Məhəbbətdir ən böyük din!
Hüseyn Cavidin “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Topal
Teymur”, “Xəyyam” və “Azər” kimi məşhur əsərləri insanlığı
ibtidailikdən kamillik dərəcəsinə çatdırmaq, həyatı iztirab, məh-
rumiyyət və sıxıntıdan gözəllik, şeir və musiqi səviyyəsinə qaldır-
maq, fərdi düşüncəni ideala, şəxsi səadəti ümumin xoşbəxtliyinə
çevirmək, məhəbbəti təqdir etmək sahəsində apardığı bədii-fikri
axtarışların nəticəsi kimi diqqəti cəlb edir. Bu əsərlərdə ardıcıl
təbliğ olunan ideyaları müdafiə edən surətlər bir əsas məsələnin
həyata keçirilməsi uğrunda çarpışırlar–necə etsinlər ki, insanlar
vahid və dəyişilməz bir eşq ətrafında birləşsinlər. Bunun üçün
müxtəlif yollar və vasitələr düşünülmüş, müəyyən məslək və əqi-
dələr, təriqət və nəzəriyyələr hazırlanıb icad olunmuşdur. Haqqın-
da bəhs edilən dram əsərlərinin ideya məzmunundan, mündə-
Úàâèäè õàòûðëàðêÿí
322
rəcəsindən çıxaraq bu təriqət və məsləkləri belə səciyyələndirmək
olar: dini nəzəriyyələr vasitəsilə insanları ülvi həqiqətlərə yaxın-
laşdırmaq; tək-tək qüvvətli şəxsiyyətlərin, nüfuzlu hökmdarların
iradəsi altında cəmiyyəti vahid bir ideya ətrafında birləşdirmək;
nəhayət, insanları daxildən bir-birinə yaxınlaşdıran, doğma edən
təbii-mənəvi istəklərin mövcudiyyətini onlara başa salmaq və
aydınlaşdırmaq yolu ilə ümumbəşəri məhəbbət ideyasına nail
olmaq. “Şeyx Sənan” və “Peyğəmbər” dramlarında dini ideyaları
yaymaq, insanları mütləq bir fikrə tabe etmək və bütün bunların
sayəsində də cəmiyyət içərisində yaradılmış xırda və çirkin ehti-
rasları, kini, fəsadı, məkri, zülm və haqsızlığı aradan qaldırmaq,
ruhani bir eşqlə yaşamağı, torpaqdan, varlıqdan gələn ehtirasları
söndürməyi təbliğ edən fikirlərlə qarşılaşırıq. Bu əsərlərdə müsbət
ideyanı, dini ideologiyanı əsaslandıran, yayan və təbliğ edən
şəxsiyyətlər–Peyğəmbər və Sənan–cəmiyyətin səadəti haqqında
düşünən, insanları bir-birinin qardaşı, bütöv və bölünməz bir
varlığın ayrı-ayrı hissəcikləri kimi qəbul edən və bu səpkidə olan
ideyaları müdafiə edərkən ciddi maneələrlə toqquşan şəxsiy-
yətlərdir. Hər iki əsərdə göstərildiyi kimi bütün hadisələr boyu
Cavidi düşündürən də həmin şəxsiyyətlərin düşünüb tapdıqları
ideyalardır. Bu niyyətlə də müəllif təsvir etdiyi həmin surətləri bu
və ya başqa hadisələrlə, müəyyən ideoloji döyüşlərlə, onlara əks
qütbdə toplanmış maneələrlə qarşılaşdırır. Panteist mütəfəkkir
kimi fəaliyyətə başlayan Şeyx Sənan ilk vaxtlar:
Nə qədər məndə varsa hissi-həyat,
Ehtirasata düşmənəm... heyhat!
Mənə biganə zövqi-nəfsani,
Sevdiyim yalnız eşqi-ruhani, –
deyirsə də, sonradan sonraya intixab etdiyi əsl həqiqəti bu şəkildə
izah edir:
İştə mən naili-vüsal oldum,
Aradım, nuri-həqqi ta buldum,
Úàâèäè õàòûðëàðêÿí
323
Seyr edib kainatı həp yorulun,
Aradım, nuri-həqqi ta buldum,
Səadəti mənəvi təmizlənmədə, ruhani məhəbbətdə axtaran və
sufilik təriqətinin ideoloqu kimi Ərəbistan çöllərindən Gurcüs-
tana–Qafqaz dağlarına qədər dini fikirləri ardıcıl surətdə yaymağı
müqəddəs vəzifə bilən Şeyx Sənan təbii-canlı hisslərlə təmas
nəticəsində realist-mütəfəkkir Səna-na çevrilir. h. Cavid mənəvi
eşqlə cismani eşqi, ruhani gözəlliklə təbii-canlı insan ehtiraslarını
birləşdirmək, vəhdətdə dərk etmək sayəsində səadətə, mütləq
həqiqətə qovuşa bilməyin mümkünlüyünü sübuta yetirir. Onun
şübhələr, tərəddüd və ziddiyyətlər içərisində çırpınan sufi-məzhəb
mütəfəkkir qəhrəmanı Sənanda ruhun, əqlin və digər mənəvi key-
fiyyətlərin istiqamətini, insanın canlı hissləri və təbii ehtirasları
ilə üzvi əlaqədə birləşdirir. Beləliklə də mütləq həqiqətləri, föv-
qəlbəşər ideyaları dərkolunmaz və məchul bir aləmdə arayıb
axtaran Sənan, nəticə olaraq həmin ideyaların mənbəyini insan-
ların təbii-mənəvi hisslərində və varlığında tapır.
Şeyx Sənan dini təəssübkeşliyini rədd etmir və dərvişin dililə:
Din bir olsaydı yer üzündə əgər,
Daha məsud olurdu cinsi-bəşər, –
deyərək axıra qədər onu müdafiə etməkdən çəkinmir. Lakin əsərin
fəlsəfi-ictimai mənası, bədii-estetik qayəsi bu fikirlərin çərçivəsini
dağıdıb daha uzağa gedir və dərin məsələlərin təhlili ilə nəticə-
lənir. Dini təəssübkeşliyi güçləndirmək, ya da müxtəlif təriqət və
məzhəbləri birləşdirmək hələ bəşəriyyətin ideal həyat arzularını
həqiqətə çevirmək üçün mümkün olası yol deyildir. Dini ideyaları
aradan qaldırmaq və ləğv etmək də insanları düşdüyü ağır vəziy-
yətdən, mənəvi məhkumiyyətdən xilas edə bilməz. Bütün icad
olunmuş, uydurulmuş təriqət, məzhəb və məsləklərdən daha əzəli
və əbədi bir qanun mövcuddur ki, bu qanunun göstərişinə uyğun
hərəkət etdikdə bəşəriyyət yəqin ki, nicat yoluna gəlib çıxacaqdır.
Úàâèäè õàòûðëàðêÿí
324
Bu da insanın öz daxilində, qəlbində və mənəvi aləmində gözəl və
xoş duyğulara, yüksək fikirlərə yer verməsi; sarsılmaz, təbii və
böyük insan eşqi uğrunda qaranlıq düşüncələrlə, sönük və murdar
ehtiraslarla ardıcıl mübarizə aparmasıdır. Şeyx Sənanın təkamülü
də bu cəhətdən diqqətəlayiq və ibrətlidir. Ehkamdan dialektikaya,
müəyyən hazır ideyalardan axtarıcı və sərt təfəkkürə, donuq,
ölgün və quru fərziyyələrdən canlı həyat ehtiraslarına qədər
inkişaf yolu keçən ruhani məhəbbəti görən, duyan və təsdiq edən
mütəfəkkir aşiqin həyat idealı real həqiqətə büsbütün uyqundur.
H.Cavid bədii yaradıcılıq aləmində daha artıq mübahisə
doğuran məşhur “Peyğəmbər” dramında da bəşəriyyəti idarə
etməkdə əqli-kamalın, şairin dili ilə desək, “mərifət nurunun” və
mənəvi eşqin böyük əhəmiyyətini, dərin həyati güçünü sübuta
yetirməyə çalışmışdır. Dramın baş qəhrəmanı olan Peyğəmbər
səhnəyə sadəcə olaraq islam dininin yaradıcısı və ya qüdrətli bir
dövlət xadimi kimi gətirilməmişdir. “Peyğəmbər”ə islamçılıq
fikirlərini yayan və bununla da guya din birliyi ideyasını müdafiə
edən bir əsər kimi yanaşanların əksəriyyəti ciddi səhvə yol
verirlər. Bu haqda mülahizə yürüdənlər dramın başlıca məfkurəvi-
bədii qayəsini, ideya məzmununu olduğu kimi şərh etmədiklə-
rindən, elmi məntiqlə heç cürə uzlaşmayan, yanlış və birtərəfli
fikirlər söyləmişlər. Doğrudur, əsərin ayrı-ayrı parçalarında tarixi
bir şəxsiyyət olan Məhəmməd mütləq ideyaların carçısı, yeni və
fövqəladə fikirlərin ideoloqu olan Peyğəmbər haqq elçisi kimi
müəyyən dərəcədə idealizə edilmiş, ilahiləşdirilmişdir. Lakin
Cavidin şair-sənətkar olaraq bədii qayəsi, ədəbi-estetik idealı bu
fikirlərin şərhindən daha geniş və dərin problemləri əhatə edir ki,
tarixdən götürülən konkret mövzu fikir və hadisələr həmin
problemlərlə müqayisədə çox məhdud görünür. Tarixi şəxsiyyət
olan Məhəmməd, onun fikri, həyatı və ideoloji mübarizə fəaliy-
yəti, həmçinin Peyğəmbəri əhatə edən digər şəxsiyyətlər (Xəttab
oğlu Ömər, Abutalıb
*
oğlu Əli və s.) şairin müəyyən hədəfə doğru
*
Əslində Əbu Talib. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
325
istiqamətləndirilmiş ictimai-siyasi görüşlərinin və ədəbi-estetik
prinsiplərinin ifadəsi üçün sadəcə bədii vasitədir. Cavid bəşəriy-
yətin mənəvi-fikir həyatını ağır və dözülməz əzablardan, insan-
ların daxili-ruhi aləmini çirkin, murdar və qaba ehtiraslardan,
cəmiyyəti məhkum olduğu əndişədən xilas üçün müəyyən yollar
arayarkən çox təbii olaraq maraqlı nəticələrə gəlirdi. “Peyğəm-
bər” də bu nəticələrdən birini: elmi-ürfana və əqli-mərifətə yiyə-
lənmək yolu ilə bəşər həyatını gözəllik və şeir səviyyəsinə qaldıra
bilməyin yəqinliyi ideyasını parlaq surətdə əks etdirirdi. Dram-
dakı Peyğəmbər surəti fəaliyyətinin ilk dövründə “dünyanı mütləq
ideyalar idarə edir” fikrindən başlayaraq, həyatının sonuna qədər
öz ömrünü mənəvi axtarış yollarında keçirir. Bu axtarışlar
müddətində o, saysız-hesabsız hücumlara məruz qalır. Əməlinə,
əqidəsinə və ideallarına çoxlu müxalif qazanır. Onun həyatı, yaşa-
yışı və varlığı tənhalıq, ümidsizlik və işgəncə içində keçir. Arzu
və xəyalları zəmanəsinin sərt qanun və adətlərinə dəyib parça-
lanır. Fikrində dolandırdıqlarını kimsə duyub dərk etmir. Özünə
mənəvi sirdaş, həmdəm və silahdaş tapa bilmir. Lakin çox böh-
ranlı və ağır bir təkamül prosesi keçirən bu ayıq zəka, intixab
etdiyi yoldan çəkinmir, əqidəsindən dönmür və öz idealında axıra
qədər sabitməslək qəhrəman olaraq dayanır. Bəşəriyyətə işıqlı
həyat və təmizlik, insanlara mərhəmət və vicdan, cəmiyyətə bəra-
bərlik və səadət gətirmək niyyəti ilə ömrünü əzablar axınında
keçirən bu mütəfəkkir, dövrünün və içərisində dolaşdığı çəmiy-
yətin qaragüruhçu qüvvələri, mürtəce ideyaları ilə döyüşə girir və
son nəticədə qələbə qazanır. Peyğəmbər “haqqını silah, güc və
pulla ala bilərsən” fikrini qara bir mövhumat və kirli yalan kimi
rədd edir. Nəfs, hiylə və məkr üzərində qurulan səadətin təməl-
sizliyini sübuta yetirir. Qadın-ana hüququnun alovlu müdafiəçisi
mövqeyinə yüksəlir və nəhayət, insanların mənəvi qardaşlığı və
bərabər yaşayışı ideyasının ardıcıl ideoloqu kimi şöhrət tapır.
Onun ümumbəşər səadəti haqqındakı idealı da belədir:
Mən məhəbbət əsiriyəm... hər an,
Hər zaman istərim bir öylə cahan
Úàâèäè õàòûðëàðêÿí
326
Ki, bütün kainatı eşq olsun,
Könül uçduqca etila bulsun.
Rəqs edib orda möhtəşəm bir hiss
Yasa batsın da, ağlasın iblis.
Qandan əsla görülməsin bir əsər,
Saçsın al qönçələr şəfəqli səhər.
H.Cavidin Peyğəmbəri bunlarla da kifayətlənmir. Daha irəli
gedib, insan düşüncəsinə qaranlıq qalan əsrarlı düyünlərə toxunur.
İlk əvvəllər əqlin qüdrəti, zəkanın hünəri sayəsində bəşəriyyətin
ideal arzularının həqiqətə çevriləcəyini söyləyirsə də, get-gedə
həmin ideyanı kamil məhəbbət fikrilə birləşdirir. “Məhəbbətdir ən
böyük din”.
H.Cavidin Peyğəmbəri islam Peyğəmbərindən fərqli olaraq
xoşbəxtliyi insanların birliyində, vahid qardaşlıq məhəbbəti ide-
yasında axtarır və görür. Bu səbəbdən də bütün dinlər və təriqət-
lər, müxtəlif hakimiyyət formaları və əqidələr Peyğəmbərin iman
gətirdiyi və uğrunda çarpışdığı mənəvi eşqlə müqayisədə lazım-
sız, əhəmiyyətsiz, bəlkə də qeyri-real vasitələr kimi görünürlər.
“Topal Teymur” kimi nisbətən tendensiyalı əsərində, habelə
“İblis”, “Səyavuş”, “Xəyyam” dramlarında və tamamlaya bilmə-
diyi “Azər” dastanında Cavid psixoloji problem olaraq ağılla qəlb
arasında yaradılmış süni uçurumlardan doğan faciələri, ictimai
problem olaraq despotizmin tənqidini və bu üsuli-idarənin mahiy-
yətindən doğan şəxsiyyətin cəmiyyət üzərində ağalığının ağır
nəticələrini, ictimai zülmə və sinfi bərabərsizliyə qarşı kütləvi
mübarizənin əhəmiyyətini göstərmişdir. “Topal Teymur” və
“Səyavuş” dramlarında ayrı-ayrı xaqanlar, şahlar və sultanlar
hakimiyyət, güc, silah və kəskin cəza tədbirləri vasitəsilə özlərini
cəmiyyətin havadarları, hamiləri, əvəzedilməz qüvvətli şəxsiy-
yətləri kimi, haqq-qanun və asayiş müdafiəçiləri kimi göstərirlər.
Bu adamlar doğrudan da qüvvətli naturaya malik cahangirlər,
hərb qəhrəmanları və sərkərdə olaraq tarixdə şöhrət qazanmışlar.
Lakin onların istedadı yalnız qan axıtmağa, qorxu və təlaş
Úàâèäè õàòûðëàðêÿí
327
yaratmağa, cəbr və zorakılığa sərf olunmuşdur. Bu səbəbdən də,
güclü olsalar da, hünərli deyildirlər. Hamını itaətdə saxlasalar da,
kimsə tərəfindən sevilmirlər. Böyük ölkələri, xalqları, hətta
qitələri belə işğal etdikləri halda, əzəmət və fəzilətdən büsbütün
məhrumdurlar. Hüseyn Cavid hökmdarların, cahangirlərin icad
etdikləri, uydurduqları qanunların fəlakət, ölüm və zülmdən başqa
heç nəyə qadir olmadığını, bütün bunların sayəsində bəşər həya-
tında az-çox mövcud olan səadətin bütünlükdə qeybə çəkildiyini
söyləyirdi. Zülm çoxaldıqca cəmiyyət daxilindəki parçalanma,
insanların bir-birinə yadlaşması nəhayətsiz dərəcədə artacaqdır.
Günahsız yerə tökülən insan qanlarının hər damlası gələcəkdə
minləri və milyonları dözülməz fəlakət girdabına sürükləyəcəkdir.
İncə, humanist şairi kədərləndirən də bu ağır düşüncələr idi.
Həmin dramlarda müstəbidlərə, hökmdarlara və tək-tək qüvvətli
naturalara qarşı duran sadə adamlar, pak və nəcib insan hisslərini,
gözəl arzuları, böyük və müqəddəs insan məhəbbətini fərəhli
yaşayışın həyatverici qüvvəsi kimi müdafiə və təbliğ edirlər.
“Əgər dünyanın şanlı çarpışmaları, qanlı vuruşmaları nəticədə bir
məhəbbət, fövqəlbəşər bir məhəbbət doğurmayacaqsa... bütün
kainata, bütün həyata nifrətlər olsun” (“Topal Teymur”). Yaxud:
“Lənət olsun, uymam bu gündən sonra almasla parlayan qanlı
taclara” (“Səyavuş”) və s.
Hüseyn Cavid gərgin, mürəkkəb və ziddiyyətli fikir böhran-
ları, məfkurə axtarışları sayəsində tapdığı “məncə bütün cahanı
xilas edəcək iki qüvvət var, yalnız iki böyük qüvvət var; o da
gözəllik və məhəbbətdən ibarətdir” fikrini yaradıcılığının əvvə-
lindən axırına qədər ardıcıl surətdə müdafiə və təbliğ etmişdir.
“İblis” faciəsində bu fikir, insanın daxilində, xislətində möv-
cud olan xeyirlə şər qüvvələrin çarpışması, murdar ehtiraslarla
mübarizə, sərvət, hakimiyyət, şəhvət və zülm kimi müdhiş qor-
xunc hissləri aradan qaldırmaq yolu ilə kamil insanlığa yetişmək
şəklində göstərilmişdir.
Bu nurlu qayə, “Xəyyam” və “Azər”də dünyəvi hisslərin,
həyatsevərliyin və insan eşqinin azadlığını tərənnüm edən böyük
Úàâèäè õàòûðëàðêÿí
328
sənətin, poeziyanın hakimiyyət həvəsindən, mənsəb düşkünlüyün-
dən və quru, donuq ehkamlardan müqayisəedilməz üstünlüyü
şəklində həll olunmuşdur.
Hüseyn Cavid inandığı fikrə sadiq qalan bir sənətkardır. Onun
ən yüksək və təmiz həyat idealı isə daima insanı xoşbəxt görmək,
insana layiqli hörmət göstərilməsinə nail olmaq, gözəl həyat
uğrunda sona qədər çarpışmaq fikrindən ibarətdir...
Úàâèäè õàòûðëàðêÿí
329
Baloğlan Şəfiyev
“Ïåéüÿìáÿð” ïéåñè ùàããûíäà
ãåéäëÿð
eyğəmbər” əsəri ədəbiyyat ta-
riximizdə Cavidin ən çox
mübahisə doğuran əsəridir. Bu mübahi-
sələr də şübhəsizdir ki, əsərin ideya-bədii
xüsusiyyətləri ilə bağlı olmuşdur...
Əsərin mövzusu dünya ədəbiyyatında
ənənəvi bir mövzudur. Alman şairi
İ.V.Höte, fransız mütəfəkkiri F.M.Volter,
Ukrayna şairəsi Lesya Ukrainka və b. vax-
tilə bu mövzuya müraciət etmişdilər. Bu
əsərlər də öz dövrlərinə görə heç də dini
modernizə etmək və Məhəmmədi göylərə
qaldırmaq məqsədi ilə yazılmamışdır. Ək-
sinə, dinin mahiyyətini açmaqla, onun puç ideyalarını ifşa etmək
arzusu ilə qələmə alınmışdır.
Bizcə, Cavid də belə mütərəqqi bir mövqedə dayanmaqla
orijinal bir əsər yaratmışdır. O, əsəri yazarkən heç də “qafasını
zorlamamış”, öz ədəbi-bədii və fəlsəfi konsepsiyasının yeni bir
təzahürünü yaratmışdır. Əsəri Cavid yaradıcılığının ümumi
mənzərəsindən ayırmaq lazım deyildir. Çünki əsərdəki ideyaların
mənbəyi bəlkə də Cavidin ilk şeirlərindədir. Şeyx Sənan məhəb-
bətinin ülviyyəti, Dərvişin filosofluğu, əsərdəki ağıl və hissin
mübarizəsi burada davam edir. Hissin əlində əsir olub, uçuruma
uğrayan Cəlalın çırpıntıları burada davam edir. Bəşəriyyəti İblisin
əlindən qurtarmaq ehtirası burada davam edir. Afətin qiymətlən-
dirilməyən gözəlliyinin intiqamı burada davam edir. Cavidin
bütün şeirlərində olan bədii-fəlsəfi təfəkkürün meyvələri burada
yetişir. Topal Teymurun və İldırım Bəyazidin üzünə vurulan
“P
Úàâèäè õàòûðëàðêÿí
330
sillələr buradan başlayır. Azərin inqilab fonundakı işıqlı fəlsəfi
düşüncələri buradan başlayır. Yeniliyin təntənəsi qarşısında məhv
olan knyazların faciəsi buradan başlayır. Mühitinin çərçivəsinə
sığmayan Səyavuşun xasiyyətindəki ikilik buradan başlayır.
Bəşərin işıqlı gələcəyini arayan qoca Xəyyamın nəhəng fəlsəfi
düşüncələri də məhz buradan başlayır.
Şairin mövzuya münasibəti baxımından Mişkinaz Cavidin
Cavid haqqındakı xatirələrinin bir yerini xatırlamaq yerinə düşər-
di: “Cavid bir dəfə dedi ki, “Topal Teymur”u, “Peyğəmbər”i ya-
zarkən elə bil onlarla üzbəüz oturub söhbət etmişəm. Onlar mənə
sanki öz təbiətləri haqqında danışmışlar. Bəzən onların bu və baş-
qa səhv hərəkətlərini üzlərinə deyir, günahlandırır, nə üçün belə
etdiklərini soruşurdum. Doğrudur, onlar da özlərini doğrultmaq
üçün mənə cavablar verirdilər. Bəziləri məni qane edir, bəziləri
yox”
1
.
Birinci hissənin əvvəlində Peyğəmbər əsrarlı düşüncələr içəri-
sində çırpınarkən Mələk göylərdən enir və onunla söhbət edir. Bu
söhbət bir növ Peyğəmbərin öz-özü ilə söhbətidir. Çünki Cavidə
görə Mələk–ağlın timsalı olmaqla Məhəmmədin uydurmasıdır.
Yeri gəlmişkən deyək ki, ümumiyyətlə islam dinində olan mələk,
huri anlayışı geniş yayılmışdır. Bu münasibətlə şərqşünas-alim
A.E.Bertelsin bir fikrini xatırlamaq yerinə düşərdi: “Vopros
proisxojdenin predstavlenii o “rayskix devax”– quriix (arabxur) v
islame poka ostaetsya nerazreşennım. İz imeyuşixsya u nas
svedeniy o doislamskoy reliqii arabov yasno, çto u arabov–ya-
zıçnikov ponyatiya o quriyax ne bılo. Poetomu ono doljno bılo bıt
ili sa-mostoyatelno pridumanno Muxammedom, ili zaimstvovano
iz kakoy libo druqoy reliqii. Pervoe predlojenie v vısşey stepeni
nepravdopodobno. Detalnoe izuçenie Korana, kotoroe provodilos
v poslednee vremya evropeyskimi vostokovedami s isklyuçitel-
noy tşatelnostyu, pokazalo, çto Muxammed v svoey teoloqii i
esxataloqii edva li zanimalsya tvorçestvom; on preimuşestvenno
soobşal zdes svoey obşine verouçeniya i predanii noluçennıe i
1
Cavid M. Cavidi xatırlarkən. “İşıq” nəşriyyatı, Bakı, 1976, səh. 26.
Úàâèäè õàòûðëàðêÿí
331
mot predstavitsley druqix reliqiy”
1
. “İ.Qorovits kateqoriçeski
otverqaet popıtku dokazat zaroostriyskie proisxojdenie qurii i
sçitaet çto Muxammed zaimstvoval obrazı svoix qurii u dois-
lamskix poetov, iz opisanii ix pışnıx pirov v vinnıx poqrebax”
2
.
Mələk, Peyğəmbəri idrakın daha da dərinliklərinə çağırır. Və
bu dərinliklər başlanğıcın-allahın tapılmazlığı ilə nəticələnəcəyi
üçün Peyğəmbər ruhdan düşür. Amma mələk ona təlqin edir ki,
Peyğəmbərin axtardığı allah onun özüdür. Və ətrafda görünən hər
şey də onun axtardığından nişanədir. Deməli, təbiətin ayrı-ayrı
təzahürləri onun axtardığından nişanədirsə–təbiət bütövlükdə
onun axtardığının özüdür... Təbiətin ayrı-ayrı komponentlərini
özlərində əks elətdirənlər–təbiəti dərk edənlər allah olurlar. Bu
Peyğəmbərin şüurlu qənaətidir. O burada bütün mövcudiyyətdə
allahı görən panteist bir filosofdur.
Ancaq Peyğəmbərin düşünüb dərk etdikləri ilə mühiti ziddiy-
yət təşkil edir: dünyanı dərk eləyən ağıl-tanrı qiymətləndirilmir:
Öylə bir əsr içindəyəm ki, cahan,
Zülmü-vəhşətlə qovrulub yanıyor.
Üz vermiş
*
də tanrıdan insan,
Küfri-həqq, cəhli-mərifət sanıyor.
Buna görə də Peyğəmbər ağlının uydurduğu yeni bir allahın
adıyla adamları ətrafına yığmağı qərara alır. Ancaq hansı yolla?
Deməli yeni bir şey də uydurmaq lazımdır. Bu Mələyin-Ağlın
verdiyi “altun kitab”dır. Bu hələ məsələnin bir tərəfidir: insanları
məhəbbət–söz yolu ilə inqilaba çağırmaq:
M ə l ə k
Həqqi təbliğ için sənin ancaq,
Rəhbərin sənəti-kəlam olacaq.
1
Бертельс. А.И. Суфизм и суфийская литература. Изд. «Наука»,
Главредвослит, М., 1965, səh. 84.
2
Yenə orada, səh. 96.
*
Əslində çevirmiş. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
332
Saçma, həp saçma başqa möcüzələr,
Şu kitab
**
, iştə ən böyük rəhbər.
Bəhs edər busədən, məhəbbətdən,
İncilər sərpar elmü hikmətdən.
Burada söhbət gedən “busə” geniş məna daşıyır və yeni
ideyaların təbliğinin dinc yoluna işarədir. Sözlə təbliğ nətiçəsində
yeni ideyalara qarşı insanların qəlbində məhəbbət oyatmaq nəzər-
də tutulur. Busə-öpüş isə şübhəsizdir ki, nifrətin, kinin, zorun
deyil, məhəbbətin təzahür formasıdır. Könüldə obyektə qarşı
bəslənən duyğuların maddiliyidir, izharıdır, görsənişidir.
Tarixin rəmzi olan Skeletin meydana gəlməsi ilə biz məsə-
lənin ikinci tərəfi ilə tanış oluruq. Tarix öz saysız-hesabsız ide-
yalar və çarpışmalar meydanı olması təcrübəsi ilə Peyğəmbərə
sübut eləmək istəyir ki, sən sözlə, təbliğlə, məhəbbətlə müvəf-
fəqiyyət qazana bilməzsən. Peyğəmbərin düşüncələrində bir
müddət ziddiyyətlər hökmranlıq edir. Amma çox keçmir ki, onun
düşüncələri büllurlaşır və o məhəbbətin tərəfində dayanır. Bu da
şübhəsizdir ki, Peyğəmbərin insanları qandan və müharibələrdən
çəkindirmək arzusundan doğur:
Tanrı keçmişdə həp qan istərkən,
Şimdi məmnun fəqət məhəbbətdən.
Əsərin ikinci hissəsində artıq biz Peyğəmbəri mübarizə
meydanında görürük. Bu hissənin əvvəlində onun dəyişdirmək
istədiyi mühitin ümumi mənzərəsi ilə tanış oluruq. İslamdan
əvvəlki bütpərəstliyin səcdə fəlsəfəsi ilə tanış oluruq. İxtiyarın
dediyi sözlərdə həm də allahların və dinlərin insanlar tərəfindən
yaradılması haqqındakı fikir öz əksini tapmışdır:
Dün bir səfil idim bu gün bəxtiyar,
Hər anın bir zövqü, bir məlalı var.
**
Quran. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
333
Kəndi əlim, kəndi duyğum hazırlar,
Hər gün yeni bir büt, yeni bir tanrı.
Sonra İxtiyarın yanına gəlmiş iki ərəblə: Topal və Nəimlə
tanış oluruq. Nəim həyatından razıdır. İxtiyarın yapdığı bütlər ona
var-dövlət, xoşbəxtlik, oğul verir... Ancaq Topal isə həyatından
razı deyil. Bütlər ona bədbəxtlik gətirir. Sənətkar bütpərəstliyin
acı nəticələrini vermək üçün bu səhnədən istifadə etmişdir. Daha
doğrusu, dəyişilmənin vacibliyini göstərmək istəmişdir. Lakin,
Peyğəmbərin yeni dinə çağırışı rədd olunur. Çünki əsrlərlə ənənə
şəklini almış, ehkamlaşmış, daşlaşmış bütpərəstliyi dağıdıb-məhv
etmək o qədər də asan deyildi. “Ənənə böyük bir maneədir,
tarixdə ətalət qüvvəsidir. Lakin, ənənə yalnız passivdir, buna görə
də məhv olub getməlidir”
1
.
Peyğəmbər hər dəqiqə təhqir olunub rədd edilsə də, Abutalıb
*
oğlu Əlinin bütün təhriklərinə baxmayaraq, öz məhəbbət prinsip-
lərindən əl çəkmir. Peyğəmbərin qarşısına eşqin-hissin timsalı
olan Şəmsa çıxarılır. Şəmsa hissin övladı kimi fövqəladə bir eşqin
obyekti olmaq arzusundadır.
Mən istərəm hər nə var, uzaq, yaxın,
Böyük dahilərin, qəhrəmanların,
Bütün ruhu bir çöhrədə parlasın,
O da mənim pərəstişkarım olsun...
Onun Peyğəmbərlə qarşılaşması səhnəsi maraqlıdır. Şəmsa
Peyğəmbəri yolundan saxlarkən Peyğəmbər ona: “Nə istərsən
gözəl qadın?”–deyə müraciət edir. Bu zaman Şəmsa bir qız ol-
duğu halda, ona qadın deməyin təhqir olduğunu deyir. Peyğəmbər
ona tam məntiqi və poetik bir cavab verir:
1
F.Engels. Sosializmin utopiyadan elmə doğru inkişafı. Azərnəşr, 1963, səh.
31.
*
Əslində Əbu Talib. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
334
Ş ə m s a
Düşün, bakir bir qönçəyə,
Qadın demək pək xətadır.
P e y ğ ə m b ə r
Halbuki o qönçə bikri,
Hər gün minlərlə göz əmər...
Ögündügün bikr, ey pəri,
Sönər, hər gün bir az sönər.
Burada iki cəhət diqqəti cəlb edir: gözəllik və ona baxan
gözlər. Gözəllik dünyanın ən misilsiz nemətidir ki, hamının göz-
lərini özünün saysız görsənişlərinə doğru çəkir. Bu gözəllik özü-
nün füsunkarlığı və əsrarəngizliyi ilə onu duyan gözlərə mənəvi
qida verir. Göz də gözəlliyə qarşı o qədər həssas və ehtiraslıdır ki,
hətta onun təzahür etdiyi maddiliyi görünməz tellərlə əmir.
Peyğəmbərin Şəmsaya dediyi başqa bir beytə diqqət edək:
Çəkil, ey haqq yoldan azan,
Vəhşi səhralar çiçəyi...
Şəmsa gözəldir, cəlbedicidir. “Şairlərin dadlı xülyasından da
gözəldir”. Ancaq bununla belə, Peyğəmbər onu rədd edir. Çünki
Şəmsa duyğusuz bütlərə uymuş vəhşi ərəblərin tərəfindədir. Onda
da düşüncə, tanrı eşqi yoxdur. Deməli, idrak eşqi yoxdur, kamalı
yoxdur. Kamaldan uzaq gözəllik isə Peyğəmbərə görə həqiqi gö-
zəllik deyil. Buna görə də Şəmsanın eşqini Peyğəmbər qəbul elə-
mir
*
, ağlın, idrakın tərəfində durur. Ağlın və eşqin təzadı davam
edir. Şəmsa deyir:
Mən istərəm qəlbindəki,
Tanrı eşqi unudulsun,
Könlümdə çırpınan sevgi,
Onun yerinə dolsun...
*
Peyğəmbər Şəmsanı bütpərəstliyinə görə qəbul etmir. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
335
Artıq bizə məlum olduğu kimi, Peyğəmbərin qəlbindəki tanrı
eşqi-idrak eşqidir. Allahı da ağıldır. Şəmsanın sevgisi isə insan
hissinin təzahürüdür. Çünki, Şəmsa zahirən etiraf etsə də ki,
Peyğəmbərin gözlərində “hikmət, düha dənizləri mövcuddur”,
həqiqətdə o, Peyğəmbəri fiziki kamilliyinə və zahiri cazibədar-
lığına görə sevir. Əks halda, Peyğəmbərin dininə iman gətirərdi.
Peyğəmbərin onu rədd etməsi Şəmsanın sevgisini daha da artırır.
Peyğəmbərin yeni inqilabi təbliğinə qarşı başqa bir həyat
həqiqəti diqqəti cəlb edir. Dörd qulun arxasında, taxt-rəvanda
Rəisə Peyğəmbərlə qarşılaşdırılır. Peyğəmbər bu mənzərəyə qarşı
insanların eyni hüquq və təbiliklə doğulması haqqında fəlsəfi
fikirlər söyləyir. Rəisə onun sözləri və nüfuzu qarşısında məğlub
olsa da, özünü o yerə qoymayıb, qulları öz pulu ilə aldığını deyir.
Cəmiyyətdə pulun oynadığı rol Rəisənin dili ilə verilmişdir.
Tarixi Məhəmmədin özünün də bir zaman pul dalınca gedib
Xədicəyə vurulduğuna işarə edilir. Rəisə hətta Peyğəmbərin
allahını da pulla alacağını deyir. Bunun da obyektiv kökü var idi.
Çünki kimin pulu var idi, həyatı qaydasında idi, hər şeylə təmin
olunmuşdu. Allah da olmadığından bu uydurmanın məhsulu olan
“allah” kəlməsi də ona xidmət edirdi. Əksinə, kimin ki, pulu yox
idi, həyatı aclıq, zülm və səfalət içində keçirdi. Bu yalançı ide-
yaya, ümid obyektinə tapınmalı olurdu. Ancaq şübhəsizdir ki,
allahın da əlindən bu zaman heç nə gəlmirdi. Rəisənin düşün-
cəsinə görə, bütün bu münasibətlərin yekunu kimi insanları bir-
birindən fərqləndirən, onların birini hökmran, o birini asılı edən,
qul edən puldur. Lakin Cavidin Peyğəmbəri bu fikirlə razılaşmır
və ona ayıq bir filosof kimi cavab verir:
İnsanları bir-birindən,
Ayıramaz altun, gümüş...
İştə bizi ayırd edən,
Yalnız bilgidir, düşünüş...
Üçüncü hissədə hadisələr daha da gərginləşir. Bütpərəstliyin
yeni bir mənzərəsi ilə qarşılaşırıq: bir ərəb öz qızını diri-diri qəbrə
Úàâèäè õàòûðëàðêÿí
336
qoyur və tanrısının duyğusuzluğundan şikayətlənir. Bu səhnə də
göstərir ki, Cavid mövzu ilə əlaqədar tarixi həqiqətləri çox gözəl
bilirmiş.
Bu faciəli səhnədən Peyğəmbər nadanlığın vəhşilikdən daha
dəhşətli olması nəticəsinə gəlir:
Allah əsirgəsin, aman,
Vəhşiləri keçdi insan.
Cavidin Peyğəmbəri bu hissədə həyatın faciəli təzadlarının,
ideya və qılınc çarpışmalarının fonunda “Məhəbbətdir ən böyük
din” kimi bir fikrə gəlir. Bu da şübhəsizdir ki, onun (tarixi Mə-
həmmədin) təbliğ elədiyi kor-koranəlik və qorxu dini ilə bir çərçi-
vəyə sığmırdı. İnsanlar öz xoşbəxtliklərini məbədlərdə və səcdə-
gahlarda; göylərdə və cənnətdə deyil, bir-birinə göstərməli olduq-
ları məhəbbətdə axtarmalıdırlar. İnsanların əbədi xoşbəxtliyi üçün
insan münasibətlərində məhəbbət hökmran olmalıdır. Əgər Cavi-
din Peyğəmbərinin yeni dini inqilabı yaratmaq üçün keçdiyi
yolların sonu bu qənaətdirsə, bu fikirlərin deyilməsi üçün bəhanə
olmuş tarixi Məhəmmədin təbliğ elədiyi din inkar olunur. Bizcə,
bu, Cavidin mövqeyidir.
Bu hissədə müəllif müdaxiləsi kimi verilən çocuqların təra-
nəsində Cavid öz mövqeyini bir daha büruzə verməklə tarixən
Məhəmməd tərəfindən bəlkə də işıqlı məqsədlərlə təbliğ edilən
dini, öz dövrünün və gələcəyin mövqeyindən inkar etmişdir:
Diyor, göydə bağçalar var,
Orda çiçəklər nur saçar.
İnsan mələk kimi uçar...
İstəməm, masaldır onlar,
Mən vuruldum yalnız sana,
Vətən... Ah sevgili ana.
Dünyanın əvəzsiz gözəlliklərinin önündə göylərdən, əlçat-
maz, dərkolunmaz yerlərdən danışmaq mənasızdır. İnsan inamını
Úàâèäè õàòûðëàðêÿí
337
əfsanəvi rəvayətlərə, anılmaz həqiqətlərə deyil, duyulmaz gözəl-
liklərə deyil, torpağa-dünyaya bağlamalıdır. Əks halda, o göylərin
əsrarəngiz qaranlıqları içərisində çırpınan yaralı bir quşu xatırladır
ki, o da vətən həsrətiylə yanar... Göylərin əfsanələrindənsə yerin
həqiqəti daha gözəldir. İnsanlara ağlı dolaşdıran “masallar”, dinlər
və təriqətlər, kor duyğuların obyekti olan allahlar, dünyanı kənar-
dan idarə edən görünməz qüvvələr deyil, yalnız yarandıqları yer-
torpaq-ana havadar ola bilər.
Buradan çıxış edib vətən məfhumunun ümumi olduğunu, yer
kürəsinə şamil edildiyini deyə bilərik. Bu müəyyən dərəcədə
doğrudur. Çünki romantiklər insan və dünya hadisələrini fəlsəfi
ümumiləşdirmə fonunda həll edirdilər. Milli çərçivədə deyil, bey-
nəlmiləl çərçivədə düşünürdülər. Onlar bu və ya başqa millətin,
xalqın taleyini deyil, ümumiyyətlə, bəşəriyyətin taleyini düşü-
nürdülər. Təsadüfi deyil ki, Cavidin əsərlərində də onlarla millətin
nümayəndəsi tam eyni hüquqla iştirak edir. Və çox halda əsas
qəhrəman kimi çıxış edir. Cavid əsərlərinin, eləcə də “Pey-
ğəmbər”in, ümumbəşəri ideyalar təbliğ etməsi də buradan gəlir.
Cavidin də həqiqi vətənpərvər bir şair olduğunu hələ yaradı-
cılığa təzəcə başlarkən yazdığı bir məktubundan görürük: “Şimdi
əsl məqsəd vətənə xidmət, həm də layiqincə xidmət etməkdir”
1
.
Professor A.Zamanov bu barədə yazır: “Cavid üçün həqiqətin
ancaq bir mənası vardır ki, o da öz doğma xalqını azad, xoşbəxt
və mədəni görmək, ana vətənə xidmət etmək arzusudur”
2
.
Peyğəmbərin mübarizəsi davam edir. Skelet ona yenə xatırla-
dır ki, vəhşiliyin hökm sürdüyü bir mühitdə, məhəbbətdən danış-
maq insanın başına yalnız bəla gətirə bilər. Əgər vəhşiyə məhəb-
bət göstərərsənsə, ona yaxınlaşarsansa səni parçalar. Silahın yox-
dursa, qələbə mümkün deyil. Nəhayət, Peyğəmbər məhəbbəti və
zoru birləşdirməyi qərara alır:
Əvət ən doğru, ən gözəl ayin,
Əhli vicdana busə, xainə kin.
1
Ə.Şərif. Keçmiş günlərdən. Azərnəşr, 1977, səh. 68.
2
A.Zamanov. Böyük sənətkar. Azərbaycan məktəbi. 1963, № 2.
Úàâèäè õàòûðëàðêÿí
338
Dördüncü hissədəki hadisələr Məkkədə baş verir. Ancaq
əvvəlki hadisələrlə bu hissədə cərəyan edən hadisələr arasında
səkkiz il fərq vardır. Artıq Peyğəmbər Mələyin təhriki ilə Mədi-
nədən köçmüş, ətrafına topladığı tərəfdarları ilə birlikdə qələbə
çalmış və həqiqətən də yeni dinin banisi olmuşdur. Bir çox ərəb
qəbilələri artıq onun dinini qəbul etmişdir. İndi o, Məkkəyə hü-
cum ərəfəsindədir. Məkkəlilər Mədinəyə səfər etmiş Əbusəf-
yanın
*
qayıtmasını səbirsizliklə gözləyirlər. Məlum olur ki, artıq
o, qələbə çalmış Peyğəmbərlə müqavilə bağlamışdır. Buna görə
də Rəisə dilxordur. “Can çəkişmək”də olan bütpərəstliyin məh-
vinin yaxınlaşdığını xəbər verən bayquşun səsi onun dilxorluğunu
daha da artırır. Məkkəlilərin hamısı dünənki yetimin bu gün necə
Peyğəmbər ola biləcəyini düşünürlər. Peyğəmbərin dünyagörüşü
və savadı haqqında söhbət edirlər.
B i r i n c i r ə i s
Pək tühaf, bilkisiz, müəllimsiz,
Bir çocuqdan nasıl da parladı tez.
İ k i n c i r ə i s
Görünür Şamə eylədikdə səfər,
Ona vermiş düşüncə rahiblər.
Ü ç ü n c ü r ə i s
(əli ilə rədd edər)
Yox Əbutalibin
*
geniş çadırı,
Məncə darülülumdan yuxarı...
Orda alim, ədəbi-zərif
Ən böyük şair, ən dərin arif,
Söhbət eylərkən ibn Abdullayə
Kəsbi-elm etdi həp ağızlardan,
Oldu bir dahi iştə dünki çoban.
*
Əslində Əbu Süfyan. Pyesdə Baş Rəis. – Tərtibçi.
*
Əbu Talibin.
Úàâèäè õàòûðëàðêÿí
339
Burada Cavid həm də məntiqi olaraq belə nəticəyə gəlir ki,
Məhəmməd savadsız ola bilməzdi. Onun “təbiət və fəlsəfə elm-
lərindən” xəbəri olmuşdur. Əks halda, Quran ayələrində və eləcə
də islamın ideologiyasında özünə yer tutmuş rasional toxumlar
ora haradan düşə bilərdi.
Bu hissədə qələmə alınan başqa bir epizod da maraqlıdır; mə-
lum olur ki, Kəbədəki tanrıların ən gözəli oğurlanmışdır. Oğur-
lanmış büt qızıldandır. Deməli, insanların ehtiyacı və ya tamahı
güc gələndə heç bir qorxu nəzərə alınmadan allahlar da oğurlanıb
maddi ehtiyaclara sərf edilir.
Rəislər bütpərəstlikdən əl çəkib, qalib gəlmiş Peyğəmbərin
nüfuzunu qəbul eləmək istəmirlər. Şəmsa onu öldürəcəyinə söz
verir. Buna səbəb bir tərəfdən onun rədd edilmiş məhəbbətidirsə,
digər tərəfdən, onun qohumlarının
*
Peyğəmbər tərəfindən öldü-
rülməsidir. Bu zaman Topal, Peyğəmbərin ölüm xəbərini gətirir.
Müəllif bu xəbərdən ədəbi priyom kimi istifadə edərək insanların
psixologiyalarındakı dəyişikliyi ustalıqla verir: müvəqqəti olaraq
bütün münaqişələrə son qoyulur. Hamı sevinir. Peyğəmbər haq-
qında istehza ilə deyirlər ki, o öz tanrısına qovuşmuşdur. Amma
Şəmsa sevinmir. O, öz təhqir olunmuş hissinin intiqamını ala
bilmədiyi üçün təəssüflənir. Şənlik məclisi qurulur. Ud çalınır və
“məzkur şəxs” yanıqlı bir mahnı oxuyur.
Mey sun, gözəllər içsin qana-qana,
Ruhlarda qopsun atəşli fırtına.
Gözlər süzülsün... saçılsın hər yana,
İncə qəhqəhələr gül dodaqlardan,
Çılğınca busələr al, yanaqlardan.
Lakin bu təntənə uzun sürmür. Xidmətçi şəhərdə qarışıqlıq
olduğunu xəbər verir. İçilmək üçün gətirilən şərablar geri qay-
tarılır. Məlum olur ki, Peyğəmbər hücum etmiş və şəhərə girmiş-
*
Atası və qardaşının. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
340
dir. Baş Rəis gəlib islamı qəbula çağırır. Tarixi Məhəmmədin
mənfi əməlləri sadalanır və tənqid edilir. Peyğəmbər gəlir və
qələbəsini hikmət və təfəkkürlə bağlayır. İman gətirənləri bağış-
layır. Şəmsanın onu öldürmək fikri başa düşülür. Şərbət zorla
Şəmsaya içirilir. O ölür.
Hadisələrin sonunda Cavid təfəkkürünün sağlam istiqaməti
bir daha özunü göstərir. Müəllif dinin ilk yaranışından sonrakı
fəlakətlərini bilirdi. Və vaxtilə “Maral”da “din və məzhəb bayrağı
altında tökülən qanları” lənətləmişdi. Belə olduğu halda o,
“Peyğəmbər” əsərini yazmaqla dini təbliğ eləməzdi. Və burada
şübhəsizdir ki, mövzu, deyiləcək fikirlər üçün vasitə rolunu oyna-
yır. Hadisələrə müəllif müdaxiləsi ilə vurulan yekunla uğrunda
mübarizə aparılan din və onun mürtəceləşmiş ideyaları məna-
sızlaşır. Baş Rəisin dili ilə deyilən aşağıdakı beyt göstərir ki,
Cavid heç də bu dini inqilabın “nailiyyətləri” ilə razı deyil:
Kəssə hər kim tökülən qan izini.
Qurtaran dahi odur yer üzünu...
Biz irəlidə qeyd etdik ki, Cavidin bu əsərini onun başqa
əsərlərindən ayırmaq lazım deyil. Böyük mütəfəkkirin insan,
həyat və dünya haqqındakı bədii-fəlsəfi görüşləri onun bütün
əsərlərinin mətnlərinə hopmuşdur. Odur ki, onun bu və ya digər
əsərini təhlil edərkən, əsərin ideya-bədii xüsusiyyətlərini araşdı-
rarkən, mütləq o biri əsərlərinə müraciət etməli olursan.
“Peyğəmbər” əsərindəki ideyalara və fəlsəfi görüşlərə Cavid
birdən-birə gəlib çıxmamış, demək lazımdır ki, bütün yaradıcılığı
boyu bu idealları izləmişdir. “Peyğəmbər” əsərində, davamı və
inkişafı verilən ideyaların haradan gəldiyini izləmək üçün, onun,
ideya etibarı ilə “Peyğəmbər”ə daha yaxın olan əsərlərindən biri
“Şeyx Sənan”dan bəzi məsələləri yada salaq. Burada əvvəl din,
allaha səcdə tərəfdarı olan Sənan, sonralar Xumarın eşqi ilə
məcnun olur. Bununla da, əvvəl ağlın, ürfanın, filosofluğun
tərəfində durduğu halda, sonra eşqin tərəfinə keçir. Və hətta bu
Úàâèäè õàòûðëàðêÿí
341
yolda inamından, əqidəsindən, fikir axtarışından da vaz keçir.
Məhəbbətə, həyatının həqiqət axtarışı yollarında sonuncu mərhələ
kimi baxır. Onun bu mərhələdə dayanması, belə demək mümkün-
dürsə məntiqidir. Çünki Sənanın dünyagörüşünə görə insan hissin
övladıdır, ona da ram olmalıdır. Ancaq, Sənan yalnız hissə ram
olmaqla ehtirasın tərəfində durmur və daha çox mənəvi eşqin,
mənəvi məhəbbətin carçısı kimi çıxış edir. Ancaq daha çox,
filosofluğun, mütəfəkkirliyin, sonsuz düşüncə axtarışlarının rəmzi
olan və artıq həyatının, axtarışlarının məhəbbət mərhələsini keç-
miş, filosofluqda qərar tutan Dərviş, Şeyx Sənanı özünün durduğu
mərhələyə çağırır. Lakin Sənan artıq onun dəvətlərini qəbul elə-
mir. Bununla da həm də panteistik və bəzən də skeptik dünya-
görüşə malik olan müəlliminin də yolunu inkar edir. Və bir vaxt
müəlliminin onun haqqında dediyi “Səni alçaldan ehtiras olacaq”
kəlməsi həqiqət olur. Niyə məhz alçaldan? Çünki onun müəllimi
də və hətta Şeyx Sənanın özü də əvvəllər qadına uymağı, ona
vurulmağı, hissin əlində əsir olmağı alçalma hesab edirdilər.
Xumarla bağlı yuxular, onu, halına acıdığı Zəhranın səviy-
yəsinə endirdi. Hətta əvvəllər Sənanın ehtirasa münasibəti o qədər
amansız idi ki, onu insanın yaranma səbəbi kimi və Həvvanı da
bu hissin təzahürü kimi lənətləyirdi. Dünyada baş verən bütün
cinayətlərin səbəbini qadınla bağlayırdı. Guya allahın ağıl mül-
künün dağılması üçün günahkar insan övladının birincilərindən
olan Həvvadır. Guya insanın allahdan-ağıldan kənar, ayrı düş-
məsinə səbəb Həvvanın bədənində oyanan ehtirasdır:
Həp cinayət qadın cinayatı!
Həp qadın cürmi-ehtirasatı!
Hər səfalət doğar qadınlardan,
Baş verir hər fəlakət onlardan.
Öncə Həvva, o möhtəris nənəmiz,
İşləyib bir cinayət, açdı bir iz:
Bizi qovdurdu baği-cənnətdən,
Qıldı məhrum qürbi-rahətdən.
Úàâèäè õàòûðëàðêÿí
342
Qadın insanı haqdan ayrı salır,
Həp qadınlar başa bəla sayılır.
Göründüyü kimi, “Peyğəmbər” əsərində ağıl mücahidi kimi
təqdim olunan Peyğəmbər surətinin Şeyx Sənanın ilk dövrü ilə
çox yaxın əlaqəsi vardır. Və Cavidin yaradıcılığı boyu təsdiq
etmək istədiyi İNSAN–ALLAH–İBLİS fəlsəfi konsepsiyasının
birinci tərəfi bu əsərlə də bağlıdır. Və “Peyğəmbər”də təbliğ olu-
nan insanlar arasında əmin-amanlıq bərqərar edəcək mənəvi mə-
həbbət, Şeyx Sənanın Xumara olan məhəbbətinin bir növ dava-
mıdır. Bir qədər də aydın desək, yuxarıdakı formulun birinci sözü
olan İNSANA, onun yaranmasına, həyatına, düşüncələrinə, məş-
ğuliyyətlərinə, fikri axtarışlarına, sarsıntılarına və fəlakətlərinə,
sevgisinə və nifrətinə, həyatına və ölüm adlı “gələcəyinə” və s. bu
kimi məsələlərə dair düşüncələr, axtarışlar və gəlinən nəticələr
“Şeyx Sənan” əsərinin məzmununu və ideyasını təşkil edir.
Mövzu isə belə fikirlər üçün paltar rolunu oynayır. (“Peyğəm-
bər”də də eynilə belədir).
Cavidin “Peyğəmbər” əsəri yuxarıdakı formulun ikinci tərə-
finin təsdiqinə aiddir. Cavidin Peyğəmbəri insanları iblisanə
əməllərin əlindən qurtarmaq üçün uzunmüddətli yollar axtarı-
şından sonra dinin üzərində dayanır. Və bu dinin də təsdiqi tarixi
Məhəmmədin fəaliyyətindən alınmış süjetin vasitəsi ilə verilir.
Lakin bütün qələbələrdən sonra Peyğəmbər hiss etməyə başlayır
ki, bu mərhələ özü də insanları iblisin əlindən qurtara bilməz.
Çünki, dinin mahiyyətini əgər insanları qorxu və kor inam haki-
miyyəti altında saxlamaq təşkil edirdisə, bu, peyğəmbərin izlədiyi
ideallara ziddir (Biz peyğəmbər deyərkən həmişə Cavidin
əsərindəki peyğəmbərdən danışırıq). Buna görə də o daha dəyərli
bir qənaətə – “Məhəbbətdir ən böyük din” – qənaətinə gəlir.
Ancaq bu məhəbbət heç də kişinin qadına olan məhəbbəti ol-
mayıb daha geniş dairəni əhatə edir...
Peyğəmbər Cavidin “Ağıl məcnunları”nın demək olar ki, ən
ardıcılıdır. Çünki, o, eşqə, hissə, ehtirasla, pula, qızıla, gözəl qıza
Úàâèäè õàòûðëàðêÿí
343
məğlub olmur. Şəmsanı rədd edir. Ən çətin ayaqda Mələklə – öz
ağlı ilə məsləhətləşir. Doğrudur, o bəzən Skeletin – Tarixin də de-
diyini eləyir. Ancaq unutmaq olmaz ki, tarixə nəzər salıb, ondan
dərs alan da Peyğəmbərin ağlıdır.
Cavid Peyğəmbərin dili ilə gəldiyi “məhəbbət dini” qənaətin-
də də nə isə bir qeyri-müəyyənlik gördüyü üçündür ki, əsərdə
Üçüncü Rəisin
*
dili ilə daha dəyərli bir nəticəyə gəlir:
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü...
Fəqət hansı yolla bu qan izini kəsmək lazımdır? Şair bunu
gələcək düşüncələrin, elmin öhdəsinə buraxır. Bəs yer üzünü
qurtaran dahi kimdir? Şair bu suala cavab verməyi də gələcək
əsrlərin öhdəsinə buraxır... Cavid sonralar birinci sualın cavabını
“Peyqəmbər” əsərinin sonunda hamıya təbliğ etdiyi “kəsbi-irfan
üçün çalışın” çağırışına özü də əməl etməklə verir (“Azər”,
“Knyaz”, “Səyavuş”, “Xəyyam” əsərlərində). Tökülən qan izi,
marksizm-leninizm nəzəriyyəsi, sosialist inqilabı yolu ilə kəsil-
mişdi. Və bəşəriyyət get-gedə Cavidin və onun qəhrəmanlarının
arzuladığı kimi, düşüncənin, elmin tərəfinə keçmişdir.
*
Əslində Baş Rəisin. – Tərtibçi.
Qeyd. Şəfiyevin məqaləsində pyesin məzmunu və ideyası, surətlərin təhlili,
tarixi həqiqətlərin şərhi və s. ilə bağlı təhriflərə yol verilir. “Peyğəmbər”in
Cavidin başqa dramaları ilə müqayisədə təhlili uğursuzdur. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
344
Õ À Ò È Ð ß Ë ß Ð
Camo Cəbrayılbəyli
Äÿðèí äöøöíúÿëè èíñàí
axşı yoldaş, bacarıqlı müəllim,
dəyərli əsərlər müəllifi olan
Hüseyn Cavid mənim ən çox sevdiyim
ziyalılardan biridir.
Mərhum Hüseyn Cavidlə ilk tanışlı-
ğım inqilabdan qabaq olmuşdur. 1916-cı
ilin bahar günlərindən biri idi. Abdulla
Şaiqlə indiki Pioner bağının
*
yanından
keçirdim. Bu zaman qarşımıza əlində
qəzetə bükülü kitab tutmuş bir şəxs çıx-
dı. Abdulla Şaiq məni ona təqdim
edərək:
- Cavid, gənc müəllimimiz Camo bəylə tanış ol, - dedi.
Biz əl verib görüşdük. Bu istedadlı şairin adını eşitmişdim,
ancaq özünü görməmişdim. Cavidlə tanış olmağıma çox sevin-
dim.
Mən Hüseyn Cavidi sonralar çox gec-gec görürdüm.
Azərbayçanda Sovet hakimiyyəti qurulduqdan sonra onunla
daha yaxın olmaq mənə qismət oldu.
1921-22-ci illərdə Darülmüəllimin (müəllim hazırlayan oğ-
lanlara məxsus məktəb) yenidən təşkil edildi. Əvvəllər bu mək-
təbdə Türkiyədən dəvət olunan müəllimlər dərs deyirdilər. Burada
tədris üsulu da köhnə idi. Məktəbdə aparılan işlər sovet quruluşu
ruhuna uyğun deyildi.
*
İndiki Filarmoniya bağı. – Tərtibçi.
Y
Úàâèäè õàòûðëàðêÿí
345
Darulmüəllimin pedaqoji kollektivi yenidən seçildi və buraya
qabaqcıl fikirli ziyalılar cəlb olundu. Darülmüəllimin başda təc-
rübəli müəllimi Pənah Qasımov olmaqla bütün işçiləri partiyanın
göstərişi ilə yeni təlim-tərbiyə məsələsini qarşıya qoymuşdular.
Onlar bu məktəbi sovet dövrünə layiq bir məktəbə çevirmək, yeni
təlim üsuluna keçmək işinə başladılar. Bu vəzifəni həyata keçir-
mək üçün məktəbə görkəmli şəxslərdən Azad Əmirov, Səməd
Acalov, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Şəfiqə xanım
Əfəndizadə, Abdulla Şaiq, Sara xanım Xuramoviç, Hüseyn
Cavid, Əli bəy Qasımov və başqaları cəlb edilmişdilər. Mən də
məktəbin biologiya müəllimliyinə dəvət olunmuşdum.
Şagirdlərin təhsil və tərbiyə cəhətdən hazırlıqlarını yoxlamaq
üçün xüsusi komissiya ayrılmışdı. Həmin komissiyanın tərkibində
Hüseyn Cavid də var idi. Cavid bu məktəbdə Türk dili və ədəbiy-
yatı dərslərini tədris edirdi. O, az vaxt içərisində pedaqoji kollek-
tivin və şagirdlərin dərin hörmətini qazanmışdı. Hüseyn Cavid
dərslərə yaxşı hazırlaşar, şagirdlərlə əlavə məşğələlər aparar,
hamının yaxşı qiymətlə oxumasına çalışardı.
Xoş rəftarlı, mehriban və sadə insan olan Cavidin az, lakin
mənalı danışığı dinləyiciləri heyran edərdi. O, bərkdən danışmağı,
hay-küy salmağı da sevməzdi. Cavid dərsdə mövzunu o qədər
canlı və şirin izah edərdi ki, şagirdlər nəinki sinifdə, hətta evdə də
onun haqqında uzun müddət deyib danışardılar. Şairin müəyyən
bir dram əsərini təhlil edəcəyini eşitdikdə biz müəllimlər də icazə
alıb sinifdə oturar və onun söhbətinə qulaq asardıq.
Cavidin rəhbərliyi ilə məktəbdə dram dərnəyi yaradılmışdı.
Həmin dərnəyin üzvləri müxtəlif əsərlərdən parçalar hazırlayar və
tamaşalar köstərərdilər. Əsərlərin məşqi zamanı Cavid özü də
iştirak edər və rolların ifasında səhvə yol verən “aktyorların”
nöqsanlarını oradaca düzəldərdi.
Hüseyn Cavid ədəbiyyata həvəsi olan gənclərə öz biliyini
əsirgəməzdi. O, şer, oçerk və hekayə yazanlara kömək edər, onları
bu işə həvəsləndirərdi.
Bir dəfə mən yazdığım 5-6 misralıq şeirimi Cavidə oxudum.
O, - lap yaxşıdır, yaz, mən də sənə kömək edərəm, - dedi.
Úàâèäè õàòûðëàðêÿí
346
Cavid təvazökar insan idi. Bir dəfə olsun eşitmədik ki, o öz
əsərlərinin adını çəksin və ya onlardan birini tərifləsin.
Mən, Cavidlə 1933-cü ilə kimi bir yerdə işlədim. O zaman
Darülmüəllimin Kommunist küçəsində
*
yerləşirdi. Bu məktəb
1926-27-ci dərs ilindən sonra pedaqoji məktəbə çevrilmişdir.
Məktəbdə təlim və tərbiyə işlərinə namus və fədakarlıqla yana-
şılmağın nəticəsidir ki, buranı bitirənlərin əksəriyyəti hal-hazırda
ən görkəmli simalardan biri olmuşdur. Respublikamızda tanınmış,
xalqa sədaqətlə xidmət edən adlı-sanlı alim, yazıçı, bəstəkar və
rəssamlarımızdan bir neçəsi burada təhsil almışdır. Hüseyn
Mehdi, Sabit Rəhman, Səid Rüstəmov, Əli Sultanlı, Əlisöhbət
Sumbatzadə və başqaları bu məktəbin yetişdirmələridir.
Məktəbdə təlim-tərbiyə işinə daha yaxından diqqət vermək
məqsədi ilə burada dərs deyən müəllimlərdən bir neçəsinə həmin
binada ev verilmişdi. Mən binanın ikinci mərtəbəsində, Cavid isə
üçüncü mərtəbəsində öz ailələrimizlə yaşayırdıq. Orada Cavidlə 8
il qonşu olduq. Öz ailəsinə mehriban olan, uşaqlarını, arvadı Miş-
kinaz xanımı məhəbbətlə sevən Hüseyn Cavid, bizim ailəmizin də
əzizi idi. Biz tez-tez bir-birimizin evinə gedər, söhbətləşərdik.
Mən, həmişə onlara gedəndə Cavidi bəzən binanın damının üs-
tündə görərdim. Sonra öyrəndim ki, Cavid orada şəhəri seyr
etməyi sevərmiş.
Yadımdadır, bir dəfə xəstələndiyimi eşidib o, bizə gəlmişdi.
Məktub üçün qapının ortasından açdığım deşiyi görüb zarafatla:
– Camo bəy, sənə soyuq yəqin ki, bax buradan dəyibdir, –
dedi və gülüşdük.
Əgər Cavidi 1920-çi ilə qədər çox qəmgin görər və əsərlə-
rində şikayət hiss edərdimsə, bu hal sonralar yox olmağa başla-
mışdı. Sovet hökumətinin qurulması Cavidi çox sevindirdi. Onda
böyük nikbinlik əmələ gəldi. “Telli saz”, “Azər” və başqa bu kimi
əsərlərində həmin nikbinliyi görür və sovet quruluşunu alqışla-
*
İndiki İstiqlaliyyət küçəsi. –Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
347
dığının şahidi oluruq.
*
Hüseyn Cavid gəncliyi odlu məhəbbətlə
sevirdi. O, yeni insanla, yeni cəmiyyətlə sevinirdi.
Qoy Cavidin Abdulla Şaiqlə və başqa müasirləri ilə etdiyi
səmimi dostluq və yoldaşlıq gəncliyimiz üçün nümunə olsun. Bu
gözəl insanı, boyük sənətkarı heç vaxt unutmaq olmaz. Cavidin
sevdiyi və arzu etdiyi gənclik onu həmişə əziz tutmuş və bundan
sonra da əziz tutacaqdır.
“Azərbaycan müəllimi” 13 yanvar 1963
*
Müəllif sovet təsiri altında olduğundan yanlışlığa yol verir. Cavid sovet
quruluşunu nə alqışlamış, nə də sevinmişdi. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
348
Rza Təhmasib
Äîñòëóüóìóç
avidlə ilk tanışlığım 1910-cu
ildən başlanır. O, Naxçıvanda
ana dili və fars dili müəllimim olmuş,
Şərq ədəbiyyatının ölməz əsərlərini
mənə sevdirmişdir.
O, öz otağının balaca pəncərəsi qa-
bağında dayanıb, Bazar çayına uzun-
uzadı baxar, sanki suların şırıltısından
ilham alardı. Dərs oxumaq üçün Cavidin
evinə gedəndə yenə də pəncərə qabağın-
da fikrə daldığını görüb dayanar, onu
dərin xəyallardan ayırmağa cəsarət etməzdim.
İllər keçdikcə aramızdakı müəllim və tələbə münasibəti səmi-
mi dostluğa çevrildi. Dostluğumuz on beşinci illərə [1915] qədər
Naxçıvan və Tiflisdə, sonralar isə Bakıda qırılmaz surətdə davam
etmişdir.
Cavid olduqca təvazökar, sözün müsbət mənasında, insanı
heyrətə gətirən bir qürura malik idi. O, insanlara dərin hörmət və
məhəbbət bəsləyər, bununla yanaşı kimsədən asılı olmaq istə-
məzdi.
İlk dostluğumuz illərində Cavid yazdığı şeirləri Əziz Şərifə
və mənə oxuyardı. O, bizim qeydlərimizə (bu barədə Əziz Şərif
məndən daha cəsarətli idi) diqqətlə qulaq asardı, dəftərçəsinə nə
isə qeyd edərdi. Əziz Şəriflə bərabər ona rus və Qərb ədəbiy-
yatından oxuduğumuz əsərlər haqqında ətraflı danışardıq. Cavid
Şekspir dramaturgiyası ilə, rus ədəbiyyatından Tolstoyun və
Dostoyevskinin yaradıcılığı ilə maraqlanardı. Fars, ərəb, osmanlı
və Azərbaycan şairlərinnn əsərlərindən bizə nümunələr oxuyardı.
“C
Úàâèäè õàòûðëàðêÿí
349
1915-ci ildə Cavidin bilavasitə köməyi ilə Bakıda “Səfa”
məktəbində müəllimliyə düzəldim. Bu məktəbdə Cavid də müəl-
lim idi. Hər gün dərsdən sonra Cavidin dostları Abdulla Şaiq,
Cəfər Bünyadzadə, Seyid Hüseyn və başqaları ilə o zaman
Qubernator bağı
*
adlanan indiki Pioner bağında görüşər, ədəbiy-
yatdan, şeirdən, ictimai və mədəni hadisələrdən söhbət edərdik.
Bu söhbətlərimizdə bəzən N.Nərimanov da iştirak edərdi. O,
Cavidə mehriban bir münasibət bəslərdi. Axşamlar isə Cavidin
“Təbriz” mehmanxanasındakı otağına toplaşardıq. Bu yığıncaq
tam mənası ilə ədəbiyyat və şeir məclisinə çevrilərdi. Salman
Mümtaz fars və Azərbaycan dillərində əzbərdən və xoş bir ahəng-
lə çoxlu şeir oxuyardı. Onun çox gözəl yaddaşı var idi.
Cavid özünün mənzum dram əsəri “Şeyx Sənan”ın ayrı-ayrı
səhnələrini hələ 1912–13-cü illərdə Tiflisdə mənə oxumuşdu.
Yadımdadır, Cavid Tiflisdə Şeytanbazarda bir mənzil tutmuşdu.
Oradan Şeyx Sənan dağı aydın görünürdü. Cavid, Əziz Şərif və
mən bir neçə dəfə həmin dağa gəzməyə getmişdik. Cavid burada
Şeyx Sənana isnad edilən qəbrin yanında xeyli dayanar, diqqətlə
ona baxardı. Sonralar başa düşdüm ki, o, ruhən və fikrən bu
yerlərə yaxın olmağa bir ehtiyac duyurmuş.
Cavidin əsərlərində oynadığım ilk rol İblisdir. Bu tamaşa
1920–21-ci il mövsümündə Dövlət Opera və Balet Teatrında
olmuşdur. Əsərin və İblis obrazının dərin ictimai mənasını – onun
traktovkasını Cavid özü mənə izah etdi. İblis rolunun ilk ifaçısı
Abbas Mirzə Şərifzadə son dərəcə qüvvətli aktyor məharəti, gur
səsi və tamaşaçılar qarşısında qazandığı məhəbbəti sayəsində,
əlbəttə, böyük üstünlüyə malik idi. Mən yalnız obrazın doğru
traktovkası və Cavid şeirinin düzgün və mənalı tələffüzü ilə bu
çətin yarışda bir növ vəziyyətdən çıxa bilirdim. Sonralar həmin
tamaşada Arif rolunu oynamışam.
Cavidin “Şeyx Sənan” pyesində Sənan, “Knyaz”da Knyaz,
“Topal Teymur”da Orxan, “Səyavuş”da Keykavus rollarını ifa
etmişəm.
*
İndiki Filarmoniya bağı. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
350
Cavidin “İblis” və “Şeyx Sənan” pyeslərini Naxçıvanda və
Bakıda bir rejissor kimi tamaşaya qoymuşam.
Cavidin pyeslərindəki obrazların çoxu canlı və dolğundur.
Aktyor yaradıcılığı və aktyor sənətinin inkişafı üçün bu obraz-
larda dərin və zəngin material vardır.
Cavid daim axtarırdı, həmişə öz-özü ilə mücadilə və müba-
rizədə idi. Cavid öz yaradıcılığında yenilik sevən, mütərəqqi sə-
nətkar idi. O, hər əsərini dönə-dönə məhək daşından keçirdikdən,
xüsusilə, şeirlərini tam büllurlaşdırdıqdan sonra üzə çıxarardı.
Görkəmli şair və dramaturq Hüseyn Cavid həm də xeyirxah
insan, mənəvi və əxlaqi cəhətdən son dərəcə pak bir şəxsiyyət idi.
“Cavid” sözü təkcə onun təxəllüsü deyildir. Bu söz Cavid
yaradıcılığının ölməz rəmzidir.
Azərbaycan mədəniyyətini və ədəbiyyatını sevən hər kəs
Cavidlə fəxr edə bilər.
“Ədəbiyyat və incəsənət”, 2 mart 1963
Úàâèäè õàòûðëàðêÿí
351
Vahram Alazan
Ùöñåéí Úàâèäëÿ ýþðöøëÿðèì
üseyn Cavid Azərbaycan ədəbiyyatının yaşlı nəslinə
mənsub olan yazıçılardan biridir. Bu yazıçılar Azər-
baycanda Sovet hakimiyyəti qələbə çaldıqdan sonra sovet plat-
forması cəbhəsinə keçib öz istedadları ilə sovet dövlətinə, sovet
xalqına xidmət etmişlər.
*
Hüseyn Cavidlə mən ilk dəfə 1929-cu ilin avqust ayında
Azərbaycan və Gürcüstan yazıçılarının nümayəndə heyətlərinin
Yerevana dostluq görüşünə gəldikləri zaman tanış olmuşam. “İlk
görüşdən Cavid mənə son dərəcə dərin və unudulmaz təsir
bağışladı. Yerevanda bizim bir çox şairlərimiz, o çümlədən
Avetik İsahakyan Cavidlə tanış oldular. Varpet elə ilk tanışlıqdan
Cavidə vuruldu. Yadımdadır, bu iki şair çox zaman bir yerdə
oturub şirin söhbət edirdilər.
Bizim nümayəndə heyətimiz qarşılıqlı olaraq Bakıya qonaq
gəldiyi zaman Varpet və Cavid tez-tez görüşür, dostcasına şirin
söhbətlər edirdilər. Yerevanda Yeqeşe də Hüseyn Cavidlə tanış
oldu, onların da uzun söhbətlər etdikləri yadıma gəlir. Cavid
Çarensə unudulmaz təsir buraxmışdı. Bir dəfə mənimlə söh-
bətində Çarens dedi:
– Ay gədə, bu Hüseyn Cavid fikri dərin və uçsuz-buçaqsız bir
dəryadır. Bir sözlə, dahi insandır.
Vahan Totovens 1935-ci ildə Cavidin “Səyavuş” dramatik
poemasını erməni dilinə tərcümə etmək üçün nəşriyyatla müqa-
vilə bağlamışdı. Təəssüf ki, o bu işi başa çatdıra bilmədi.
*
Dostları ilə paylaş: |