Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə85/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
1   ...   81   82   83   84   85   86   87   88   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

466 


kapilyarlığı. Qumun üst qatı adətən, yüksək istilik tutumu hesabına qurumuş olur, lakin bir qədər 

dərinə getsən, orda qum həmişə nəm olur. Şübhəsiz ki, bu, qumun üst qatında buxarlanmanın, 

aşağı qatlardan nəmi vurub çıxaran pompanqın işini gördüyü üçün baş verir. Bunu təsəvvür edib, 

qum təpələrindən səhər-axşam qalxan qatı dumanın, evin taxta divar və dirəklərininin canına 

hopub, çürüdən qeyri-adi nəmişliyin nədən baş verdiyini asanca anlamaq olar. Uzun sözün 

qısası, qumun quruluğu sadəcə su çatışmamazlığı ilə deyil, kapilyarlardan sovrulma sürətinin 

buxarlanmanın sürətindən həmişə geri qalması ilə izah edilir. Başqa sözlə, suyun daxilolması 

fasiləsiz davam edir. Lakin bu dövretmə adi torpaq üçün ağlasığmaz olan bir sürətlə baş verir. Və 

çox güman ki, onun "Ümid"i suyun bu dövretməsini hardasa pozub. Görünür, basdırılmış 

çəlləyin yeri, onunla qapağı arasındakı yarığın eni və s. - bütün bunlar aşağıdan özünə yol tapan 

suyun buxarlanmasını əngəlləyib, o da çəlləyin dibində yığılıb qalıb. Bu nə mövqedir və bütün 

bunlar bir-birilə necə əlaqəlidir kimi suallara cavab tapmaq onun üçün hələlik çətin idi, lakin 

dərindən öyrənsəydi, yəqin ki, cavab tapa bilərdi. Və istisna deyil ki, su əldə etmək üçün daha 

səmərəli qurğu qura bilərdi. 

Təcrübələr müvəffəqiyyətlə başa çatsa, onlar üçün su gətirməyi tərgitsələr belə, heç kəsin 

qarşısında əyilməyəcək. Ən maraqlısı odur ki, sən demə, bu qumlar həm də nəhəng nasosdur. 

Ona elə gəldi ki, susovuran nasosun üstündə əyləşib. Dəlicəsinə vuran ürək döyüntülərini 

sakitləşdirmək üçün oturub, nəfəsini dərməli oldlu. Hələlik bu barədə heç kəsə bir kəlmə demək 

lazım deyil. Bir şey olsa, bu, zəruri silahdır. 

O, sevinərək gülüşünü saxlaya bilmədi. Baxmayaraq ki, "Ümid"lə bağlı baş verənlər haqqında 

susmalı idi, ürəyini dolduran bu sevinc hissini gizlədə bilmirdi. Kişi qəfildən nazik səslə qışqırıb, 

yataq döşəyən qadını arxadan qucaqladı. Lakin qadın əlindən çıxdı, o, isə arxası üstə yıxıldı və 

sanki içi qazla doldurulmuş şar qarnını qıdıqladığından ayaqlarını oynadaraq, gülməyə başladı. 

Ona elə gəldi ki, üzünə tutduğu əli havada sərbəst uçur. 

Sadəcə onun əhvalını pozmamaq üçün, süni də olsa qadın da gülürdü. Kişi özü-özünə, nazik 

gümüşü sap kimi qumların arasındakı dar yollarla yuxarı qalxan, intəhasız olaraq uzanıb gedən 

dupduru yeraltı çaylar şəbəkəsini təsəvvür etdi. Qadın isə tamam ayrı - kişinin bu hərəkətindən 

sonra baş verəcək hadisə - cinsi əlaqə haqqında fikirləşdi. Qoy olsun. Yalnız gəmidə batan və 

ancaq möcüzə sayəsində sağ qalan adam, yalnız təkcə nəfəs aldığına görə qəhqəhə çəkmək 

istəyən adamın psixologiyasını anlaya bilər. 

Əvvəlkitək dərənin dibində olsa da, ona elə gəlirdi ki, hündür bir qülləyə çıxıb. Bəlkə bütün 

dünyanın astarı üzünə çevrilib və hündürlüklərlə çökəkliklər bir-biriylə yerlərini dəyişib. Hər 

halda o, qumda su tapıb. Bu isə o deməkdir ki, kənd əhli onunla elə də asan bacara bilməyəcək. 

Qoy lap su təchizatına xitam versinlər, o, onlarsız da nə qədər istəsə yaşaya bilər. Və o, kənd 

camaatının necə vurnuxacağını təsəvvür edib, yenidən gülməyini saxlaya bilmədi. Ona hətta elə 

gəldi ki, artıq dərədən canı qurtarıb. Ətrafına baxdı və bütün dərə onun gözləri qarşısında açıldı. 

Mozaikaya kənardan baxmasan, ona qiymət vermək çətindir. Lap yaxından baxsaz, detalları 

qarışdırarsınız. Bir detaldan gözünüzü çəkən kimi digərinə ilişəcəksiniz. Çox güman ki, o, 

indiyədək qumun özün yox, yalnız ayrı-ayrı qum dənələrini görmüşdür. 

Bax elə beləcə də həmin o başqa qadın haqqında, iş yoldaşları haqqında danışa bilərdi. İndiyədək 

təsəvvüründə qeyri-adi dərəcədə böyüyən yalnız ayrı-ayrı kiçik detalları xatırlayırdı: ətli burunun 

deşikləri... qırışmış dodaqlar...Qırışsız nazik dodaqlar...küt barmaqlar... nazik barmaqlar... 

gözlərdəki parıltı... körpücük sümüyünün altındakı uzunsov xal... sinədə görünən mavi 

damarlar...Yaxından, gözlərini zəlləyib baxmaq iyrəncdir. Lakin uzaqdan bütün bunlar kiçik, 

cuppulu həşərat boyda görünür. Bax orda, müəllimlər otağında çay içən həmkarları qarışqa kimi 

qaynaşırlar. Bax orda isə, küncdə, - həmin qadın lüt, gözləri yarıörtülü, papirosunun külünün 

indilərdə düşəcəyinə baxmayaraq, tərpənmədən nəm çarpayıda uzanıb. O, heç bir paxıllıq hissi-

filan keçirmədən sanki içi boş peçenye üçün forma imiş kimi bu balaca həşəratlar haqqında 

fikirləşirdi. Təki formalardan istifadə etsin deyə, heç kəsin sifariş vermədiyi peçenyeləri dönə-

dönə bişirmək üçün, deyək ki, fanatik-şirniyyatçı olmaq vacib deyil. Əgər işdi, onlarla bir də 

münasibət qurmaq lazım gəlsə, hər şeyi yenidən başlamaq lazım gələcək. Qumda baş verən 

dəyişikliklər həm də onun özündəki dəyişikliklər idi. Elə bil qumda, su ilə yanaşı yeni bir insan 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

467 


da tapmışdı. 

Beləliklə, onun gündəlik işlərinin üstünə su yığmaq üçün qurğu inşası da gəldi. Rəqəmlər və 

diaqrammalar meydana gəlməyə başladı - çəlləyin basdırılacağı yer...çəlləyin forması... günün 

uzanması vaxtı ilə suyun yığılma sürəti arasında əlaqə... temperaturun və atmosfer hadisələrinin 

qurğunun effektivliyinə təsiri. Onun qarğalar üçün düzəltdiyi tələ ilə belə ciddi-cəhdlə məşğul 

olmasını qadın heç cürə anlamırdı. O, hər bir kişinin oyuncaqsız keçinə bilmədiyinə özü-özünü 

inandırırdı və əgər kişi bundan zövq alırsa, nə olar - əla. Bu öz yerində, nədənsə kişi qadının ev 

işlərinə də böyük maraq göstərməyə başlamışdı. Bunda pis bir iş yox idi. Qoy başını qarışdırsın. 

Lakin kişinin bütün bunlar haqqında öz fikir və mülahizələri vardı. Gözlənilmədən onun 

tədqiqatları müqayisə və bir sıra şərtlərin əlaqəsini tələb edən ciddi çətinliklərlə üzləşdi. O, əldə 

edilən materialların sayının artmasına baxmayaraq, heç cürə bunların nizamlı sistemdə 

ümumiləşdirməyə imkan verən qanunauyğunluğu tapa bilmirdi. Üstəlik, dəqiq material əldə 

etmək istəyirdisə, hava haqqında məlumat və proqnozlara qulaq asmaq üçün radioqəbulediciyə 

malik olmalıydı. Beləliklə radioqəbuledici onların hər ikisinin ümumi məqsədinə çevrildi. 

Noyabrın əvvəli üçün gün ərzində çəlləkdə dörd litrədək su yığılırdı, lakin sonradan daxil olan 

suyun miqdarı günü-gündən azalmağa başladı. Bəlkə teiperaturun təsirindən idi? Lakin görünür, 

tam həcmli təcrübələr keçirmək üçün yazadək gözləmək lazım idi. Sərt, uzun sürən qış gəldi və 

qumla yanaşı havada buz parçaları uçuşmağa başladı. Bir az yönlü radio almaq üçün, qadına heç 

olmasa bir az kömək etmək qərarına gəldi. Dərənin də öz üstünlükləri vardı - onun içində külək 

hiss olunmurdu. Lakin əvəzində, demək olar ki, heç günəş də görünmürdü. Qum hətta donanda 

belə, havada adi günlərdən heç də az olmayan miqdarda uçuşurdu və evin həndəvərini qumdan 

yorulmadan təmizləmək lazım idi. Əlinin dərisi çatlayıb, qanayırdı. 

Nəhayət qış bitdi. Yaz gəldi. Martın əvvəlində radio alındı. Damda uzun anten quraşdırdılar. 

Qadın bütün günü sevinc və təəccüb içərisində, radionun dəstəyini hərləyirdi. Ayın axırı hamilə 

olduğunu hiss etdi. İki ay da keçdi. İri ağ quşlar üç gün idi ki, qərbdən şərqə uçurdular. Bir gün 

sonra isə qadın dözülməz ağrıdan şikayət etdi. Onun büsbütün qan içində olduğunu gördü. 

Kənddəkilərdən biri - qohumlarından kimsə baytar imiş - diaqnoz qoydu: uşaq düşüb. Qadını 

yük maşınında şəhərə, xəstəxanaya aparmağa qərar verdilər. Maşın gələnədək kişi bir əli qadının 

əlində, digəriylə onun qarnını sığallaya-sığallaya xəstənin yanında əyləşdi. 

Budur, pikap dərəyə yaxınlaşdı. Axırıncı yarım ildə ilk dəfə kəndir nərdivanı salladılar. Barama 

kimi yorğana bükülmüş qadını kəndirlə yuxarı qaldırdılar. Qadın lap axıradək yaşarmış 

gözləriylə ona yalvarışlı baxışlarla baxmaqda davam edirdi. O, bunu görmürmüş kimi üzünü 

yana çevirdi. 

Qadını aparandan sonra da kəndir nərdivan sallanmaqda davam edirdi. Kişi qorxa-qorxa 

yaxınlaşıb, barmağının ucuyla ona toxundu. Nərdivanın yox olmadığına əmin olub, ehtiyatla 

yuxarı dırmaşmağa başladı. Göy üzü nəsə bulanqıq-sarı rəngdə idi. Qolları və ayaqları sudan 

çıxmış adam kimi ağırdır... Budur, çoxdan gözlənilən nərdivan... 

Elə bil külək nəfəsini ağzından alıb aparırdı. Dərənin ətrafında dövrə vurub, dənizi görmək üçün 

hündürə çıxdı. Dəniz də bulanıq-sarı rəngdəydi. Dərindən nəfəs aldı, lakin hava o təsəvvür etdiyi 

kimi deyil, tamam başqa cür - nahamar idi. Arxaya dönüb, kəndin qırağındakı tozanağı gördü. 

Yəqin qadını aparan pikapdır... Hə, yəqin, getməmişdən əvvəl nahaq qadına tələ haqqında hər 

şeyi danışmadı. 

Dərənin dibində nə isə tərpəndi. Bu, onun kölgəsi idi. Bir qədər yuxarıda isə su yığmaq üçün 

qurğunun kölgəsi. Plankanın(tamasanın) biri düşmüşdü. Yəqin, qadını aparanda ayaqları ilişib. 

O, sınığı düzəltmək üçün geriyə tələsdi. Su, o ehtimal etdiyi kimi dördüncü nişana kimi 

qalxmışdı. Sınıq elə də ciddi deyil. Radio evdə cır səslə oxuyurdu. Göz yaşlarını güclə saxlayıb 

əllərini çəlləyin içinə saldı. Su soyuqluğuyla yandırdı. Lakin o, elə həmin vəziyyətdə - sallağı 

oturmaqda davam edərək, yerindən heç tərpənmədi də. 

Qaçmaq üçün tələsməyə elə də ehtiyac yoxdur. İndi onun əlində hər iki istiqamətə bilet - təmiz 

blank var və o özü, ürəyi istədiyi kimi bu blankı həm yola düşmək vaxtını, həm də son 

dayanacağı göstərməklə, doldura bilər. Bundan əlavə, su yığmaq üçün düzəltdiyi qurğu barədə 

kiməsə danışmağa müəyyən edilməz şəkildə çəkir. Və əgər o, bunu etməyə qərar versə, kənd 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

468 


əhlindən çox razılıq edən dinləyici tapmayacaq. Bu gün də olmasa, sabah kiməsə bu barədə hər 

şeyi danışacaq. 

Qaçış - bu barədə düşünməyə isə hələ çox vaxt olcaq. 

 

Ġ t k i n   d ü Ģ m ü Ģ   a d a m    h a q q ı n d a    v e r i l m i Ģ 

ə r i z ə y l ə    b a ğ l ı   e l a n 

 

İtkin düşmüşün adı - Niki Dzyümpey 



 

Doğulduğu gün, ay, il -  

7 mart, 1924 

 

Yuxarıda adı çəkilən Niki Dzümpeyin itkin düşməsi barədə Niki 



Sino tərəfindən daxil olan ərizə ilə əlaqədar, birinciyə 21sentyabr, 

1962-ci il tarixədək məhkəməyə öz olduğu yer barədə məlumat 

verməsi təklif olunur. Əgər belə bir məlumat daxil olmasa, o, 

ölmüş hesab ediləcək. İtkin haqqında hər hansı 

məlumatı olan şəxslərdən göstərilən müddətədək 

məhkəməyə məlumat vermələri xahiş edilir. 

 

18 fevral, 1962-ci il 



Mülki məhkəmə 

 

Q ər a r 



 

İddiaçı - Niki Sino 

İtkin düşən - Niki Dzüyumpey, 1924-cü il, martın 7-də doğulub 

 

Bununla təsdiq edilir ki, yuxarıda göstərilən şəxsin itkin düşməsi barədə daxil olan ərizə ilə 



əlaqədar açıq elan proseduru həyata keçiriləndən sonra, 1955-ci il, 18 avqustdan etibarən, yəni 

yeddi ildən çox keçən müddət ərzində göstərilən şəxs barədə heç bir məlumat daxil olmamışdır. 

Yuxarıda göstərilənlərlə əlaqədar qərar verilir: İtkin düşmüş Niki Dzyümpey ölmüş hesab 

edilsin. 

 

5 oktyabr, 1962-ci il 

Mülki məhkəmə 

 

Hakimin imzası... 

 

 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

469 


JORJ  BLON 

ÖLÜMƏ YÜRÜŞ 

Povest 

 

Tərcümə Kamil Vəli Nərimanoğlu 



 

Mən lemminqəm. Biz lemminqlər artıq neçənci nəsildir ki, öz yaylamızda xoşbəxt həyat sürürük. 

Bizim öz gecəmiz, öz gündüzümüz var. Gündüzlər biz ehtiyat üzündən yuvamızdan 

uzaqlaşmırıq, günün bu çağında biz daha ağıllı, dinc və sakit oluruq. Toran qarışanda yuvadan 

bir az aralanmaq da olar, ancaq onda da öz təbii sərhədimizdən kənara çıxmağa cəsarət etmirik. 

Ot-ələf yeyir, ağacların zoğlarını, ağcaqayının zərif qabığını gəmiririk. 

Gecələr soyuq olmayanda xeyli gec qayıdırıq, yem axtarırıq, ya da eləcə ayın-ulduzun altında 

oynaqlaşırıq. Günlər keçir, həftələr ötür. Getdikcə gün uzanır və bu zamanlar biz dişilərə meyl 

edirik. Hər lemminqin arzusu odur ki, öz xasiyyətinə uyğun bir sevgili tapsın və burnunu xəfıf-

xəfif onun burnuna sürtsün. Özü də bu sevgi oyunları rəqabətdən-filandan, qısqanclıq və bu 

sayaq faciələrdən uzaq olur. Bu uzun gündüzlərdə hər bir lemminqə öz adaxlısından bir, yaxud 

iki yadigar bala qalır. Sonra yenidən uzun gündüzləri uzun gecələr əvəz edir. Torpaq qarla 

örtülür. Biz yuvalarımıza çəkilir, torpaq altında soyuqdan gizlənir, bütün qışı otla örtülmüş 

yuvada yumurlanıb yatırıq. Hərdən lemminqlərdən biri oyanır, toplanmış yem ehtiyatından bir az 

yeyir, sonra yeraltı yollarla yuxarı çıxıb bayıra boylanır. Oradasa şaxta, qar, zülmətli gecə. 

Geriyə, tez geriyə! Sonra uzun gündüzlər yenidən geri qayıdır və hər şey təzədən başlayır. Bəli, 

o zamanlar biz xoşbəxt idik, çox xoşbəxt. 

Bəs nə üçün indi hər şey dəyişdi? Niyə bu acı fəlakət canavarları, yırtıcı quşları deyil, bizi, 

Allahın bu dinc canlılarını haqladı? İndi mənim dayandığım bu yad sahildə bizim böyük 

tayfamızın qalıqları - cəmi bir neçə lemminq taqətsiz halda sərilib qalıb: ya ölüblər, ya da artıq 

can üstədirlər. Ola bilsin, bir azdan mən də öləcəyəm. Bizi buraya sürüyüb gətirməyə əgər 

gücümüz qalsaydı daha uzaqlara qovacaq amansız taleyin qurbanı kimi sizə öz faciəli tarixçəmi 

danışmaq istəyirəm. 

 

* * * 



 

Bu qeyri-adi şərtiliyə - sözü lemminqə verdiyimə görə qoy oxucum məni bağışlasın. Vaxtı 

ilə Hamlet bu lemminqlərdən birini görsəydi, "siçovul", "siçovul" - deyə qışqırardı. Zahiri 

görünüşünə görə onu balaca marmonta da oxşatmaq olar, ancaq lemminq sürünmür, yüngül 

sıçrayışla hərəkət edir. 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

470 


İpək kimi yumşaq xəzi, sarı xalla örtülmüş qırmızımtıl pəncələri, açıq rəngli qarnı ona 

xüsusi yaraşıq verir. Ağıllı, oynaq gözləri var. Ancaq bilmirəm, mənim bu zərif canlını öz dili ilə 

danışdırmağa haqqım çatırmı? 

Əhvalatı bütün təfərrüatı, incəliyi ilə oxucuya çatdırmaq üçün bunu ən yaxşı üsul hesab 

edirəmsə, nə üçün belə bir şərtiliyə bəraət qazandırmalıyam. Mən belə düşünürəm ki, 

lemminqlərin ağlasığmaz macəraların əsasında düşüncə, fıkir, ya mücərrəd anlayış deyil, 

humoral dəyişiklikdən doğan bir hiss, sarsıntı dayanır. Lemminqlərlə bağlı bütün nağılları bir 

kənara qoysaq (lemminqlərdən yazan ilk müəlliflər onların yağış kimi göydən töküldüyünü iddia 

edirlər), başqa heyvanlar kimi lemminqlərin səyahət ehtirasınıda endokrinoloji - sinir sisteminin 

pozulması ilə izah etmək olar. Biz burada yenidən bir sıra tampacalarla qarşılaşırıq. Axı humoral 

prosesin nəticəsi olan davranışın dəyişməsi həm də bizim, bütün insanların oqismətidir. Öz kiçik 

qardaşlarımızla birgə biz də bu istibdadın yükünü çəkirik: o, bir anda bizim vurğunluğumuzu 

qat-qat artıra bilər, bizi lirik bir ovqata kökləyə bilər, bizə cəsarət verər, ağlın bütün hökmlərini 

boğar, elə bir təhlükəni uydurar ki, adi vəziyyətdə biz onu mütləq hesaba alardıq. Qismən elə 

buna görə mən lemminqi özümə hekayətçi seçmişəm. Bu xalqa birinci şəxsin dilindən təhkiyə 

mənə canlı və ifadəli görünür. Yadıma düşəndə ki, görkəmli fransız alimi, balinalar üzrə 

mütəxəssis, professor Budner öz povestində çəkinmədən sözü qozbel balinaya verib, bu üsulun 

qanuniliyinə olan son şübhələrim də yoxa çıxdı. 

Norveç lemminqləri bu ölkənin ən ucqar şimal hissəsində - dağlarda, yüksək yaylalarda 

yaşayır. İndi isə sözü öz hekayəçimə verirəm. Hərdən mən bacardıqca gec-gec lemminqin 

sözünü kəsib, onun duyub seçə bilmədiklərini özüm danışacağam. 

 

* * * 



 

Hər şey ondan başladı ki, biz həddən artıq çoxaldıq. Mən bu barədə çoxdan düşünürdüm. 

Və yəqin heç vaxt öyrənə bilməyəcəyəm ki, mən anadan olanda və mənim gəncliyimdə biz 

nə qədərdik. Biz yeraltı keçidlərdə, açıq səma altında görüşürdük, ancaq hamımız birdən 

yuvamızı tərk eləmirdik. Hər ailənin öz yuvası var idi və hər bir gənc lemminq ərsəyə çatanda 

valideynlərini tərk edib özünə ayrıca yuva qururdu. Əlbəttə biz mehriban idik, amma çox da yox. 

Rastlaşanda burnumuzu bir-birinə sürtüb, ələlxüsus cavanlar dostcasına döyüşür, açıq havada 

oynaqlaşırdı - bizim ictimai həyatımız bundan ibarət idi. Qalan şeylərdə hərə yalnız özü üçün 

yaşayır, özü üçün çalışırdı. Hətta ən iri yuvada da birgə yaşamağı xoşlamırdıq. Mən yuvadan 

çıxanda tək-tənha gəzib dolaşmaq istəyirdim. Hər şeydən də çox toran qovuşanda gəzməyi 

xoşlayırdım. Sönük işıq gözümü qamaşdırmırdı. Bəzən də dörd yanı qatı duman bürüyür, göz-

gözü görmürdü. Göydə quşlar uçurdu, amma biz onları görə bilmirdik. Yalnız qanadlarının 

şappıltısını eşidirdik, lemminqlər göz qırpımında yoxa çıxır, gözlənirdilər. Bu boyda dünyada 

yalqız qalırdım. Şehli otları qırpır, torpağı eşib bitki köklərini gəmirir, daşların üstündən 

hoppanıb düşürdüm, o qədər oynaqlayırdım ki, ürəyim şiddətlə döyünməyə başlayırdı, azacıq 

yorğunluq duyan kimi yuvamıza tələsirdim, çünki xasiyyətimə yaxşı bələd idim, bilirdim 

ki,yolda qəfildən məni yuxu tuta bilər. Bir neçə saniyəlik 

yata bilərəm - belə bir yuxu isə ölümə bərabərdir. Yuvasından uzaq düşüb, yatıb-yuxulamış 

lemminqləri quduz düşmənlər pusub gözləyirdilər. 

Ailə qurandan sonra da tək gəzmək vərdişini tərgidə bilməmişdim. Mənim arvadım 

körpələrlə məşğul idi, amma o özü də gəzməyə çıxanda təkcə çıxırdı. Balacalar böyüyəndən 

sonra mən ailədən uzaqlaşır, özümə təzə yuva seçirdim. Beləcə ömür sürürdük, bəlkə də 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

471 


yeknəsək, amma dinc və xoşbəxt yaşayırdıq; özləri barədə danışmağı sevməyən təvazökar 

adamların həyatına bənzəyirdi bizim həyatımız. 

Günlərin bir günü, qışın sonunda yuvamdan çıxıb yeraltı şəhərimizin çıxış qapılarından 

birinə yollandım. Yuxarıda kolların çox dadlı qabığı var idi, ancaq mən təzə yem üçün 

darıxmışdım. 

Yolda daha üç lemminqlə rastlaşdım, onları tanımaq olmurdu, bir-birini itələyə-itələyə 

qabağa soxulurdular. Lemminqlərdən biri hətta qəzəblə ciyildədi də. Bu, məni çox 

təəccübləndirdi. Yuvanın ağzında adət üzrə ayaq saxlayıb vəziyyəti öyrənmək istədim. 

Qar ay işığı altında parlayırdı, bəzi yerlərdə qar topalarından da yuxarıda iri-iri qayalar 

qaralırdı. Məndən bir neçə aralıda lemminqlər cırtdan ağcaqayınların kökünü gəmirirdilər. Mən 

gözləməzdim ki, onları bu qədər çox görəcəyəm. Qar basmış kolların ətrafında toplanmış 

lemminqlər əvvəllər olduğu kimi sakit, dinc deyil, hay-küylü, əsəbiydilər, itələşə-itələşə, çığırışa-

çığırışa ağaca tərəf can atırdılar. Hara baxırdın lemminq idi, harasa tələsir, vurnuxurdular, 

yuvadan xeyli uzaqlarda, açıqlıqda tullana-tullana gəzirdilər. Ağılsızlığa bax! Əgər sonradan 

məlum olsaydı ki, bu sarsaqların çoxunun qarnı üstündə ölçüsü qalıb - yorğunluqdan yatıb, 

donublar, zərrəcə də təəccüblənməzdim. 

Yerin təkindən lap yanımdan daha iki lemminq sıçrayıb çıxdı. İrəli cumdular, bir kolu 

əhatəyə almış lemminq topasının ətrafında bir xeyli hərlənib-fırlanıb çölə sarı qaçmağa üz 

qoydular və bir azdan gözdən itdilər. 

Bu qeyri-adi mənzərəni seyr edəndə ürəyim şiddətlə döyündü. Hələ də tərəddüd içində 

yuvanın ağzında dayanıb çölə çıxmaq üçün münasib vaxt gözləyirdim, ancaq birdən mən də 

içimdə uzaqlara qaçmaq, başqa lemminqlər kimi atılıb-düşmək istəyi duydum, buraya təzə yem 

üçün gəldiyimi artıq  unutmuşdum. İndi artıq yeganə bir istəyim var idi: hərəkət eləmək. Məndə 

indiyəcən keçirmədiyim bir hiss yaranmışdı. Ürəyim şiddətlə döyünürdü. 

Mən daha dözməyib irəli cumdum, qarın içində atılıb-düşməyə, ora-bura qaçmağa 

başladım. Sonra qaçıb özümü dəstəyə çırpdım, lemminqləri itələyə-itələyə kolluğa soxuldum ki, 

ağac qabığı gəmirim. Bir təhər qarnımı doyurdum və geriyə dönüb təzədən dəstənin   içindən 

özümə yol açmağa başladım, o qədər həyəcanlı idim ki, lemminqlərlə birgə necə zingildədiyimi 

də hiss etmirdim. 

   Bu çılğın vəziyyətdə nə qədər qaldığımı söyləmək çətindir. Ancaq o yadımdadır ki, 

qəfıldən burnumun donduğunu hiss elədim. Demək, başımı hələ tamam itirməmişdim və bu 

xəbərdarlıq mənə bir əmr təsiri göstərdi. Mən geriyə dönüb yuvaya dürtüldüm. Bütün keçid 

mənim kimi yuvasına tələsən lemminqlərlə dolu idi. Üstəlik yuvanın dərinliyindən bizə tərəf 

lemminq seli axıb gəlirdi. Dəhşətli bir basabas idi. Biz hamımız zülmət içində vurnuxur, bir-

birimzi itələyir, çığırırdıq. Yorulub, əldən düşmüş yuvama çatdım və elə o dəqiqə də yuxuya da 

getdim. 


Belə hallar tez-tez təkrarlanmağa başladı. Bir neçə dəfə keçid yollarındakı səsdən və 

vurnuxmadan oyandım və məndə də yuvadan çıxıb getmək arzusu oyandı. Həmişə yuvaya 

olduqca yorğun qayıdırdım və elə o anda yatırdım, ancaq xilasedici yuxular get-gedə qısalırdı. 

Mən tez-tez yuxudan ayılır və dinməzcə uzanıb ətrafdakı qaçhaqaçı, səs-küyü dinləyirdim. Bizim 

yeraltı şəhərimizin əvvəlki sakitliyindən, qayda-qanunundan əsər-əlamət qalmamışdı. Oraya 

dönmək üçün məndə istək az, lap az qalmışdı. Xoşbəxt həyatımız sona çatmışdı və biz bunun 

səbəbini heç cürə anlaya bilmirdik. 

Qış çıxmaqda idi. Qarlı yamaclarda günəşin ilk şüaları bərq vururdu. Gecələr qısalır, 

gündüzlər uzanırdı. Biz alaqaranlıqda yuvadan çıxıb acgözlüklə qar altından boylanan bitkilərin 

1   ...   81   82   83   84   85   86   87   88   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə