Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə21/34
tarix02.12.2016
ölçüsü3,51 Mb.
#622
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   34

 

 

*   *   *  

Hüseyn Cavid bəzi obrazlarını o dövrün böyük sənətkarlarını 

nəzərdə tutaraq yazırdı. Məsələn, o “Knyaz” əsərindəki Knyaz 

surətini böyük faciə aktyorumuz Abbas Mirzə  Şərifzadə üçün 

yazmışdı. Məlumdur ki, əsəri tamaşaya hazırlayan rejissor

1

 Knyaz 



rolunu üç aktyora, Rza Darablı, Rza Təhmasib və Abbas Mirzə 

Şərifzadəyə tapşırmışdı. İlk tamaşada Knyaz rolunda Rza Darablı 

çıxış etdi. Salon ağzına qədər dolu idi. Tamaşanın axırında tama-

şaçılar müəllifi gurultulu alqışlarla səhnəyə  dəvət etdilər. Lakin 

səhnəyə heç kəs çıxmadı. Bütün tamaşaçılar ayağa qalxıb, müəl-

lifi yenə də səhnəyə dəvət etdilər. Salonun işıqları yandırıldı. Pro-

jektorlar orta lojaya salındı. Loja bomboş idi. Hüseyn Cavid 

tamaşaya gəlməmişdi...

2

 

Üçüncü tamaşa üçün ayrıça afişa hazırlanmışdı. Bu tamaşada 



baş rolu Abbas Mirzə  Şərifzadə oynamalı idi. Biletlər irəlicədən 

satılıb qurtarmışdı. Tamaşaçılar tamaşanı intizarla gözləyirdilər. 

Nəhayət, tamaşa başlandı. Salon yenə ağzınadək dolu idi. Tamaşa 

qurtardı. Müəllif səhnəyə  dəvət edildi. Hüseyn Cavid gurultulu 

alqışlar altında bir neçə dəfə səhnəyə çıxmalı oldu. Bu, hamımızı 

çox sevindirdi və hamımız üçün bir bayram oldu. 



 

 

*   *   *  

Məlumdur ki, Hüseyn Cavid bir dramaturq kimi, özünə qarşı 

çox tələbkar idi. Yazmış olduğu əsərləri uzun zaman ortaya çıxar-

mazdı. Ancaq əsər meydana çıxandan sonra onun bir misrasını da 

dəyişdirməyə razı olmazdı. Buna misal olaraq bir hadisəni 

danışmaq istəyirəm. 

Teatrda

3

 “Səyavuş” əsərinin oxunuşu keçirilirdi. Cavid müəl-



lim üç nəfər tələbəsini də bura dəvət etmişdi. Onların arasında 

mən də var idim. 

                                                 

1

 A.A.Tuqanov nəzərdə tutulur – İ.O. 



2

 Müəllif faciənin 1929/30-cu illərdə D.Bünyadzadə adına Dövlət Türk  

Bədaye Teatrının səhnəsində göstərilən tamaşaları nəzərdə tutur – İ.O. 

3

 D.Bünyadzadə adına Dövlət Türk Teatrı nəzərdə tutulur – İ.O. 



Úàâèäè õàòûðëàðêÿí 

366 


Əsərin oxunuşu qurtardı. Sonra çıxışlar başlandı.  Şəksiz, 

hamı  əsərə heyran qalmışdı. Lakin Hüseyn Cavid dramaturgiya-

sına laqeyd münasibət bəsləyənlər də var idi (biz o dövrün bəzi 

ədəbiyyat və incəsənət işçilərini, xüsusilə teatrın keçmiş  rəhbər-

lərini nəzərdə tuturuq). Onlar müsbət qəhrəman olan Altay surə-

tini bir qədər qüvvətləndirmək lazım gəldiyini irəli sürür, bu dü-

zəlişdən sonra məşqlərə başlamaq mümkün olduğunu deyirdilər. 

Hüseyn Cavid onların “iradlarını” diqqətlə dinlədi. Lakin 

yersiz iradlara dözə bilmədi. Pyesi götürüb, əsəbi halda teatrdan 

çıxdı. Biz də onun dalınca çıxdıq. Yol boyu heç birimiz danışma-

ğa cürət etmədik. Ancaq qəfildən yoldaşımızdan biri sadəlöv-

hcəsinə: 

– Müəllim, bəlkə onların dediyilə razılaşasınız  əsər də oy-

nansın, – dedi. – Əgər əsəriniz səhnədə tamaşaya qoyulmayacaq-

sa, onda niyə yazırsınız?.. 

Hüseyn Cavid tərs nəzərlərlə onu süzdü, sonra qəti dedi: 

– Mən yazmalıyam! Səhnədə tamaşaya qoyarlar, qoymazlar 

öz işləridi. 

O, bir qədər susdu. Sonra əlavə etdi: 

– Mən yazmaya bilmərəm!.. 

...1928-ci ilin yayı... İmtahanlarımı müvəffəqiyyətlə verdim. 

Atamgil belə  qərara gəldilər ki, yay tətilimi Biləsuvar 

kəndində keçirim. Əmim orada məktəb müdiri işləyirdi. 

Bu, mənim ürəyimdən idi. Əvvəla,  əmimi çox istəyirdim, 

ikincisi də gurultulu şəhər həyatından bir az uzaqlaşmağa can 

atırdım. 

Burada cavanlarla ilk tanışlığım çox maraqlı oldu. Bu təzə 

tanışlar içərisində özümə dostlar da tapdım. Onlardan mənə  ən 

yaxını  Fərrux adlı bir aqronom idi. O, bir gün məni təcili kluba 

çağırdı. Mən orada bir dəstə çavan gördüm. 

Fərrux mənim qolumdan tutub vəcdlə dedi: 

– Qərara gəlmişik ki, tamaşa hazırlayaq. Söz yox ki, bu işdə 

bizə kömək edəcəksən. 

Cavan bir müəllim irəli yeridi: 



Úàâèäè õàòûðëàðêÿí 

367 


– Əlbəttə, siz şəhərdə Dram Teatrının, İşçi Teatrının tamaşa-

larını görmüsünüz, bu işdə bizdən təcrübəlisiniz. 

Fərrux mənim cavabımı gözləmədən kitabı açıb rolları 

bölməyə başladı. 

Onlar Hüseyn Cavidin “Şeyda” pyesini tamaşaya qoymaq 

istəyirdilər. Şeyda rolunu mənə verdilər. 

... Ertəsi gün məşqlərə başladıq. Rejissorluğu əmim boynuna 

götürmüşdü. İlk günlər çox çətinlik çəkirdim. Ancaq buna baxma-

yaraq rolu hamıdan tez əzbərlədim. Buna mütaliəm və iti hafizəm 

kömək etmişdi. 

Tamaşa günü yaxınlaşırdı. Afişalarımız küçələrə yapışdırıl-

mışdı. Tamaşaya baxmaq istəyənlərin sayı klubdakı yerlərə 

nisbətən qat-qat çox idi. 

Salon ağzına qədər dolmuşdu. Klubun müdiri pərdə qabağına 

çıxıb elan etdi ki, tamaşanı bir də göstərəcəyik, hamı baxa 

biləcək. 

Mən bərk həyəcan keçirirdim. Suflyor budkasında oturub bizə 

söz verən  əmimin razılıqla gülümsəyən gözlərini gördükcə 

həyəcanım getdikcə azalırdı. 

Tamaşa müvəffiqiyyətlə keçdi. Bizi dəfələrlə alqışladılar. 

Əlbəttə, bu alqışların ən çoxu Fərruxun payına düşürdü. 

Onun məlahətli səsi, təbii oyunu, səhnədə özünü son dərəcə 

sərbəst aparması bizi doğrudan da heyran etmişdi. O, Musa 

rolunu oynayırdı. 

...Səhər kluba getdim. Hamı yığışmışdı. Deyilənə görə tama-

şaçılar bizdən çox razı qalmışdılar. 

Klub müdiri təklif etdi ki, həftənin axırında tamaşanı bir də 

təkrar edək. Biz məmnuniyyətlə razılıq verdik. Lakin sonra mə-

lum oldu ki, Fərrux bir ay müddətinə Leninqrada – Təkmil-

ləşdirmə İnstitutuna gedir. 

Beləliklə, tamaşanı bir daha göstərə bilmədik. 

 

  *   *   *  

... Teatr texnikumunun tələbəsiyəm! 



Úàâèäè õàòûðëàðêÿí 

368 


... Günlərim maraqlı və mənalı keçirdi. Təhsil illəri həyatımda 

unudulmaz xatirələr yazırdı. Dostlarım da az deyildi.  

Ən çox sevdiyim, hörmət etdiyim müəllimlərdən biri gör-

kəmli  şair və dramaturqumuz Hüseyn Cavid idi. O, ədəbiyyata 

olan həvəsimi duyub mənə ayrıca tapşırıqlar verərdi.  

Bir gün sahil bağında Cavid müəllimlə rastlaşdım. O, bir söz 

demədən susurdu. Bu, mənim üçün yeni bir şey deyildi! Onun 

xasiyyəti belə idi, az danışardı. Dərsdə də belə idi. Diqqətlə mənə 

baxıb soruşdu: 

– Tapşırdığım əsəri oxudun? 

– Bəli, müəllim, “Telli saz”ı da oxudum, o birini də. 

– Mütaliə  sənət adamı üçün çox vacibdir. Amma bizim elə 

aktyorlarımız var ki, adını  və familiyasını zorla yazır. Məsələ 

burasındadır ki, elə belələri allahlıq iddiasındadır. 

O,  əsəbi halda əsasını yerə döyməyə başladı. Yadıma düşdü 

ki, onun “Dəli Knyaz”

1

 əsərini kəskin tənqid etmişdilər. Hətta 



bəzi səhnələrini dəyişdirməyi məsləhət görmüşdülər. O isə  qəti 

etiraz edib əsəri teatrdan geri götürmüşdür. 

Sevimli müəllimimizin xasiyyətini biz yaxşı bilirdik. Əlbəttə, 

biz o zaman hadisələrin mənasını düzgün dərk etmirdik və həmişə 

müəllimimizin haqlı olduğu barədə uzun-uzadı mübahisələr 

edirdik. O bizə belə deyərdi: 

– Sənət və yaradıcılıq məsələlərində heç vaxt güzəştə getmək 

olmaz! Sənətkar orta səviyyədə qala bilməz! 

Onun bu qəti, inadlı sözləri indi də qulağımdadır. 

O həmişə bizə  sənətin gözəlliyindən, onun insanlara bəxş 

etdiyi zövqdən vəcdlə danışardı. O, sənət adamını gözəl, səliqəli 

görmək istəyərdi...  Əgər bir tələbə  səliqəsiz geyinsəydi, dərhal 

əsəbiləşərdi, həmin tələbədən dərs soruşmazdı. Onun tənqidləri də 

bizə xoş gəlirdi. 



“İki ömrüm olsaydı...”, Bakı, 1973 

                                                 

1

 “Knyaz” faciəsi. 



 

Úàâèäè õàòûðëàðêÿí 

369 


 

Mirmehdi Seyidzadə 

Áþéöê øàèð âÿ äðàìàòóðã 

 

927-ci ildə Lenin rayonunun Ca-



paridze kitabxanasında işləyir-

dim. Bizə  xəbər verdilər ki, oxucular 

konfransı olacaq. Bir sıra fəal oxucularla 

bərabər Bakıya gəldik. Bu konfrans in-

diki Dənizçilər klubunda açıldı. Gör-

kəmli yazıçılar qabaq sırada əyləşmişdi-

lər, Cavid başında buxara dərisindən pa-

paq, gözündə eynək, əl ağacına söykənib 

əyləşmişdi.  Şəklini jurnalda gördüyüm 

üçün onu tanıdım. Oxucular bir-bir 

tribunaya çıxıb Cavidin əsərləri barəsində öz mülahizələrini 

söyləyirdilər. Şair bu sözləri çox diqqətlə dinləyir, arabir gülüm-

səyirdi. Konfrans qurtardı. Cavid çıxış etmədi. Ümumiyyətlə, 

iclaslarda danışmaq onun adəti deyildi. Getmək istəyəndə ona 

yanaşıb tanış olmaq istədim. Ancaq düzü cəsarət etmədim. 

Bu, əsərlərini sevə-sevə oxuduğum, həmişə görmək arzusun-

da olduğum Hüseyn Cavidlə ilk görüşüm idi. 

İki-üç il sonra mən maarif işçiləri evinin kitabxanasında işlə-

məyə başladım. Bu kitabxananın binası indiki gənclər meyda-

nında yerləşirdi. Ara-sıra yazıçılar və alimlər də kitabxanaya kitab 

almağa gəlirdi. 

Bir gün Cavid kitabxanaya gəlib məndən kitab istədi. 

“Buyurun, istədiyiniz kitabları seçin” – dedim. O bir neçə kitab 

alıb getdi. Sonra on-on beş gündən bir kitabxanaya gələrdi. Hər 

dəfə onunla söhbət edirdik. Beləliklə, ünsiyyət başlandı. Cavid bir 

gün mənə dedi: 

– Eşitmişəm kitab həvəskarısan, yaxşı kitabların var, ev 

kitabxananla tanış olmaq istəyirəm. 



Úàâèäè õàòûðëàðêÿí 

370 


Bu sözləri eşidib çox şad oldum. Qərara aldım ki, istirahət 

günü axşam saat 8-də mən onu evdə gözləyəm.  

Mustafa Sübhi küçəsində yaşayırdım. Ünvanımı verdim. 

Həmin axşam səkkizə beş  dəqiqə qalmış küçədə dayanıb onu 

gözləyirdim. İnanmırdım ki, gələr. Düz saat səkkizdə Cavid gəldi, 

evə qalxdıq, kitablarla tanış oldu, bir-iki kitab seçdi. Bir qədər 

nərd oynadıq. O zamanlar mən subay idim. Cavid dedi: 

– Hərdənbir nərd oynamağa gələrəm. 

Beləliklə, Cavidlə dostlaşdıq. Aramızdakı yaş fərqinə baxma-

yaraq dostluğumuz tuturdu. 

1933-cü ildə Müşfiqlə  bərabər Firdovsinin bir neçə  əsərini 

tərcümə etmişdik. Cavid kitabın redaktoru idi. Bizim tərcümə-

lərimizi oxuyandan sonra aşağıdakı beytin qabağında sual 

qoymuşdu: 



Bu adlı igidlər, gərdənkəşanlar  

Onlardan ki, verdim sənə nişanlar. 

 

Sualın səbəbini soruşdum. Dedi: 



– Gərdənkəşanlar nədi, bunu oxucu necə başa düşsün? Dedim 

ki, çalışdım, başqa qafiyə tapa bilmədim. 

– Fikirləş, taparsan – dedi.  

Azacıq düşündükdən sonra dedim: 



 

Bu adlı igidlər, bu çarpışanlar. 

 

– Bax, indi düzəldi. 

1935-ci ildə mən evlənəndə Cavidi də toyuma dəvət elədim.  

O gecə toyda Abdulla Şaiq, Müşfiq, Yusif Məmmədəliyev, 

Adil Əfəndiyev, Mikayıl Rzaquluzadə və bir neçə gənc yazıçı da 

iştirak edirdi. 

Məclisdəkilər şairlərin şeir oxumasını xahiş etdilər. Bir neçə 

şair şeir oxudu. Cavid də yeni yazdığı “Xəyyam” əsərindən iki-üç 

parça oxudu. Sonra dedi: 


Úàâèäè õàòûðëàðêÿí 

371 


– Şeiri şair yazar, artist oxuyar. Biz şeirin qol-qabırğasını sın-

dırırıq. 

Ümumiyyətlə, Cavid şeir oxumağı sevməzdi, Cavid bir insan 

kimi sadə  və  səmimi idi. Özünəməxsus yumoru vardı, söhbət 

edəndə onu dinləməkdən doymazdıq. 

Bir gün onu Mərdəkana, bağıma qonaq dəvət etdim. Bu, 

1935-ci ilin yayı idi. Dedi: 

– Bu şərtlə gedərəm ki, bir həftə qonaq qalım. Bir günlüyə 

bağa getmək yorulmaqdan başqa bir şey deyil. 

– Lap bir ay da qala bilərsən, – dedim. 

Bağa getdik. Aldığım bağ səliqəli idi, xoşuna gəldi. 

– Gələn il səninlə bir yerdə bağ alarıq. 

1936-cı ildə doğrudan da Cavidlə birgə  Şüvəlana köçdük. 

Cavid dedi: 

–  İnsan bir-iki ay bir yerdə olanda bir-birini daha yaxşı ta-

nıyar. Bağda olduğumuz zaman bizim dostluğumuz ya möhkəm-

lənəcək, ya da bir-birimizdən həmişəlik ayrılacağıq. 

Bağda qaldığımız müddətdə bir-birimizə hörmət və məhəbbə-

timiz daha da artdı. Cavidin həyat yoldaşı Mişkinaz xanım mənim 

yoldaşım Kübra, bacım Səkinə xanım ilə mehriban bacı kimi 

idilər. Mişkinaz xanım çox mədəni və alicənab xanımdır. Mən 

Cavidlə birgə kitab oxuyur, nərd atır,  Ələsgər Abdullayevin 

vallarına qulaq asırdıq. Bu məşhur xanəndənin muğamat oxuması 

Cavidin xoşuna gəlirdi. 

Söhbət zamanı Cavidə məni maraqlandıran suallar verərdim. 

Bir gün ondan xəbər aldım ki, əsərlərinin içərisində  ən çox 

sevdiyi hansıdır? O dedi: 

– “Şeyx Sənan”. 

Cavidin “İblis” əsərini səhnədə Abbas Mirzə Şərifzadənin ifa-

sında gördüyüm üçün çox sevirdim. Ona görə Caviddən soruş-

dum. 

– “İblisi” neçənci ildə yazmısan?  



Cavid dedi: 

– 1918-ci ildə, Novxanıda, bağda yazmışam.  



Úàâèäè õàòûðëàðêÿí 

372 


Bir dəfə soruşdum: 

– Sən  şairliyə başlamazdan  əvvəl hansı  sənətə meyl gös-

tərirdin? 

Dedi: 


–  Əgər mən dramaturq olmasaydım, artist olmaq istərdim. 

Cavidlə söhbətimdən öyrəndim ki, yazıçılar arasında  ən çox 

sevdiyi dostu Abdulla Şaiqdir. 

Bunu da qeyd edim ki, məni də Abdulla Şaiqlə Cavid tanış 

etmişdi. 

Cavid böyük sənətkarımız Abbas Mirzə  Şərifzadəni də çox 

sevirdi. Abbas Mirzə ilə rast gələndə bir-iki dəfə  mən Cavidin 

yanında olmuşdum. Çox səmimi görüşürdülər. Abbas Mirzə  də 

Cavidi çox sevirdi, ona “Cavidcan” deyə müraciət edirdi. Cavid 

dövlət xadimlərimizdən Ruhulla Axundova çox böyük hörmət 

bəsləyirdi.  Şair onu həm görkəmli dövlət xadimi kimi qiymət-

ləndirir, həm də gözəl zövqlü olduğunu, ədəbiyyatı yaxşı bildiyini 

söyləyirdi. 

Bir dəfə akademiyanın Kommuinist küçəsindəki binasında 

ədəbi müşavirədə Ruhulla Axundov çıxış edirdi. O, Füzulinin

Vaqifin, Sabirin dilinin sadəliyindən və  səmimiliyindən danışdı, 

Cavidi də bir sənətkar kimi tərifləyib dilini tənqid etdi. İclasdan 

çıxandan sonra Cavidlə birlikdə  dəniz kənarına, hava almağa 

getdik. Mən Ruhulla Axundovun mülahizəsi haqqında fikrini 

soruşdum. Cavid dedi: 

– Ruhulla Axundov yoldaş haqlıdır. Ancaq bir məsələ var ki, 

məndə olan dəyişikliyi bəzi tənqidçilər hiss etmək istəmirlər. Hər 

halda “Şeyx Sənan”la “Səyavuş”un dili bir deyil, arada nə qədər 

böyük fərq var. 

Cavid Şərqin və Qərbin dahi sənətkarlarından Dantenin “İlahi 

komediyası”nı, Hötenin “Faust”unu, Tolstoyun əsərlərini, Sədi-

nin, Hafizin, Xəyyamın şeirlərini çox sevirdi. Müəllimi Rza Tofi-

qi hörmətlə xatırlayırdı. Filosoflardan Spinozanı, Spenseri çox 

oxumuşdu. 


Úàâèäè õàòûðëàðêÿí 

373 


Cavid yaradıcılıqla məşğul olanda hər şeyi unudardı. Yazdığı 

əsərləri bitirdikdən sonra istirahət edib əylənmək istəyərdi. Bir 

dəfə bağda mənə dedi: 

– Şəhərdən bura bir ailə köçub, həmin ailədə bir gənc qız var, 

yaxşı mahnılar oxuyur, gedək onlara. 

Dedim: 


– Axı  mən o ailə ilə tanış deyiləm, ora necə gedim? Cavid 

gülümsəyib dedi: 

– Əslinə baxsan mən də tanış deyiləm. Gedərik, tanış olarıq. 

Biz həmin ailəyə qonaq getdik. Yanılmıramsa ev sahibi 

müəllim idi. Adını xatırlamıram. Çox mehriban bir kişi idi. Bizi 

səmimiyyətlə qarşıladı. Cavid dedi: 

– Biz bura gəlmişik ki, bir tikə pendir-çörək yeyib musiqi 

dinləyək. Kabab tədarükü görməyin. 

Ev sahibi güləruzlə kabab da, şorab da hazırladı. Cavid 

qızdan xahiş etdi ki, bir-iki nəğmə oxusun. Qız  əvvəlcə utandı. 

Cavid dedi: 

– Nədən utanırsan, tək olanda evdə oxuyursan, elə bil ki, biz 

də cansız bir divarıq, oxu, utanma. 

Qız gülümsədi, atasının israrından sonra xalq nəğmələrindən 

bir neçəsini oxudu. Məlahətin səsi vardı. O günümüz çox şən 

keçdi. 


Cavid sevmədiyi adamlarla oturub-durmaq istəməzdi. Bir 

dəfə söhbət zamanı dedi: 

– Bilmirəm nə sirdir, Şaiqin tələbələri yüksək vəzifələri tutur, 

hətta xalq komissarı olurlar, ancaq mənim tələbələrimin arasından 

nədənsə böyük adamlar çıxmır. Sonra bir tələbəsindən danışıb 

dedi: 


– Mən bu adama beş-altı ay dərs vermişəm. Müsavat haki-

miyyəti illərində gözlərim bərk ağrıyırdı. Tatarski küçəsində yaşa-

yırdıq. İşsiz idim, vəziyyətim də çox ağırdı. Metropol mehmanxa-

nasının yanından keçirdim. Həmin tələbəm mənə rast gəldi. 

Əynində  xəz palto vardı. O zaman müsavat partiyasının üzvlə-

rindən idi. Salam vermədən mənə dedi: “Cavid, nə düşmüsən boş-



Úàâèäè õàòûðëàðêÿí 

374 


boşuna küçələri gəzirsən, gedib bir yerə işə girsənə”. Elə bildim 

ki, mənə bir güllə vurdu. Cavab vermədən kədərli bir halda yolu-

ma davam etdim. 

Cavid musavat hökuməti dövründən danışaraq həmişə deyər-

di: “Mən o dövrdə bir sətir də olsa yazı yazmadım. Bir dəfə de-

dilər “hökumət himni yaz”. Dedim “sifarişlə əsər yaza bilmərəm”.  

Cavid öz xalqına qəlbən bağlı idi, qəlbi saf və təmiz insandı. 

O, gözəlliyi çox sevir, “mənim tanrım gözəllik və sevgidir” 

deyərdi. 

Cavid “Xəyyam”  əsərini yazandan sonra “İblisin sonu”

1

 adlı 


bir əsər yazmaq fikrində idi. Nəticəsi mənə məlum olmadı. Ancaq 

son görüşlərimizdə  məndən xahiş etdi ki, “Koroğlu dastanı”nı 

onunçün tapım. O, bir ssenari yazmaq istəyirdi. Mən ona 

“Koroğlu” dastanının bir neçə variantını verdim. 

Cavidlə axırıncı görüşümüz 1937-ci ilin may ayında oldu. 

Gənc tamaşaçılar teatrında “Ayaz” adlı mənzum pyesim tamaşaya 

qoyulmuşdu. Cavidi, Şaiqi, Müşfiqi, Nəzərlini tamaşaya dəvət 

etmişdim. Artistlərin oynamağı, səhnə quruluşu Cavidin çox 

xoşuna gəlmişdi. O, ilk dəfə idi bu teatra gəlirdi. Teatrın baş 

rejissoru Məhərrəm Haşımova dedi: 

– Mən sizin teatrınızı belə bilmirdim. 

Haşımov xahiş etdi ki, əsərlərindən birini teatra tamaşaya 

qoymaq üçün versin. Cavid “Ana” pyesini məsləhət gördü. 

Cavid kimi şairin yanında öz əsərlərimi oxumağa utanırdım. 

Ondan  əsərlərim barəsində fikir soruşmağa cəsarət etmirdim. 

Səhnədə göstərilən mənzum pyesim, deyəsən, Cavidin xoşuna 

gəlmişdi. Yazıçı yoldaşların arasında barəmdə bir neçə  hərarətli 

söz dedi. Mən xahiş etdim ki, tənqidi mülahizəsini söyləsin. 

Cavid dedi: 

– Bəzi monoloqlar bir az uzundur, ixtisar etmək olar. Ancaq 

etməsən də olar. O sənin öz işindir, əsərə o qədər də xələl gətir-

mir. 


                                                 

1

 Müəllif “İblisin intiqamı” əsərini nəzərdə tutur – İ.O. 



Úàâèäè õàòûðëàðêÿí 

375 


Cavidlə dostluq etdiyim müddətdə ondan çox şey öyrəndim. 

Onun zövqü çox incə idi. O deyirdi: “Sənətkar əsər üzərində uzun 

zaman düşünüb sonra yazmağa başlamalıdır.  Şekspri təqdir edib 

söyləyirdi: “Dahi Şekspri əsrlərcə yaşadan onun sənətkarlığıdır”. 

Cavid özü də  əsərləri üzərində çox çalışan bir sənətkar idi. 

Buna görə də “İblis”, “Şeyx Sənan”, “Səyavuş”, “Xəyyam” kimi 

ölməz əsərlər yaratmışdı. 

Cavidi böyük sənətkar, səmimi dost, incə zövqlü bir şair kimi 

həmişə hörmət və məhəbbətlə xatırlayıram. 


Úàâèäè õàòûðëàðêÿí 

376 


 

Mişkinaz Cavid

1

 

Úàâèäè õàòûðëàðêÿí... 

 

ANASININ TİKDİYİ KÖYNƏYİ GEYMƏDİ 

 

üseyn Cavidin tərcümeyi-halı-



nı yazan müəlliflər çox doğru 

olaraq qeyd edirlər ki, onun atası oğlunu 

ruhani etmək fikrində imiş. Balaca Hü-

seyn isə atasının bu arzusuna qarşı çıx-

mışdır. Cavid 3 ii mollaxanada oxuduq-

dan sonra Naxçıvanda Məhəmməd Tağı 

Sidqinin məktəbində təhsil almışdır. 

Bu yeni üsullu məktəb idi. Anası da 

onun bu məktəbdə  təhsil almasına razı 

deyildi. O, oğlunu mollaxanada oxut-

mağa razı sala bilmirdi. 

Cavid uşaqlıqda başına gələn bir hadisəni belə nağıl edirdi:  

– Bir gün həyətdə oynayırdım, anam evdə heç kəs olmayanda 

məni yanına çağırdı ki, ay Hüseyn, gəl, sənə təzə köynək tikmi-

şəm. Gey görüm necədir? Demə anamın məqsədi başqa imiş. Mən 

evə getdim. Anam dərhal qapını bağladı, təzə köynəyi göstərib 

dedi: al bunu gey, baxım. Elə ki, əynimdəki köynəyi çıxartdım, o 

əvvəlçədən hazırladığı çubuqla məni döyməyə başladı. Nazik 

çubuq, çılpaq bədən, gəl buna döz görüm, necə dözəcəksən? 

Vurduqca mənə deyirdi: “Sən molla olmaq istəmirsən?!”  İşin 

xarab olduğunu görüb and-aman elədim ki, daha sabahdan molla 

məktəbinə gedəcəyəm. Anam qapını açdı. Tez köhnə köynəyimi 

                                                 

1

 



Qeyd. Mişkinaz xanımın “Cavid haqqında xatirimdə qalanlar” memuarının 

əlyazması Cavidin Bakıdakı ev muzeyində saxlanılır. Həmin xatirələr Azər 

Turanın redaktorluğu ilə 2005-ci idə “Vektor” nəşriyyatında kitab şəklində nəşr 

edilmişdir. - Tərtibçi. 



Úàâèäè õàòûðëàðêÿí 

377 


götürüb otaqdan qaçdım. Həyətdəki tut ağacının başına çıxıb 

oradan dedim: nə edirsən et, mən molla məktəbində oxumaya-

cağam, istəyirsən 50 təzə köynək tik, məni də döy, öldür, molla 

olmayacağam, vəssalam! 

...1925-ci ildə  mən Naxçıvana getmişdim. Cavidin bacısı ilə 

hara isə gedirdik. Yolumuz Cavidin uşaqlıq vaxtı yaşadığı evin 

yanından düşdü. Mən dayanıb həyətdəki tut ağacına baxdım. 

Onun mənə dediyi ağac yadıma düşdü. Cavidin bacısı elə bil ki, 

mənim nə üçün dayandığımı duymuşdu. O, üzünü mənə tutub 

dedi: 


– Bax, Hüseyn çıxan ağac odur, anam döyəndən sonra gedib 

o ağaca çıxmışdı. Anam həmişə deyərdi ki, molla olmayacaqdı, 

ara yerdə tifil uşağı o qədər döydüm. 

Bir dəfə hamımız oturmuşduq. Böyük qardaşı bizə göz eləyib, 

üzünü Cavidə tutaraq zarafatla dedi: “Hüseyn, dur məscidə 

gedək”. 


Cavid mənalı gülüb dedi: 

Yox qardaş, məscidə gedəsi olsaydım, anamın tikdiyi təzə 

köynəyi geyərdim. – Biz hamımız gülüşdük. 

Cavid həmişə dinə, xurafata qarşı  çıxmış, elmi, sənəti təbliğ 

etmişdi. O məhz buna görə  də elmə, sənətə yiyələnmiş  gəncləri 

görəndə çox sevinərdi. Həmişə söhbətlərində deyərdi ki, gənclər 

elmə, sənətə yiyələnməlidirlər. Çünki hər bir xalq yalnız və yalnız 

elmin, sənətin qanadlarında yüksələ bilər. O, dəstəbədəstə ali 

məktəblərə gedən tələbələri görərək deyirdi: “Bunlardan nə qədər 

ağsaçlı alimlər, insanlara həyat bəxş edən həkimlər, söz sənətinin 

zirvələrini fəth edən sənətkarlar yetişəcəkdir. Bunlar bizim gələ-

cəyimizdir. Mən nə qədər xoşbəxtəm! Gənclik elmə, sənətə sahib 

olur”. 

Bir dəfə  səhər çayından sonra Cavid dedi ki, bu gün Sura-



xanıya dostlarımdan birinin yanına gedəcəyəm.  Əsl məqsədim 

mədənləri gəzməkdir. Həmin dostum neft mədənlərində  işləyir. 

Oralara yaxşı bələddir. Gec gəlsəm, nigaran qalmayın. 


Úàâèäè õàòûðëàðêÿí 

378 


Doğrudan da o çox gec gəldi. Gecə saat on iki olardı. Onun 

əhvalını bilmək üçün, adətim üzrə, üzünə baxdım. Kədərli və ya 

əsəbi olarkən qaşlarının arası düyünlü, üzü tutqun olardı. Danı-

şanda dodaqları  səyriyərdi. Yorğun olmasına baxmayaraq, onda 

yüksək bir əhvali-ruhiyyə vardı. Soyundu, əl-üzünü yudu, sonra 

söhbətə başladı: 

– Mən 3-4 il bundan qabaq neft buruqlarında olmuşdum. Eh... 

o zaman buruqlar ölüm püskürürdü, bədbəxt insan buruqların əsiri 

idi. Gecə-gündüz işləyir, aldığı pul ilə ailəsini dolandıra bilmirdi. 

İndi isə tamam dəyişmişdir. Gənc mühəndislərimiz elmin gücü ilə 

nələr edirlər? Onlar yer altından asan yollarla neft çıxarırlar. Nə 

qədər yeni-yeni işlər var. İnsan  əməyinə, insan zəkasına valeh 

olmaya bilmirsən... 

O, xeyli danışdı. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, 

Cavid adətən az danışardı. Hərdən böyük bir ehtiras və  həvəslə

yorulmadan söhbət edərdi. O bu gecə elə bil öz danışığından 

ilham alırdı, danışdıqca da yorulmurdu. 

Yuxarıda qeyd etdim ki, Cavid gənclərin təhsilinə xüsusi 

əhəmiyyət verirdi. Bununla əlaqədar yadıma belə bir əhvalat 

düşdü. 


1942-ci il idi. Vətənimiz ağır günlər keçirirdi. Hamı bir nəfər 

kimi vətənin müdafiəsinə qalxmışdı. Bir gün yol ilə gedərkən bir 

nəfər dayanıb mənə salam verdi və dedi: 

– Siz məni tanımasanız da, mən sizi tanıyıram. Cavid mənim 

müəllimim olmuşdur. 

Biz asta addımlarla yeriyirdik. O öz keçmişini danışmağa 

başladı: “Mənim oxumağıma Hüseyn Cavid səbəb olubdur. Yaxşı 

yadımdadır, bir dəfə dərsdə qəmğin oturmuşdum. Həmişə tələbə-

lərinə qarşı qayğıkeş olan Cavid müəllim dərsdən sonra məni 

yanına çağırıb dedi: – Ay bala, nə olub belə  qəmginsən? Gəmi-

lərin dəryada batmayıb ki...” 

Mən ona həqiqəti demək istəmirdim. Bilirdim ki, bu müəl-

limimi kədərləndirəcəkdir. O, təkidlə kədərimin səbəbini soruşur-

du. Mən bildirdim ki, təhsilimi yarımçıq qoyub getmək istəyirəm. 



Úàâèäè õàòûðëàðêÿí 

379 


O təəccüblə  və bir az da acıqlı soruşdu – niyə? Mən ona danış-

mağa başladım: “Anam xəstədir. İşləyə bilmir. İşləyib onu saxla-

malıyam. Məndən başqa qoca anamın heç kəsi yoxdur”.  

Cavid müəllim mülayim, lakin qəti bir səslə mənə dedi: “Yox, 

bala, məktəbi yarımçıq qoyma. Ananı saxlamaq və xalqına xeyir 

vermək üçün sən mütləq oxumalısan. Anlayırsanmı bala, sən 

oxumalısan...” 

Səhərisi gün dərsdən sonra müəllim məni yenə yanına çağırdı 

və bir ata mehribanlığı ilə söhbət etdi. Söhbətdən sonra mənə bir 

kitab verib, oxumağımı tapşırdı. Kitabı yataqxanaya apardım. 

Kitabın içində balaca bir məktub, məktubun içində də 100 manat 

pul vardı. Məktubda yazılmışdı ki, pulu anana göndər, təhsilini də 

davam etdir. O, dəfələrlə mənə kömək etdi. Mən məktəbi oxuyub 

qurtardım. Neçə illərdir müəllimlik edirəm.  İndi isə  əsgər 

gedirəm. 

Cavid həmişə tələbələrini çox sevər, onların qayğısına qalar, 

dəyərli məsləhətlər verərdi. 

 


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin