Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə13/34
tarix02.12.2016
ölçüsü3,51 Mb.
#622
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   34

1. DİL VƏ ÜSLUB XÜSUSİYYƏTLƏRİ 

 

Cavidin üslub xüsusiyyətlərini düzgün müəyyənləşdimək 



üçün hər  şeydən  əvvəl nəzərdə tutmaq lazımdır ki, onun, habelə 

M.Hadi, A.Səhhət, A.Şaiq kimi başqa romantik şairlərin yaradı-

cılığa başladığı dövr bədii forma, xüsusən bədii dil, üslub sahə-

sində yeni axtarışlar dövrü idi. Bu axtarışlar yolunda çox ciddi 

çətinliklər meydana çıxırdı. Bu çətinliklərə Cavid də rast gəl-

mişdi. Şair qarşısına bir tərəfdən o vaxta qədər Azərbaycan ədə-

XX 


Úàâèäè õàòûðëàðêÿí 

218 


biyyatında işlənməmiş  mənzum dram janrının ilk nümunələrini 

yaratmaq, digər tərəfdən də Məhəmməd Hadi kimi siyasi, ictimai-

fəlsəfi lirikanın və liro-epik şeirin, məsnəvinin, bir sözlə, yeni 

keyfiyyətə malik olan romantik şeiri  şəkil, dil, üslubca yeniləş-

dirmək vəzifəsini qoymuşdu. Təbiidir ki, bu janr, şəkil yeniliyi və 

müxtəlifliyi özü ilə bərabər Cavidin sənətinə dil, üslub yeniliyi də 

gətirməli idi. Bu yenilik isə birdən-birə, göydəndüşmə, asan bir 

yolla yarana bilməzdi. Buna nail olmaq üçün ədəbi  ənənələrə, 

eləcə də Azərbaycan klassik və xalq şeirinin dil, üslub ənənələrinə 

istinad edib onları inkişaf etdirmək, əsrin tələblərinə, yeni estetik 

zövqlərə  və yeni janr tələblərinə uyğun olaraq müasirləşdirmək 

lazım idi. 

Məlumdur ki, M.F.Axundovdan başlamış XIX əsrin axırlarına 

doğru Azərbaycan  ədəbiyyatında Nərimanovun “Nadanlıq”, 

“Şamdan bəy”, “Nadir şah”, “Bahadır və Sona”, Cəlil Məmməd-

quluzadənin “Danabaş  kəndinin  əhvalatları”, Nəcəf bəy Vəziro-

vun “Müsibəti-Fəxrəddin”, “Pəhlivanani-zəmanə”, “Yağışdan 

çıxdıq, yağmura düşdük”, Haqverdiyevin “Dağılan tifaq”, Süley-

man Sani Axundovun “Tamahkar” əsərlərindən aydın göründüyü 

kimi, yeni hekayə dili və üslubu, eləcə də nəsr ilə yazılmış dram, 

komediya və faciənin yeni dil, üslub xüsusiyyətləri yaradılmışdı. 

XX əsrin əvvəllərində bu dil və üslub yuxarıda adlarını çəkdiyi-

miz realist nasir və dramaturqların yaradıcılığında davam və inki-

şaf edirdi. 1906-1910-cu illərdə Sabir satirik şeir dili və üslu-

bunda demək olar ki, böyük bir inqilab yaratdı. Sabir klassik və 

xalq şeirinin dil və üslub ənənələrinə əsaslanaraq, satirik şeir dili 

və üslubunun elə parlaq, yeni, müasir, orijinal nümunələrini 

yaratdı ki, bu nümunələr ondan sonra gələn bütün satirik şairlər 

üçün parlaq bir nümunə, yeni bir ədəbi məktəb oldu. 

Deməli, yeni əsrin birinci on ilində hekayə, mənsur dram və 

satirik şeir dili və üslubu yeni keyfiyyətlər kəsb etmiş, bir tərəf-

dən canlı xalq dilinə, danışıq dilinə, digər tərəfdən də klassik şeir 

dili və üslubu keyfiyyətlər kəsb etmiş, bir tərəfdən canlı xalq di-

linə, danışıq dilinə,digər tərəfdən də klassik şeir dili və üslubunun 



Úàâèäè õàòûðëàðêÿí 

219 


ən yaxşı  ənənələrinə  əsaslanaraq yeni istiqamətdə sürətlə inkişaf 

edirdi. 


Bunların əksinə, yəni hekayə, mənsur dram və satirik şeir dili 

üslubunun  əksinə olaraq nə XIX əsrdə, nə  də XX əsrin  əvvəllə-

rində Azərbaycan  şeirində ciddi siyasi, ictimai, fəlsəfi  şeir və 

poema dili və üslubu hələ əsrə müvafiq tam yeni keyfiyyət qazana 

bilməmişdi. Bu janrlar sahəsində demək olar ki, klassik qəzəl və 

məsnəvi dili, üslubu hakim idi. Bunun da müəyyən tarixi səbəb-

ləri var idi. Məlumdur ki, Azərbaycan klassik şeirində  Nəsimi, 

Xətai və Füzulidən başlamış XIX əsrin axırlarına qədər şeirin çox 

işlənmiş janrlarından olan qəzəl, qəsidə, məsnəvi çox möhkəm 

ənənəvi dil və üslub xüsusiyyətlərinə malik idi. İstər qəzəl, istərsə 

də  qəsidə  və  məsnəvilərin dilində çoxlu ərəb və fars tərkibləri, 

söz, ifadələr işlədilir, canlı danışıq dilindən istifadə etməklə bəra-

bər, köhnəlmişarxaik sözlər və obrazlar da mühüm yer tuturdu. 

Xüsusən o zamana görə, ən yüksək klassik şeir dili sayılan, lakin 

yeni əsrə görə bir çox cəhətdən islaha ehtiyacı olan Füzuli dili və 

üslubu qəzəl, qəsidə  və  məsnəvidə  nəinki klassik üslubda yazan 

XVII-XVIII  əsr  şairləri, hətta Seyid Əzim kimi XIX əsr  şairləri 

üçün də nümunə sayılırdı. Doğrudur ki, XVII-XVIII əsr şairləri-

nin, istərsə də Seyid Əzim və onun müasirlərinin qəzəl və məsnə-

vilərində müəyyən söz, ləfz və məna yenilikləri, leksik, semantik 

yeniliklər nəzərə çarpırdı. Lakin bunlar hələ ciddi dil və üslub 

yenilikləri, yeni keyfiyyət demək deyildi. Qəzəl və məsnəvilərdə 

ənənəvi dil, üslub xüsusiyyətləri böyük bir dəyişikliyə uğramadan 

hələ  də yaşayırdı. XIV-XV-XVI əsrlər  şeirinə aid olan bu dil, 

üslubun sonrakı  əsrlərdə  də mühüm bir dəyişiklik kəsb etmədən 

yaşamasına başqa bir mühüm səbəb də var idi. O da bu idi ki, 

klassik şeir dili və üslubu ilə bir arada, onunla yanaşı ta qədimdən 

şifahi xalq şeiri dili və üslubu da yaşayıb inkişaf edirdi. Vaxtı ilə 

Abbas Tufarqanlı, Sarı  Aşıq kimi aşıq-şairlərin yaradıcılığında 

olduğu kimi, klassik şeir üslubu şifahi xalq şeir üslubuna təsir 

edir, bəzən də eyni zamanda şifahi  şeir üslubunda yazan şairlər 

meydana çıxırdı. Xüsusən XVIII və XIX əsrin birinci yarısında 



Úàâèäè õàòûðëàðêÿí 

220 


əsərlərinin çoxunu şifahi xalq şeiri dili və üslubunda yazan Vaqif, 

Vidadi, Zakir kimi istedadlı sənətkarlar yetişmişdi. Şeirdə realiz-

mə meyl qüvvətləndikcə,  şifahi xalq şeiri dili və üslubuna olan 

meyl də qüvvətlənirdi. Lakin bu şairlərin, xüsusən Vaqifin və 

Zakirin  şeir dilində, üslubunda bir ikilik, ziddiyyət də var idi. 

Onlar məhəbbət lirikası ruhunda yazdıqları bütün qoşmalarını son 

dərəcə sadə, canlı danışıq dili və üslubuna uyğun bir şəkildə 

yazdıqları halda, qəzəl və məsnəvilərini, onun müxtəlif şəkillərini 

(müxəmməs, müsəddəs, müəşşər, tərkibbənd, tərcibənd, müstəzad 

və sairə...) yenə çətin ənənvi klassik şeir dili və üslubunda  yazır-

dılar. Beləliklə də, eyni bir şairin yaradıcılığında bir-birinə bənzə-

məyən: müxtəlif keyfiyyətli iki dil, üslub əmələ gəlirdi.  

Bu üslub müxtəlifliyi, ikiliyi Zakirin də yaradıcılığı üçün çox 

səciyyəvidir. 

Füzuli dili və üslubu “Leyli və  Məcnun” üslubu təsiri XIX 

əsrin mənzum məktublarında, mənzum hekayə və nağıllarında da 

(Axundovun, Zakirin, Seyid Əzimin mənzumələrində olduğu 

kimi) öz təsirini saxlamışdı.  

1905-ci ildən sonra yeni satirik şeir dili və üslubunun 

yaradıcısı olan Sabir, eyni zamanda ciddi siyasi, ictimai-lirik şeir 

dilinə, üslubuna da müəyyən yeniliklər gətirdi: 

 

Gözlər dəxi qan saçsın,  



Bitsin saçılan yaşlar. 

Ağlar bizə torpaqlar, 

Dağlar, dərələr, daşlar, 

Zinhar edəlim xidmət,  

İnsanlığa, yoldaşlar,  

Qeyrət, a vətəndaşlar! 

Himmət, a vətəndaşlar! 

 

Bununla bərabər, Sabirin də bir çox ciddi lirik şeirlərində 



yenə  də klassik qəzəl, məsnəvi dili və üslubu təsiri aydın görü-

nürdü. Məsələn, onun şeir sənət haqqında çox parlaq fikirlərini 



Úàâèäè õàòûðëàðêÿí 

221 


əks etdirən “Təraneyi-şairanə”, “İstiqbal üçün” şeirlərində olduğu 

kimi. 


Klassik şeir üslubu təsiri yeni əsrin ikinci qüdrətli şairlərindən 

olan Məhəmməd Hadinin şeirlərində  də özünü göstərir. Lakin 

Hadi də bu klassik üslubu müasirləşdirməyə, zənginləşdirməyə 

xüsusi fikir verirdi. 

Beləliklə, yeni əsrin  əvvəllərində hekayə, mənsur dram və 

satirik şeir dili üslubunda böyük dəyişikliklər, yeniliklər yarandığı 

halda, ciddi şeir dili, üslubu, siyasi, ictimai, fəlsəfi lirika, poema, 

mənzum hekayə və sair dil və üslubu hələ ənənəyə çox bağlı idi. 

Hekayə, dram, satirik şeir dili, üslubu geniş kütlələr üçün anla-

şılan bir dil olduğu halda, ciddi şeir dilini ancaq ərəb və farsca 

mükəmməl savadı olan adamlar başa düşə bilərdilər. Ümumiy-

yətlə, şeir dilində və üslubunda olan bu ikiliyi, ziddiyyəti, çətinlik 

və  qəlizliyi aradan qaldırmaq, hekayə  və satirada olduğu kimi, 

ciddi  şeir dili, üslubunu da sadələşdirmək lazım idi. Yeni dövr 

bunu tələb edirdi. 

Lakin bu vəzifənin öhdəsindən gəlmək bir o qədər də asan 

deyildi. Xüsusən  şeir dili və üslubunun başqa janrlara nisbətən 

müəyyən dərəcədə mühafizəkar olması buna əngəl törədirdi. 

Mütərəqqi romantiklər də bu çətinliyi aradan qaldırmağa çalışır-

dılar. Məhəmməd Hadi, Abdulla Şaiq, Abbas Səhhət və Hüseyn 

Cavid bu ziddiyyəti dərk etmişdilər. Onlar bir sıra başqa məsə-

lələrdə olduğu kimi, xüsusən dil, üslub və bədii forma məsələsin-

də yenilik yaratmağa ciddi səy göstərirlər. Lakin onların hərəsinə 

məxsus dil, üslub xüsusiyyətləri var idi. Bu şairlərin heç biri 

digərinə bənzəmirdi. Yeni şeir dili və üslubu məsələlərinə müna-

sibətlərində də onları bir-birindən fərqləndirən prinsipial cəhətlər 

var idi. 

Hüseyn Cavid yaracılığının birinci dövrünə (1905-1909) aid 

olan lirik şeirlər göstərir ki, şair bu illərdə həm klassik qəzəl, məs-

nəvi, həm də şifahi xalq şeiri dili və üslubunda əsərlər yazmışdır. 

Başqa sözlə, yuxarıda haqqında bəhs etdiyimiz ənənəvi iki 

üslubluluq Cavidin də yaradıcılığında özünü göstərmişdir. 


Úàâèäè õàòûðëàðêÿí 

222 


Cavidin bizə ancaq bir-iki qəzəli məlumdur. Buna görə  də 

təsadüfi nümunələrə  əsaslanıb qəzəllərinin dil, üslub xüsusiyyət-

lərini şairin mühüm dil üslub xüsusiyyəti saymaq olmaz. Burada 

diqqəti cəlb edən cəhət yalnız ondan ibarətdir ki, Cavid ilk qələm 

təcrübələrini yaradarkən müəllimi  şair Məmmədtağı Sidqi kimi 

qəzəli mümkün qədər sadə dildə yazmağa çalışırdı. 

Dil və üslubda müəyyən dərəcədə sadəliyə meyl, daha dəquq 

deyilsə, mümkün qədər  ərəb və fars tərkiblərindən qaçmaq 

Cavidin yenə yaradıcılığının birinci dövründə yazdığı bir sıra 

dördlüklərdə  də özünü aydın göstərir. Buna misal olaraq üslub 

cəhətdən Vaqifin “Görmədim” müxəmməsini xatırladan “Görmə-

dim” qoşmasını göstərmək olar. 

 

Bilmədim, uydum bu məcnun könlümün  

fəryadına, 

Eşqə dil verdim, bəladan başqa bir  

şey görmədim. 

Ruhi-məcruhum gözəllərdən vəfa  

bəklər yenə, 

Mən hənuz əsla cəfadan başqa bir  

şey görmədim. 

 

Cavid tamamilə  şifahi xalq şeiri dili və üslubunda qoşmalar 



da yazmışdır. Məsələn, “Çoban türküsü” şeirində olduğu kimi: 

 

Açmasın çiçəklər, gülməsin güllər, 



Ötüşməsin şirin dilli bülbüllər. 

Dərdim çoxdur ellər, ellər, ay ellər, 

Yar-yar deyib gecə-gündüz ağlaram. 

 

Şairin bu tipli qoşmalarında çox nadir hallarda çətin sözlərə, 



ifadələrə rast gəlmək olur. Cavid sonralar şifahi xalq şeiri dili və 

üslubunda bir çox mahnılar, şərqilər yaratmışdır. 



Úàâèäè õàòûðëàðêÿí 

223 


Şairin Türkiyədə olduğu illərdə (1906-1909)

*

 yazdığı bir sıra 



şeirləri göstərir ki, burada yazılan şeirlərin dili çox çətin, ağırdır. 

Məsələn, “Kiçik bir lövhə” adlı şeiri bu fikri təsdiq edir. 

Baharı, təbiət və insan gözəlliyini tərənnüm edən bu 24 mis-

ralıq  şeirdə  işlədilən “səhni-çəmənzər”, “ruhi-bahar”, “növzadi-

təbiət”, “rəngi-səfa”, “nuri-həyat”, “nəsimi-səhər”, “qaməti-

mözün”, “pürsəfa”, “ləmə-nisar”, “tifli-məlamət”, “çeşmi-

məxmur”, “çöhreyi-gülgün”, “zülfi-zərtar” kimi fars tərkibləri və 

“nəfxat”, “növzad”, “atəşbaq”, “mozun”, “tiyur”, “özhar”, 

“ləmə”, “məsrur”, “məxmur”, “təməvvüc”, “sürur”, “zərtap”, 

“zair” kimi çətin anlaşılan  əcnəbi sözlər  şairin dilini, üslubunu 

son dərəcə  ağırlaşdırmışdır. Cavidin 1906-1908-ci illərdə Tür-

kiyədə yazılmış  “İki həmşireyi-lətafəti-an”, “Şeir məftunu”, 

“Dəniz pərisi”, “Son baharda”, “Rəqs”, “Ey ruhi-pürsükun” kimi 

şeirləri də eyni dildə, üslubda yazılmışdır. Belə şeirlərində Cavid 

şüurlu surətdə Azərbaycan dilində olan sözlərin, ifadə  və 

tərkiblərin yerinə ərəb və fars tərkibləri, sözləri işlədirdi. 

Cavidin Türkiyədə klassik qəzəl və  məsnəvi dili üslubunda 

yazdığı  şeirlərin dili və üslubu, heç şübhəsiz ki, o zamankı türk 

ədəbiyyatının Əbdülhəq Hamid, Cənab Şəhabəddin şeirinin dil və 

üslubuna yaxın idi. Lakin Cavidin bu səpgidə, bu üslubda şeir 

yazmasını yalnız türk şeiri təsiri ilə izah etmək düzgün olmaz. 

Çünki yuxarıda müəyyənləşdirdiyimiz kimi, bu dövrdə Azərbay-

can  şeir dili və üslubu sahəsində yeni ciddi axtarışlar dövrü idi. 

Əgər Sabir, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq kimi 

şairlərin  şeirlərini nəzərdə tutsaq, demək olar ki, bu yeni axtarı-

cılıqda Azərbaycan  şairləri  şeir dili və üslubunu yeniləşdirmək 

sahəsində daha irəli gedirdilər. Bəs elə isə uyğunluq, bənzəyiş 

nədən irəli gəlirdi? Bu, ondan irəli gəlirdi ki, şeirdə yeni dil, 

üslub, ədəbi forma axtarışları Azərbaycanda olduğu kimi, Türki-

yədə də zəif olsa da, başlanmışdı. Bu dövrdə türk şeirində də bir-

birinə zidd dil, üslublar yaşayırdı. Türk şairlərinin bəziləri, Mə-

                                                 

*

 Əslində 1905-1909. – Tərtibçi. 



Úàâèäè õàòûðëàðêÿí 

224 


həmməd  Əmin kimi Anadolu kəndlilərinin anlayacağı sadə türk 

dilində yazır, mümkün qədər bir kəlmə  də olsun ərəb-fars sözü 

işlətməməyə çalışırdılar. 

Türk şairlərinin bir qismi də Əbdülhəq Hamid və ya inqilabçı-

demokrat  şair Tofiq Fikrət kimi əsərlərinin çoxunu çətin dildə, 

yüksək, təntənəli üslubda yazırdılar. 

Bəziləri də, Rza Tofiq kimi, şerdə həm şifahi xalq şeiri dili, 

üslubu, həm də klassik divan ədəbiyyatı dili və üslubunu müstəqil 

şəkildə yaşatmağa çalışır, mövzudan asılı olaraq müxtəlif dil, 

üslubu qəbul və tətbiq edirdilər. 

Müxtəlif  şeir üslubu yuxarıda gördüyümüz kimi, Azərbay-

canda əmələ gəlmişdi. Lakin burada bu üslublar tamamilə başqa 

bir istiqamətdə inkişaf edirdi. Məsələn, 1906-cı ildə  mətbuatda 

arası  kəsilmədən  əsərlər nəşr etdirən Məhəmməd Hadi öz şeir-

lərini  əsasən klassik üslubda yazırdı. Lakin çox çətin bir yolla 

olsa da, Hadi Türkiyədə Tofiq Fikrətin etdiyi kimi, bu üslubu 

zəmanəyə müvafiq bir şəkildə yeniləşdirməyə çalışırdı. Buna görə 

də onun şeirlərində doğma Azərbaycan sözləri, ifadələri ilə 

birlikdə  ərəb, fars tərkibləri, çətin  ərəb-fars sözləri də çox yer 

tuturdu. Hadi ilə demək olar ki, eyni dövrdə yaradıcılığa başlayan 

və klassik üslubda yazan Abbas Səhhət dostundan və müasirindən 

fərqli olaraq şeir dilini və üslubunu sadələşdirməyə, daha çox 

yeniləşdirməyə fikir verir və bir çox əsərlərində, məsələn, “Əh-

mədin qeyrəti”, “Şair və şeir pərisi”ndə olduğu kimi, buna müvəf-

fəq olurdu. Abdulla Şaiq də klassik şeir üslubunu sadələşdirməyə 

qüvvətli meyl göstərirdi. Bu sahədə molla-nəsrəddinçi şair Qəm-

küsar ciddi şeirlərində daha irəli gedirdi. Bir qədər sonra yaradıcı-

lığa başlayan Əhməd Cavad bunlardan fərqli olaraq, öz şeirlərini 

şifahi xalq şeiri dili və üslubunda yazır, əsasən xalq şeirinin poe-

tik formalarından istifadə edirdi. 

Bu cəhət də xüsusilə diqqəti cəlb edir ki, klassik şeir dili üslu-

bunda yazan şairlər dünyagörüşü etibarı ilə  fərqləndikləri kimi, 

şifahi xalq şeiri üslubunda yazan şairlər də udeyaca fərqlənirlər. 

Məsələn, Məhəmməd Hadi çətin klassik üslubda yazdığına bax-



Úàâèäè õàòûðëàðêÿí 

225 


mayaraq, dünyagörüşü, fəlsəfi-ictimai fikirləri etibarı ilə sadə 

üslubda yazan Əhməd Cavddın çox-çox yüksəkdə dururdu. Türki-

yədə  də belə bir vəziyyət var idi. Orada da öz şeirlərini çətin 

klassik üslubda yazan inqilabçı demokrat şair Tofiq Fikrət dün-

yagörüşü etibarı ilə eyni zamanda aşıq şeiri üslubunda yazan Rza 

Torfiqdən çox mütərəqqi idi. Beləliklə, mütərəqqilik, qabaqcıllıq, 

xalq şeiri və ya klassik şeir üslubunda yazmaqla ölçülmürdü. 

Aydın olan bir həqiqət bu idi ki, yeni müasir şeir dilini və 

üslubunu yaratmaq üçün əsrlərdən bəri müvazi olaraq inkişaf 

edən və bir-birinə mütəqabil təsir göstərən iki müxtəlif üslubu 

novatorcasına birləşdirmək lazım idi. Nə klassik, nə də xalq şeiri 

dili üslubuna laqeyd qalmaq olmazdı. Bu üslubların hər ikisindən 

faydalanmalı, onların  ən yaxşı nümunələrini davam etdirməli və 

nəhayət, onları yaradıcı surətdə birləşdirməli - əsas yol bu idi. 

Böyük Sabir, qismən Abbas Səhhət  şeirdə bu şeirdə bu yolla 

gedirdilər. 



H.Cavid, yaradıclığının birinci dövründə Rza Tofiq kimi belə 

hesab edirdi ki, bu iki üslub sadə və müzəyyən üslub adı ilə ayrı-

ayrılıqda müstəqil yaşamalıdır. Buna görə  də o, ciddi siyasi, 

ictimai-fəlsəfi şeirlərini ərəb, fars tərkibləri və sözləri ilə ağırlaş-

dırıb klassik üslubda yazır, mahnı  və  şərqilərini isə  şifahi xalq 

şeiri üslubunda yazırdı. 

Şairin sonradan, xüsusən vətənə qayıtdıqdan sonra yazdığı 

şeirləri və  mənzum dramları göstərir ki, o, klassik şeir dili və 

üslubunu şüurlu surətdə çətinləşdirmək, ağırlaşdırmağın lüzumsuz 

bir təşəbbüs olduğunu zaman keçdikcə  dərk etmiş  və  tərəddüd 

etmədən demək olar ki, Cavidin özünə məxsus olan əsl dil, üslub 

xüsusiyyətləri də 1910-cu ildən formalaşmağa başlamışdır. 

Məsələn, 1910-cu ildə yazılmış bir pərdəlik mənzum “Ana” 

dramında dil, üslub nöqteyi-nəzərindən hər  şeydən  əvvəl diqqəti 

cəlb edən bu idi ki, burada ərəb, fars tərkibləri və sözləri son 

dərəcə az işlədilmişdir. Əsərdə tiplər çox yerdə sadə, aydın dildə 

danışırlar. Orxanla İsmət arasında olan mükaliməni nəzərdən 

keçirək: 



Úàâèäè õàòûðëàðêÿí 

226 


O r x a n   – 

İsmət, onun heç bir mənası 

yoxdur. 

Üzük, nişan yalnız könüldür, könül... 

Olma cocuq, sən gəl mənə ver könül. 

Allah, allah, yenə çatıldı qaşlar, 

Dəhşət verir qartalvari baxışlar. 

Söylə, fikrin nədir, cavab ver, İsmət! 

 

İ s m ə t   –  



Artıq yetər, allah üçün  

çəkil get, 

Hörmətin, izzətin, varın, şöhrətin, 

Nəslin, nəcabətin, gücün, qüdrətin 

Həp sənin olsun, get, çəkil get,  

Orxan! 

Bən ayrılmam o yoxsul Qanpoladdan, 

Bütün dünya alt-üst olub dağılsa, 

Ondan başqa sevgilim yoxdur əsla. 

 

Bu sadəlik, təbiilik “Ana”da bütün surətlərin dilində aydın 



görünürdü. 

Bütün bunlarla bərabər, “Ana”da tiplərin dilində qismən sü-

nilik, qeyri-təbiilik də vardı. Bu da təsadüfi  deyildir. Bunun iki 

mühüm səbəbi var idi. Birinci səbəb bu idi ki, Cavid romantik 

üslubda yazdığı ilk dramlarında (istər  şeir ilə, istərsə  də  nəsr ilə 

yazılmış dramlarında) realist dram dili qanunlarının əksinə olaraq 

bütün tipləri bir dildə, müəllifin dilində danışdırmışdır. “Ana” da 

bu ruhda yazılmışdı.  Şair bəzən son dərəcə sadə dildə, bəzən də 

əksinə, həddindən ziyadə  qəliz, çətin bir dildə,  şeirlər yazdığı 

kimi, bu ilk dramlarında öz tiplərini gah son dərəcə sadə, danışıq 

dilində, gah da çətin, dəbdəbəli bir dildə danışırdırırdı. Bu səbəb-

dən “Ana”da hətta eyni bir tipin danışığında dil, üslub ziddiyyəti 

çox aydın şəkildə nəzərə çarpırdı. 


Úàâèäè õàòûðëàðêÿí 

227 


Cavidin 1910-cu ilə  qədər klassik şeir üslubunda yazmış 

olduğu  şeirlərinin dilini ağırlaşdıran fars-ərəb tərkiblərinin çox-

luğu 1910-cu ildən sonra yazılmış  əsərlərinin dilində başlıca bir 

keyfiyyət kəsb edir, canlı dildə artıq unudulmuş, yaxud, çox nadir 

hallarda bəzən dialektlərdə təsadüf edilən, qismən fel

*

, qismən də 



say,  əvəzlik və  zərf kateqoriyalarından olan “çırpınıyor”, 

“yüksəliyor”, “iştə”, “nereyə”, “nasıl”, “dersen”, “derki”, 

“sağın”

*

, “həp”, “kəndi”, “pəki” kimi sözlərin işlədilməsi idi. Mə-



lumdur ki, bu sözlər klassik Azərbaycan şeirində vaxtilə işlənmiş-

di. Biz Xətainin, Nəsiminin, Füzulinin əsərlərində  də bu sözlərə 

təsadüf edirik. Lakin Cavid bu sözləri arxaik sözlər kimi işlət-

mirdi. Bu, türk dilinin təsirindən irəli gəlirdi. Cavid tamamilə 

səhv olaraq belə hesab edirdi ki, türk ədəbi və canlı dilində 

yaşadığı kimi Azərbaycan  ədəbi dilində  də bu kateqoriyaları 

saxlamaq, yaşatmaq lazımdır. Müasir Azərbaycan dilinin inkişaf 

prosesi isə bu mülahizənin  əleyhinə idi. Bu səhvini  şair çox 

sonralar dərk etməyə başladı,  əvvəlləri isə o, Azərbaycan  şeir 

dilini türk ədəbi dilinə yaxınlaşdırmağa çox səy göstərirdi. Hətta 

şair bəzən, 1912-ci ildə yazdığı “Maral” faciəsində olduğu kimi, 

dil cəhətindən Türkiyə yazıçıları ilə “bəhsə” girirdi. Çox qiymətli 

məzmuna malik olan “Maral” faciəsi dil nöqteyi-nəzərindən 

Azərbaycan həyatı haqqında türk ədəbi dilində yazılmış bir əsər 

idi. Osmanlı  ədəbi dilini təqlid etməsi Cavidin dilinə  əsəblərə 

toxunacaq qədər aydın hiss edilən bir sünilik gətirirdi. Lakin biz 

Cavidin “Maral”dan sonra yazdığı  şeirlərdə  və  mənzum dram-

larda türk-osmanlı dili təsirinin tədricən zəiflədiyini görürük. 

1914-1917-ci illər arasında yazılmış şeirlərdə olduğu kimi: 

 

Bahar, bahar gəlmiş, yenə ilk bahar; 



Güllər, çiçəklər gülər, quşlar oynar. 

Göyün altun saçlı qızı nur saçar, 

                                                 

*

 Feil – tərtibçi. 



*

 Əslində “saqın”. – Tərtibçi. 



Úàâèäè õàòûðëàðêÿí 

228 


İnsanların tutqun könlünü açar. 

Dağlar, çəmənlər geyinmiş al-yaşıl, 

Yerlər, göylər parıldar işıl-işıl. 

 

Cavidin özünəməxsus olan tam orijinal şeir dili və üslub 



xüsusiyyətləri “Şeyx Sənan” faciəsi ilə başlayır.  Bu  da  təsadüfi 

deyildir. Məlumdur ki, hər hansı bir sənətkarla dil, üslub xüsu-

siyyətlərinin təkmilləşməsi, yeniləşməsi janr müxtəlifliyindən də 

çox asılı olur. Əgər dram sahəsində ilk qələm təcrübələrindən 

olan “Ana” nəzərə alınmazsa, “Şeyx Sənan”a qədər Cavid əsasən 

lirik, liro-epik əsərlərin müəllifi idi. Nəsr ilə yazılmış “Maral” 

faciəsi isə məzmunca nə qədər qiymətli olsa da, dil, üslub cəhə-

tindən heç bir yeniliyə malik deyildi. Yeri gəlmişkən demək 

lazımdır ki, dil, üslub cəhətindən Cavidin sənətkarlığı daha çox 

mənzum dramlarında meydana çıxır.  



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin