Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə84/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
1   ...   80   81   82   83   84   85   86   87   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

461 


- Özünü sadəlövhlüyə vurma... Yüksək rütubət və temperatun səciyyəvi olduğu Yaponiya kimi 

bir ərazidə təbii fəlakətlərin səksən yeddi faizi daşqınların üzərinə düşür. Və belə bir şəraitdə 

küləyin yaydığı qumun vurduğu ziyan faizin mində biri qədərdir. Bunu nəzərə almaq - Saxarada 

daşqınlarla mübarizə qanunvericiliyi tətbiq etmək kimi bir şey olardı. Mənasız söhbətdir! 

Mən bundan danışmıram. Söhbət mənim əzablarımdan gedir... Qanunsuz saxlama hər yerdə 

qanunsuzdur - istər səhrəda olsun, istərsə də bataqlıqda! 

- A - a, qanunsuz saxlama... Amma axı insan tamahının sərhədi yoxdur... Və sən kənd əhalisi 

üçün dadlı tikəsən... 

- Pox da yeməkdir! Lakin mənim üçün yaşamağın mənası daha yüksək şeylərdədir! 

- Mənim bildiyimə görə, dünyada elə adamlar var ki, pi rəqəminin bir neçə yüz işarəlik dəqiq 

sayını tapmaq üçün ömürlərinin az qala on ilini sərf ediblər... Əla... Yəqin bunun özündə də 

yaşamağın mənası var... Lakin sən yaşamağın məhz belə bir mənasını inkar etdiyin üçün sonda 

gəlib bu yerlərə çıxmısan. 

- Qətiyyən! Qumun özünün də tam ayrı imkanları var!.. Məgər o, tökmə üçün formaya yaramır?.. 

Sonra - o, betona möhkəmlik vermək üçün vacib xammaldır... Həm də qumdan bakteriya və alaq 

otunun asan alınması kənd təsərrüfatındakı təcrübələrədə istifadə edilir... Nəhayət, onu da əlavə 

edim ki, enzim əlavə etmək yoluyla qumdan münbit torpaq almaq üçün təcrübələr aparılıb... 

Qısası, qumu sən elə-belə bilmə... 

- Ay da, adamı imanından necə tez döndərirsən... Lakin sən öz nöqteyi-nəzərini dəyişsən, mən 

bundan sonra nəyə inanmaq lazım olduğunu bilməyəcəm. 

- Mən it kimi gəbərmək istəmirəm! 

- Məgər sənin üçün fərqi va?.. Qarmaqdan qaçırdığın balıq həmişə tutduğundan böyük görünür. 

- Lənət şeytana, axı sən kimsən? 

Lakin duman parçaları burulub, göyə qalxdı və o, cavabı eşitmədi. İndi isə işıq şüaları dəstə-

dəstə aşağı enməyə başladı. Nur gözünü qamaşdırdı. Dişlərini bir-birinə sıxıb, yorğunluğunun, 

boğazının yolunu tutan qatı qurum topasının çölə çıxmasına imkan vermədi. 

Qarğa qarıldadı. Cələ yadına düşdü deyə, evin arxasına keçib, öz "Ümid"inə baş çəkmək qərarına 

gəldi. Müvəffəqiyyətə ümidi heç yox idi, lakin bu məşğuliyyət karikatura dərgisindən qat-qat 

maraqlıydı. 

Yem əvvəlki tək toxunulmamış qalmışdı. İylənmiş balığın iyi burnuna vurdu. "Ümid"i düzəltdiyi 

vaxtdan hardasa iki həftə keçsə də, heç bir nəticə hasil olmamışdı. Görəsən səbəb nədir? Cələnin 

konstruksiyasına əmin idi. Əgər qarğa yemə toxunsaydı, hər şey əla olardı. Lakin qarğa heç o 

tərəfə baxmırdı da, indi durub nə edəsən... 

Görəsən "Ümid"in nəyi onların xoşuna gəlmirdi? Axı hansı tərəfdən baxırsansa bax, cələdə 

şübhəli heç nə yox idi. Qarğalar başqa quşlardan onunla fərqlənir ki, insanın atdığı zir-zibililə 

qidalandığından, son dərəcə ehtiyatlı olmaq şərtilə həmişə yaşayış məskənlərinin ətrafında 

fırlanırlar. Onlar elə bil insanla səbirli olmaq üzrə yarışına çıxıblar. Nə qədər ki, dərədəki bu 

iylənmiş balıq onların şüurunda adi bir şeyə çevrilməyəcək... Nə isə, səbirli olmaq hələ məğlub 

olmaq demək deyil... Əksinə, elə ki, səbirliliyi məğlubiyyət kimi qəbul etməyə başladın, əsl 

məğlubiyyət də elə onda başlayır. Axı məhz elə buna görə də o, "Ümid" adını seçib. Ümid burnu 

- Cəbəllütarix deyil, Keyptaundur... 

Kişi Ayaqlarını bir-birinə dolaşdıra-dolaşdıra evə qayıtdı... Yenə yatmaq vaxtı gəldi. 

 

29_________________________________ 



 

Qadın onu görəndə sanki indi yadına düşübmüş kimi lampanı üfürüb söndürdü və bir qədər 

qapıya yaxın - işıq düşən yerdə əyləşdi. Yəni doğrudanmı qadın işini davam etdirməyə 

hazırlaşır? O, birdən nəsə etmək həvəsinə düşdü. Qadına tərəf atılıb, içində muncuq olan yeşiyi 

onun dizinin üstündən yerə atdı. Hansısa bitkinin meyvələrinə oxşayan qara kürəciklər torpaq 

döşəməyə dağılıb, o anda da qumda itdilər. Qadın bir kəlmə də kəsməyib, qorxa-qorxa ona 

baxırdı. Kişi sifətinə küt bir ifadə verib dayanmışdı. Əzilmiş dodaqlarından sarımtıl tüpürcəklə 

birgə yazıq bir inilti çıxdı. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

462 


- Mənasızdır...Əbəs yerə əlləşməkdir...Tamamilə boş söhbətdir...Sən artıq zəhərlənmisən... 

Qadın hələ də susurdu. O, sakitcə artıq sapa düzülmüş muncuqları barmaqları ilə oynadırdı. 

Onlar jele parçaları tək parıldayırdılar. Kişini titrətmə tutdu. Titrəmə ayağından başlayıb, yuxarı, 

lap yuxarı qalxırdı. 

- Hə, elədir. Tezliklə artıq heç nəyi dəyişmək mümkün olmayacaq. Günlərin bir günü gözümüzü 

açıb görəcəyik ki, kənddə bir nəfər də qalmayıb, ancaq bizik... Mənə hər şey aydındır... Düz 

deyirəm... Düz deyirəm... İndi bizi yalnız bu gözləyir, özü də çox tezliklə... Və başa düşəndə ki, 

bizi satıblar, onda gec olacaq... Biz bütün gücümüzü sərf etdik, onlar isə buna tüpürmək belə 

istəmirlər. 

Qadın ovcunda sıxdığı muncuqlardan gözünü çəkmədən yavaşca başını buladı. 

- Yox, bu ola bilməz. Burdan çıxıb gedəndən sonra onlar necə yaşayacaq, - o saat yerbəyer 

olmaq olmur axı?.. 

- Mənim vecimədi ki? Məgər burdakı mövcudiyyəti yaşayış adlandırmaq olar? 

- Lakin qum var və buna görə... 

- Qum? - Kişi dişlərini bir-birinə sıxıb, çənəsini oynatdı. - Qum, bəs o nəyə lazımdır? Qumdan 

qara qəpik də qazanmaq olmaz, ancaq həyatını korlayarsan. 

- Yox, qumu satırlar. 

- Satırlar?.. Görəsən onlar bunu kimə satırlar? 

- Mm, şey,tikintidir, nədir, ora...Onu betona qarışdırırlar... 

- Boş-boş danışma! Əgər bu qumu sementə qarışdırsaydılar, əla olardı - axı o, duzdan boldur. 

Əvvəla, bu, tikinti qanunlarının, ya da nədir o - təlimatlarının pozulması olardı... 

- Əlbəttə ki, gizli satırlar... Yarı qiymətə... 

- Ağlına nə gəldi çərənləyirsən! Axı özül, ya da bənd dağılanda, onları qumun yarı qiymətə və ya 

havayı alınması xilas etməyəcək! 

Qadın ona acıqla baxdı. Sonra isə gözlərini aşağı dikdi, artıq onun səsində mütilik tonu hiss 

olunmurdu. 

- Nə fərqi var? Bizlik deyil, burnunu soxma! 

Kişi çaşdı. Qadında baş verən dəyişiklik heyrət doğururdu - elə bil üzündəki maska yırtılmışdı. 

Bu, onun qarşısında qadın qiyafəsində dayanmış kəndin sifəti idi. İndiyədək kənd onunçün 

yalnız cəllad idi. Yaxud acgöz aktinium kimi faydasız yabanı bitki. Özünü isə bədbəxt, təsadüfən 

tutulan qurban hesab edirdi. Kəndin əhalisi isə əksinə, məhz onların hamı tərəfindən atıldığını, 

tərk edildiyini düşünürdü. Təbii ki, bundan sonra onların başqaları qarşısında heç bir borcu-filanı 

qalmırdı. Deməli o, kəndlilərə ziyan vuranlara aid olduğundan, kəndin çıxartdığı buynuz ona 

tuşlanmışdı. O, hələ indiyədək özünün kəndlə olan münasibətləri haqqında belə düşünməmişdi. 

Onların karıxması təəccüblü deyil. Qoy lap elə belə olsun, lakin geri çəkilmək - özünün haqlı 

olmasının üstündən xətt çəkmək kimi bir şey olardı! 

- Bəlkə də elədir, başqalarının dərdini çəkməyə dəyməz. - Əsəbi halda qalxdı. - Amma bu 

geydirmə al-verdən kimsə əməlli-başlı pul qazanır, düzdür?.. Bu əclaflar üçün tər tökməmək də 

olar... 

- Xeyr, qum satışı artelin öz işidir. 

- Tutaq ki... Amma hər halda kimin daha çox səhmi var, kim daha çox pul qoyubsa, o... 

- Qayıq almaq üçün pulu olan sahibkarlar burdan çoxdan çıxıb gediblər... Bizə isə çox istı 

münasibət göstərirlər... Düz sözümdür, aldatmaq söhbəti ola bilməz... Əgər fikirləşirsinizsə ki, 

mən yalan danışırım, onda xahiş edin yazı-polzunu sizə göstərsinlər, onda özünüz hər şeyi başa 

düşəcəksiniz. 

Kişi özünü itirmiş halda, həyəcanlı dayanmışdı. O, birdənbirə özünü bədbəxt, köməksiz hiss etdi. 

Üstündə düşmən və öz qoşunlarının mövqeləri müxtəlif rənglərlə rənglənmiş əməliyyat xəritəsi, 

heç nə anlaşılmayan naməlum çalarlı, nəsə sirli bir şəklə çevrildi. Və bu karikatura dərgisindən 

ötrü də çox elə kef pozmağa dəyməzdi. Gic-gic gülməkdən burda sənin ürəyin gedir, ya yox - bu 

heç kəsi maraqlandırmırdı... O, dili dolaşa-dolaşa, qırıq-qırıq donquldandı: 

- Hə də... Əlbəttə... Başqalarının işi... Bu həqiqətdir... 

Sonra onun dilindən özünün də gözləmədiyi, əvvəl deyilənlərlə heç bir əlaqəsi olmayan bir söz 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

463 


çıxdı. 

- Vaxt itirmədən, hansı olursa-olsun, bir dibçək gülü almaq lazımdır. - Özü də dediyinə mat 

qaldı, amma qadının sifəti daha təəccüblü idi və o, artıq geri çəkilə bilməzdi. - Ətraf ölüdür, göz 

də nəyəsə baxıb dincəlməlidir... 

Qadın həyəcanla cavab verdi: 

- Bəlkə şam ağacı?.. 

- Şam... Yox, mən şamı xoşlamıram... Nə isə, fərqi yoxdur, lap adi ot da olar... Burun tərəfdə 

onlardan çox bitir, nədir onun adı? 

- Tüklücədir deyəsən. Amma hər halda balaca ağac daha yaxşıdır, hə? 

- Əgər ağac alsaq, onda ya ağcaqayın, ya da nazik budaqlı, iri yarpaqlı pavloniy... Qoy külək 

onları yellətsin... 

Yellənsinlər...Dalğalanan yarpaq salxımları. Qaçmaq istəsələr, qaça bilməyəcəklər - gövdəyə 

möhkəm bitişiblər... 

Birdən naməlum bir səbəbdən qırıq-qırıq nəfəs almağa başladı. Az qalmışdlı ki, hönkürsün. Cəld 

üstünə muncuq səpələnmiş torpaq döşəməyə əyilib, naqolay hərəkətlərlə qumda eşələnməyə 

başladı. 

Qadın tələsik qalxdı. 

- Eybi yox, eybi yox. Mən özüm... Hamısıı ələkdən keçirərəm. 

 

30_________________________________ 



 

Bir dəfə kişi müəyyən ehtiyacını ödəmək üçün evin arxasına keçib dərənin lap kənarında, az qala 

əllə toxunulacaq qədər yaxın məsafədə asılan bozumtul Aya baxanda qəflətən bədənini bərk 

titrətmə tutdu. Bəlkə soyuq dəyib?.. Yox, oxşamır. Hər dəfə hərarəti qalxmazdan əvvəl belə 

tirətmələrdən çox tutmuşdu, amma indi nəsə ayrı iş idi. Ona elə gəlmirdi ki, hava tikanlıdır, heç 

tükləri də biz-biz olmamışdı. Titrətmə dərisində yox, hardasa sümüklərində hiss olunurdu. 

Titrətməsi suya atılan daşdan törəyən zəif dalğalar kimi dairəvi yayılırdı. Küt ağrı bir 

sümüyündən digərinə ötürülürdü və keçib gedənə oxşamırdı. Elə bil küləklə birgə içinə paslı 

dəmir bidon daxil olmuş və dambadaramla bədənini gəzirdi. 

Beləcə əsə-əsə dayanıb, Aya baxdığı bu müddətdə ağlına ən gözlənilməz assossasiyalar gəldi. Bu 

yastı Ay nəyə oxşayır? Çapıqlarla örtülü və ora-burası kobud üyüdülmüş unla pudralı 

yara...Qurumuş ucuz sabun... Ya da, ola bilsin, səhər yeməkləri üçün nəzərdə tutulmuş kiflənmiş 

yumru qutu... Mərkəzinə yaxın yerdə isə tam ağlagəlməz obrazlar. Kəllə... Bütün ölkələrçün 

ümumi olan zəhər emblemi... Həşəratlar üçün olan şüşənin dibinə səpilmiş ağ kristallar... Ayın 

səthi ilə sianlı kaliumun buxarlanmasından sonra qalan kristalların qeyri-adi oxşarlığı. Yəqin bu 

şüşə hələ də qapının yanında, qumun altındadır... 

Ürəyi çatlamış pinq-ponq şarı kimi qeyri-müntəzəm vurmağa başladı. Xırda cılız assossasiyalar. 

Görəsən, nəyə görə həmişə belə məşum şeylər haqqında fikirləşir? Onlarsız da bu oktyabr küləyi 

kədər və pərişanlıq gətirir. O, boş qabıqdan düzəlmiş tütəkdə çalırmış kimi vıyıltıyla ötür. 

Kişi Ayın azca işıqlandırdığı yarğanın kənarına baxıb içinin yanıb yaxıldığı barədə keçirdiyi 

hisslərin sadəcə paxıllıq olduğu barədə fikirləşdi. Onun yuxarıda qoyub gəldiyi nə varsa, bütün 

hamısını özündə təcəssüm etdirən hər şeyə - küçələrə, tramvaylara, səkilərdəki işıqforlara, 

teleqraf dirəklərindəki reklamlara, ölü pişiklərə, içində siqaret satılan apteklərə olan paxıllıq. 

Paxıllıq içini, qum divar və dirəklərin içalatını gəmirdiyi qaydada yeyib, onu yanan sobanın 

üstünə qoyulmuş boş qazana çevirmişdi. Qazan qızır, qızırdı. İsti dözülməz həddə çatır, elə bil 

bu dəqiqə qazan əriyəcək. Və ümiddən danışmazdan əvvəl, bu anı necə dəf etmək haqqında 

fikirləşmək lazımdır və ümumiyyətlə, onu dəf etməyə dəyərmi? 

Ürəyim daha yüngül hava istəyir! Heç olmasa təmiz, indi nəfəs aldığımla qarışmamış hava! Əgər 

heç olmasa gündə bir dəfə yamaca çıxıb, yarımca saat dənizə baxmaq mümkün olsaydı, bu necə 

də gözəl olardı! Nəyə-nəyə, heç olmasa buna icazə verə bilərdilər. Kənd onu həddən artıq ciddi 

qoruyur. Nəzərə alsaq ki, sonuncu bu üç ayı vicdanla işləyib, onda istəyi tamamilə təbiidir. Hətta 

məhbusa da gəzintiyə icazə verilir. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

464 


- Bu, dözülməzdir! burnunu quma soxub, il boyu belə yaşamaq. Bu, diri-diri konservləşdirilmək 

kimi bir şeydir. Doğrudanmı, mənə heç olmasa hərdənbir dərənin ətrafında gəzişməyə icazə 

verməyəcəklər? 

Lakin qadın nə deyəcəyini bilmədən susurdu. Onun üzündə elə bil konfetini itirib şıltaqlıq edən 

uşaqla necə davranacağını bilməyən adamın üzünün ifadəsi vardı. 

- Kişidilərsə, desinlər ki, olmaz! - Kişi hirsləndi. O, yenidən acı xatirələr oyadan bu mənfur 

kəndir nərdivanlar haqqında danışmağa başladı. - Mən həmin gün qaçanda, onları öz gözlərimlə 

görmüşəm... Bizim cərgədə də içinə nərdivan sallanmış bir neçə ev var! 

- Hə, lakin...- Qadın özünə haqq qazandırırmış kimi cəsarətsiz danışırdı. - Onlardan çoxu neçə 

nəsildir ki, bu evlərdə yaşayırlar. 

- Necə bəyəm, belə çıxır ki blə bizə inanmırlar, nədir?! 

Qadın hər əmrə müntəzir it kimi başını aşağı saldı. Əgər kişi onun gözləri qarşısında zəhər 

içsəydi belə, yəqin ki, qadın elə beləcə mütiliklə susub, heç bir söz deməzdi. 

- Yaxşı, bu əclaflarla özüm danışmağa çalışaram! 

Düzünə qalsa, ürəyinin dərinliklərində bu danışıqların müsbət nəticələnəcəyinə özü də inanmırdı. 

O, bu ümidsizliklərə alışmışdı. Buna görə də elə həminki qoca ikinci növbə qum daşıyanlarla 

qayıdıb, üstəlik cavab da gətirəndə hətta bir qədər çaşdı da. 

Lakin bu çaşqınlıq cavabın mahiyyətini anlayanda keçirdiyi hisslərlə müqayisəyə belə gəlmirdi. 

- Eybi yox...- Qoca başındakı köhnə kağız-kuğuzda eşələnirmiş kimi hıqqana-hıqqana, aram-

aram danışırdı. - Nədi o, e, nə isə, desəm ki, heç cür razı deyilik, - haqsızlıq olardı... Məsələn, 

mən, əlbəttə, lakin siz ikiniz də evdən çıxıb, bizim qarşımızda, hamının qarşısında...biz baxa-

baxa siz bunu etsəz...I sizin xahişiniz isə düzgün xahişdir, buna icazə vermək olar, yaxşı... 

- Biz nə etməliyik ki? 

- I, onu...necə deyim, erkəklə dişi nə edirlər? Cütləşirlər...Bax belə. 

Qumdaşıyanlar gic-gic hırıldaşdılar. Kişi boğulurmuş kimi yerində dondu. Çətinliklə də olsa 

söhbətin nədən getdiyini anladı. Anladığını anlamağa başladı. Və tam dərk edəndən sonra təklif 

ona heç də ağlasığmaz görünmədi. 

Cib fənərinin işığı qızıl quş kimi ayağının yanından uçub getdi. Bu, nəyəsə işarə idi. Onun 

ardınca yeddi-səkkiz işıq şüası dərənin dibində fırlanmağa başladı. Az qala qır kimi alışıb-yanan 

yuxarıdakıların bu səbirsizliyindən əzilən kişi, təklifi rədd etmək üçün hələ söz tapmamış, artıq 

deyəsən özü də onların bu ağılsızlığına tutulmuşdu. 

O, aramla qadına tərəf döndü. Elə bu saat o, bellə burda qum kürəyirdi amma indi harasa yox 

olub. Bəlkə evə qaçıb? O, qapıya dönüb, onu səslədi. 

- İndi biz nə edək? 

Divarın arxasından qadının boğuq səsi eşidildi. 

- Cəhənnəm olsunlar! 

- Axı burdan çıxmaq istəyirəm... 

- Belə olmaz! 

- Bəsdir sən allah, buna təbii baxmaq lazımdır... 

Birdən qadın tövşüyərək ona yaxınlaşdı. 

- Sizə nə olub, dəli olmusunuz?.. Yəqin ağlınızı itirmisiniz... Sadəcə ağlınız başınızdan çıxıb! 

Məgər belə etmək olarmı!.. Mən ki, dəli deyiləm! 

"Bəlkə düz deyir?.. Bəlkə doğrudan da dəli olmuşam?.." Qadının sərtliyi onu geri çəkilməyə 

məcbur edirdi, lakin içində nəsə bir boşluq böyüyüb, enlənirdi...O, nə qədər kötək yemişdi! İndi 

şərəf və ləyaqətin nə mənası var?.. Sən nəsə bir murdar iş görürsənsə və bu zaman sənə 

baxırlarsa, bu murdarlıq eyni dərəcədə sənə baxanları da ləkələyir...Görünmək və görmək - bu 

iki anlayış arasında divar qurmağa dəyməz... Əlbəttə, onlar arasında müəyyən fərqlər var, lakin 

bu fərqin itməsi üçün mən bu adamlara kiçik bir tamaşa düzənləyəcəm... Və bundan ötrü hansı 

mükafatı alacağını fikirləşmək lazımdır!.. Yerin üstü ilə azadə gəzmək!.. Mən başımı bu 

iylənmiş bataqlıqdan çölə çıxarıb, doyunca nəfəs almaq istəyirəm. 

Qadının harda olduğunu təyin edib, qəflətən onun üstünə atıldı. Qadının çığırtısı, onların bir-

birinə sarılmış bədənlərinin evin divarının yanına çırpılmasından qalxan səs-küy, yuxarıda 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

465 


heyvani ehtiraslar oyatdı. Fit səsi, alqış, şəhvət çığırtıları eşidildi...Ordakı adamların sayı 

çoxalmağa başladı, deyəsən aralarında gənc qadınlar da vardı. Evin qapısı üzərində ora-bura 

sürüşən fənərlərin sayı əvvəlkindən azı üç dəfə çoxaldı. 

Qadını qəfil yaxaladığından, onu sürüyüb bayıra çıxara bildi. Qadının boynunu sıxdığından o, 

kisə kimi əzildi. Dərənin üstündəki işıq yarımçevrəsi bayram çıraqbanlığını xatırladırdı. Hava 

çox isti olmasa da, qoltuqlarının altından tər sel kimi axır, üstünə bir çəllək su əndəribmişlər kimi 

saçları islanmışdı. Tamaşa edənlərin çığırtısı qulaqlarında əks-səda verib, iri qara qanadlarla göy 

üzünü örtdü. Kişiyə elə gəldi ki, bu onun qanadlarıdır. O, yuxarıdan həyəcanla baxanları özünü 

hiss etdiyi kimi apaydın hiss edirdi. Onlar kişinin bir hissəsiydi. Yuxarıdakıların ağzının 

sulanması ondakı şiddətli ehtirasın səbəbindən idi. O, artıq özünü qurban yox, daha çox 

cəlladların nümayəndəsi kimi hiss edirdi. 

Qaranlıq idi, əlləri də əsirdi, barmaqları isə sanki iki dəfə qalınlaşmışdı. Nəhayət qadını tam 

qucanda, o, yığılıb, cəld kişinin qolları arasından sivişib çıxdı. Qumda bata-bata qadının ardınca 

atıldı. Lakin qadın polad yay kimi yenidən onu kənara atdı. Nəhayət onu tutub, yalvarmağa 

başladı: 

- Yalvarıram... Yalvarıram sənə... Axı mən onsuz da bacarmıram... Gəl sadəcə özümüzü elə 

göstərək ki, guya bunula məşğul oluruq... 

Lakin qadını tutmağa artıq lüzum yox idi. Deyəsən, onun qaçmağa meyli itmişdi. Birdən o, 

yırtılan materiyanın səsini eşitdi, elə həmin anda da qadının bütün hiddətini, bütün bədəninin 

ağırlığını toplayıb, dirsəyilə onun qasığına endirdiyi güclü zərbəni hiss etdi. Kişi səssiz-səmirsiz 

ikiqat olub, əlləri ilə dizlərini qucaqladı. Qadın onun üstünə əyilib, yumruqlarıyla başına-gözünə 

döşəndi. İlk nəzərdə onun hərəkətləri süst görünə bilərdi, amma hər zərbəsi elə bil ağırlaşmış, 

yaprıxmış duz parçalarını itələyirmiş kimi ağır idi. Burnundan qan fışqırdı. Qanına qum yapışdı 

və onun sifəti torpaq topasına çevrildi. 

Yuxarıdakı ehtiras dəndəsi sınmış çətir kimi endi. Hiddət, gülüş, qızışdırıcı səslər bir-birinə 

qarışdı, lakin onlar nəsə rabitəsiz, qırıq-qırıq idi. Sərxoş, arsız çığırtılar da tamaşaçıların əhvalını 

qaldıra bilmirdi. Kimsə aşağı nəsə tulladı, bir başqası onu söydü. Sonluq da başlanğıc kimi qəfil 

oldu. Uzaqdan işə çağırş səsləri eşidildi, işıqların uzun quyruğu sanki yuxarı çəkilibmiş kimi 

əridi. Və yalnız ehtirasın sonuncu izlərini süpürüb aparan qara şimal küləyi əsirdi. 

Döyülüb, başdan-ayağa quma batmış kişi qarmaqarışıq şəkildə hər şeyin alnına necə yazılıbsa, 

elə getdiyini anladı. Bu fikir hardasa altında təkcə ürək döyüntüləri aydın hiss edilən, tərlə 

doymuş döşəkağını xatırladan şüurunun bir küncündə, özünə yer etmişdi. Qadının od kimi isti 

qolları onun qoltuqları altında qalmış, bədəninin qoxusu isə tikan kimi burnun dalayırdı. Sakit 

axan çayın dibindəki daş kimi qadının isti əlləri içində olduğu gözünün qabağına gəldi.  

 

31______________________________________ 



 

Qumun bir-birindən fərqlənməyən gecələri əvəzlənir, həftələr keçirdi. 

Qarğalar əvvəlkitək "Ümid"ə yaxın durmurdular. Yem - qurudulmuş balıq - daha qurudulmuş 

balıq deyildi. Qarğalar ona tamah salmamışdılar, lakin görünür, bakteriyalar üçün fərqi yox idi. 

Bir dəfə səhər çağı taxtanın ucu ilə yemə toxundu - balığın yalnız qabığı qalmışdı, özü isə qara, 

yapışqan kimi horraya çevrilmişdi. Yemi dəyişib, qurğusunun xarab olub - olmamasını bir daha 

yoxlamaq qərarına gəldi. O, qumu qazıb, qapağı açanda zərbə yemiş kimi yerindəcə qurudu. 

Çəlləyin dibində su yığılmışdı. Hündürlüyü cəmi on santimetr olardı, lakin bu, göz yaşı kimi 

dupduru su idi, hər gün onlar üçün gətirilən paslı sudan qat-qat təmiz. Məgər son günlər yağış 

yağıb ki?.. Yox, ən azı iki həftə idi ki, yağış yağmırdı... Onda, bəlkə bu su, əvvəl yağan 

yağışlardan qalmadır?.. O, belə fikirləşmək istərdi, amma təəccüblüsü o idi ki, çəllək suyu 

buraxırdı. Həqiqətən də, o, çəlləyi qaldıranda altından şorhaşorla su axdı. Nəzərə alsaq ki, belə 

dərinlikdə yeraltı su qaynağı ola bilməz, onda belə çıxır ki, çəlləkdən axan su daim hardansa 

onun içinə daxil olur. Hər halda, nəzəri cəhətdən belə çıxır. Lakin bu qurumuş qumların içində 

su çəlləyə haradan daxil ola bilər? 

Kişi dəqiqəbədəqiqə artan həyəcanını güclə boğurdu. Yalnız bir cavab uyğun gəlirdi. Qumun 


1   ...   80   81   82   83   84   85   86   87   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə