təhsil görmüş olduğu, Təbriz, İstambul və Tiflis arasında səyahət
etdiyini nafilə yerə söyləmədik. Bunların özlərinə görə şair
psixologiyasına bu və ya başqa bir mövzu aramasına səbəb oldu-
ğuna ən qüvvətli dəlil ola bilərlər. Müsavat dövrünün maarif
nəzarəti əmrilə şəriət müəllimi olan Cavid şəriət dərsindən fəzlə
Məhəmmədin və Aişənin şəxsi həyatından bəhs edə-edə “Pey-
ğəmbər” pyesi mövzusunu tapdığı bu gün bir fakt olduğu kimi
1
,
fars ədəbiyyatı içərisində məşhur olan Şeyx Əttarın “Məcalüsül-
üşşaq”dakı iyirminci məclisi “Zikri-həzrəti-Şeyx Sənan əleyhir
rəhmə” olması bir tərəfdən, Tiflis ətrafı türk və gürcülərin
dilləri dəstanı olması, ikinci tərəfdən, Üzeyir bəy Hacıbəyovun
1908-ci ildə yaratmış olduğu “Şeyx Sənan” operası üçüncü
cəhətdən Hüseyn Cavidə təsir etməmiş olmazdı. Hətta müəllifin
öz etirafına baxılsa o zaman rusca yazılmış M.B.Hacınskinin
“Şeyx Sənan əfsanəsi” kitabçası da onun gözündən qaçmamışdır.
Ərz etdiyimiz “Məcalisül-üşşaq” kitabına baxılsa içərisindəki
mündəricatı “Dər bəyani-hüsni-həqiqi və eşqi-təhqiqi”, “Yusif və
Züleyxa”, “Zikri-həzrəti-Şeyx Mövsüf və cəvani-məşuqi-an
həzrət...” kibi İran sufiliyilə “aşiqi-rüsva”ları gənc şairin üzərində
təsir buraxmamış olmayacaqdı. İmdi Cavidin yaradıcılığındakı
səciyyəvi cəhətlərdən birisi də təsvir etmək istədiyi simanı dəqiq
və dürüst bir surətdə tanımaq olduğunu bildiyimiz üçün “Zikri-
həzrəti-Şeyx Sənan” mənzuməsilə bir parça yaxından aşina
olmalıyız:
“ŞEYX SƏNAN” DASTANI
Dörd yüz beş beytdən ibarət olan bu mənzumdə
2
əvvəl
başdan fars ədəbiyyatındakı sufilik, ifrat mübaliğəçilik olduğu bu
1
H.Cavid Müsavat dövründə həqiqətən şəriət müəllimi təyin olunur, ancaq o,
şagirdlərə şəriətdən deyil, ədəbiyyatdan dərs keçir və bunun üstündə də
məktəbdən xaric edilir – İ.O.
2
Bu xüsusda əlimizə farsca üç nüsxə keçdi: onlardan biri Leninqrad Darülfü-
nun kitabxanasında 22 (1) (32 səhifəlik nəsx ilə yazılmış bir əlyazması Əl-
Úàâèäè õàòûðëàðêÿí
153
əsərdə də meydana çıxır. “Şeyx Sənan” əlli il hərəmdə piri-
xərabati müğan sayılır. Başında dörd yüz müridi olur və orada
olduqca ibadət və riyazət işlərindən bir an geri durmayır. Belə ki:
Həm əməl, həm elm, bahəm yar daşt
Həm əyan, həm kəşf, həm əsrar daşt
1
–
qıldan anlayacaq dərəcə mənəviyyat dara bir şəxs olmaqla bərabər
“Kəramət və məqamat”da da qüvvətli olur. Yanına gələn xəstələr
onun nəfəsilə sağlam olurlar. Bir neçə gün röyasında özünün
Ruma səfər edən və orada bütə ibadət edən görür. Yuxusunun
izini bulmaq üçün Ruma səfər etməklə qalxır və başdan ayağa
Rumu ayaqdan saldıqdan sonra müridlərlə gəlib qəzara bir ali
mənzərin qarşısında durur, orada bulunan ruhanisifət bir tərsa
qızı
2
sipehri-hünsün bürci-kəmalında bir zəvalə uğrayan günəş
kibi Şeyx Sənanın gözlərini qamaşdırır. Fitneyi-üşşaq olan gözləri
və doğrudan da birər tağ olan qaşları, püstədən azca açılan ağzı ilə
çahizıənəxdanı Şeyxin əqlini deyil, bütün etiqadını əlindən alır.
Din evinə rixnə salır. Qızın yolunda hər şeydən əl çəkən Sənanın
müridləri nə qədər nəsihət edirlərsə də mürşidlərindən bir cavab
almadıqları üçün sərgərdan qalırlar. O gecə qızın eşqi bir od par-
Əbdül Rza əl-hüseyni əl-Müsəvi fi-27 sənə 1211) yazının kim tərəfindən
yazıldığı və tarixi səbt edilməmişdi.
İkinci – Eyni kitabxanada “0” 1024 nömrəsi ilə 113 səhifəliyə 8 bir “Məcalisi-
üşşaq” iyirminci məclisində birinci nüsxə ilə bəzi nöqtələrə ayrılırdı. Üçüncüsü
isə burada öz əlimdə bulunan Mirzə Məhəmməd Şirazinin 12-547 səhifəlik 8
daş çapıdır ki, əvvəlkindən daha qısa olmaqla bərabər, bəzi yerdə də ikinci ilə
mütəbiqdir. Böylə üç nüsxədən istinsax etdiyimiz “Şeyx Sənan” mənzuməsinin
qısaca məalini qeyd etdikdə farslar arasındakı mündəricəsinə qeyd ediriz.
Təəssüflər olsun ki, Qafqaziya türkləri və gürcülər arasında yayılmışına,
yazı halında bir dürlü təsadüf edilməyir. Bu da əl yazısı şəklində hankı
bucaqlarda bulunduğu imdilik bəlli deyil – H.Z.
1
Həm əməli, həm də elmi birləşdirmişdir,
Həm zahiri, həm kəraməti, həm də sirləri var idi. – H.Z.
2
Qeyd. Kursivlər mənə aiddir. – İ.O.
Úàâèäè õàòûðëàðêÿí
154
çası olaraq Sənanı yandırır. Onun qərarı kəsilir. O gecə ətrafına
toplanmış müridləri təskin etmək üçün hər nə yapılarsa Şeyxə
təsir edəməyirdi; sabah olduqda Şeyx Sənan o dilbərin qapısından
ayrılmaq istəməyir. Şeyxin halını böylə zəbun görən tərsa qızı
özünü bilməməzliyə vurub Şeyxin böylə aramsız və sərməst
olduğundan səbəbini sorduqda, Sənan içində olan sevdanın atəş
almış dilini açır və bütün fəsahətilə qıza elani-eşq etdikdə qız
onun qocalığını yadına salır və israr edən şəxsi susdurmaq üçün
eşq yolunda dürüst olduqda dinindən əl çəkməyi və öz yarilə
həmrəng olmağı təklif edir. Şeyx razı olur. Qız bütə səcdə, qura-
nı yaxmaq, çaxır içmək və imandan göz çəkmək kibi dörd iş
göstərirdi. Şeyxi deyrə (kilsəyə) aparırlar. Bunu görən müridləri
orada fəğanə gəlməyə başlayırlar. Şeyx çaxır içməyə razı olursa
da, başqa üç əmələ mürtəkib olmaq istəməyir; fəqət çaxırın
təsiri ağlını aparır. Şeyx, zünnar həlqəsini boynuna keçirir, xirqə-
sini yaxıb yandırır. Qız bunu da kafi görməyir. Bir il tamam dəxi
donuz çobanı olmağı təklif edir. Şeyx bir il donuzotaran olur.
Şeyxin müridləri isə onu unutmayırlar. Yenə də dalınca gəlirlər.
Şeyx onları qaytarır. Gedib hər kəsə doğrusunu söyləməyi rica
edir. Şeyxi Rumda tənha buraxıb Kəbəyə sarı gedən müridlər
orada bulunan Sənan dostuna tuş gəlirlər. O bütün əhvalı anla-
dıqda müridləri danlayır: və mürşidlərini buraxmaqda vəfakarlıq
etmədiklərini onlara anlatır. Onun təklifinə görə Şeyx zünnar
bağladıqdan sonra bütün mürid ona peyröv olmalı idilər
1
. Mürid-
lər həmin Şeyxin sözlərindən xəcalət çəkdikləri için yenidən
Şeyx Sənanın yanına dönürlər. Qırx gün gecə-gündüz nə yedilər,
nə yatdılar. Ancaq riyazət çəkdilər, ibadət edir, şeyxlərinə mütə-
vəcceh olurlar. Axirüləmr düaları hədəfinə çatır. Bir gecə mürid-
lərdən birinin yuxusuna gələn (Mustafa)
2
gülümsəyir və anlatır
ki, Şeyx Sənanın qəlbində olan qübarı götürmüşdür. O yenə islam
olacaqdır. Bundan xəbərdar müridlər Şeyxin tərəfinə getdikdə
1
Bu da sufilik üçün səciyyəvi bir nöqtədir. – H.Z.
2
Məhəmməd peyğəmbərə verilmiş adlardan biri – İ.O.
Úàâèäè õàòûðëàðêÿí
155
onun üstündə olan zünnarın, başındakı kibr külahının düşmüş
olduğunu və özünün də nur içində bulunduğunu görürlər. Şeyx
ağlayır. Dutduğu əməlindən peşiman olur. Müridlər ilə bərabər
Kəbəyə sarı gəlmək istədikdə sevgilisi də davam edə bilməyir.
Onun ardınca gəlir. Fəraqə taqət gətirmədiyini anlataraq əlvida-
əlvida deyir və canını təslim edir:
İn be qoft an mahu dəst əz can feşand
Nim cani daşt bər canan feşand
Gəşt pünhan aftabəş ziri-miğ
Cani-şirin zu bər aməd ey diriğ
Qətreyi bud u dərin cuyi-məcaz
Suyi-dəryayi-həqiqət rəft baz
1
.
Sevgilisini basdırdıqdan sonra Şeyx, yenə də Kəbəyə dönür.
Şeyx Sənanın farscadakı dastanının ən səhih məzmunu
bundan ibarətdir. İmdi buradan “Şeyx Sənan” pyesinin bu
dastandan nə qədər təsir aldığını da təyin etmək mümkündür.
İKİ ŞEYX SƏNAN
Nəql etdiyimiz Şeyx Əttarın yarı əfsanəvi, mütəsəvvifanə
yazılmış mənzuməsini oxuyanların bir parası qanadlanıb sevinə-
cəkdir ki, – aha! Cavidin eybi açıldı! Cavidin “Şeyx Sənan”ı öz
əsəri deyilmiş. Bəlkə ondan çox əvvəl dillərdə dastan olmaqla
bərabər bir böylə müfəssəl mənzumə varmış ki, Cavid onu alıb
mənzum bir pyes halına salmışdır. Bir çoxları burada Cavidin
1
O ay deyib canından əl çəkdi,
Yarı canı qalmışdı, canana verdi,
Günəşi bulud altında gizləndi,
Heyhat, şirin canını verdi.
O, bu məcazi arxda bir damla idi.
Yenə də həqiqət dəryasına axıb getdi. – H.Z.
Úàâèäè õàòûðëàðêÿí
156
yaradılcılığını büsbütün inkar etmək fikrinə düşdüyümüzü zənn
edəcəkdir.
Xayır! “Şeyx Sənan”ın Caviddən əvvəl kimlər tərəfindən
yazıldığı həvəskarlar üçün elmi bir tədqiq yolu açmaq məqsədilə
meydana atılan bir nümunə idi. Cavidin yaratdığı Şeyx Sənan ilə
Əttarın yaratdığı arasında dağlaq qədər fərq vardır. Şeyx Əttarın
Sənanı açıq-açığına bir uydurma, cansız bir simadır! Onun beş
yüz müridə rəhbər olması, əlli-altmış yaşında eşq sevdasına müb-
təla olması və nəticədə səbəbsiz bir surətdə yarını buraxıb yan-
ənsarilə tühaf və ibadət üçün Məkkəyə dönməsi “Mustafanın
şəfaətindən” başqa heç bir şeylə izah edilməyir və nəhayət çaxır
içdikdə aləmdən fəzlə layələm olaraq kilsəyə getməsi onun heç
bir çarpışmaya davam gətirəməyəcəyini göstərir. Bu Şeyx Sənan
doğrudan da mədrəsələr küncündən çıxmış, fars psixolojiyalı,
damağı kiflənmiş, içi çürümüş, puçlaşmış bir şəxsdir.
Hüseyn Cavidin yaratdığı Sənan otuz yaşlarında bulunan bir
gənc alimdir. Bu yaşlara qədər Turandan gəlib İranda təhsil
görmüş və Ərəbistanda kəmalat əldə etmək üçün gəlmiş Sənan
tamamilə hücrənişin küncə qısılanlardan deyildi. Bunun eşq
aləmindən də bir qədər xəbəri vardı. Gürcü qızilə qarşılaşdıqda
şəxsi simasını itirmiş olmayır, bəlkə bir şərəfli aşiqə yaraşarcasına
qəbul etdiyi təkliflərə boyun əyir, bəyənmədiklərini öylə bir
məharətlə rədd edir ki, özünə irad gələ bilməyir. Və nəhayət
bunun qarşısına gələn əngəllərdə çarpışmalar bu Sənanı tamamilə
o Sənandan ayırmış olur.
Digər tərəfdən bir əsərin məzmununun başqasından alınıb və
yaxud dastan şəklindən mənzum bir pyes yaratmaq, lakin
məharətli bir əsər yaratmaq kimə irad dutula bilər? Höte, Şekspir,
İbsen və sair cahan ədəbiyyatı başçıları sayılan ədib və şairlərin
əsirlərindəki ən qüvvətli, ən dəyərli əsərlərin məzmununu çox za-
man xalq dilinin əzbəri olmuş və hətta bəzi tanınmamış yazıçılar
tərəfindən yazılmış olduğu hamıya məlumdur. Ona görə də Cavi-
din Sənanilə farsca Sənanın arasında bir taqım hekayə qismlərinin
Úàâèäè õàòûðëàðêÿí
157
tuş gəlməsi bizcə ikinci dərəcə məsələlərdəndir. Burada diqqəti
cəlb edəcək başqa cəhət var ki, o da:
“Şeyx Sənan” və cəmiyyət həyatı
məsələsidir. Cəmiyyət həyatımız 1905-ci ildən sonra büsbütün
dəyişmişdi. Ş.Sənan nə artıq Mirzə Fətəlinin təsvir etdiyi Molla
İbrahim Xəlilləri, Molla Salmanları idi və nə Nəcəf bəy və ya
Əbdürrəhim bəyin tipləri idi. Ş.Sənan alimdir. Fəqət öz köçündən
geri qalmış “son mogikan” idi. Caviddən əvvəl gələn yazıçılar
yaratdıqları tiplər ilə qələm adamlarında iprənmiş və damağından
bir durğunluq hasil olmuş çarlıq məmurları qarşısında qorxusun-
dan gəbərməyə hazır olan çinovnik (məmur)larımızı, iliyi, sü-
müyü üfunətlənmiş, qumarbazlıq və içkicilikdən başqa bir şey
bilməyən və yalnız kəndlilər üzərində işgəncələr dünyası açmaq
ilə xoşhallanan heyvərə bəylər və nəhayət bunların arasından xə-
sisliyi, vurnuxması və hər şeydən özünə fayda çıxarması yolunda
ən müqəddəs şeylərini verməyə hazır olan tacirlər və yeni bur-
juaziyamız idi. Bunların içərisində molla zümrəsi layiqilə təsvir
edilməmiş, çürüntüləri göstərilməmiş və uzun zamanlar bütün
Şərqin boynuna sarılmış bu tüfeylilərin iç yüzü meydana sürül-
məmiş idi. Cavid isə bu nöqtədən yapışmışdı. Onun əsərində
güzgüdə görülürcəsinə Məkkə və Mədinə şəhərinin “üləması”
islam dininin “şəriətmədarları” üzlərindəki pərdəni götürüb bizə
görünürdülər. Ş.Sənan da bu “üləmanın tam mərkəzində bulunur
və irəli gəlmişlərindən sayılırdı. Ətrafında müridlər sürüsü var,
şöhrəti hər tərəfi dutmuş və ziyarətinə dəstə-dəstə korlar gəlib
gözlərinə şəfa istəyənlər var; Qafqaziyaya gəldikdə böylə mənəvi
korların sanı artır, quzğun sürüsü kibi ətrafa yayılan ağ sarıqların
təbliğatı peyrövlər toplaya bilir. Demək bütün-bütünə bir mollalıq
mühiti qarşımızda dururdu. Bunların da ən ortasında Cavidin
Şeyx Sənanı durmaqdadır. “Üləma” zümrəsinin bu vaxta kibi
qondarma olaraq düzəlmiş olduğu bir çox saqındırmalar, ibadət,
pəhriz və təqvapərəstlik çağırmalar, “əmri-be məruf”lar və “nəhy-
əzmünkir”lər təbii duyğular qarşısında nə qədər sönük, nə qədər
çürük olduğu açıqdan-açığa bəlli olur. “Şeyx Sənan” pyesinin ən
Úàâèäè õàòûðëàðêÿí
158
dəyərli yeri də burasındadır ki, “üləma” zümrəsinin ön səfində
gedəni bir gürcü qızının qarşısında bütün köhnə fəlsəfəni atır, onu
bağlamış olan din iplərini qırıb təbii həyata qovuşmaq istəyir.
Bütün keçmiş ənənələrə zərbə çalır və həqiqi dini, həqiqi tanrını
mərifətdə görür. Ətrafını almış Şeyx Mərvan, Şeyx Nəimlərin
arasında “dinsizlik də bir məşuqəyi həp Kəbə, imandan yüksək
dutmaq bir an içində olsa yenə də üsyandır”. Və bu nöqtədə
Cavidin Sənanı bir üsyançıdır. Fəqət bu üsyançı uzaq baxışdan
iradəsiz görünsə də məqsədinə çatmaq yolunda tərəddüdsüz
olduğu üçün sabitqədəmdir.
İştə bütün din-imanı təbii duyğular yolunda fəda edən Sənan
yetişməkdə olan Azərbaycan ziyalılarına xoş gəlməkdə idi.
Burada əski dindarlığa qarşı olan və ürəklərdə o zamana qədər
gizli qalan nifrətlər Şeyx Sənan dililə, Cavid qələmilə vətəndaşlıq
hüququ almaqda idi. Ona görə də cəmiyyət tərəfindən sevilmişdi.
Hər zamanın əxlaq dərəcəsi onun cəmiyyət həyatındakı qüv-
vələrin inkişafilə və o qüvvələrin mübarizəsilə ölçülə bilər. O
zamanın da əxlaq dərəcəsi tərəqqi etməkdə idi, çünki Bakı və Şəki
kibi proletarlıq ocaqları getdikcə güclənir, bəylik hər tərəfdə düş-
məyə üz qoymaqda, bunun qarşısına çıxan yeni burjuaziyamız iki
cəhətdən qüvvətlənməkdə idi. Əvvəla iqtisadi həyatın ümumi ge-
dişinə tabe olaraq şəhər və kəndlərimizdə çoxalan sövdəgərlik
dönüb müəyyən bir ticarət şəklini almaqla bəylərin mal-mülkünə
sahib olmağa başlayır. O biri tərəfdən də Azərbaycana soxul-
maqda olan rus və əcnəbi kapitalına arxalanan “özündən bəylər”,
“quyu yiyələri” bu, yavaş-yavaş dənizdə parxodçuluq ilə birlikdə
tam bir müəyyən burjua sinfi yaratmağa başlamışdı. Bu burjua-
ziyada sinif anlağı və sinif mübarizəsi qanacağı görünməyirdi.
Yalnız bir şeyi görünürdü, bu sinfə mənsub olan və yaxud olmaq
istəyənlər son dərəcə “zirək”, “mayagir”, iş bacaran, ancaq öz
şəxsiyyətini və öz faydasını gözündə dutanlar idi, ondan qalan hər
şey onun üçün mənasız idi. Böylələri üçün xəlq özü ən dutarlı bir
söz deyirdi: “İmanını satar çörəyinə qatıq elər”. Doğrudan da yeni
burjuaziya böylə idi. 1905-ci ilə qədər bunların iləri gələnləri tacir
Úàâèäè õàòûðëàðêÿí
159
qismi olsun ki, İran, Buxara ilə əlaqədə olurkən, o yerlərə ge-
dirkən öz müştərilərinə mömin, pəhrizkar görünməkdə bir fayda
güdürdüsələr də “məkərə”yə və Rusiya kibi yerlərə gedənlərin
çoxu canamazını Bakıda bükür və bəlkə də Bakıda açanları da
olurdu. Bu zamanlarda yenə də bir qədər dindarlıq qalmış olsa da
lakin 1905-ci il intibahından sonra Azərbaycan iləri gəlməyə baş-
layan və yuxarılarda bəhsini etdiyimiz ziyalılar bir tərəfdən iri və
xırda burjuaziyadan çıxmış, digər tərəfdən burjuaziya ilə proletar
arasında qalmış müxtəlif təbəqələrdən əmələ gəlmişlər idi. Gərək
burjuaziya və gərək başqa təbəqələrin (hətta molla qismindən
törəyənlərin) içindən çıxan ziyalının çoxu dindar deyildi. Onların
çoxu dinin məntiqsizliyini görməkdənmi, təbiət və tarix elmlərinə
aşinalıqdanmı, rus və əcnəbi nüfuzuna düşməkdənmi din məsələ-
sinə məscid ilə deyil, millət məsələsilə daha çox uğraşırdılar.
Burada bir tərəfdən rus çarlığının sıxıntısı, o biri tərəfdən Avropa
kapitalı altında inləyən Türkiyədə vücudə gələn gənc türklərin,
gənc iranlıların təsirləri də Azərbaycan ziyalılarına təsir etməmiş
deyildi. Burasını anlamaq üçün İstambul-Bağçasaray-Bakı, bəlkə
də Qazan-Ufa dairəsini nüfuzuna almış “Tərcüman”, “İrşad”,
“Tərəqqi”, “Füyuzat”, “Vəqt” qəzetlərinin sütunlarına diqqət
etmək kifayət edər zənnindəyəm.
Bu zamandakı ziyalılar iki növ “millətçi” (əski təbirlə “milli-
pərəst”) idilər: onlardan birisi inqilabçılar ilə bunlardan bir qismi
1905-1917-ci il dövrəsində başqa firqələrə bulundu. İkincisi
əvvəlkilərə hüsn-rəğbət bəsləyən, aktiv olmadığı halda birincilərin
nüfuzunu xəlq içində millətçilik ruhu yaymaq, məktəblilərə
millət, vətən nəğmələri oxutmaq, millət ruhunda yazılan şeirləri
əzbərləmək və yeri gəldikcə hərarətlə oxumaq, Türkiyə ətrafında
qopan müharibələri, Türkiyə-italyan və ya Balkan müharibələ-
rindən dükanlar qabaqlarında oturan və yayda ağaclar kölgəsində
toplaşan əvam ürəyi yanıqlılar üçün qəzetə və jurnallar oxumaq
və onları “dünya siyasətindən”, ən doğrusu “Türkiyənin çarpışma-
sından” xəbərdar etmək və bunun hamısına bir az da duzlu olmaq
üçün və əvamın “ürəyinə od salmaq” üçün soltanın “Məkkə və
Úàâèäè õàòûðëàðêÿí
160
Kərbəlanı” kafirlərdən qorumaq məsələsini ortaya atırdılar. Bu z-
amanın milliyyət məsələsi iki məcra ilə gedirdi, bir tərəfdən türk-
lük, o biri tərəfdən islam milliyyəti: yəni islamlıq, ona görə Əli
bəy Hüseynzadə-Qasprınski-Ziyagökalplardan başlayıb Məhəm-
məd-əmin Rəsulzadə cənablarına çatanacan.
Türkləşmək, islamlaşmaq... müasirləşmək!
Şüarını meydana atmışdılar. Lakin islamlaşmaq ilə müasirləş-
məyin nə dərəcədə uyğun gəldiklərini türkçülük şeytan fikirli
siyasətçilərdən sormaq lazım gəlirdi. Çünki müasirləşdikcə elmə
yaxlaşmaq, avropalaşmaq, kapitala sarılmaq və yaxud kapitalın
quyruğunda getmək gərəkdi. Kapitalın da cavanlığı daima bir
qədər ixtilalçı, inqilabçı olduğu, həddi-zatında heç bir din tanımaq
istəmədiyi bəlli ikən islamlaşmağı ortaya salmaq isə yenə də ru-
haniliyi iləri çəkmək, yenə də onların quyruğunda getmək demək-
di. Ona görə də bu zamanlarda ziyalılar içində tərəddüd iki yol
ayrıcında qalmaq məsələsi də bir zaman var idi. Hələ “Füyuzat”,
“Yeni Füyuzat”, “Tərəqqi”, “Səda” və nəhayət “Açıq söz” kimi
jurnal və qəzetlərə baxılsa şairlərimizin, yazıçılarımızın nə
dərəcədə şaşqın bir vəziyyətdə qaldıqlarını görmək olar.
Hər nə olursa olsun bu zamandakı ziyalılarda “türklük” və
“islamlıq” mübarizələri getdikcə xəlqimiz içərisindəki proletar
ünsürləri və dolayisilə proletarlıqdan çıxmış və ya onalara yaxın
ziyalı təbəqələri artdıqca “islamlıq” başına enməkdə olan yumu-
ruqlar get-gedə çoxalır və ağırlaşırdı. Demək, əxlaq və etiqad
məsələsi yeni bir şəkil almağa başlayırkən meydana atılan Şeyx
Sənan molla və “üləma” təbəqəsinin bütün varlığını astarına
çevirdiyi üçün, türkçülərin ruhunu oxşayaraq islamçılara təpik
endirdiyi üçün, başqa millətdən də olsa təmiz və sənə mane olan
dinə nifrət etdiyi üçün sevilməkdə idi.
Onu da unutmayalım ki, yuxarıda göstərdiyimiz ikinci növ
passiv millətçilərdən biri də həmin Hüseyn Cavid özü idi. Bunu
anlamaq üçün 1907-ci ildə “H.R.Naxçıvani” imzasilə yazmış
olduğu: “Hali-əsəf iştimalımı təsvirdə bir ahi-məzlumanə” adlı
mənzuməyi oxumalıdır. Burada nə yazır:
Úàâèäè õàòûðëàðêÿí
161
Hər kəs aləmdə bir bəlaya düçar
Olur, amma mənim kimi olamaz.
Künci-möhnətdə qalmışam naçar,
Şu könül dərdinə dəva bulamaz.
Qəmi-hicrilə biqərar olmuş.
Çünki məhcuri-bəzmi-yar olmuş.
Könlümün halını edər təsvir
Ruyi-zərdilə, çeşmi-xunbarim.
Əhli-zövq istər eyləsin təqdir
Ki, nasıl yar imiş mənim yarim.
Hər kəsin zikri bəzmi-zövqü səfa.
Virdim olmuş mənim də va əsəfa.
Edər eşq əhli rəsmi-yarə məraq
Ehtimal olsun onla həsrətini.
Yarım olmaz bənim gözümdən iraq
Bulmuşam çün könüldə surətini.
Ürəyim rəngi-ərğəvan olmuş...
Ərimiş ləxtə-ləxtə qan olmuş...
Yarələr cismi-nazəninindən
Qızarır, sanki qönçeiy-güldür.
Zəf məşhurdur cəbinində
Bunca təsvir halı müşküldür
Məhv olur fikr edincə cismü tənim,
Aman allah! Odur mənim vətənim!
Ey vətən! Səndə parlayanda ziya
Büsbütün əhli-qərb cahilimiş.
Úàâèäè õàòûðëàðêÿí
162
Şimdi bulmuş vüqu əksi-qəza
Əcəba bu nasıl təsafilimiş.
...Şimdi qeyrət edərsə millətimiz.
Yenə övdət edər səadətimiz
1
.
Bu tərcibəndə baxılsa Hüseyn Cavidin fəal millətçilərə yar-
dımçılıq edənlərdən olduğu, onların təbliğatçılığına yarar bir zat
olduğu aydınlaşar. Bir Hadinin şeirilə bir Namiq Kamalın şeirilə
Cavidin şeirini qarşılaşdırdıqda Hadidə, Namiqdəki fəvəran edən
vulkanlar Caviddə Füzulicəsinə “ürəyini qana döndərmək”, vətən
üçün mərsiyə oxumaq həvəsi bəlli olur.
Cavidin millətçiliyindən “Şeyx Sənan”da açıq surətdə yalnız
Sənanı əslən turanlı etməkdir. Yəni Sənanı farslıqdan çıxarıb türk
qılıqlı, türk qafalı etmək, onu türkləşdirməkdir. Xaricdən böylə
bəlirsiz görünən bir nöqtə “ərbabı” yanında son dərəcə dərin bir
müəmma deməkdir. Ruhən millətçiliyi, türklüyü oxşayan, Cavid-
in böylə cəsur bir addım ataraq din tərəfdarlarına zərbə endirməsi
zamanındakı cəmiyyət üçün sevimli olacağı təbii idi.
Burayacan söylədiklərimizi böylə xülasə edəlim:
1) Cavidin seçmiş olduğu mövzu təsadüfi deyildi. Mövzunun
seçilməsilə onun tərbiyəsi və o zamanə qədər keçirmiş və o
günlərdə keçirməkdə olduğu həyatı arasında bir rabitə var idi.
2) Pyesin quruluşundakı yenilik o zamana qədər Azərbaycan
və ümumtürk ədəbiyyatında görülməmiş bir səsin qəbul etməklə o
zamankı cəmiyyətin emosiya “təhyic” cərəyana - əski dil ilə
demiş olursaq, cəmaət məzaqinə - tamamilə tuş gəlmiş oldu.
3) Əsərin psixoloji cəhətinə gəldikdə müəllif ruhanilik içində
olan çürüntü və yaprantıları tamamilə meydana atmaqla mollalığa
və ümumiyyətlə dinə olan ikrahə bir az da qüvvət vermiş və bir az
daha irəli gedərək kütlə üzərində hakimiyyətini itirmiş “üləmayi-
din” arasındakı “şübhə” ilə “vəsvəsə” meydana gəldiyini və bütün
1
Füyuzat. Nömrə 15. Səhifə 231-232. Mənzumə 15 parçadan ibarətdir.
Úàâèäè õàòûðëàðêÿí
163
bunların sağlam və təbii həyat qarşısında nə qədər sönük, nə qədər
köksüz olduğunu göstərmiş oldu.
4) Siyasi cəhətdən dəxi əsər büsbütün mühitini və əsrindəki
cərəyanı oxşamaq üzrə olmaq üçün səhnələri ta uzaqda – Ərəbis-
tanda – açır və get-gedə tamaşaçılara yaxınlaşdırır və “Şeyx
Sənan”ın “mayə”sini də “Turan”dan alır və nəhayət
5) Əsərdə zamanı üçün bir yenilik olduğunu qeyd etməliyiz:
sevgi təbii (bioloji) bir fakt olduğu üçün onun heç bir din və heç
bir milliyyət ilə əlaqəsi olmadığını da o zamankı mühitin nüfuzu
altında olaraq tamaşaçılara sezdirmək istəyir. “Şeyx Sənan”da
Cavidə məxsus bir inqilabçılıq da görünür. Bu “inqilab”da həmin
bir çoxlarının düşündüyü və indivudualist anarxistcəsinə meydanə
atdığı “fikir inqilabı”dır. Bu nöqtədə zəmanənin təsiri görülməmiş
deyildir.
Ona görə də mövzuun haradan alındığı və nə kibi mühiti təs-
vir etdiyi nəzərə dutulmayaraq ümumiyyətlə əsər sevilmişdi.
Səbəb də bəllidir: pyes müəyyən təbəqənin zövqünü oxşayırdı.
Dostları ilə paylaş: |