdırır”... və s. və i.
Yəni bunlar hamısı real şəxsiyyətə, ziyalı adama yox, bədii tipaja aid olan danışıq, dil materiallarıdır ki, onlar yalnız səhnədən göstərilməli emosional izharlar zamanı istifadə oluna bilər. Real dünya bu nitqi qəbul etmir. İnsafən, onu da deyək ki, vaxtilə “antipodları” yandırıb-yaxan bu dildən “Molla Nəsrəddin-66” kitabında çox uğurla istifadə edilmişdir. Ancaq təəssüf ki, bu gün həmin kitabdakı tipajların dili müəllifinin dili ilə qaynayıb-qarışıb...
Əlbəttə, hər biri bir yaradıcı fərd olan (miqyasından asılı olmayaraq) yetgin şüurlu insanlara ünvanlanmış bu cür səviyyəsiz lağlağı sözlər, istehzalı ibarələr işlətmək, təhqiramiz ifadələr söyləməkdənsə, opponentin hər hansı bir iradı müqabilində tutarlı fakt, dəyərli bir arzqument, məntiqi fikir ortaya qoymaq daha təsirli olardı. Yazıçılıq – intellektlə bağlı fəaliyyət növüdür. Yazıçı həm də psixoloq olmalıdır. Sən yazıçısansa intellektini göstər və psixoloji araşdırmalarınla, analitik düşüncələrinlə həqiqəti aşkar et, bəs niyə söyürsən? Biz balaca bir ölkədə yaşadığımızdan burada az qala hamı hamını tanıyır, o cümlədən başqalarına “xuliqan” deyən adamın da kimliyi hamıya bəllidir axı... Yazıçının əsas iş materialı olan dili bərbaddırsa, onda niyə yazıçılıqla məşğul olur? Məgər bu iş ağ limanda qara fəhləlikdən asanmı görünür?..
Ədibin dilinin (təfəkkürünün) bəsitliyini göstərən bir misalla bu mövzunu qapadaq. Akif Əli haqqında danışanda istehza ilə o deyir: “guya adam adının qabağına yazıçı-publisist sözünü yazmaqla yazıçı olur”?! Maraqlı məntiqdir. İlk baxışda adi danışıq tərzidir. Gəlişi çox gözəl sözləri bir yerə yığıb fikrini izah edib. Amma məğzinə fikir verdikdə başqa mənzərə alınır. Əgər Anarın “sərrast” məntiqincə fərz etsək ki, həqiqətən Akif Əli sadəlövhcəsinə arzuladığı yüksək titulu öz adının qarşısına yazmaqla ona nail olacağını düşünüb, onda təbii sual doğur: adam niyə özünə adicə “yazıçı-publisist” sözünü götürürdü ki, elə birbaşa yazardı, imza: akademik Akif ƏLİ.
Deyilmi?!
***
Heç kəsin oxumadığı bir qəzetdə dərc olunmuş qeybət-“Söhbətlər”dən sonra (dərhal hiss edirik ki, bu yerdə Anar istehza ilə gülümsəyir: “heç kəs oxumursa bəs sən özün necə oxumusan?!” Bəli, adamın düşüncə tərzinə tam bələd olduğumuzdan bilirik ki, mütləq belə sadə deyəcək. Ancaq nəzərinə çatdıraq ki, beş-on mütəxəssisin o qəzeti oxuması hələ heç də kütləvi oxunması demək deyil, çünki bu ədəbiyyat qəzetidirsə, xalqın bildiyi dildə, kütlənin başa düşdüyü mövzularda yazan qəzetdirsə, dar ixtisas sahibləri üçün kimya, riyaziyyat, kibernetika, genetika qəzeti deyilsə - onun oxucusu kütləvi olmalıdır), filologiya elmləri namizədi, yazıçı-publisist Akif Əli sözün tam mənasında populyar bir xalq qəzeti olan “Ədalət”in 18 fevral 2005-ci il tarixli sayında “Ədəbi söhbətlər” haqqında nəzəri mülahizələrini dərc etdirdi. Məqalə Səməd Vurğunun bu misraları ilə başlayırdı: “Sənsə həqiqətin ağzına daş bas…”
Mədəniyyətin füsunkar bir qolu olan Ədəbiyyat ətrafında çirkab “Söhbətlər”in doğurduğu təəssüratların geniş araşdırma mövzusu olduğunu yazan Akif Əli, hələlik yalnız ümumi şəkildə bəzi nəzəri mülahizələrini bildirməyi vacib sayırdı:
“...Yüzlərlə, minlərlə adamın könül verib bağlandığı müqəddəs Söz sənətinin bu dərəcədə aşağılanmasını görüb də susmaq – seçdiyin sənətə hörmətsizlik olardı. İnsanlar dünyaya lap öndə gəlmiş ulu Sözün keşiyində durmasaydılar, həyat çoxdan sönərdi...
* * *
Onsuz da kifayət qədər neqativlərlə yaddaşlarda yaşayan Azərbaycan Yazıçılar Birliyinin müasir tarixində daha bir neqativ müntəxəbat kimi qalacaq bu “Ədəbi söhbətlər” Məhərrəmlik ayının 1-də, yəni ibn Yezidin “Əli övladları”na qarşı hücuma keçdiyi gün mətbuata çıxmışdı. Bu məqamda mənalı bir rəmz vardı.
* * *
Müdriklər deyir, danış görüm sən kimsən...
Adi linqvistik araşdırma zamanı müşahidə edilən frazeoloji identifikasiya göstərir ki, bu “Söhbətlər”in mətni ilə yazıçılar qurumunun son bir-neçə ildə mətbuata müxtəlif imzalar altında çıxardığı rəsmi, qeyri-rəsmi məktub, bəyanat və açıqlamaların leksik tərkibi eynidir. Bu, maraqlıdır.
“Söhbətlər”dən bir də o göründü ki, təkcə “düşmən” dediyi gənc yazarların yox, dost bildiyi tərəfdaşının da israrla “Böyük ədəbiyyata az dəxli olan məsələlərdən” uzaqlaşmaq çağırışına məhəl qoymayan AYB yetkilisi doğrudan da qeyri-adi fenomendir: adamın bütün nüvəsi hər vəchlə “həqiqətin ağzına daş basmaq” və “özünü əyri gördüyü ayinəni” sındırmaq hikkəsindən ibarətdir. Fenomenal hadisədir ki, rəqiblərinin hamısına yalançı, böhtançı, donosbaz, şantajçı deyən Dilin özü yalan, böhtan, donos, şantaj və “provokasion” sızdırmalarla zəngindir... Belə unikal təzahürə biz ilk dəfə Qarabağ hadisələri başlanan zaman rast gəlmişdik. Yəqin ki, daxili mexanizmində “kin-küdurət-nifrət-hikkə-həsəd” konqlomeratı akkumulə edilmiş oxşar iç dünyası Freydizmin psixoanalitik tədqiqatları üçün də zəngin material verərdi.
Ədəbiyyat sahəsində çalışmaqla cəmiyyətə mənəvi örnəklər, əxlaqi-etik və estetik dəyərlər aşılamalı olan “ziyalının” (o ki ola tanınmışının!) “Ədəbi söhbətlər” adı altında “ədəb” payından kənar çılpaq natural “söhbətlərə” meyl etməsi – ruhdakı disharmoniyadan xəbər verir. Belə simptomlar isə təbii ki, həssas müşahidəçilərdə humanitar mərhəmət hissi oyadır... Xüsusən, - “Mənim dilimdən adlarını çəkməklə özlərini reklam eləmək istəyirlər”, “Mənə çatdırdılar ki, belələrinin arzusu mənim onların adını çəkməyimdir” və s. bu kimi özünə vurğunluq, öz personasına ifrat aludəçilik və tənqidi təfəkkürün soluxmuş faza təzahürü artıq elmə çoxdan bəlli olan “böyüklük mübtəlası” sindromu üçün səciyyəvidir...
Allah adama bundan artıq zülm etməz. Çünki Allah hər şeyi görən və biləndir!
* * *
Fikir-düşüncələrini ümumbəşəri mədəniyyətin çağdaş inkişafı səviyyəsində ifadə etməyə çətinlik çəkən, məntiqsiz və xaotik təfəkkür əlaməti olaraq yalnız primitiv mövqelər ortaya qoyan, söz baqajı kifayət olmadığından duyğularını müasir zövqlü intellektuala xas zəngin dildən çox uzaq arxaik, bəzən hətta atavistik ünsiyyət formasında büruzə verən bu yazar – XXI əsrin sivilizasiya zirvəsindən baxanda çox aşağıda görünür... Prinsipcə bu mümkündür, yəni hər adam ibtidadan aliyədək müəyyən səviyyəyə qədər inkişaf edir. Lakin məqamın təzadı ondadır ki, təvazökar “sıradakılar” iddialı “elitar təmsilçidən” hər sahədə qat-qat üstün səviyyədədir... Və daim “küçə uşaqları” adlandırılan yeni ədəbi nəslin obrazı təkəbbürlü “ev uşağı” ilə müqayisədə daha mərdanə və daha mədəni, intellekti daha yetkin, yaradıcılığı cəmiyyətin inkişafı üçün daha əhəmiyyətli görünmədədir...
* * *
O ki qaldı milli mədəniyyətə xidmət əvəzinə, özünü az qala regionda “kommunizmin son dayağı” kimi aparan yaradıcı qurumun taleyinə... Bu məsələyə bir qədər qlobal aspektdən, dünyanın tarixi inkişaf kontekstindən yanaşmanı təklif edərdim. Belə ki, 1989-90-cı illərdə köhnə sovet sosialist sisteminin, əski şər imperiyası rejiminin demontajı zamanı da eyni haray-həşir, hay-küy qopurdu. Buna baxmayaraq həyat dayanıb durmadı, yeni təfəkkür daşıyıcıları şərin qarşısından geri çəkilmədi, təbiət Tanrının nizamladığı əbədiyyət yolu ilə getdi və demokratik islahatlar yalan, böhtan, şantaj diktaturasının hikkəsinə qalib gəldi. İnsanlara azadlıq, sərbəstlik, asudəlik gətirdi...
İnşallah, həyat yenə davam edir. Bu gün bir rəyin inhisarında qalaraq avtoritar üsulla idarə olunan, ədəbi-mədəni ictimaiyyətin mövqeyini təmsil etməyən bir yaradıcı təşkilatda da islahatlar mütləq gedəcək, təsir dairəsinə düşən ərazilərdə demokratiya yelləri əsəcək, fikir plüralizmi, rəy müxtəlifliyi, müasir dinamik təfəkkür tərzi aşınmış köhnə stereotipləri əvəzləyəcək, ədəbi-mədəni mühit saflaşacaq. Və bütün yaradıcı adamlar “Ədəbi söhbətlər” pərdəsi altında yürüdülən saxtakarlığın, yalanın, insanları üz-üzə qoyaraq bir-birindən incik salmağa, ara vurmağa, ayırmağa, ürəklərə şübhə toxumu səpməyə və yaradıcılıqdan soyutmağa yönələn məlum qırmızı təxribatçılığın cəngindən qurtulacaq. Zərif ruhlu, istedadlı qələm sahibləri qısqanclıqla, paxıllıqla üzləşib təhqir olunmadan və -“elə bilirlər buralarda yel əsib, qoz tökülüb” tipli kobuddan-kobud ruha məxsus qabalıqlarla geri itələnmədən, o məkana da asudə qədəm qoya biləcəklər... Proseslərin məhz bu istiqamətdə gedəcəiyinə şübhə olmasın!
* * *
Nəhayət, bir daha “mən və AYB büdcəsi” barədə. Ötən ilin aprelində rəsmi faktın konstatasiyasından başqa (“Şərq” qəzeti, 29.04.2004), əlavə heç yerdə, heç vaxt, heç bir şərh vermədiyim halda, “qurşaqdan aşağı zərbələrə” həvəs göstərən qurum sahibləri tutduqlarını böyük bir həzzlə əldən buraxmayaraq hər dəfə (o cümlədən bu təzə “Söhbətlər”də də) eyni yalanı təkrarlayırlar. Guya mən: “Yazıçılar Birliyinin büdcəsi haqqında uydurma məlumatlar” yaymışam, “Yazıçılar Birliyinə böhtan ataraq, orada büdcə vəsaitinin mənimsənildiyini” demişəm, “vəzifədən istifadə edərək ələ keçirdiyim Yazıçılar Birliyinə aid olan büdcə və maliyyə rəqəmlərini şişirdilmiş şəkildə mətbuata” ötürmüşəm... Amma mənə aid olmayan və heç yerdə demədiyim bu uydurmaları təkrarlamaqdan zövq alanlar deyəsən Gülbən Ərgən demişkən, - “nə ayıb biliyor, nə günah biliyor”... Halbuki mənim söylədiyim rəqəmləri tapıb tutuşdurmaq da heç problem deyil.
Xatırladım: Ölkə Konstitusiyasının tələblərinə müvafiq Milli Məclisdə səsə qoyularaq qəbul olunan və 2 iyul 2002-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti H.Əliyev tərəfindən imzalanaraq qüvvəyə minən “Büdcə sistemi haqqında” Qanunun 16.3 maddəsində yazılıb: “Növbəti büdcə ili üzrə dövlət büdcəsi təsdiq edildikdən və qanunvericilikdə nəzərdə tutulmuş qaydada imzalandıqdan sonra mətbuatda dərc olunur.” Bu qanuna uyğun olaraq hər il, o cümlədən də “bəlalı” ötən il də, dövlət büdcəsi (təbii ki, AYB vəsaiti də daxil) Milli Məclisin rəsmi dövlət orqanı “Azərbaycan” qəzetində dərc olunub. MM deputatının, AYB təmsilçisinin bunları bilməməsi təəccüblüdür. Ya da o sadəcə səmimi deyil və böyük Yalanın arxasında hansısa böyük Həqiqəti gizlətmək istəyir!.. Əks təqdirdə bu adi məlumatı şübhə örpəyinə bürüyüb tam bir il ərzində mütəmadi “təkzib etməklə” məşğul olmazdılar.
Hər halda AYB təmsilçiləri Konstitusiyanı, Qanunları və rəsmi mətbuatı bundan sonra mütləq və diqqətlə oxumalıdırlar ki, gələcəkdə anoloji sarsıntılar keçirməsinlər. Çünki qanunla bütün digər təşkilatların rəqəmləri kimi AYB-nin büdcəsi də daha hər il qəzetlərdə dərc olunacaq, gələn il də, o birisi il də, altdakı il də açıqlanacaq…
Yeri gəlmişkən, sadəcə onu da xatırladım ki, ədəbi orqanlara dövlət tərəfindən maliyyə vəsaiti ona görə ayrılır ki, mədəniyyət sahəsində dövlət siyasətinin tərkib hissəsi kimi milli ədəbiyyatımızın inkişafına şərait yaradılsın, yüksək zövqlü müasir ədəbi nümunələr meydana çıxsın, bütün qələm adamlarının əməyi stimullaşdırılsın...
Amma vəsait heç də ona görə ayrılmır ki, kimlərsə səlahiyyətindən istifadə edib qəzetin bütöv səhifələrini öz şəxsi orqanı kimi zəbt etsin və ədəbi məkanı heç bir bədii və ictimai əhəmiyyət daşımayan subyektiv mülahizələrlə, qərəzli, qəzəbli, qəbahətli ayrıntılarla doldursun; üstəlik dövlət məmuruna qarşı da heç bir fakta əsaslanmayan kobud iddialar irəli sürsün və dövləti təfəkkürlə bir araya sığmayan hikkə göstərərək dövlət qulluqçusuna həqarət etsin...
Hər halda normal elmi-ədəbi polemika aparmaq, açıq fikir, düşüncə, ideya müzakirələrinə tab gətirmək iqtidarında olmayıb, fərqli mövqe və yeni düşüncə daşıyıcıları ilə dialoqdan yayınaraq işini anormal tərzdə qapalı və qeyri-etik metodlarla qurmağın, ən adi praqmatik təkliflərin müzakirəsini utrirləşdirərək qeyri-adi dramatik ittihamlar müstəvisinə çıxarmağın konkret hüquqi nəticələri vardır. Bu nəticələr demokratik dövlətçilik prinsiplərinin qorunmasına, söz və mətbuat azadlığının, insan haqlarının müdafiəsinə əsaslanır.”
***
...Bəli!
Akif Əlinin “Ədəbi söhbətlər haqqında nəzəri mülahizələri” qəzetdə dərc edilən gün AYB sədri öz aləmində “düşmənlərə” çox tutarlı cavab hesab etdiyi “söhbətlər”in eyforiyası altında tavanı saralmış kabinetində məsti-xumar gəzinir, cicili-micili xalçanın önündə durub heminqueycəsinə həyatdan bezmiş nəzərlərlə pəncərədən görünməyən üfüqə sarı baxa-baxa qəlyan tüstülədirdi...
Bu vaxt qoçaq görkəmli bir şair əlində qəzet qapı ağzında var-gəl edirdi. O içəri girib qəzeti “xozeyinə” göstərməyə cürət etmirdi. Çünki həm “Ədəbi düşüncələr”dən sonra AYB “kabinələrində” yaşanan həzzin bolluğundan xəbərdar idi və bu həzzə “zəqqum” qatıb yenə mərdimazarlıq etmək istəmirdi, həm də artıq acı təcrübədən bilirdi ki, yazı barədə “rəhbərliyə” məlumat verməsə, sonra çanaq onun başında çatlayacaq: niyə qəzeti tapıb gətirməmisən, əlindən bir iş gəlmir, eloğlusan gətirib oturtmuşuq yanımızda, heç bir bacarığın yox, yazın-pozun yox, dilin-danışığın yox, hörmətin-nüfuzun-nəzakətin-filanın yox, heç olmasa bircə “məmmədin” də yoxdu ki qəzet alasan?! - və s.
Bu sayaq, yaxud buna bənzər “mini-ədəbi-bədii-fəlsəfi düşüncələr” altında dəhlizdə bir qədər də var-gəl etdikdən sonra o, nəhayət başını içəri saldı. Xəfifləşdirməyə çalışdığı boğunuq səslə: “Gəlmək olar, cənab rəis?”- dedi.
Cənab rəis dinmədi: “O indi öz aləmində idi!”... (Yaşa, dahi İsa Hüseynov!)
Qoçaq asta-asta irəli yeriyib qəzeti stolun üstünə, qələm tuta bilməyən barmağını isə qəzetdəki məqalənin üstünə qoyub: “Yenə yazıb... claf...” – dedi.
Folkner... e, üzr uistəyirik, AYB sədri ona tərəf döndü:
- Əə, Claf kimdir? Təzə azardı? - Həyəcanla çoxdan sönmüş qəlyanını vurhavur sümürməyə başladı. Amma tüstü çıxmadı... Tüstüsü bir azdan AYB binasının təpəsindən çıxacaqdı.
Qoçaq bir də həminki barmağı ilə qəzetdə Akif Əlinin adını göstərib izahat vermək istəyəndə sədr özü hər şeyi anladı (axı onun anlamaq problemi yoxdur!): – Buy, əə, dərs olmadı ona?! Bu nə təhər adamdı, əə!...
- Belədi da, cənab rəis... Qəlyan doldurummu, ağrın alım?
...Burda modern fantaziyalara ara verib “sosrealizmə” qayıdaq.
Reallıqda hər halda yüzdə-yüz olmasa da, çox güman ki, təxminən buna bənzər situasiya yaşanmış olacaqdı. Çünki metr dədə-babadan görmüşdü ki, mərdi qovarsan-qovarsan, o da qaçar-qaçar, axırda boğaza yığılıb namərd olar, bununla da məsələ qurtarar gedər. Bunu isə ha qovurdu xeyri olmur, mərd elə dediyini deyir!
-Pah, Nəsimi olub bizim üçün! “Sərpa soyarlar, ağramaz!”
-Misgin aşiq indi də buna poema həsr eləsin?
O boyda “Ədəbiyyat qəzetində” bu boyda adamın üstünə o boyda çirkab yağdırılıb, bu yenə durub döyüşə atılır. Hesabla gərək indi “canlı klassikdən” üzr istəyəydi, əfv diləyəydi və metr özünün mifik obrazına xas müdrikanəliklə bir qullab vurub onu bağışlayaydı. Xalq da Adamın adamının qüdrətini görüb özü üçün bir nəticə çıxaraydı. Kimsə qələt eləyib bir də AYB sədrinin adını tutmayaydı, ona replika atmayaydı, qoyaydı camaat rahat uzansın...
Amma zarafat bir yana, Akif Əli həqiqətən AYB-lı çirkabın qarşısında özünü itirməyib yenə sözünü demişdi. Və sədr indi işini-gücünü atıb onun yazdığı cavabı oxumalıydı.
“Əşi, rədd elə!!”
Əvvəlcə qəzetin ora-burasına baxdı, sonra məqalənin başına, ayağına göz gəzdirdi, nəsə bir şey anlaya bilmədi. Məcbur oturub başdan-ayağa hamısını oxudu, oxudu, oxudu və xüsusi intellekt tələb edən bəzi məqamları pıçıltı ilə höccələyə-höccələyə, maraqlı-maraqlı sözlərin yaratdığı mürəkkəb cümlələrin, qəliz fikirlərin məğzinə varmağa çalışa-çalışa arabir duruxdu, arabir lüğətə baxdı, ensiklopediyanı vərəqlədi, fikrə getdi bir qədər...
“...dedi əziz körpələr!”
Kabinetdə tək olsa da, ucadan deməyə ehtiyat edərək yalnız ürəyində, qəlbinin ən dərin, ən gizlin, ta ki 1952-ci illərdən qalma ən ilkin, ləkəsiz, əlçatmaz guşəsində öz qulaqlarının belə eşitməyəcəyi qədər yavaş pıçıltılarla: “Səd afərin!” - dedi. Düşündü ki, onun ətrafında təəssüf ki beləsi yoxdur, onun yazdığı yazılara əl gəzdirəcək bu cür savadlı bir şəxsi redaktoru olsaydı pis olmazdı, qoca vaxtında köməyinə gələrdi, yazılarından lazımsız sözləri, fikirləri, cümlələri çıxarıb atar, zir-zibildən təmizləyər, uşaq-muşaq yanında xar olmağa qoymazdı. Yeri gələndə ideya verərdi, mövzu verərdi, qırx ildir üfürə-üfürə gətirib bu günə çıxardığı imicini qoruyardı, müdrikanə obrazının heç olmasa zahiri görüntüsünü saxlayardı... Amma çi fayda, yoxdur. Özünə layiq nə rəqib var, nə partnyor var bu məmləkətdə.
Ah, o necə də təkdir həyatda!
Xatırladaq ki, cavab məqaləsini yazanda Akif Əli də eynən çox düşünmüş, götür-qoy etmişdi, həmişəki kimi nəyisə yazmışdı, pozmuşdu, nəyisə çıxartmışdı, əlavə etmişdi və s. Hətta “Opponentlərin dosyesi üçün” yarımbaşlığı altında özü haqqında belə qeydlər daxil etmişdi:
“Əgər vaxtında geniş mütaliə ilə məşğul olsaydılar Akif Əlinin yazdığı yüzlərlə yox, tək bircə Radio proqramını, bircə Televiziya verilişini, bir “Mozalan” kino-süjetini, bir Telefilm ssenarisini, bir Elmi monoqrafiyasını, bir Publisistik məqaləsini, bir Satirik hekayəsini, bir Yumoristik miniatürünü, bir Tərcümə əsərini, Kulturologiyadan bir mühazirəsini, bir Rəsmi informasiyasını… “görüb-oxuyub-tanımaqla” opponentlər onun elmi-ədəbi-bədii məhsullarının xalq, millət, Vətən və dövlət üçün, cəmiyyətin inkişafı, ölkənin mənafeyi üçün AYB rəhbərlərinin yazı-pozularından qat-qat dəyərli, mənalı, maraqlı və daha gərəkli, daha əhəmiyyətli, daha vacib olduğunu bilərdilər. Bəli, əgər onlar həqiqətən istedadlı adamlar olsaydılar – riyadan, məkrdən uzaq saf, səmimi, təmənnasız şəxslər olardılar və əgər onlar saf, səmimi, təmənnasız olsaydılar, bu böyük Həqiqətin üstünə özləri gəlib çıxardılar. Görərdilər Akif Əlinin bir çox dəyərli publisistik yazıları var ki, ayrı-ayrılıqda hər biri vaxtında ölkə həyatı üçün AYB sədrinin və katiblərinin “trolleybus” romanlarından, qatar poemalarından daha əhəmiyyətli iş görübdür... Ancaq onlar komandaya daxil olmayan “kənar” şəxslərin yazılarını oxumadıqları üçün indiyədək bütün bunları görüb tanıya bilməyibdilərsə, heç olmasa yenicə çapdan çıxmış Türk dünyasının böyük öndərləri uca Atatürklə Heydər Əliyevin həyatından bəhs edən “Böyük ömrün anları” kitabını xoş niyyətlə sadəcə vərəqləsələr, tək bircə bu kitabla Akif Əli yaradıcılığının gücünü, qüdrətini, mahiyyətini görüb öz vicdanları qarşısında günahlarını dərk edərdilər...”
Amma Akif Əli fikrindən daşındı və cavab məqaləsində özü haqqında, öz yaradıcılığı haqqında bunları yazmadı, ümumiyyətlə heç nə yazmadı. Yazdığı bu abzası da pozdu və hətta vərəqi cırıb atdı. Düşündü ki: məni tanıyanlar onsuz da tanıyır, tanımaq istəyənlər məni mənsiz də tanıya bilərlər, tanımaq istəməyənlərə isə nəyisə anladıb tanıtmaq artıq gecdir...
***
Akif Əli “Sənsə həqiqətin ağzına daş bas…” adı ilə dərc etdirdiyi “Ədəbi söhbətlər” haqqında nəzəri mülahizələrindən sonra daha xüsusi zərurət yaranmazsa Anar mövzusuna qayıtmayacağını qət elədi. Ona görə yox ki, mövzu onu bezdirmişdi. Əsasən ona görə ki, artıq bu “söz adamına” sözün təsir etmədiyini, sözü duymaq və qiymətləndirmək bacarığının ona yad olduğunu, hisslərinin və beyninin ziyalılıqla təmas nöqtələrinin daha minimumadək endiyini yəqinləşdirmişdi. Odur ki, heç bir göstəricilər üzrə öz səviyyəsinə uyğun olmayan belə birisi ilə söz güləşdirməyin bihudəliyi qənaətindəydi. Dənizin suyunun şorluğu barədə məsəl yadındaydı...
Daha kiv-lərdən AYB ilə, Anarla bağlı nə qədər sorğu gəlsə də, bütün müraciətlərə üzr istəyərək yalnız bir cavab verirdi: “Mən öz fikrimi üçüncü yazıda bildirəcəyəm”.
Bəzən deyirlər, indi kim kimin yazısını oxuyur ki?! Yazı ilə nə düzələndi? və s. Amma Akif Əli belə düşünmürdü. Yazı işi, Kitab işi, Qəzet işi, Mətbuat işi, Mənəviyyat, Mədəniyyət məsələləri və bütün bu sahələrə hörmət, ehtiram, diqqət onun varlığında idi. Qanla, genlə və atasının-babasının təlim-tərbiyəsi, şəxsi nümunəsi ilə hopmuş, yaşamasının mənasını təşkil edən bir həyat tərzinə çevrilmişdi, mövcudluq forması, fəaliyyətinin mənası olmuşdu.
Respublika qəzetlərinin birində Üzeyir bəy Hacıbəylinin 120 illiyi münasibətilə jurnalist Esmira Fuadın dərc etdirdiyi “Publisistika Üzeyir bəy üçün oxucu ilə dialoq, mükalimə yoluydu” adlı məqalə (23 sentyabr 2005) ilə tanış olduqdan sonra yazıçı-publisist Akif Əli öz yaradıcılıq kredosu ilə ədəbi yaradıcılığın publisitika növünü o qədər də sevməyən (“əşi, gərək hər şeyi öz adıyla çağırasan!”) “üzeyirhacıbəyovpərəst” Anarın yaradıcılıq amalı arasındakı fərqi bir daha gördü:
“...Böyük bəstəkarın həm də kamil bir yazar, sərbəst məntiqə malik qüdrətli publisist kimi məhsuldar fəaliyyəti də xalqına, millətinə, Vətəninə ləyaqətlə ziyalı xidmətinin ən bariz nümunəsidir. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, böyük yazar Mirzə İbrahimov Üzeyir bəyin publisistik əsərlərinə yüksək dəyər verir: "Bəli, o publisistik əsərlər daha əhəmiyyətli, daha qiymətli sayılır ki, onlar gündəlik mübarizələrdən, həyatın canlı qaynaqlarından doğan böyük problemləri əks etdirir. Çox vacib suallara cavab verir. Özü də doğru cavab verir. Yəni bu əsərlərin müəllifləri cari siyasətin və həyatın dolaşıq ziddiyyətləri içərisində itib batmır, tərəqqi və inkişafa kömək edən həqiqətləri görə bilir. Ötəri duyğulara, mürtəce fikirlərə, alçaq və yalançı hisslərə qapılmırlar".
...Üzeyir bəy Azərbaycan adlı böyük bir ölkənin, bir millətin bu dünyada varlığının təsdiqi olan "Azərbaycan" qəzetinə yazdığı dərin, təmkinli mühakimə, güclü məntiq, inandırıcılıq və səmimilik kimi xüsusiyyətlərə xas olan məqalələrində mütərəqqi fikirlərini, xalqına arzularını ifadə edirdi... Onu publisistik əsərlər yazmağa məhz fikirlərini oxuculara, xalqına daha tez, daha çevik çatdıra bilmək istəyi sövq edirdi və bu yolla sanki cəmiyyətlə, soydaşları ilə qısa vaxt ərzində dialoqa girə bilir, üz-üzə, göz-gözə danışmaq arzusu gerçəkləşirdi. Üzeyir bəy bütün varlığı ilə, canı, qanı ilə xalqına, onun həyatına bağlı idi. Azərbaycan xalqının həyatını, ruhunu, mənəvi dünyasını, tarixini və mədəniyyətini dərindən bilirdi. Xalqın dərdlərini, problemlərini, ağrı-acılarını, ağır güzəranını, bir ziyalı kimi içdən yaşayır və bu problem məsələlərə açıq-aşkar münasibətini bildirirdi.
İti, sərrast düşüncəli publisist erməni-müsəlman məsələsini, Qarabağ problemini, xalqımızın əzəli-əbədi qonşuları İran, Rusiya, Gürcüstan, Ermənistanla Azərbaycan münasibətlərini də gündəmdə saxlayır, yazılarında bu məsələlərə qarşı obyektiv ziyalı, vətəndaş mövqeyindən çıxış edirdi.”
***
18 fevral 2005 tarixdən sonra həqiqətən AYB mövzusunda bir kəlmə belə danışmadı Akif Əli. Yalnız AYB ətrafında baş verənləri izlədi. Və belə bir hal müşahidə etdi ki, artıq “proses gedir”, mexanizm işə düşüb. AYB-nin bir qurum kimi ictimai əhəmiyyətsizliyi, onun rəhbərliyinin peşə yararsızlığı, sədrinin və katiblərinin köhnəfikirliyi, mühafizəkarlığı tam bir gerilik əlaməti olaraq yenilikçi adamlar tərəfində daha qəbul edilmir. Üstəlik açıq tənqid olunur, cəsarətlə alternativ fikirlər irəli sürülür. Halbuki bir neçə il əvvəl bu “nüfuzlu sovet idarəsi” və onun rəhbərliyi “toxunulmazlar zümrəsinə” daxil idi. Əski rejimin yaratdığı tabu divarlarını aşmağa az adam cəsarət edə bilirdisə, bu gün artıq AYB mövzusu az ala tapdaq altında qalıb. Demək, AYB və onun mühafizəkar rəhbərliyi kənardan demokratiya ilə əhatə olunub və onlar indi okeanda uzaq yaşıl ada kimi qalıblar. Kommunistlərin “ayrıca götürülmüş bir ölkədə kommunizm qurmaq” eksperimenti baş tutan sevda deyil...
Müşahidələr onu da göstərirdi ki, AYB rəhbərliyi daha əvvəlki toxunulmazlıq vaxtlarında olduğu kimi saymazyana cövlan etmir, danışanda ətrafına boylanır, sağına-soluna baxır və özünü Moskvaya arxalanan hakimi-mütləq mövqeyində tutmur. O nəhayət, bunu anlamağa məcbur edilib ki, ədəbi mühitdə son söz heç də ona məxsus deyil. Bu ölkədə ondan daha istedadlı, daha savadlı, daha bacarıqlı yazıçılar var...
Bütün bunlar ölkədə demokratiyanın dönmədən irəlilədiyini göstərən əlamətlərdən idi və neçə illik gərgin mübarizələrin, fədakarcasına taranların nəticəsində mümkün olmuşdu. Ədəbi mühitdən sovetlərə xas totalitarizm ab-havasını yığışdırmaq, kommunist qalasına demokratiya anlayışı inyeksiya etmək, qırx il davam edən toxunulmazlar və əvəzolunmazlar dinastiyasına daxil olanların qırmızılığını səngitmək, “mənəm-mənəmlik” iddiasını aradan qaldırmaq və tarixən istedadlı yaradıcı şəxslər, böyük-böyük sənətkarlar diyarı olan Azərbaycan ölkəsində kommunist əqidəli kosmopolitlərə alternativ olan azad yazarların da mövcudluğu fikrini təlqin etmək, qəbul etdirmək, mütərəqqi ideya və idealları kütləviləşdirmək - bu yolu tutanların vətəndaşlıq borcu idi. Vətən qarşısında xidməti idi. Şərəfli bir xidmət...
İndi artıq AYB sədri daha sayıqdır və mətbuata qarşı daha həssasdır. Əvvəlki saymazyanalıqları azalmışdır. Bir vaxtlar vecinə almadığı xırdalıqlardan indi hətta çəkinir və izahat verməklə tənqid perspektivini özündən uzaqlaşdırmağa çalışır. Belə müsbət dəyişikliyi göstərən nüanslardan biri “525-ci qəzet”in 2 mart 2005-ci il tarixli nömrəsində müşahidə edilirdi. “Yazıçılar Birliyi Nazım Hikmətin nəşinin Türkiyəyə gətirilməsi haqda təklif irəli sürməyib" – başlıqlı kiçik izahat yazısında AYB sədri qəzetin müxbiri Bəsti Əlibəyliyə müraciətlə deyirdi: “Çox hörmətli Bəsti xanım! "525-ci qəzet"də Sizin dəyərli türk yazarı, mənim köhnə dostum İrfan Ciftçiylə söhbətinizi maraqla oxudum. İrfan bəyin söylədiyi bir çox fikirlə mən də şərikəm. Əlbəttə, razılaşmadığım məqamlar da var. Amma bu məktubu yazmağa məni başqa səbəb vadar edir. Söhbətinizdə belə bir məlumat verilir ki, Azərbaycan Yazıçılar Birliyi Nazım Hikmətin nəşinin Türkiyəyə gətirilməsi haqqında təklif irəli sürüb. Yazıçılar Birliyinin heç vaxt belə bir təklifi olmayıb. Biz Nazım Hikmətə Türkiyə vətəndaşlığının qaytarılması məsələsini qaldırmışıq və bu barədə yazılı müraciətimizi, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Əhməd Ünal Çeviköz vasitəsilə qardaş ölkənin rəsmilərinə çatdırılmasını xahiş etmişik... Bu məsələ daha gündəmdə durmur. Nazım Hikmətin nəşinin Türkiyəyə gətirilməsinə gəlincə, mən də belə hesab edirəm ki, hələ bu məsələnin zamanı çatmayıb. Hörmətlə Anar, 28 fevral 2005.”
Əlbəttə, bu məktuba Anarın öz leksikonu ilə şərh vermək də olardı, yəni: “...dəvədən düşüb höt-hötlərindən qalmayıblar...” və s. Ancaq biz ona məhəl qoymayaq və Anarın sözə diqqətinin artdığını bildirən əlamət kimi bu məktubu adamın müsbət balansına yazaq...
Başqa bir nüans “Bakı-xəbər” qəzetinin 3 fevral 2005-ci il tarixli sayında AYB əməkdaşı Ə.Ə. adlı birisinə məxsus olan “Anarın Akif Əli problemi yoxdur” adlanırdı (Bu ifadə eynən olduğu kimi bir qədər sonra Anarın öz dilindən səslənəcək və daha bir qədər sonra eyni tərzdə Kamil Vəli Nərimanoğlu haqqında da deyiləcəkdi. Necə də bəsit, qəliblənmiş, ştamplanmış düşüncələri var onların!). Qəzet yazırdı ki, son günlər Azərbaycan Yazıçılar Birliyi və onun sədri Anar haqqında mətbuatda müxtəlif şəxslər tərəfindən fikirlər səsləndirilir. Hətta yaxın müddətdə Yazıçılar Birliyinin növbədənkənar Qurultayının çağırılacağı və Anarın sədr postundan uzaqlaşdırılacağı bildirilir. Bu məsələlərə aydınlıq gətirən Ə.Ə. deyirdi: “…Yazıçılar Birliyi uzun illərdir ki fəaliyyət göstərir. Orada nüfuzlu yaradıcı şəxslər rəhbər vəzifələrdə təmsil olunur. Indi onları vəzifələrindən uzaqlaşdırıb, başqalarını onların yerinə gətirmək də düzgün olmaz və birmənalı qarşılana bilməzdi. Məsələ ondadır ki, Yazıçılar Birliyindən narazı olanların əksəriyyəti onun üzvü olmayanlar və ya yazıçılar tərəfindən peşəkar yazıçı kimi tanınmayanlardır (bu fikirlər də sonralar eynilə Anarın dilindən səslənəcəkdi). 15-20 nəfər bir yerə yığışıb, imza toplamağa başlayıb, lakin həmin imzalar hələlik bizə təqdim olunmayıb.”
Bu “imzatoplama”, “növbədənkənar qurultay” ideyası çox güman ki, kimlərinsə AYB ilə məzələnməsindən başqa bir şey deyildi. AYB isə tələyə düşərək “qabaqlayıcı tədbirlərə” əl atır, qurultay çağırmaq ideyasını “zərərsizləşdirməyə” səy göstərirdi. Akif Əli AYB-çilərin bu profilaktik açıqlamalarını oxuyanda istehza ilə gülümsündü, fikirləşdi ki, görünür elə bu “növbədənkənar qurultay” xəbərini eşidib məni tələm-tələsik üzvlükdən azad ediblər ki, “namizədlərin” biri azalsın…
Amma deyəsən həqiqətən əməlli-başlı həyəcanlanmışdılar. AYB təmsilçisi yerli-yataqlı izah edirdi ki, bəs Yazıçılar Birliyinin qurultayı 5 ildən bir çağırılır. Növbəti qurultay 2009-cu ildə keçiriləcək. Fövqəladə qurultayın çağırılması üçünsə Yazıçılar Birliyi üzvlərinin 60 faizi bir araya gəlməlidir (Bu da AYB-nin proqram xarakterli riyakarlıqlarından idi: bir neçə ay öncə növbəti XI qurultayı üzvlərinin cəmi 40 faizi ilə (414 nümayəndə ilə) keçirən AYB yetgililəri, indi yeni qurultay çağırmaq üçün Yazıçılar Birliyinin üzvlərinin 60 faizinin bir araya gəlməsini vacib sayırdılar. Demək, XI qurultayın kvorumsuz keçirildiyini və qeyri-legitim olduğunu özləri də təsdiqləyirdilər. Görünür haçansa bu məsələyə də rəsmi qiymət veriləcəkdir). Birliyin üzvü olmayan şəxslərin fövqəladə qurultay çağırması mümkün deyil…və s. və i.
Müxbirin: “Yazıçılar Birliyini və onun sədrini ittiham edənlər arasında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli xüsusilə fərqlənir. O, Anarın onun Heydər Əliyevlə bağlı yazdığı kitaba qısqanclıqla yanaşdığını və bundan sonra Yazıçılar Birliyinin üzvlüyündən çıxarıldığını bildirib...” - sualına gözlərindən zəka fışqıran AYB sözçüsü tamamilə özünəməxsus bir dürüstlüklə cavab verir. Deyir ki, mən Akif Əlinin “hansısa bir əsərin müəllifi olduğunu bilmirəm. Sadəcə olaraq, bu yaxınlarda «Bir ömrün anları» (bax, adam kitabın üzünü belə görmədiyi üçün adını da dəqiq bilmir!-A.) kitabı ilə bağlı Akif Əli qəzetlərdə vurğulayıb ki, Yazıçılar Birliyinin rəhbəri həmin kitabı qısqanclıqla qarşılayıb. Sizi inandırım ki, orada sanballı heç nə yoxdur.”
Çağdaş Azərbaycan ədəbiyyatının müsibətinə bax! AYB-ni kimlər təmsil edir! Və müqəddəs Kitaba kim qiymət verir! Kitab üzü görməyən adam! Halbuki bu super intellektual homos “sanbalı” haqqında fikir yürütdüyü kitabın heç olmasa üz qabığını görsəydi, yenə dərdin yarısıydı!
Amma bu makrodistrofiya təzahürünə baxmayaraq, yenə də AYB mövzusunda fikrini yalnız “üçüncü yazıda” bildirəcəyi haqda verdiyi vədə əməl edən Akif Əli Anarın komandasının səviyyəsinə enmədi, ictimai rəy üçün heç bir əhəmiyyət kəsb etməyən Ə.Ə. adlı birisinin qəfəsdən sərbəst buraxdığı quşlara əhəmiyyət vermədi. Qoy quşunu uçurtsun...
Başqa bir izahat “Ekspress” qəzetinin 3 mart 2005 tarixli sayında dərc olunmuşdu. "Mən harada demişəm ki, gəncləri bəyənmirəm?!" - başlığı altında APA-ya müsahibə verən AYB sədri xalq yazıçısı Anar əvvəlcə hamının gözü qarşısında qızıl-qırmızı "Yazıçılar İttifaqında gənclərə mənim qədər şərait yaradan olmayıb" –deyir və sonra da xislətinə xas həvəslə bir budağa çıxıb min budağı silkələyir. Əski rus-sovet əyyamlarında Moskva ədəbi mühitindən gətirdiyi ekzotik “qrafoman” sözünü əlli ildir şəstlə işlədən (və nəyə görəsə bunu özündən başqa hamıya şamil edən) Anar müəllim yenə pafosla bəyanladı: “…O ki qaldı qrafomanlara, istər cavan olsun, istər yaşlı, bəli, mən onları bəyənmirəm.” (Əşi, qoy oturmuşuq!) Artıq bəlli olduğu kimi, belə gurultulu danışıq yalnız öz mifik obrazının zahiri effektini qorumaq üçün işlədilən priyomlardan idi. Reallıqda, yəni işdə, əməldə adam tam başqa cürdür: şəxsi qramofonu əvəz edən qrafomanlar dəstəsini yan-yörəsinə yığar və AYB-nin ətrafına qrafomanlardan ibarət ətdən çəpər çəkər, amma bu çəpərdən bayırda qalan bütün azad yazarlara təkəbbürlə “qrafoman” deyər… Ax-vax!
Yəqin ki 2005-ci ildə: “Azərbaycanda… sinfi bərabərsizlik problemi var” (?-A.) deyən adam savadsız danışdığını və marksist dünyagörüşünə taxılıb qalmaqla gerizəkalılıq göstərdiyini bilmir ki danışır. Cəmiyyətin bacarıqlı və bacarıqsız, istedadlı və istedadsız, qabiliyyətli və qabiliyyətsiz, imkanlı və imkansız fərdlərdən ibarət deyil, ümumi fəhlə sinfi və burjuaziya arasında bölündüyü haqda sərsəm nəzəriyyə Kommunist Partiyasının Manifestindən gəlmə dünyabaxışıdır ki, onun da məqsədi fərdi, şəxsi, individual mövcudluğu rədd edərək kollektivçilik amalını yaymaq, cəmiyyətdə siniflərarası radikal, antoqonist, barışmaz qarşıdurma yaratmaq, beləliklə dağıdıcı inqilabi yolla çoxluğun azlığa qalib gələməsini, kommuarların hakimiyyəti ələ keçirməsini təmin etmək niyyətindən ibarətdir. Bu gün Azərbaycanda totalitar marksist dünyabaxışından imtina edildiyi, demokratik cəmiyyət qurulduğu, siniflərin deyil, fərdlərin, hər insanın hüquqlarının prioritet sayıldığı bir zamanda köhnə baqajla erudisiyalı görünmək xatirinə belə savadsız şeylər danışmaq sadəcə məsləhət deyil…
Kiminsə məzəsi olan “növbədənkənar qurultay” ideyası isə AYB sədrinin yuxusunu necə qaçırmışdısa, o qorxudan əsəbiləşmiş, təbdən çıxmış, ruhi müvazinətini itirmişdi. APA-ya müsahibəsində də ayıb-ayıb: “Nə qurultay? Min yazıçının təmsil etdiyi qurumun qurultayı keçirilib. Birliyin üzvləri qurultayda iştirak edib, yekdilliklə mənə səs veriblər. Nizamnaməyə əsasən, beş ildən sonra yenə qurultay olacaq, o vaxt kimi istəyərlər, seçərlər. Qurultay keçirmək istəyənlər heç Yazıçılar Birliyinin üzvü deyillər. Birliyin üzvü olmadan nə istəyirlər keçirə bilərlər. Yazıçılar Birliyinin üzvləri artıq qurultaylarını keçiriblər.” –deyirdi. Xatırladaq ki, bundan öncə AYB təmsilçisi Ə.Ə.-nin dedikləri az qala nöqtəsinə-vergülünəcən indi AYB sədrinin dilindən səslənirdi. Əlbəttə, belə dəqiqliklə təsadüf olmur. Belə dəqiqliklə köçürmə olur, konspekt olur, şparqalka olur...
Maraqlı həm də orası idi ki, “müxbir” guya “söhbətin axarında”, amma əslində heç dəxli olmadan (bəlkə də intervyüerin istəyi ilə) qəflətən “Akif Məhərrəmovun işini” xatırlayır və sədr də əttökən bir əfçiliklə, düşük əda və alovlu həvəslə yenə “düşmənin” dəf edilməsi prosedurunun dəruni qatlarını açıqlamağa başlayır. Amma bu qurama sual-cavab oyununun da vaxtilə “Yeni Müsava”tda olduğu kimi, necə də bir əldən çıxdığına, bir kabinetdə yazılıb hazırlandığına oxşayırdı! (Xüsusən, müxbirin dilindən “Akif Məhərrəmov” yazılışının AYB sədrinin hökumət üzvlərinə göndərdiyi donos məktubundakı səhvin təkrarı olması çox şeydən xəbər verirdi.)
Anar: “…Dediyiniz o adam Yazıçılar İttifaqının maliyyə məsələləri haqqında böhtan danışmağa başladı, işlədiyi yerin imkanlarından istifadə edərək yalançı rəqəmlər ötürdü. Bizim mühasibatlıq da göstərdi ki, bunların hamısı yalançı rəqəmdir, heç biri həqiqətə uyğun deyil. Məsələ katiblikdə müzakirə olundu. Qərara alındı ki, bu adam Yazıçılar Birliyinə şər, böhtan atırsa, qurumun üzvü olmamalıdır.”
Bəli, Akif Əlinin son illərdə yazdığı ifşaedici yazılar, dediyi açıqlamalar, yaradıcılıqda qazandığı uğurlar Anara necə şiddətli təsir etmişdisə və necə möhkəm qısqandırmışdısa, adam sakitləşmək bilmədən neçə müddət idi elə hey bu mövzuda ötür, ötür, ötürdü...
Donosla işdən çıxartdıra bilmədiyi rəqibini özükimilərini başına toplayıb miskincəsinə xəlvəti (ən azı “dara çəkilən” adam özü “edamda” iştirak etməlidi, ya yox?!) AYB üzvlüyündən çıxartmaqdan savayı əlindən bir iş gəlmədiyini anladıqca Anar daha anlaqsız olurdu. Aradan xeyli zaman ötsə də mövzu ətrafında manipulyasiyalarını davam etdirir, rüsvayçılığının kompensasiyası kimi guya Akif Əlinin “yalan” danışdığını, “şər” atdığını və s. hey təkrarlayır, təkrarlayır, təkrarlayırdı… Amma qatar artıq getmişdi. İctimai fikirdə lazım olan informasiyalar özünə yer almışdı. Mif adamın niqabı qaldırılmış, üzərinə maliyyə rüsvayçılığının pərdəsi endirilmişdi və bundan sonra o nə qədər çabalar göstərsə də həqiqət işığından gizlənə bilməyəcəkdi, əməllərini parlaq sözlər altında gizlədə, sifətinə münəvvərlik maskası taxa bilməyəcəkdi. Ən əsası - bu xalqı, bu milləti, bu vətəni daha avam yerinə qoyub “əzabkeş ziyalı” ədasıyla aldada bilməyəcəkdi…
Akif Əlinin “yalan danışdığı, şər atdığı” və s. barədə bu qədər ki haray salır, qara-qışqırıq salır, yaxasını cırırdı - adama deyərlər, balam, ortada həqiqətən şər-böhtan varsa, yalan faktı varsa ver məhkəməyə, edə bilərsənsə sübut elə, qurtarsın getsin! Axı sən niyə kiminsə əməlində yalan, şər, böhtan olduğunu öz qurğuşunlu tərəzinlə ölçürsən və bu gülünc ekstaz anında qarşı tərəfin təkziblərini qulaqardına vurursan, eşitmək istəmirsən, məhəl qoymursan, baxmırsan, nəzərə almırsan… Axı normal insan tipi belə olmur! Belə kobud, qaba, köntöy davranış - ruhunda, düşüncəsində, dərrakəsində, qanında normadankənar sapmalar simptomu gəzdirənlərin xuyu-xasiyyətidir. Sən ki əlahiddəlik iddiasındasan?!
***
Bir dəfə Milli Məclisdə hökumətin hesabatı dinlənilirdi. İclasda maliyyə nazirliyinin mütəxəssislərindən biri ilə yanaşı əyləşmiş Akif Əli söhbət arası sözgəlişi ondan soruşdu: “Büdcə rəqəmini açıqlamaq yasaqdırmı?” Mütəxəssis dedi: “Yox.” Akif Əli soruşdu: “Bəs bunun açıqlanmasından kimsə əsəbiləşib hay-küy salırsa, sizcə bu nə əlaməti ola bilər?” Maliyyə nazirliyinin mütəxəssisi dərhal dedi: “Bu ancaq bir şeylə əlaqəli ola bilər. Əgər onun apardığı haqq-hesab əməliyyatlarında əyintilər varsa və o bunu ictimaiyyətdən gizlədirsə, büdcə rəqəmlərinin açıqlanmasından narahat olar, bunu istəməz... ifşa olunmaqdan qorxub hay-küy salar.” Akif Əli ona təşəkkür edib daha heç nə demədi, ürəyində öz-özünə fikirləşdi ki, görəsən maliyyə nazirliyi dövlət büdcəsindən maliyyələşən AYB-də də yoxlama aparıbmı?!.. *** Akif Əli APA xəbər agentliyinin Anarla qurduğu həmin intervyü barədə də dediyimiz səbəbə görə heç bir cavab yazısı dərc etdirmədi. O yalnız APA-nın müdiri Vüsalə Mahirqızına elektron poçt vasitəsilə şəxsi məktub göndərdi: “Salam, Vüsalə xanım! Sizin də bir zamanlar dediyiniz kimi, qoca və köhnə təfəkkürlü, öz dövranını sürmüş bir yazıçının unudulmaqda olan bəzi mövzular ətrafında qurulan müsahibəsinin birdən-birə müasir KİV orqanı kimi tanınan APA-nın tribunasında görünməsi həmin ədibin yenidən gündəmə gətirilərək aktuallaşdırılması cəhdi və daha neçə belə digər məqamları ilə, açığı, həm təəccüb, həm də təəssüf doğurur. Hər halda “Qəlyan çəkən kişinin dastanını” oxudum: 1. Akif Əli oğlu Məhərrəmov artıq 5-6 ildir ki, şəxsi həyatda, işdə və mətbuatda Akif ƏLİ kimi təqdim olunur. Hələ 1999-cu ildə atamın adının əbədiləşdirilməsi və milli soyadının qəbul edilməsi məqsədilə “Məhərrəmov” soyadı “Əli” soyadı ilə rəsmən dəyişdirmişəm. Bu qərara uyğun olaraq da bütün şəxsi sənədlərimi, vəsiqələrimi, o cümlədən AYB üzvlüyü vəsiqəsini də çoxdan dəyişdirmişəm. Lakin özünün imzalayıb Akif ƏLİ-yə verdiyi sənədi unudan beyni və gözü tor-dumanlı AYB sədrindən fərqli müasir tipli ayıq bir agentlik olan APA bunu heç olmasa gələcəkdə nəzərə alsın. 2. Özünün rəhbərlik etdiyi qurumun rəsmi adını belə unudaraq indiki Yazıçılar Birliyini yaddaşında keçmiş Sovet əyyamına xas “Yazıçılar İttifaqı” kimi yaşadan və səsləndirən adamı heç ciddi qəbul etmək də düzgün deyil. 3. AYB büdcəsi barədə tam bir il öncə bircə dəfə “Şərq”ə dediyim faktlar necə təsirli olmuşdursa, AYB rəhbərliyi düz bir ildir bu haqda danışır və mənim rəsmi dövlət sənədinə əsaslanaraq dediyim rəqəmləri özünə məxsus nadanlıqla “təkzib” etməyə çalışır. Ancaq bu müddət ərzində dəfələrlə mətbuatda açıqlama verib məsələnin məğzini izah etsəm də, kor tutduğunu buraxmayan kimi AYB yetkilisi elə hey öz yalanını cəmiyyətə yeritmək istəyir. Çünki bununla o, ictimaiyyət arasında Akif ƏLİ-ni AYB üzvlüyündən məhz AYB sədrini tənqid etdiyinə görə yox, guya AYB haqda “yalan məlumat verdiyinə görə” çıxarıldığı görüntüsünü yaratmaq istəyir. Amma bilmir ki, əksinə, onun bu məkrli addımı Akif ƏLİ-nin ictimaiyyət arasında reytinqinin artmasına xidmət etdi. Çünki xalq kimin kim olduğunu görür, bilir... 4. AYB-çinin yalanı müqabilində əgər müasir ruhlu APA təmsilçisi qarşılıqlı sual verib desəydi ki, ay adam, axı, Akif ƏLİ bu “rəqəm məsələsinə” mətbuatda dönə-dönə aydınlıq gətirib, siz onun AYB büdcəsi barədə dediklərini özünüz də tutuşdurub yoxlamaq əvəzinə nədən yalanı bir belə həvəslə təkrarlayırsınız? – bax, onda mən APA nümayəndəsinin tərəfsizliyinə tam inanardım. Və bilərdim ki, həm dövləti və dövlətçiliyi sevərək onun imicini qoruyan bir vətəndaş kimi, həm müraciət etdiyi mövzu barədə ətraflı bilgiyə malik olub da mətbuatda gedən debatları diqqətlə izləyən professional jurnalist kimi, həm də adicə həmkar kimi o həqiqətən obyektivdir... Ancaq malesef... belə sual verilmədi. Hər halda, informasiya agentliyi olaraq gərəkli fəaliyyətinizdə sizə məhz belə dürüst fəaliyyət arzulayır və bir daha yaradıcılıq uğurları diləyirəm. Hörmətlə, Akif ƏLİ, NK MX , 03 03 05 ”
Bu elektron məktubdakı adi həmkar qınağı ilə də məsələ bitdi.
Aradan bir neçə ay keçəndən sonra rəsmi tədbirdə rastlaşanda Vüsalə Mahirqızı Akif Əliyə salam verib gülümsündü, qız sanki “arxadan vurduğu zərbəyə” görə həmkarından utandığını göstərdi. Öz günahını etiraf edən adamlar kimi qımışa-qımışa “Məktubunuzu aldım, Akif müəllim” – dedi. Akif Əli isə sakit tərzdə: “Bəs niyə elə eləmişdin ki?” – soruşanda Vüsalə Mahirqızı yenə nazla büzüşərək qəmzə ilə çiyinlərini çəkdi və “Nə bilim” dedi. Akif Əli onun mimikasından “Belə məsləhət olmuşdu!” mesajını oxuyub sadəcə “Aydındır” – dedi və daha onu incitməyib mövzuya qayıtmadı.
***
Akif ƏLİ. "Èряванда хан галмады..."
Áèр çàìàíëàр áÿéëÿрèí, õàíëàрûí, àüàéàíà êèøèëÿрèí ìÿñêÿíè îëàí Èрÿâàí õàíëûüû
èíäè ýÿäÿëÿрèí ÿëèíäÿ ãàëûá. Áèр çàìàíëàр àü þрïÿêëè, çÿр-áàôòà ýåéèìëè, ìÿõìÿр àрõàëûãëû, ãûçûë æûããàëû, ÿëè õûíàëû õàíûì-õàòûí íàçÿíèíëÿрèí åâ-åøèéè
èíäè è÷èíäÿí-÷þëöíäÿí öôóíÿò éàüàí ùàõ÷ûõëàрûí... éóâàñûíà äþíöá. Ãîрóéà áèëìÿäèê,
ãîрóìàã ìöìêöí îëìàäû î õàíèìàíû,î ìàëû-ìöëêö, î áàü-áàüàòû. Ãÿäèìäÿí ãÿäèì îëàí ïàê
òöрê äèéàрû - Èрÿâàí õàíëûüû ìóрäàрëàøûá "Åрìÿíèñòàí" îëäó да ýåòäè.
"Àøûã ßëÿñýÿрè éåòèрÿí Ýþéæÿ" - äåéÿ ãöррÿëÿíäèéèìèç î óëó ìàùàëäà ÷àããàëëàр óëàøà ãàëäû.
Ãÿäèì Ýþéæÿ, ýþçÿë Ýþéæÿ, Ýþéæÿ ýþëëö Ýþéæÿ ùåé!..
Áó åëÿ áèр äÿùøÿòëè ìöñèáÿòäèр êè, ùÿëÿ íÿéè èòèрäèéèìèçè òàì êÿñäèрÿììèрèê. ×öíêè ùÿëÿ
ãóëäóрëàрëà äàâàäàéûã, ùÿëÿ Ãàрàáàüûí ùàрàéûíäàéûã, Øóøàíûí, Ëà÷ûíûí, Çÿíýèëàíûí
ùàрàéûíäàéûã. Ùÿëÿ ìÿêрëè Øèìàë àéûñû àрõàìûçäàí ÿë ÷ÿêìÿéèá, éåíèäÿí ãóрìàã èñòÿäèéèìèç ìÿìëÿêÿòèìèçè ãóрóá ãóрòàрàììûрûã, æàìààòûìûçû, ãîæàëû-кþрïÿëè àäàìëàрûìûçû àæëûã
éàëãóçàüûíûí æÿíýèíäÿí õèëàñ åòìÿê, þçö äÿ õàòà-áàëàñûç, þëöì-èòèìñèç
õèëàñ åòìÿê ö÷öí èíñàôñûç áàçàрëà ÿëáÿéàõàäàéûã.
...Âÿ áó îéóíëàр íÿ 88-äÿ, íÿ 48-äÿ, íÿ 18-äÿ áàøëàéûá. Áó îéóíëàр ùÿëÿ óçàãäàí, ùÿëÿ XVIII ÿñрäÿí áàøëàíûá. Äÿëè Ïåòрîíóí îéóíëàрûäû áó îéóíëàр - Ãîрáà÷îâ àпàрûрäû. Áèçàíñëàрûí
îéóíëàрûäû áó îéóíëàр - Ðîìà ïàïàñû àïàрûрäû. Èíýèëèñ áàрìàüûäûр áó îéóíëàрû çàìàí-çàìàí
øèøèрäÿí – Òåò÷åр àïàрûрäû... Ðóñ ãîøóíëàрûíûí êþìÿéè èëÿ... Éàäëàрûí àëìàã истядикляри òÿêæÿ
òöрê òîрïàãëàрû äåéèë, ãîâìàã èñòÿäèêëÿрè òÿêæÿ òöрêëÿр äåéèë, òöрêöí рóùóäóр, рóùó! Î рóù
êè, ÿçÿìÿòëèäèр, ÿäàëÿòëèäèр, ãöäрÿòëèäèр! Î póù êè, äîüрóëóã ñåâÿíäèр, ùÿãèãÿòïÿрÿñтäèр! Áó
æöр рóù äàùà áó ýöíêö, ÷àüäàø äöíéàíûí äîëàíáàæ, ÿéрè-öéрö ÿìÿëëÿрèíÿ, "äèïëîìàòèê"
êÿëÿêëÿр àëòûíäàí éåрèäèëÿí Ãÿрá ÿìÿëëÿрèíÿ òóø ýÿëìèр, îíóíëà áàрûøà áèëìèр. Òöрêöí рóùó
ìÿрäëèê рóùóäóр. Òöрê ñþçö øàõ äåéÿр, ÿçèá-áöçìÿç. Òöрê ãûëûíæû ñåâÿр, хÿíæÿрëÿ äþéöøÿр.
Ãÿрáèí рóùóíäà èñÿ íàçÿíäÿëèê, èрèøèêëèê, éàрûíìàãëûã öñòöíäöр. Гÿрáäÿ силащ èæàä åäèáëÿр,
áîìáà èæàä åäèáëÿр. Ìÿрä-ìÿрäàíÿ öçáÿ-öç эÿëìÿìÿê ö÷öí, êèøèéàíà âóрóøäàí ãîрõäóãëàры
ö÷öí, êöíæäÿí-áóæàãäàí, óçàãäàí, õÿëâÿòäÿí, àрõàäàí çÿрáÿëÿр âóрìàüû ñåâäèêëÿрè ö÷öí...
Àäûíû íÿ ãîéóрëàр ãîéñóíëàр, ùÿãèãÿò, ÿñë ìàùèééÿò áóäóр...
...Áó õàîòèê, ùÿрæ-ìÿрæ àá-ùàâàíûí ãûçäûрìàñû è÷ÿрèñèíäÿ ùÿëÿ Èрÿâàí õàíëûüû, Ýþéæÿ
ìàùàëû, Çÿíýÿçóр éàäà äöøìöр. Íÿëÿрè èòèрäèéèìèçè щяля òàìëûüû, áöòþâëöéö èëÿ, äÿùøÿòëè
аüрû-àæûñû èëÿ êÿñäèрÿ áèëìèрèê... Ùåéô!
Ãÿäèì Ýþéæÿ, óëó Ýþéæÿ, ýþçÿë Ýþéæÿ ùåé!
Èýèä òöрêëÿр ñÿíè ýåрè àëàæàãìû ýþрÿñÿí?!
Dostları ilə paylaş: |