Ġzabella qasimova, musa bayramov


  Vermikultura və biohumus. Hazırlanması və



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə21/55
tarix01.04.2017
ölçüsü5,58 Mb.
#13051
1   ...   17   18   19   20   21   22   23   24   ...   55

 

2.8.   Vermikultura və biohumus. Hazırlanması və 

 tətbiqinin  ekoloji aspektləri 

 

2.8.1. Vermikulturanın xarakteristikası 

Kənd təsərrüfatı ekologiyasının qarşısında duran əsas vəzifələrdən biri 

biogeosenoji örtüyün və onun ayrılmaz hissəsi olan aqroekosistemlərin har-

monik  inkişafının  optimal  sxeminin  yaradılmasıdır.  Əgər  son  15-20  ilin 

nəticələrini obyektiv qitymətləndirsək, kənd təsərrüfatı istehsalının məhsul-

darlığını  yüksəltməyin  çətin olduğunu  görərik. Bunun birinci  səbəbi-antro-

pogen texnologiyalarla ekoloji sistem qanunları arasında dərin uyğunsuzluq 

olması, bu və ya digər təbii komplekslərində tətbiq olunan texnologiyaların 

təsirinin qiymətləndirilməsinin olmamasıdır. Torpağa bu cür münasibət çox 

qədimlərdən mövcuddur. Hazırda onun məhsuldarlığında proqress var, eyni 

zamanda  bu  məhsuldarlığın  daimi  mənbələrinin  dağılmasının  proqressi  də 

mövcuddur. Qəbul etməmək olmaz ki, bu tezis bizim zəmanəmizdə öz əhə-

miyyətini  itirməyib,  əksinə,  kifayət  qədər  geniş  təsdiqini  alıb,  çoxplanlı 

neqativ ekoloji hadisələrdə reallaşıb. 

Yuxarıda  deyilənlər  aqroekosistemlərdə  məhsuldarlıq  prosesinin  sis-

temli  idarəolunmasının  vacibliyindən  danışır.  Bunun  əsasını  qoyan  təbii 

(biotik və  abiotik) sistem  əmələ  gətirənlərin mövcud uçotu,  onların funksi-


210 

 

yalarının  və  inkişafının  xüsusiyyətlərinin  savadlı  qiymətləndirilməsidir. 



Məhsuldarlıq  prosesi  əlbəttə  çox  mürəkkəb  dinamik  sistemmdir.  Hansı  ki, 

qarşılıqlı əlaqədə olan ayrı-ayrı yarımsistemlərdən 600 fərd yaşayır, onda 1 

ildə qurdların emal etdiyi torpaq 400-600 t/ha olar. 

Qurdların  təbii  şəraitdə  yaratdıqları  kaprolitlərin  miqdarı  nəhəngdir. 

Moskva  ətrafında,  məsələn  çoxillik  otların  tarlasında  boz  torpaqlarda  (180 

qurd 1 m


2

-də) 1 ildə 53 t/ha karolit formalaşır. Orta Asiyada N.A.Dimonun 

fikrincə 1 m

2

-də 150 fərd olmaqla illik kaprolit məhsulu 120 t/ha-ya çatır. 



 

2.8.2. Biohumus və onun aqroekoloji qiymətləndirilməsi 

Qurdlardan istifadə  əsasında alınan preparatlar biohumusdur.  Qurdla-

rın becərilməsi əsasında ən qiymətli üzvi gübrələr hazırlanır, onlar da «bio-

humus» adını almışlar.  (Bu qurdlar  tərəfindən  emal olunan məhsulun rek-

lam adıdır). 

Biohumus  -torpaq  ətri  verən  qəhvəyi-böz  rəngli  kəltənvari  mikro-

qranulyar maddədir. 

Biohumusun  tərkibində  bitkinin  qidalanması  üçün  lazım  olan  yaxşı 

balanslaşmış  və  yüngül  mənimsənilən  formada  maddələr  var.  Quru  üzvi   

maddənin  orta  miqdarı  biohumusda  50  %,  humus -18 %, mühitin reak-

siyası,  bitki  və  mikroorqanizmlər  üçün  əlverişii  olan  pH  6,8-7,4,  ümumi 

azotun  orta  qiyməti  2,2  %,  fosfor  2,6%,  kalium  2,7  %  və  s.  Bundan  başqa 

biohumusda  praktiki  olaraq  bütün  vacib  mikroeleınentlər  v.ə  bioloji  aktiv 

maddələr tapılmışdır, hansı ki, tərkibində fermentlər, vitaminlər, hormonlar, 

auksinlər, heteroauksinlər və s. 

Biohumusun ən yaxşı nümunələrinin 1 q-da bir neçə milyardlar mikro-

orqanizm tapılıb, hansı ki, peyində tapılan mikroorqanizmlərin miqdarını də-

fələrlə  örtüb  keçir  (təxminən,  150...350mln  hüceyrə).  Biohumus  yüksək 

frmentatıv aktivliyi ilə tərqlənir, xüsusən də oksidereduktaza fermenti ilə. 

Qeyd etmək lazımdır ki, biohumusda olan üzvi maddələr əhəmiyyətli 

miqdarda  humin  turşuları  (31,7. . . 41,2%)  və  fulvioturşularla  ( 2 2 , 3 . . .  

34,8%) özünü göstərir. 

Humin  turşuları  arasında  ə n   qiymətli  fraksiya  Ca  humatları  (43,3 

. . . 47,6%).  Vermikompost  fulvat-humat  tipli  humus  (C

q.k 



f.к.т. 



=1,18. . .  

1.42)  torpağın  aqronomik  qiymətli  strukturunu  formalaşdırır.  Biohumusda 

olan  qida  elementləri,  torpağın  mineral  komponentləri  ilə  qarşılıqlı  təsirdə 

olan,  mürəkkəb  kompleks  birləşmələr  formalaşdırır.  Buna  görə  onlar 

yuyulmadan  mükəmməl  qorunur,  suda  tədricən  həll  olıır,  bitkinin  uzun 

müddətli qidalanmasını təmin edir ( 2 . . . 3 ildən az olmayaraq). Qorodniy və 



211 

 

başqaları  (1990)  hesab  edir  ki,  1  t  biohumusda  45  k q   qida  elementləri 



(NPK.)  olur  v ə   çox  vaxt  biohumus  öz  qidalılıq  dərəcəsinə  görə  üzvi 

gübrələri  ötüb  keçir.  Biohumusda  qranulların  ölçüsündən  asılı  olaraq 

aşağıdakı növlərə ayrılırlar. 

 Moder  (qranul  0,3. . . 0,7  m m ) biohumusun  yumşaq  fraksiyalandır. 

Onu bostan,  parnik, istıxana və oranjereya bitkilərinin yemləndirilməsində 

istifadə edirlər. 

Моr-(qranul 0,7. . . 1mm)-biohumusun ən iri fraksiyasıdır. Bitkiçilikdə, 

bostan və bağçılıqda tətbiqi nəzərdə tutulub. Onun əkin cərgələrinə, xəndək 

və yuvalara tətbiq edirlər. 

Mul -(qranul 0,1 mm-ə qədər) - Humusun ən xırda fraksiyasıdır (və уa 

humus unu).  Torpağa tətbiqində tezcə  həll olur və bitki tərəfindən mənim-

sənilir. Əlavə yemləmədə (tətbiq olunur), bitkilərin «müalicəsində», yenidən 

basdırılmada  stress  vəziyyətini  götürmək  üçün,  eləcə  də  bitkı  becərilmə-

sində tez effekt alınmasında tətbiq olunur. 

Biohumusun  keyfiyyəti  beynəixalq  standartlara  uyğun  qiymətlən-

dirilir, hansı ki, aşağıdakı tələblər nəzərdə tutulur: 

Nəmlik %-lə                                          30....40 

Üzvi maddə %-lə                                  20.....30 

Suda həll olan duzlar %-lə                    0,5 

pH                                                         6,5....7,5 

Ümumi azot %-lə                                  1,5 –dən az olmayaraq 

P

2

O



5

                                                      1,2...1,5 

K

2

O                                                       1,1...1,2 



C:N                                                       15 

Mg, %                                                   1 

Ca, %                                                    4           

Qeyd: 1. Biohumusda bioioji emal olunmayan maddələr olmamalıdır (pölimer, daş, 

şüşə);  çoxalmağa  qabil  bitkilər.  2.  Biohusun  tərkibində    insanda  patoloji  xəstəlikiər 

oyadanların mümkün olan ölçüləri, ekzemplyar/1 ha-da: fekal. streptokok - 10; koliform 10: 

salmonella 20 q-da tapılmır. 

Biohumusun  ən  qiymətli  xüsusiyyətiəri  tətbiq  oiunduqda  onun  kənd 

təsərrüfatı bitkiiərinin məhsuldarlığının  formalaşmasında faydalı olmasıdır. 

Alınmış məhsulun keyfıyyətinin yaxşılaşdırılmasını stimulə edir. Aydınlaş-

dırılmışdır  ki,  məsələn,  biohumusun  hesabına  dənlilərin  məhsul  artımı  30-

40%, kartof -- 30 ... 70 % və tərəvəz - 35...70 % olur. Biohumusun təsirin-

dən  məhsul  keyfiyyətinin  yaxşılaşmasına  misal  ola  bilər  meyvə  və  tərə-

vəzlərdə С vitamininin miqdarının artması (mq/100 q). (cədvəl2.49) 



212 

 

Cədvəl 2.49 



Biohumusun С vitaminin miqdarına təsiri, mg/100 qr; müxtəlif kənd 

təsərrüfatı məhsullarında peyin və mineral, gübrələrin  tətbiqi ilə müqayisədə    

 

Bitki 



Biohumus 

Pevin + mineral gübrə 

Kartof 

Çiyələk 


Bibər 

Lobya 


Alma 

48 


90 

320 


43 

32 


15 

52 


150 

10 


 

Bütün bitkilər üzrə «peyin + mineral gübrə» forması kəskin geri qalır. 



İllik   meteoroloji   şəraitindən   asılı   olaraq   dəyişir   biohumusun 

məqsədyönlü tətbiqi əsaslı fərqlənir. 

Biohumusa olan tələbatına görə bitkiləri bölürlər: 

 



yüksək  tələbkarlılar,  zəngin  karbohidratlar;  bura  aiddir  kartof,  kök, 

çuğudur (yem, şəkər və mətbəx), meyvələr; bu bitkilərin yemləməsinə bio-

humusun tətbiq etdikdə məhsul artımı 35 % və daha artıq olur. 

 



yaxşı  tələbkarlılar;  bu  qrupa  bütün  dənli  bitkilər  (payızlıq  və  yazlıq 

buğda,  yulaf,  arpä,  düyü,  darı,  qreçixa,  qarğıdalı  dən  üçün,  sorqo);  biohu-

musa yaxşı reaksiya verir və məhsül artımı 25 %-dən çox olur. 

 



orta  tələbkarlılar  -  paxlalı  bitkilər  (noxud,  yem  paxlası,  nut,  soya, 

mərcimək),  eləcə  də  donnik,  yonca,  triqonella,  xaşa  (esporset)  və  b.  bio-

humusa münasibət kafidir, məhsul artımı 15 %-ə qədər. 

 



zəif  tələbkarlılar  -  yağlı  və  efiryağlı  bitkilər  (günəbaxan,  raps,  ko-

riandr və s.), biohumus zəif reaksiya verir. Bu qruppa  üzrə  şəraitin  əlavə 

tədqiqi, (tələb  olunur)  dozası  müddəti  və  tətbiq  üsulu biohumus hansı ki

tətbiq effektli olacaq. 

Yağış qurdları tərəfindən -1 t üzvi qalığın emalı, quru maddəyə çevir-

dikdə -  600 kq biohumus,  400 kq tam keyfiyyətli  zülal kimi  qurdların bio-

kütləsində  toplanır.  Rusiyada  üzvi  gübrələrin  illik  istehsalına  əsasən  (500 

mln.t), bir  şərtlə ki, onun emalında 300 mln.t-na yaxın biohumus, hansı ki, 

11 mln.t-dan çox N və  K  və 20 mln.t P  təsiredici maddəyə hesabı ilə, dənə 

çevirdikdə  100  mln.t  bitkiçilik  məhsulu  və    2,5  mln.t  yüksək  keyfıyyətli 

zülal əlavələri deməkdir. 

Toplanılan  materialların  analizi  və  ümumiləşdirilməsi  nəticəsində 

biohumusun əsas aqroekoloji xüsusiyyətləri formalaşdı: 

 



Biohumus  müxtəlif  kənd  təsərrüfatı  bitkilərinin  böyüməsinə,   

inkişafına  və məhsuldarlığına təsirdə ənənəvi üzvi gübrələri üstəiəyir; 



213 

 



 

Biohumusda qida  elementləri üzvi   formulada  yeriəşir  ki, bu  da 

onların  yuyulmasının qarşısını alır, yuyulmağa qarşı uzunmüddətli  təsirini 

gücləndirir; 

 

Biohumusda  qida  elementlərinin  mənimsənilməsi  daha  çoxdur,  belə 



ki,    bitkiyə  lazım  olan  elementlərin  bir  çoxu  yaxşı  mənimsənilən  formada 

olur; 


 

Biohumusun  olması  ilə  formalaşan  mühitin  optimal  reaksiyası  öz 



növbəsində bitkinin inkişafı üçün daha əlverişli şərait yaradır; 

 



Biohumus yüksək buferliyi ilə xarakterizə olunur, buna görə torpaq 

məhlulunda duzların artıq qatılığı yaranmır, hansı ki, adətən yüksək dozada 

mineral gübrələri tətbiq etdikdə baş verir

 



Biohumusda  faydalı  mikrofloranın  çoxluğu,  onun  ali  bitkilər  üçün 

qidalılıq və fıtosanitar əhəmiyyətini artırır; 

 

Biohumusda  alaq  bitkitərinin  toxumunun  olmaması  alaq  otları  ilə 



mexaniki və kimyəvi mübarizənin vacibliyini minimuma çatdırır; 

 



Biohumusda  bioloji  aktiv  maddələrin  olması  (auksinlər,  heteroauk-

siniər  və  s.)  bitkinin  stress  vəziyyətini  azaldır,  xüsusən  şitillərdə  yaşama 

qabiliyyətini  artırır,  toxumların  cücərməsini  sürətləndirir,  bitkinin  xəstə-

likldə qarşı dözümlüyünü artırır və s. 



Ekoloji təhlükəsiz kənd təsərrüfatı məhsulları istehsalı üçün biohu-

musun  prolonqir  (uzunmüddətli)  təsirli  gübrə  kimi  tətbiqinin  perspek-

tivləri.  Yağış  qurdlarının  «torpaq-bitki»  sistemində  toksikantların  təsirini 

dəyişmək xüsusiyyəti yaxın konsentrasiyalarda maddələrin bioloji dövranını 

azalmaq,  canlı  orqanizmiər  üçün  təhlükə  yaradan,  biohumusım  köməyi  ilə 

ekoloji  təhlükəsiz  kənd  təsərrüfatı  məhsullarının  almağa    kömək  edir.  Belə 

ki, hətta biohumusda ağır metallar olarsa, xəlitə tipli birləşmələrin tərkibin-

də olduğundan bitkilər tərəfindən çox az mənimsənilir. Qurdların və biohu-

musun  torpaqda  və  üzvi  gübrələrdə  tapılan  radionuklidləri  birləşdirmək 

imkanları  müəyyənləşdirilmişdir,  həmçinin  ağır  metalların  bitkilərə  daxil 

olmasını  kəskin  azaltması.  Ural  ETKTİ-nun  məlumatlarına  görə  6  t/ha 

biohumus  verməklə  kartof  yumrularında  radinuklidlər  5...9  dəfə  azalıb. 

Biohumusun kənd təsərrüfatı məhsullarının tərkibində nitratların miqdarının 

azaltmasına  müsbət  təsiri  və  məhsuldarlığı  artırmaqla,  qidalılıq  dəyərinin 

yaxşdaşdırması  da  müəyyənləşmişdir.  Məsələn,  istixana  qruntuna  20% 

biohumusun verilməsi (fraksiya <3 mm) (pomidor və xiyar) məhsuldarlığını 

10-30%  artıb.  Bu  zaman  С  vitaminin  miqdarı  8-23%  artıb,  nitratların  miq-

darı  19-60%  azalıb.  Oxşar  hadisə  qarğıdalı  becərilməsində  də  müşahidə 

olunub. 

Vermikulturanın heyvandarlıqda  və  tibbdə qida məhsulu   kimi isti-

fadə  imkanları.  Ölkəmizin  və xarici  tətqiqatların  sübut  etdiyi  kimi,  vermi-


214 

 

kultura  biohumus  istehsal  etməklə  yanaşı,  təsərrüfat  yönümlü  müxtəlif 



istiqamətli istifadə üçün perspektividir. Biokütlənin yüksək qidalılıq dəyəri, 

bir  sıra  xəstəliklərin  yaranmasına  və  inkişafına  mane  olan  bir  çox  maddə-

lərin olması buna təminat verir. Vermikulturanın heyvandarlıqda istifadəsini 

nəzərə alıb, 1 t üzvi qida, əvvəl deyildiyi kimi, qurdlar-emal etdikdə 600 kq 

humusdan başqa 100 kq qurdların biokütləsində toplanır. Qurdların  toxma-

larında  quru  maddə  17-23%  təşkil  edir.  Proteinin    miqdarı  60%.  lipidlər  -

6...9  %,  azotlu  ekstraktiv  maddələrin  7-16  %-ə  çatır.  Qurdların  bədənində 

müvafıq emal etdikdən sonra zülal unu hazırlanır ki, aminturşuları tərkibinə 

görə  ətə  yaxındır,  qlitsin  istisna  olmaqla,  bütün  əvəzolunmayan  amin-

turşuları onun tərkibində daha çoxdur. Kənd təsərrüfatı heyvanların və quş-

ların qida rasionuna qurdların biokütləsinin əlavə olunması məhsul çıxımı-

nın artmasına və onun keyfiyyətinin yaxşılaşmasına gətirir. Belə ki, 104 gün 

ərzində rasiona 1% qurd biokütləsi əlavə edildikdə, toyuqların yumurtaması 

20  %  artır.  Eyni  zamanda  proteinin  miqdarı  çoxalıb.  İnəklərin  qida  rasio-

nuna 0,5 kq  təzə qurd biokütləsi əlavə etdikdə süd sağımı 22% artır. Qurd-

ların  biokütləsində  və  tərkibində  proteinin  miqdarının  yüksək  olmasına 

xüsusi fikir vermək lazımdır, hansı ki, 68-82% arasında tərəddüd edir. Bəzi 

tədqiqatçılar hesab edir ki, yüksəkqiymətli zülalın sənaye üsulu ilə intensiv 

istehsalı üçün təbiətdə onların analoqu yoxdur. 

Vermikulturanın  tibbdə,  farmakologiyada,  kosmetika  sənayesində 

tətbiqi maraqlıdır. Qurdların müxtəlif tipli ekstraktları tibbi preparatlar kimi 

istifadə  olunur,  dəri  üçün  qoruyucu  kosmetika  kimi  və  s.  Belə  ki,  vermi-

kulturadan alınan ekstraktlar əsasında maz hazırlanıb ki, ekzema, lişay aşağı 

ətrafların  varikoz  xorasında  effektlidir.  Göz  xəstəliklərində  istifadə  olunan 

preparatlar alınmışdır və s. 

Çin təbabətində torpaq qurdların 2 mln ilə yaxın istifadə olunur, artıq 

son  vaxtar  burada  müasir  metod  və  texnologiyalarla  virusəleyhinə  və  şiş-

əleyhinə zərdablar hazırlanır. 

Hesab olunur ki, vermikultura zülal tərkibinə görə heyvan əti və balıq-

dan,  soya  paxlasından,  dəndən,  quru  süddən  çox  üstündür,  ancaq  qida 

əlavəsi kimi effektiv istifadə olunan göyyaşıl yosunla müqayisə etmək olar. 

Kənd  təsərrüfatında  qurdlardan  istifadə  əsasında  istehsalın  qapalı 

dövriyəsini  yaratmağın  perspektivləri.  Ölkəmizirn  və  xarici  tədqiqatçıları-

nın sübut etdiyi kimi, yağış qurdlarının universal xüsusiyyəti iınkan verir ki, 

onlardan  tullantrsız  texnoloji  proseslərin  işlənməsi  və  tətbiqində  istifadə 

edək.  Ən  çox  aprobasiya  almış  belə  tstiqamətlərdən  biri  üzvi  tullantıların, 

hər şeydən əvvəl heyvandarlıq kompleksləri və ferma tüllantılarının anaerob 

emalıdır. 

Müxtəlif tullantıların anaerob emalında çoxlu miqdarda qaz ayrılır ki, 


215 

 

istixanaların, kotelnilərin qızdırılmasında istifadə etmək olar. 



Qıcqırmış  peyin,  analizlər  sübut  edtr  ki,  yüksək  effektli  gübrələrdir. 

Məsələn, «Kotovo» fermasında (Moskva  vilayəti, «İstrinskiy» sovxozu) pe-

yinin qıcqırmasından sonra N 1.00% mənimsənilən formaya keçir, P 70%, 

K. - 80%, patogen mikroorqanizmlər və  helmintlərin  yumurtası  məhv olur, 

alaq otların toxumları da məhv olur, ağır metalların duzları daha az mənim-

sənilən formaya keçir. 2.24 şəklində bioenergetik təcrübə qurğusunda peyi-

nin anaerob emalı texnologiyası göstərilib. 

 

ġəkil . 2.24      Bioqazın alınmasının klassik üsulu 

 

Vermikultura  getdikcə  daha  çox  ölkələrdə  istifadə  olunur.  Məsələn, 



Fransada «Vermikompost» birliyi işləyir ki, gün ərzində 150 t müxtəiif: üzvi 

tullantı 15-16 ha sahədə qurdların köməyi ilə emal olunur.  



Qurdların sənaye üsulu ilə çoxaldılmısının əsas prinsip və üsulları 

Sənaye  üsulu  ilə  qurdların  çoxaldılmasını  2 istiqamətə  ayırmaq  məq-

sədəuyğundur.  Birincisi  biohumusus  almaq  məqsədilə  qurdların  çoxaldıl-

ması, ikincisi - onların yenidən çoxaldılması, ana becərmə. 

Bu  vəzifələrin  müvəffəqiyyətli  həlli  üçün  kompleks  tələbatlara  riayət 

etmək və bir sıra əməliyyatlar aparmaq lazımdır. Qurdları həm açıq, həm də 

qapalı çoxaltmaq olar. Çoxsaylı qurd növlərindən çoxalma üçün ən yaxşısı 

qırmızı  hibriddir  (kommersiya  adı  «Kaliforniyalı»).  Ümumiyyətlə  intensiv 

İyumbrikulturada  3  növ  daha  çox  işlənir:  Eisenla  foetida.  Lombricus 

rubellus  və  Qırmızı  hibrid  (1947,  Heqq  Karter).  Qurdların  becərilməsində 



216 

 

əsas texnoloji vasitə uzunu 2 m, eni 1 m, hündürlüyü  0,40,6  m  olan  üzvi  



qidalı    kütlədən  ibarət  ləklərdir.  Bir  yatağın  sahəsi  2  m2-dir.  1  yatağa  il 

ərzində 1,0-1,2 ton üzvi kütlə tələb olunur. 1 ha faydalı torpağı tutan 1200 

yataqdan ibarət olan vermitəsərrüfat optimal hesab olunur. 

Bir yuvada qurdların optimal sıxlığı 50-100 min yaşlı və cavan qurd, 

eləcədə  içərisində  yumurta  olan  baramalar.  Müəyyən  olunub  ki,  çox  halda 

vermikulturanın  məhsuldarlığı  yataqların  məskunlaşma  sıxlığından  asılıdır. 

Əgər sıxlıq artıqdırsa, qurdların oyanıqlığı artır və stress  yaranır, yerdəyiş-

məsinə səbəb olur ki, onların çoxalmasıba mənfı təsir edir. Aşağı sixlıqda da 

qurdların məhsuldarlığı  və biohumusun çıxımı azalır. Ana qurdların çoxal-

dılmasında  standart  yataqlardan  istifadə  olunur.  Bu  zaman  sıxlıq  1  m2-də 

1,5-2,0-dən 10-12 min fərd ola bilər. Son məqsəddən asılı olaraq substratın 

məskunlaşma sıxlığı müəyyəniəşdirilir. Aydmlaşdırmaq lazımdır ki, vermin 

təsərrüfat  qurdları  çoxaldacaq,  yoxsa  biohumus  istehsal  edəcək,  ya  da  hər 

ikisini  eyni  vaxtda  edəcək.  Yataqların  sayını,  onlardakı  qurdların  sayını 

bilərək  yaş  qruplarına  görə  (təxminən,  cavan  fərdlər  -60,1%,  yaşlı  fərdlər 

21,8%,  baramalar  -19,1%-ə)  populyasiyanın  orta  tərkibinı  bilərək,  hər  bir 

konkret halda tələb olunan yemin kütləsini təyin etmək olar. 

Qurdları üzvi maddələrlə  yemləyirlər, hansı ki,  bura məişət və başqa 

tullantılar, lil, peyin, çirkab suları və s. aiddir ki, onlardan dənəvər struktııra 

yaratmaq  üçün  müxtəlif  nisbətdə  bərk  üzvi  komponentlər  -tamamlayıcılar 

əlavə olunur. Bu ağac qabığı, yarpaq (təzə xvoyadan başqa) və s. ola bilər. 

Hesabda,  təxminən  100  min  qurda  1000  kq/ha-ya  yaxın  substrat  tələb 

olunur. 

Substrat qurdlar üçün iki qat əhəmiyyət kəsb edir: birincisli о qurdlara 

yaşayış yeri kimi xidmətedir, ikincisi, bu qidadır, onların həyat fəaliyyətinin 

müəyyən  səciyyəsini  təmin  edir.  Substratın  strukturuna  və  onun  kimyəvi 

parametrlərinə xüsusi tələbatın olması təsadüfi deyil: nəmlik 70-80%; metal, 

şüşə,  daş  və  s.  kimi  cisimlərin  olunması  yolverilməzdir,  mühitin  neytral 

reaksiyası (optimal 6,8...7,2) olmalıdır, dəmir oksidləri 10 %-dən çox olma-

malıdır. 



Qida  substratına  aqroekoloji  tələbat.  Qidalı  substrat  yarımmaye 

konsistensiyalı (olmalıdır) və yaxşı xırdalanmış olmalıdır, belə ki, ən böyük 

hissəcik  1  mm-ə  qədər  ölçüdə  olmalıdır  ki,  kaliforniyalı  qurd  uda  bilsin. 

Hesab  edirik  ki,  öz  bədən  çəkisinə  bərabər  qida  qəbul  edır  (1  q-a  yaxın);  

40% qida mənimsənilir, 60%-i isə kompolitlər formasında ifraz olunur. 

Yemin miqdarı təbii  ki, onun təbiəti ilə müəyyənləşir. Substratın key-

fiyyəti ona bağ və meyvə tərəvəz tullantıları 10% əhəngli tullantılarla birgə  

(nəcis, əhəng, təbaşir və s. əlavə etməklə) əlavə etdikçə yüksəlir.  

Substratın yararlığının əsas şərti onun eynicinsli və yaxşı havalanması  


217 

 

(aerasiya), eləcə də С : N nisbətidir. Hazır substratda С : N = 20 olmalıdır. 



Hansı üzvi maddənin istifadə olunmasından asılı olmayaraq substratda 20 - 

25%-dən az olmayaraq sellüloza, saman qırıntıları formasında, karton, kağız 

və b. olmalıdır. (Qoradniy və b., 1990).  

Qeyd  etmək  lazımdır  ki,  substratın  tərkibində  45%-dən  çox  olduqda 

qurdlar üçün letal nəticə verir. Qurdlann yemində bu maddənin miqdarı 25  

30 %-clən çox olmamalıdır. 



Substratın  fermentasiyası.  Hazırlanan  substrat  fermentasiya  mərhəl-

əsini  keçəndə  onda  olan  helmintlərin  yumurta  və  sürfələri,  eləcə  də  alaq 

otların  toxumları  məhv  olur.  Fermentasiyanı  həm  təbii,  həm  də  sürətlən-

dirilmiş rejimdə aparmaq olar. Təbii rejimdə üzvi tullantıların növündən ası-

lı olaraq 6-7 ay proses davam edir. Sürətləndirilmiş rejimdə bu müddət 1-3 

ava qədər qısalır. Fermentasiyanı tezləşdirmək üçün qalıqlara buralara yığır, 

sonra  boru  ilə  üstünə  50-60°C  temperaturda  isti  buxar  vurulur.  Özü  qızış-

mağa  imkan  olmayan  substrat  20-30  sm  qalınlıqda  sərilir  və  1,0-1,5  m 

enində,  tam  isladılaraq  70-80%  nəmləndirilir.  Sonra    10-15  gün  saxlanılır. 

Bundan  sonra  1  m2-ə  1,5-2,5  min  fərd  olmaqla  qurdlar  məskunlaşdırılır. 

Substratın  nəmllyini  qorumaq  üçün  onu  doğranmış  saman  və  ya  xaşa  ilə 

örtürlər. 

Fermentasiya  prosesində  kimyəvi  reaksiya  gedir,  nəticədə  peyində 

olan  sidik  və  hippur  turşusu.  parçalanırlar,  (NH

4

  )

2

СОз-a  keçir.  Hansı  ki, 



NHз, C0

2

 və Н

2

0 ayrılır. 



 

6



5

CONHCH 



2

COOH →(NH 

4





СOз →NH

3

 + CO



2

 + Н 


 



Baza  substratın  əlverişliyinin  son  nəticəsi  «50  qurd  nümunəsi»  ad-

lanır. Əgər gündüz və ya güclü süni işıqlandırmada az miqdarda substrat da 

yerləşdirilmiş 50 qurd nümunəsi həmin dəqiqə substratın dərinliyinə girib 1   

sutka gizlənsə, deməli substrat qurdlanma üçün  hazırdır. Qurdların təsirin-

dən substratın parçalanmasının sürəti, peyinin yetişməsi sürətindən 2-3 dəfə 

artıqdır. 



Vermikulturanın  qışda  becərilməsi.  Qışda  qurdların  qapalı  isidilmiş 

sığınacaqlarda (10°C) saxlanması arzu olunandır. 7°C temperaturda qurdlar 

anabioz  vəziyyətinə  düşməyə  başlayır.  Qış  dövründə  ən  münasib  yem 

tərkibində  - 20% -dən az olmayaraq küləş olan peyindir.  



Vermikulturanın həyatyanı sahələrində və yaylaqlarda hazırlanması 

Vermikulturanı  böyük  müvəffəqiyətlə  fərdi  torpaq  sahələrində 

tullantıların  (bitki  qalıqları,  budaqlar  və  s.)  emalı  üçün  tətbiq  etmək  olar. 

Bunun  üçün  tullantılarn  topa  ilə  yığılır,  nəmləndirilir  və  çürmək  üçün 



218 

 

saxlanılır.1....1,5 aydan sonra qızışma prosesi sona çatır   və qurdlar həmin 



kütləyə  yerləşdirilir  (1m

2

  min  fərd  olmaqla).  3..4  ay  keçəndən  sonra 



kompost  hazır  olur(substratın  keyfiyyətinə  və  yaranmış  şəraitdən  asılı 

olaraq) 


Qurdları kompostdan ayırmaq üçün kifayət qədər sadə üsuldan istifadə 

olunur. Vermikompost topasının yanında təzə tullantılardan ibarət yeni topa 

düzəldilir.,  bu  zaman  qurdlar  sürünərək  qida  dalınca  bura  gəlir.  Eyni 

zamanda  2  mm  ölşülü  metal  ələkdən  istifadə  etmək  olr,  ələdikdə  torpaq 

ələkdən keçir, qurdalr ələkdə qalır. 

Yağış  qurdlarının  ziyanvericiləri.  Yağış  qurdlarının  heç  bir  müdafiə 

orqanları yoxdur, buna görədə istənilən heyvanın hücumuna məruz qalırlar: 

siçan,  siçovul,  ilan,  qurbağa,  quş.  Köstəbəklər  xüsusilə  təhlükəlidir.  Buna 

görədə  qurdlar  çoxaldəılan  zaman  müxtəlif  hasarlar  istifadə  olunur. 

Məsələn, metal tor. Hansı ki, adı çəkilən düşmənlərin içəri keçməsinə mane 

olur.  Toru  lyümbrisid    çoxaldılan  ləkin  ətrafında  qururlar.  Müəyyən 

təhlükəni  mərəyəmqurdu,  güvə,  qarşıqalar  yaradırlar  belə  ki  əsasən  yemin 

tərkibində olan yağlar və karbohidratlarla qidalanır və qurdlara rəqib olurlar. 

Yağış  qurdlarının  parazitləri  arasında  milçəklər,  xüsusilə  də  Polenia 

rudis xüsusi yer tutur. Qurdaların digər  zərərvericisi nematodlardır. 

Beləliklə, vermekulturanın hazırlanmasına perspektivli istiqamət kimi 

baxmaq  olar.  Hansı  ki,  kənd  təsərrüfatının  istehsalının  ekoloji  əsaslarla 

formalaşmasına və inkişafına şərait yaradır.  

Vermikultura  köməyi  ilə  tullantıların  emal  məhsulların  gübrə  kimi 

istifadəsi  kənd  təsərrüfatı  yönümlü  torpaqların  qida  maddələrilə 

zənginləşdirilməsinə  çəkilən  xərcləri  azaldır.  Bu  zaman  ekoloji  təhlükəsiz 

məhsulun alınması imkanı yüksəlir və ən vacib olan isə: böyük həcmdə üzvi 

tullantıların (böyük fayda ilə) utilizasiyası üçün şərait yaranır. 

 


Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin