Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə16/34
tarix02.12.2016
ölçüsü3,51 Mb.
#622
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   34

3. POETİK FORMALAR 

 

Hüseyn Cavid şeirin bütün janrlarında (mənzum dramlarında, 



poemalarında, süjetli şeirlərində, siyasi-ictimai və fəlsəfi parçala-

Úàâèäè õàòûðëàðêÿí 

255 


rında, lirikasında, klassik şeirin və şifahi xalq şeirinin bütün əsas 

şəkillərindən) üçlük, dördlük, qoşma, bayatı, rübai, məsnəvi, beş-

lik, müxəmməs (altılıq), müsəddəs, qəzəl, tərkibbənd, müstəzad, 

türki, nəğmə, şərqi və sairə... çox müvəffəqiyyətlə, həm də yara-

dıcı şəkildə istifadə etmişdir. 

Məsnəvilər: “Keçmiş günlər”, “Bahar şəbnəmləri” əsərlərin-

də toplanan şeirlərini, xüsusən hekayə, həsbi-hal  şəklində yazıl-

mış liro-epik şeirlərini (“Məsud və Şəfiqə”, “İlk bahar”, “Hərb və 

fəlakət”, “Qız məktəbində”, “Məzlumlar üçün”, “Bir xatirə”, 

“Qadın” və sair) Cavid məsnəvi şəklində yazmışdır. Həmin şeirlə-

rində forma cəhətindən diqqəti cəlb edən budur ki, şair eyni bir 

şəkildə  məsnəvidə epik səhnələri sənətkarlıqla canlandıra bildiyi 

kimi, dərin lirizmi də ustalıqla verə bilmişdir. 

Cavid ilk mənzum dramı olan “Ana”nı da məsnəvi ilə yazmış, 

bütün mükalimələri məsnəvi üzərində qurmuşdur. Lakin “Ana”da 

bu şəkil onun liro-epik əsərlərində olduğu kimi gözlənilən müsbət 

nəticəni verməmişdi. Dram, şəkilcə yeknəsəq idi. Bu kəsiri hiss 

etdiyi üçündür ki, sonrakı  mənzum dramlarında  şair məsnəvini 

əsas götürməklə klassik və şifahi xalq şeirinin başqa şəkillərindən 

də istifadə etmişdir. Məsələn, “Şeyx Sənan”da məsnəvi ilə bəra-

bər mürəbbe, müxəmməs, qəzəl, şərqi, türki, nəğmə, “İblis”də ye-

nə məsnəvi ilə birlikdə çox yerdə müstəzad, mürəbbe, müsəddəs, 

şərqi və nəğmə, “Uçurum”da məsnəvi ilə birlikdə qoşma, bayatı, 

şərqi, “Peyğəmbər”də yenə  məsnəvi ilə  bərabər demək olar ki, 

dördlük əsas yer tutur. Bundan başqa “Peyğəmbər”də müsəddəs, 

tərkibbənd, müxəmməs, rübai, şərqi  şəkilləri də  işlənmişdir. 

“Knyaz”da məsnəvi  əsas götürülməklə, rübai, mürrəbbe, müstə-

zad,  şərqi və  nəğmə  şəkilləri də mühüm yer tutur. “Səyavuş”da 

yenə məsnəvi ilə birlikdə mürəbbe, şərqi şəkilləri vardır. Cavidin 

son mənzum dramı olan “Xəyyam” poetik formalar cəhətindən 

daha əlvandır. Bu dram da məsnəvi ilə bərabər, müstəzad və rübai 

şəkilləri də  işlədilir. Bunlardan əlavə bir çox səhnələrdə  şərqi, 

nəğmə şəkillərindən də bol istifadə edilmişdir. “Azər” poemasın-



Úàâèäè õàòûðëàðêÿí 

256 


da məsnəvi ilə birlikdə mürəbbe, üçlük, müxəmməs, müsəddəs, 

tərkibbənd, müstəzad, şərqi, nəğmə şəkilləri də çox işlədilmişdir. 

Şairin xüsusən mənzum dramlarında  şeirin müxtəlif  şəkillə-

rinə müraciət etməsi onun əsərlərində sözlərə, mükalimələrə dra-

matizm verir, replikanı qüvvətləndirir, xarakter və  əhvali-ruhiy-

yələtin özlərini daha parlaq büruzə verməsinə xeyli kömək edir. 

 

DÖRDLÜK (m ü r ə b b e l ə r ) 

 

İstər lirik, liro-epik şeirlərində, istərsə də poema və mənzum 



dramlarında Cavid dördlükdən də istifadə etmişdir. “Keçmiş 

günlər” və “Bahar şəbnəmləri” məcmuələrində toplanan “Dəniz 

pərisi”, “Son baharda”, “Kiçik sərsəri”, “Öksüz Ənvər”, “Hər yer 

səfalı”, “Sevinmə, gülmə, quzum!..”, “Vərəmli qız”, “Mən istə-

rəm ki” və bir sıra başqa  şeirləri dördlük şəklində yazılmışdır. 

Şair bunlarda yeri gəldikcə dördlüyün müxtəlif formalarını işlət-

mişdir. Məsələn, a-b-a-b, a-b-b-a–a-a-b-b kimi. 

Bəzən dördlüklə yazılmış şeirlərində müəyyən bəndlərdə şair 

üçlük (“üçləmə”)  şəklini işlədir. Məsələn, dörd bənddən ibarət 

olan “Çəkinmə” şeirinin iki bəndi dördlük, iki bəndi isə üçlükdür. 

Şübhəsiz, eyni bir şeirdə, bir şəkildən o birisinə keçmək onun 

üçündür ki, şəkil xatirinə mətləb uzanmasın, artıq söz işlədilməsin 

və şeir yeknəsəq olmasın. 

Cavid üçlükdən bəzən mustəqil şəkildə istifadə edir. Belə üç-

lüklərdə birinci bəndin son misrasının qafiyəsi o birilərində təkrar 

olunur, Məsələn, “Mühacirlər yuvası” poemasında

*

 olduğu kimi: 



 

Aydın bir gecəydi, röyaya daldım,  

Baxdım cənnətdəyim, heyrətdə qaldım. 

Öpdü al yanaqlı mələklər məni. 

 

Bilməm nə hal oldu, haman bayıldım, 

Bülbüllər ötürkən səhər ayıldım. 

Öpərdi xapəli ipəklər məni... 

                                                 

*

 Poema deyil, “Azər” poemasından bir parçadır. – Tərtibçi. 



Úàâèäè õàòûðëàðêÿí 

257 


Röya füzunilə o gün sərxoşdum

Bir kələbək kimi gülzara qoşdum. 

Öpdü gözü yaşlı çiçəklər məni. 

 

Şair dördlüklə başladığı  bəzi  şeirlərinin axırıncı  bəndlərini 



müqəddəs, tərkibbənd və ya başqa bir şəkillə bitirir. Məsələn, 

“Keçmiş günlər”dən olan “Elmi-bəşər” şeirinin altı bəndi dördlük, 

qalan üç bəndi tərkibbənd şəklindədir. Aydın hiss olunur ki, son 

bəndlərə gəlincə, şair fikrini dörd misrada tamamlaya bilmədiyinə 

görə  tərkibbəndə keçməyə  məcbur olmuşdur. Məsələn,  şeirin 

doqquzuncu bəndi belə başlayır: 

 

Bir həqiqət bu gün müsəlman ikən,  

Onu mütləq yarınki hikmətlər 

Zəhri-xəndəylə, örsələr zədələr, 

İki gün sonra eyni hikmətdən... 

 

Göründüyü kimi, bu dörd misrada fikir tamamlanmır, buna 



görə də şair tərkibbənd şəklinə keçir, iki misra da əlavə edir. 

 

Daha çox şübhələr, tərəddüdlər 



Duyar insan, bu iştə elmi-bəşər!.. 

 

Şübhəsiz ki, belə hallarda bu iki misradakı fikri dörd misrada 



da vermək olardı. Lakin bu dörd misra bu iki misra qədər tutarlı, 

kəskin ola bilməzdi. Odur ki, Cavid belə hallarda şəklə yaradıcı 

münasibət bəsləyirdi. Eyni bir şeirdə iki şəkildən-həm mürəbbe, 

həm də tərkibbənddən istifadə edirdi. 

Cavid mənzum dramlarında, mükalimələrdə dördlükdən mü-

vəffəqiyyətlə istifadə edir. Məsələn, “Səyavuş”dakı  aşağıdakı 

mükalimələr dördlükdür: 

Yurdumuzu çeynəyən  

Sayğısız hər kim olsa, 

İnan ki, çox sürmədən 

Diz çökəcək qarşımda. 


Úàâèäè õàòûðëàðêÿí 

258 


Bizdə dəmir biləklər, 

Çəlik qollar az deyil, 

Sarsıdıcı hünərlər, 

Mərd oğullar az deyil.  

 

BEŞLİK, ALTILIQ VƏ TƏRKİBBƏNDLƏR 

 

Beşlik, altılıq, (müxəmməs-müsəddəs)  şəkillərindən Cavid 



daha çox tərkibbəndlər  şəklində istifadə edir. Beşliyin, altılığın 

saf  ənənəvi  şəklinə Cavidin ancaq bir-iki şeirində  a-a-a-a-b for-

masında rast gəlmək olar. “Bahar şəbnəmləri”ndə “Neçin” şeirin-

də, “Şeyda” dramında “Yad eylədikcə  vəslini ey mahi tələtim” 

misrası ilə başlayan müxəmməsdə olduğu kimi. Lakin müxəmməs 

tərkibbənd və müsəddəs tərkibbənd şəkillərini şair həm lirik, liro-

epik  şeirlərində, həm də dramlarında tez-tez işlədir. Müsəddəs 

tərkibbəndlər “Qüruba qarşı”, “Dün və bu gün”, “Uyuyur”, “Hərb 

allahı qarşısında” və sair şeirlərində olduğu kimi əksəriyyətlə a-b-

a-b-a-a şəkillərində işlənmişdir. Məsələn: 

Böyük başlar dumanlanmış da atəş  

   

  püskürür 

hər an,  

Qılınclar, süngülər, toplar, tüfənglər  

   

  gurlayıb parlar. 

Nə istər bir-birindən anlaşılmaz  

 

   

 

sayğısız insan? 

Olur məmurələr viran, qopar atəşli  

   

  tufanlar, 

Fəqət bunlar, bu vəhşətlər, bu  

 

   

 

dəhşətlər neçin, bilməm? 

 

Müsəddəs tərkibbəndlərində  şair çox zaman yeni orijinal şə-



killər icad edir. Məsələn, “Bahar şəbnəmləri”ndəki “Qonşu çi-

çəyi”  şeirində birinci bəndin birinci misrası ilə ikinci bəndin 

birinci misrası həmqafiyə, birinci bəndin ikinci misrası ilə ikinci 

bəndin ikinci misrası həmqafiyə, birinci bəndin ikinci, üçüncü və 



Úàâèäè õàòûðëàðêÿí 

259 


dördüncü misraları həmqafiyə, birinci bəndin axırıncı misrası ilə 

ikinci bəndin altıncı misrası  həmqafiyə, üçüncü bəndin birinci, 

ikinci misraları  həmqafiyə, üçüncü misra ilə beşinci misra 

həmqafiyə, ikinci misra ilə altıncı misra həmqafiyədir və sairə. 

Şeir  şəkillərinə belə yaradıcı münasibət Caviddə  şeir dilini 

zənginləşdirir, ahəngdarlığını artırır  və lazım gələn yerdə şəkillə 

bağlı olan sünilikdən xilas edir. Belə icadlardan şair hekayə və ya 

təsvir tərzində yazılmış liro-epik şeirlərində daha çox istifadə edir. 

Cavid müsəddəs və müxəmməs tərkibbəndlərindən “Azər” poe-

masında daha çox istifadə etmişdir. Məsələn, müxəmməs tərkib-

bənd: 

Gözəlsən, eşin yox bizim ellərdə, 

Dilbərsən dolaşır adın dillərdə. 

İncisən, yetişmiş incə bellərdə. 

Əsla sənə bənzər çiçək görmədim, 

Sənin kimi şən bir mələk görmədim. 

Müsəddəs tərkibbənd misal: 

Bayramdı, günəş incə buludlar  

   

  arasından, 

Ərtafa saçıb işvə, gülümsərdi  

 

   

 

təbiət. 

Pürnəşə baharın əriyən busəsi  

 

   

 

hər an, 

Səhralara, ormanlara sərpərdi  

 

   

 

təravət. 

Hər gün yeni bir sevgi aradı 

Hər yerdə sevinc izləri vardı. 

 

Bəzən nadir hallarda şair yeddilik tərkibbəndləri də  işlədir. 



Məsələn: 

Ruhim yenə ləbrizi-səadət. 

Yarəb, bu nə tufani-lətafət? 

Göydən yerə enmiş kimi cənnət, 

Yer-yer saçılır nuri-məsərrət, 

Úàâèäè õàòûðëàðêÿí 

260 


Həp qol-qola bir şövqi-şətarət. 

Rəqs etmədə azadeyi-sənət, 

Ərvahi-lətifi-mələkiyyət. 

 

BAYATI VƏ QOŞMALAR 

 

Cavid xalq şifahi  şeiri  şəkillərindən, xüsusən bayatı  və qoş-



malardan müxtəlif  əsərlərində çox istifadə etmişdir. Məsələn, 

“Uçurum”da olduğu kimi: 

 

Göyərçinəm, göyərçin, 

Ağlaram için-için. 

Mən bu qara bəxt ilə 

Neçin doğdum, ah neçin. 

 

“Xəyyam”dakı mükalimələrdə, Azərbaycan əruzunun vəznin-



də olsa da, bayatıya yaxın şəkillər vardır: 

Sevda, bu nədir, Sevda, 

Etdin bizi sən rüsva. 

Layiqmi adın gəzsin 

Nifrətlə dodaqlarda. 

 

Sevda, gedəlim, Sevda. 

Durmaq yaramaz burda. 

Gəl, gəl ulu xaqanın 

Qalmış gözü yollarda. 

 

Yoxdur bir eşin əsla, 



Ən şanlı saraylarda. 

Bir nazlı göyərçinsən, 

Ardınca qoşar dünya. 

 

Bəzən  şair bayatı  şəklinin  ənənəvi  a-a-b-a  şəklini dəyişərək 



a-a-b-b şəklində işlədir: 

Úàâèäè õàòûðëàðêÿí 

261 


Gəl quzum, tez ol da gəl, 

Gözüm qaldı yolda, gəl. 

Çamır gətir, daş gətir, 

Durma, arkadaş gətir. 

 

Haydı quzum, kərpic at, 

Kirəc gətir, az su qat. 

Gecikmə gəl, durma gəl, 

İşə zərbə vurma, gəl. 

 

Bayatı  şəklinə nisbətən qoşma Cavidin əsərlərində daha çox 



işlənmişdir. Xüsusən, mənzum və  mənsur dramlarında, “Azər” 

poemasında olan mahnı, şərqi və nəğmələrinin çoxu a-a-a-b qoş-

ma şəklində yazılmışdır. 

 

QƏZƏL VƏ RÜBAİLƏR 

 

Mənzum dramlarında, xüsusilə “Xəyyam” dramında şair klas-



sik rübai şəklindən də istifadə etmişdir. Məsələn, “Xəyyam”da 

məzarçıların mükaliməsi rübai şəklindədir: 



Biri ölməzsə dirilməz birisi

Heçdir ömrün sonu, yaxud gerisi. 

Olsa qurnaz nə qədər bir tülkü. 

Boğazından çıxacaqdır dərisi, 

 

Keçənlərdən bizə əfsanə qaldı, 

Sönüb cəmşidi-cam peymanə qaldı, 

O parlaq möhtəşəm kaşanələrdən, 

Bu gün səssizcə bir viranə qaldı. 

 

Dramın qəhrəmanı Xəyyam əsasən rübai müəllifi olduğundan 



Cavid buna uyğun olaraq Xəyyamın dilinə onun öz rübailərinin 

tərcüməsini də  əlavə etmişdir. Rübai şəklində “Peyğəmbər” və 

“Knyaz” dramlarında da bir neçə yerdə rast gəlirik.  


Úàâèäè õàòûðëàðêÿí 

262 


Cavid lirik şeirlərində  və  mənzum dramlarında az da olsa 

qəzəl  şəklindən də istifadə etmişdir. Diqqəti cəlb edən budur ki, 

mənzum dramlarında monoloqlarda şair dördlük, üçlük, bayatı, 

rübai, müxəmməs, tərkibbənd, müstəzad və sair şeir  şəkillərini 

işlətdiyi kimi, heca vəznində yazılmış qəzəl şəklindən də istifadə 

etmişdir. Məsələn, “Səyavuş”da olduğu kimi: 

 

Mən uymadım hər dilbərin kamına, 

Uğradım çoxunun intiqamına. 

 

Bilmədim ki, bir gün bənd olur  

 

   

 

     könül, 

O şahin gözlərin ehtişamına. 

 

Yürürkən sanki naz edər göylərə, 

Səcdə  etməyimi xoş xuramına. 

Bir göyərçin əsir etdi qartalı, 

Gözəllik namına, sevgi namına. 

 

SONETLƏR 

 

Cavid XX əsrin  əvvəllərində Azərbaycan  şeirində, xüsusən 



romantik şeirdə istifadə olunan yeni lirik şeir şəkli – sonetlərdən 

də istifadə etmişdir. Sonet şəklində, “Bu gecə”, “Qəmər”, “Hər 

yer səfalı” kimi bir çox şeir yazmışdır. Cavidin sonetlərinin mü-

hüm bir qismi Qərb sonetinə uyğun olaraq on dörd və ya on altı 

misradan, bəziləri on səkkiz misradan ibarətdir. Qafiyələrin təna-

sübü də eyni ənənəvi şəkildədir. Birinci misrası ilə ikinci, ikinci 

misra ilə dördüncü misra həmqafiyədir. Əgər bənd beş misradan 

ibarətdirsə, ikinci ilə üçüncü və beşinci misra həmqafiyədir. 

Məsələn: 

Dərin-dərin uçurumlar, vərəmli  

 

   

 

fırtınalar, 

Bütün-bütün sıxıb əzməkdə ruhumu  

   

  bu 

gecə, 


Úàâèäè õàòûðëàðêÿí 

263 


Səninlə, ah, sənin yad həsrətinlə  

   

  yanar. 

Yanar, sənin anaram, dilbərim, fəqət    

 

   

 

 

səncə. 

Bu, bir həyati müxəyyəl, həzin bir  

 

   

 

əyləncə. 

 

“Şeyda”, “İblis” dramlarında Cavid şeirin həmin şəklindən də 



istifadə etmişdir: 

Arkadaş, göz aç, oyan! 

Qalx ölüm uyğusundan. 

Zülmə çox əydin boyun, 

Çox əzildin, qalx, oyan. 

 

MÜSTƏZADLAR 

 

“Xəyyam”, “İblis”, “Knyaz” dramları, “Azər” poeması və bir 



çox lirik-epik şeirlərində Cavid xüsusən müstəzad şəklindən çox 

geniş  və müvəffəqiyyətlə istifadə etmişdir. Bu müstəzadlar mis-

ralarının sayı etibarı ilə qeyri-məhdud olub dördlük, beşlik, altılıq, 

yeddilik və daha artıq misralı şeirlərdən ibarətdir. Müstəzad Cavi-

din şeirində yeknəsəqliyə qarşı işlənilmiş ən əıverişli bir şəkildir. 

İkinci tərəfdən müstəzad fikri daha qüvvətli, daha sərrast ifadə et-

mək və şeirin ritmini, ahəngini qüvvətləndirmək üçün son dərəcə 

münasiub bir şəkildir. Məsələn, fikri qüvvətləndirən müstəzadlar: 



Gənc ömrümü atəşli tikanlar  

 

   

 

gəmirirkən. 

Üsyan edirəm varlığa birdən. 

Üsyan, ulu adət və təriqətlərə  

   

  üsyan... 

Yıldızlı həqiqətlərə üsyan! 

Yaxud: 


Yıprandı xürafat ilə başlarda  

   


  beyinlər. 

Úàâèäè õàòûðëàðêÿí 

264 


Sənsən buna rəhbər. 

Xırsızlara olduq kölə, yetməzmi  

 

   


 

 

səfalət, 



Yetməzmi bu zillət?! 

Ahəngi, ritmi qüvvətləndirən müstəzadlar: 

Möhtəşəm bir salon... Ahəngi  

 

   



 

şətarətlə gülər, 

Badələr, zümzümələr, şəşələr, 

 

   



 

dəbdəbələr, 

Sanki almasla donanmış hər yer. 

İştə büllur kürəciklər və sütunlar  

   

   da 


dönər. 

Bir yığın rəngilə nur. 

Çağlayan kürələrdən daşaraq, 

Süzülən gözləri oxşar və ötərkən  

 

   


 

 

şaqraq 



İncə bir şeir oxunur. 

 

Bəzən müstəzadlar Cavidin şeirində sərbəst nəzmə yaxınlaşır. 



Məsələn: 

Artıq yetər qalx, oyan, 

Bütün çiçəklər, 

Baş qaldırıb yataqdan,  

 

   

həp səni dinlər. 

Bu eşq ilə yanarkən 

Sən andın məni, 

Vəfasız olsam da mən, 

Unutmam səni. 

 

Azər düşünür dalğa keçirkən, 

Birdən-birə həp dalğalı, həp şən 

Bir vəlvələ qopdu. 

 

Bir fırtına, bir zəlzələ qopdu

Sarmışdı bütün ölkəyi heyrət, 

Úàâèäè õàòûðëàðêÿí 

265 


Lakin 

Çox üzdə gülmsərdi şətarət. 

Hər nəşəli gəncin, 

Ruhunda açılmışdı çiçəklər. 

Coşmuşdu diləklər... 

 

ŞƏRQİLƏR VƏ NƏĞMƏLƏR 

 

Xalq şeirinin ən çox yayılmış şəkillərindən olan şərqi və nəğ-



mələrdən Cavid dramlarında daha çox istifadə etmişdir. Bu nəğ-

mə,  şərqi və türkülər misraların sayı etibarı ilə müxtəlifdir.  Şair 

bunları yazarkən üçlük, dördlük, müxəmməs, müsəddəs, tərkib-

bənd, müstəzad, qoşma və sairə şəkillərə uyğunlaşdırmışdır.  

 

Qoşma: 


Göy üzünü bəzər parlaq ulduzlar, 

Yer üzünü bəzər gül üzlü qızlar. 

Gözəl, eşqində könül yanar, sızlar, 

İnsaf, mərhəmət yox zalim fələkdə. 

 

Beşlik: 



Bəyaz pənbə, nazlı bir quş, 

Yalçın qayalıqda durmuş. 

Boynunu bax, nasıl burmuş, 

Kimi gözlər göyərçinim. 

 

Müsəddəs, tərkibbəndlər şəklində yazılmış türkülərə misal: 



 

Bu bəlkə süslü bir yalan, 

Deyirlər iştə hər zaman 

Çıxar Olimpə şadiman, 

Ən işvəkar ilahələr, 

Gülər, gülər, gülər, gülər, 

Həyat üçün səfa dilər. 

Úàâèäè õàòûðëàðêÿí 

266 


Şərqilərini Cavid bəzən xalq şeirinin məşhur  şəkillərindən 

olan deyişmə üsulunda yazmışdır: “Knyaz” dramında incə  səslə 

qalın səsin dəyişməsi kimi: 

– Vəhşi bir gül olsam, ətrafım  

 

   

 

 

tikən, 

Heyrətlə süzərdi hər görən məni. 

– Mən bir yolçu olub yoldan ötərkən, 

Qoparıb köksümə taxardım səni. 

 

Məlum olduğu üzrə, xalq şeirində  şərqi, nəğmələr heca vəz-



nindədir. Cavidin də  şərqi, nəğmə  və türküləri  əksəriyyətlə heca 

vəznində yazılmışdır. Lakin yuxarıdakı misallardan göründüyü 

kimi şair bəzən şərqi və nəğmələr əruz vəznindən də istifadə et-

mişdir. Azərbaycan  şeirinin demək olar ki, bütün poetik forma-

larından yaradıcı  şəkildə istifadə etməsi Cavid şeirinin təsirini 

qüvvətləndirən səbəblərdən biri olmuşdur. 

 

4. VƏZN 

 

Hüseyn Cavidin şeiri vəzn cəhətindən də  zəngin, rəngarəng-



dir. O, Azərbaycan əruzunun və heca vəzninin bütün şəkillərindən 

istifadə etmişdir. Onun lirik şeirlərində, poema və dramlarında 

əruzun daha çox xəfif, həzəc, rəməl, müctəz, müzare, mütəqarib 

və qismən rəcəz bəhrinin; heca vəzninin isə yeddilik, səkkizlik, 

onbirlik, öndördlük, onbeşlik, onaltılıq kimi şəkilləri işlənmişdir. 

Mövzu, hadisə və xarakterlərə uyğun olaraq şair müxtəlif əsərlə-

rində, hətta eyni bir əsərdə də müxtəlif vəznlərə müraciət edir. 

Yaradıcılığının birinci dövründə yazılmış “Keçmiş günlər” və 

“Bahar  şəbnəmləri” məcmuələrində toplanmış lirik, liro-epik 

şeirlərin və poemaların

*

 əksəriyyətini şair əruz vəznində yazmış-



dır. Bu məcmuələrdə toplanmış 26 əsərdən ancaq ikici – “Çoban 

türküsü” və  “İlk bahar” şeirləri heca vəznində idi. Görünür, bu 

                                                 

*

 Cavidin cəmi bir poeması var. _ Tərtibçi. 



Úàâèäè õàòûðëàðêÿí 

267 


illərdə şair belə hesab etmişdir ki, heca vəznində ancaq mahnı və 

şərqilər yaratmaq mümkündür. Lakin sonradan onun heca vəzninə 

münasibəti dəyişir. 1910-cu ildə ilk təcrübə olaraq Cavid bir 

pərdəli “Ana” dramını başdan-başa heca vəznində yazır. Bu illər-

də əski klassik üslubu sadəcə təqlid edən şairlər heca vəzninə xor 

baxırdılar. Məsələn, belə şairlərdən biri Əbdül Xaliq Cənnəti bir 

şeirində “Qədimi üslubu” müdafiə edib “barmaq üsulu”na (heca 

vəzninə) bir növ istehza edir, heca vəzninə  və yeni üsluba meyl 

edən şairlərdən birinə yazırdı: 

Dustum, canım, gözüm, barmaq  

   

  üsulundan 

savay, 

Başqa şeirə zahirən hərgiz deyilsən  

 

   

 

aşina. 

Ya vüqufun yoxdur, üslubi qədimə  

 

   

 

mütləqa, 

Ya ki, bir başqa səbəbdən olmusan  

 

   

 

kəmetina. 

Hər nədənsə köhnə sözdən vardır  

 

   

 

ikrahın sənin, 

Kim deyil əsla əruz şeri dilxahın  

 

   

 

sənin. 

Mən çocuqkən görmüşəm aşiqlərin  

 

   

 

dəstində saz,  

Gah kəkliktək səkərdi, gah yürürdü  

   

  misli-qaz, 

Nəqli söylərdi Kərəmdən, Əslidən  

   

  duri-diraz 

İndi ol aşiqlərə kəmmeyl olub  

 

   

 

mərdum bir az... 

 

Bu parçadan göründüyü kimi, şeirdə əruzçularla eyni zaman-



da heca vəzninə qüvvətli meyl göstərənlər arasında mübahisə 

yalnız vəzn məsələsi üzərində deyil, ümumiyyətlə şeirdə köhnə və 

yeni üslub məsələsi üzərində gedirdi. Zamanın mütərəqqi şairləri 


Úàâèäè õàòûðëàðêÿí 

268 


daha düzgün bir yol tutaraq həm Azərbaycan əruzu, həm də heca 

vəznindən istifadə edirdilər. Cavid də belə hərəkət edirdi: “Ana” 

Cavidin heca vəznində yazdığı ilk iri həcmli  əsəri idi. Bu ilk 

təcrübədə  bəzi cəhətdən müəyyən nöqsanlar da (vəzn qırıqlığı, 

bölgü yeknəsəqliyi) özünü göstərmişdi. “Ana”dan sonra Cavid 

ikinci mənzum dramı “Şeyx Sənan”ı əruz vəznində yazır və yeri 

gəldikcə, mahnı  və  şərqilərdə heca vəznindən istifadə edir. Şair 

üçüncü mənzum dramı olan “Uçurum”u yenə başdan-başa heca 

vəznində yazır. “Uçurum” vəzn cəhətindən “Ana”ya nisbətən 

daha qüvvətli və müvəffəqiyyətli idi. “Ana”da şair yalnız onbir-

likdən istifadə etdiyi halda, “Uçurum”da onbirliklə bərabər, yed-

dilik, səkkizlik, ondördlük də işlətmişdir. Görünür ilk təcrübədən 

– “Ana”dan sonra şair belə bir düzgün nəticəyə  gəlmişdir ki, 

mənzum dramda müxtəlif səciyyələri,  əhval-ruhiyyələri vermək 

üçün tək bir onbirlik kifayət deyildir. “Uçurum”da heca vəzninin 

müxtəlif  şəkillərində bölgülər də çox müxtəlif və  əlvan idi. 

“Uçurum”dan sonra şair dördüncü mənzum dramı olan “İblis”i 

yenə əsasən əruz  vəznində yazır. Mahnı və şərqilərdə isə “Şeyx 

Sənan”da olduğu kimi heca vəznindən istifadə edir. Beşinci 

mənzum dramı olan “Peyğəmbər”də dramaturq daha yeni bir 

təcrübəyə əl atır. Eyni bir əsərdə həm əruz, həm də heca vəznini 

işlədir. Əruzun rəməl, müctəs, xəfif kimi bəhrləri ilə barəbər heca 

vəzninin səkkizlik, onbirlik şəklindən geniş istifadə edir. Bu 

sınaqdan sonralar Cavid “Azər” poemasında daha səmərəli isti-

fadə etmişdir. O, poemanın müəyyən parçalarını əruz, mühüm bir 

hissəsini də heca vəznində yazmışdır. Bəzən eyni bir parçanın bir 

hissəsi heca, o biri hissəsi isə əruz vəzni ilə yazılmışdır. “Azər”də 

heca vəzninin yeddilik, səkkizlik  şəkillərindən başqa, onbirlik, 

onikilik, ondördlük, onbeşlik, onaltılıq kimi mürəkkəb  şəkillə-

rindən də istifadə olunmuşdur. 1928-30-cu illər arasında yazdığı 

əsərlərində Cavid yenə  hər iki vəzni işlətmiş, “Knyaz” və 

“Xəyyam” dramlarını əruz vəznində, “Səyavuş” dramını isə heca 

vəznində yazmışdır. “Ana” və “Uçurum” dramlarına nisbətən 

“Səyavuş”da heca vəznindən daha məharətlə istifadə edilmişdir: 



Úàâèäè õàòûðëàðêÿí 

269 


Çal, sızlayıb inləsin o tellər, 

Çırpınsın onunla həp könüllər. 

Çal, məclisə zövqü nəşə gəlsin, 

Çal, ta ölülər də rəqsə gəlsin. 

Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin