Ġzabella qasimova, musa bayramov



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə20/55
tarix01.04.2017
ölçüsü5,58 Mb.
#13051
1   ...   16   17   18   19   20   21   22   23   ...   55

 

2.7.   Alternativ əkinçilik sistemləri və onların  

ekoloji əhəmiyyəti 

 

2.7.1.  Alternativ  əkinçilik  sistemləri. Əsas  prinsipləri, tarixi fakt-



lar və sübutlar. 

Üzvi  əkinçilik  -  sayəsində  sabit  məhsuldarlığa  çatan,  mineral  gübrə-

lərdən  və  kimyəvi  vasitələrdən  istifadə  etmədən  torpağa  və  bitkiyə  ağılla 



201 

 

yanaşmadır. Onun mahiyyəti təbii ekosistemlərə oxşar təsərrüfatların təşkil 



olunmasıdır.  Milyon  illərdir  ki,  Bizim  yer  kürəsi  nəhəng  meşələri,  çəmən-

ləri, gölləri qidalandırır. Heç kim torpağa məxsusi olaraq  şumlanmayıb və 

gübrələnməyib və onun münbitliyi azalmırdı. 6000 ildən çox mədəni əkin-

çilikdə torpağın münbitliyi saxlanmırdı. XX- əsrdə aktiv qeyri- düzgün be-

cərmədən  torpaqlar kasıblamağa başladılar. Son onillərdə də alimlər çoxlu 

sahələrini  etiraf  etdilər.  Nəticədə  üzvi  əkinçilik  inkişaf  etməyə  başladı. 

Onun  mahiyyəti  torpaq,  bitki,  heyvan  –  təbiətin  gücünün  qarşılıqlı  təsirini 

başa düşmək idi. Yaxşı əkinçi öz təsərrüfatında harmoniya yaratmaqla yal-

nız  bütün  prosesləri  istiqamətləndirir  təbiətlə  mübarizəyə  güc  sərf  etmir. 

Nahaq yerə qədim zamanlarda əkinçilik sənəti hörmətli və yüksək səviyyəli 

peşə deyildi. 

 Üzvi əkinçiliyin -  əsas prinsipləri çox sadədir: 

1.

 

Torpağı  5  sm-dən  dərin  yumşaltmaq,  şumlamaq  və  qazmaq  ol-



maz. Torpaq- canlı orqanizmdir. O, süngərə bənzəyir, hansı ki, çoxsaylı dib-

çəklər  nüfuz  edir  və  onlar  nəhəng  sayda  qurdlar  və  mikroorqanizmlərlə 

doludur.  

V.V.  Dokuçayev  ―Bizim  çöllər  keçmişdə  və  indi‖  kitabında  yazırdı 

―Qədim  əkilməmiş  çöl  torpağından  bir  kub  kəsməyə  çalışın,  görərsiz  ki, 

orada çoxlu köklər, otlar, böcəklərin izləri, süfrələr var, nəinki torpağı bütün 

bunlar  torpağı  çevirdi  və  nəticədə  heç  nə  ilə  müqayisə  olunmayan  süngər 

alınır‖.  Torpağın  münbitliyinin  yaranmasında  qurdların  əvəzsiz  rolunu 

Ç.Darvin  hələ çox illər ―Yağış  qurdlarının fəaliyyətindən bitki  qatının  for-

malaşması‖ kitabında yazmışdır: ―Kotan ixtira olunmamışdan çox əvvəl tor-

paq, yağış qurdları tərəfindən düzgün beçərilirdi və həmişə onlar tərəfindən 

becəriləcəkdir‖.  Rus  alimi  Y.A.Slaşalin,  ondan  sonra  isə  bir  çox  başqaları 

müəyyən oldular ki, 1 sot torpaqda kimya ilə zəhərlənməmiş. 200 kq qədər 

bakteriya təxminən o qədər də qurdlar və digər canlılar yaşayır. Hansı ki, 1 

ildə  500  kq-dan  artıq  biohumus  istehsal  edir.  Məhz  bu  ―təbii  əkinçilər‖ 

bitkiləri gübrələndirir və qidalandırılır. 

Alimlər  qəti  olaraq  sübut  etdilər  ki,  dərin  şumlama  qurdların  aktivli-

yini  azaldır,  torpağın  strukturunu  pozur,  onun  məhsuldarlığını  aşağı  salır. 

Dərin  şumlama  zamanı  torpaq  O2-lə  zənginləşir  ki,  bu  da  torpaq  bakte-

riyalarını oyadır, humusun mineral  elementlərə  bitkiləri mənimsəyə bildiyi 

formada. Bu xam torpaqlar şumlandıqda yüksək məhsulu təmin edir Yalnız 

ilk 2-3 ildə. Sonra isə humus ciddi azalır məhsuldarlıq aşağı düşür, bitkinin 

ummuteti  zəifləyir,  xəsrəliklər  və  ziyanvericilər  yayılır  və  bu  zaman  güb-

rələr, zəhərli kimyəvi  maddələr lazım olur və buna nə  qədər  güc tələb olu-

nur. Məsələn 6 sot  torpağı  çevirmək üçün 200 ton  torpağı  belləmək lazım-


202 

 

dır. Fokin yastıkəsicisinin köməyilə bu 6 sot torpağı yaxın günə əkinə hazır-



lamaq  olar.  Belə  becərmədə  torpağın  strukturu  pozulmur.  Yalnız  boşaldılır 

və  gübrələnir.  ―təbii  əkinçilər‖  tərəfindən  və  bu  işin  öhtəsindən  istənilən 

süni  tenologiyadan  yaxşı  bacarır.  Yastı  kəsici  ilə  becərmənin  effektliyi  bir 

çox ölkələrin fermerlərinin çoxillik təcrübələrində təsdiqlənmişdir. 

2. Üzvi  əkinçilyin  ikinci  əsas  prinsipi- mulçalamadır. Mulça torpağı 

örtən hər şeydir: quru ot, küləş, yarpaqlar. opilka və ya yaşlıkəsici ilə doğ-

ranmış alaq otlardır. Təbiətdə qara torpaq yoxdur. O həmişə yarpaqlar və ya 

otlarla  çılpaq,  qorunmayan  torpaq,  günəş  altında  çox  gəzir  və  çox  sürətlə 

rütubəti  buxarlandırır,  yağışdan  sonra  palçığa  çevirir  və  nəfəs  ala  bilmir, 

soyuqlarda  həddən  çox  soyuyur,  eroziya  təhlükəsi  yaranır.  Mulça  torpağı 

qoruyur,  qurdlar  və  mikriorqanizmlər  üçün  əlverişli  şərait  yaradır,  tədricən 

isə humusa çevrildi. 

3.  Üzvi  əkinçiliyin  3-cü  əsas  prinsipi  qurdlar  və  torpaq  mikroor-

qanizmlərlə  yemləmədə  torpağı canlandırmaqdır.  Bunun üçün  ən sadə üsul 

―yaşıl  gübrə‖-dən  istifadə  etmək  bitki-siderat,  hansı  ki,  müvəffəqiyyətlə 

peyini, kompost mineral gübrələri əvəz edir. Torpağın münbitliyinin artma-

sına  əvəzsiz  effekti  mikroorqanizm  preparatları  edir.  Bunlar  faydalı  mik-

roblar  və  köbələklərdir  hansı  ki,  torpağa  əlavə  etdikdə  aktiv  çoxalır,  üzvi 

maddəni   bitkinin asan mənimsəyə  biləcəyi  formaya salır. Xəstəlik törədən 

bakteriya və köbələkləri zəiflədir, mineral  elementləri edir. Bununla  yanaşı 

bitkinin  böyüməsini  sürətləndirən  effekt  göstərir,  meyvələrini  kütləsini  və 

onların  saxlanma  müddətini  artırır.  Bu  texnologiya  yunan  alimi  Xiqa  Tera 

tərəfindən  hazırlanmışdır  və  bir  çox  ölkələrdə  15  ildən  artıqdır  ki,  müvəf-

fəqiyyətlə tədbiq olunur. 



4. Üzvi əkinçilikdə özünəməxsus incəliklər və üsullar var: bitkilərin 

xəstəliklərdən  və  ziyanvericilərdən  mühafizəsinin  təbii  və  effektiv  üsulları, 

ləklərin planlaşdırılması, növbəli əkinlər və bir çox başqaları.      

Torpağı mühafizə edən əkinçiliyin tarixi çox qədimdir və  maraqlı   və 

dramatik  anlarla  doludur.  Qədim  Şumerlərdə  (XXX  əsr  b.e.ə.)  torpağı 

düyünlü çubuqlarla becərirdilər və 200-300 sentner arpa və buğda alırdılar, 

indi 50 sentner az qala rekorddur. Sirr isə  çox sadədir: qazmağa və  şumla-

mağa heç nə yox idi, ona görə də torpağı yalnız yumşaldırdılar. Bu isə necə 

ki,  indi  məlumdur  -  becərmənin  ən  optimal  üsuludur  və  qidalanmaq  üçün 

yalnız  sünbül  tələb  olunurdu:  bütün  saman  tarlada  qalırdı  və    gələn  ilədək 

gübrəyə  çevrilirdi. Sonra düyünlü  çubuğu bel  əvəz etdi. Xüsusən xam  tor-

paqlarda  əmək  məhsuldarlığı  artırdı.  Lakin  elə  bu  andan  torpaq  insan  əlin-

dən  ―dəhşətləri‖ hiss etməyə başladı. İki yüz ildən çoxdur ki, at kotanı ixtira 

olundu,  hansı  ki,  torpağı  layla  çevirməklə  becərirdi.  O,  çox  qısa  zamanda 



203 

 

geniş  ərazidə  xam  torpaqları  mənimsəməyə  imkan  verdi.  Kotan  kardinal 



olaraq torpağın sakinlərinə təsir göstərildi. Sonradan istifadə olunan traktor 

kotanı daha çox  məhsuldar oldu, həm də torpağa katastrofik təsir göstərdi. 

Onun  kəşfindən  sonra  daha  dramatik  period  başladı:  kotanla  şumlama  za-

manı çevrilən torpaq layında xam torpaq yaradılan çimi itirdi. Torpağın üst 

qatı dərinə keçir, alt torpaq qatı üstə çıxır. Çoxsaylı mikroorqanizmlər məhv 

olur. Daha çox mənfi təsirə yağış qurdları və digər sakinlər məruz  qalır. Su 

və torpaq eroziyası güclənir. 

Qarşıda duran ekoloji fəlakətin ilk xəbərçiləri, XIX əsrin əvvələrində 

geniş  miqyasda  şumlanmış xam  torpaqların  intensiv  eroziyanın  yaranması, 

Rusiyanın cənubunda quruntun quraqlaşması və dehumuslaşması oldu.  

Torpaqların  belə kütləvi  şumlanmasının  nəticələri V.V. Dokuçayevin 

1893-cü ildə yazdığı ―Bizim çöllər keçmişdə və indi‖ kitabında aydın analiz 

olunmuşdur. XIX əsrin sonunda J.E. Ovsinskinin ―Əkinçiliyin yeni sistemi‖ 

Kiyev, 1899. Çoxsaylı təcrübələrin əsasında sübut olunmuşdur ki, torpağı 2  

dyümdən  (1 dm-2,54 sm) dərin şumlamaq olmaz. 4-5 dyümdən artıq şum 

kanal  şəbəkələri  məhv  edir  və  bununla  da  köklərin  inkişafını  çətinləşdirir,  

səthi  2  dyümlük  şumlama  torpağın  tez  yaxşılaşmasına  səbəb  olur.  Dərin 

şumlama  üçün  kotanlar  fabriki  bəşəriyyətə  mərmilərdən  çox  ziyan  vurdu. 

Ovsinski kotan əvəzinə at yastıkəsicisini istifadə etdi və 1895-1897-ci illərin 

quraqlığında  yaxşı  məhsul  əldə  etdi,  bu  zaman  şumlanmış  torpaqlarda  

rütubət tamamilə yox idi. 

XX  əsrin  30-cu  illərində  ABŞ  və  Kanadada  insan  tərəfindən  yaradıl-

mış  təbii  fəlakətlər  parlaq  dərs  verdi.  Milyon  hektarlarla  xam  torpaqların 

şumlanması külək eroziyasının geniş miqyasda yayılmasına səbəb oldu. 

J.  Dorst  1968-ci  ildə  yazdığı  ―Təbiət  ölənə  qədər‖  kitabında  ən  qor-

xulu  ―matəmli  gün‖  –  12  may  1934-cü  il  haqda  yazırdı:  geniş  düzənliklər 

Amerikanın tarixində təbii fəlakətə çevrıldı.  

Eroziyanın  qarşısını  almaq  üçün  Amerika  eroziyaya  qarşı  əkinçilik 

sistemləri hazırladı. Adminstrativ orqanlarla birlikdə alimlər fermerlərə yeni 

sistemi mənimsətməyə çalışdılar. İndi Kanada və ABŞ-da maşın yastıkəsici-

ləri    tamamilə  kotanları  aradan  çıxarıb.  Tanınmış  rus  aqronomları  1995-ci 

ildə Kanzas ştatını gəzəndən sonra məlum oldu ki, cavan fermerlər kotan nə 

olduğunu  bilmir,  onların  ataları  isə  kotanla  şumlamanı  ironiya  ilə  yada 

salırdı. Yastıkəsicilər Avropa, Asiya, Avstraliyada da geniş yayılıb.  

60-cı  illərdə  keçmiş  SSRİ-də  yeni  bir  fəlakət  yarandı.  Qazaxıstanda 

xam  torpaqların  şumlanması qərarından sonra 1954-1962-ci  illərdə 42 mil. 

hek.  torpaq  şumlandı.  Bu  İspaniya  və  ya  Fransanın  ərazisinə  bərabərdir. 

Qərbi  Sibirin  çöllük  tarlalarında  fəlakət  daha  çox  yayıldı.  1957-ci  ildə  A.İ. 



204 

 

Barayev  Kazaxıstanda  əkinçiliyin  prinsipial  olaraq  yeni  həllini  tapmağı 



qərara  aldı.  Dünyada  belə  fikir  artıq  mövcud  idi  -  yastıkəsicilərlə  torpağı 

becərmək, hansı ki, Barayev 1957-1958- ci illərdə Kanadada tanış olmuşdu. 

Əkinçiliyin  torpaqmühafizə  sistemini  yaratmaq  üçün  Kanada  təcrü-

bəsindən  istifadə  etməyə    böyük  işlər  tələb  olnurdu.  Burada  qabaqcıl  Sibir 

təcrübələri  də  böyük  rol  oynadı  (Maltsev  T.S.  tərəfindən  ümumiləşdirilmiş 

və  cəmləşdirilmiş).  İşə  Kanada  texnikasının  sınaqdan  keçirilməsi  ilə  baş-

landı. İlk dəfə ölkədə yastıkəsicilər hazırlandı, geniş təcrübələr aparıldı. Bu 

işlər  uzun  müddət  mübahisəyə  səbəb  oldu.  Bir  çox  alimlər  yeni  sistemin 

perspektivsiz olduğunu söyləyirdilər: əkinlərin alaq otları ilə zibillənməsinin 

artması,  xəstəliklərin  və  ziyanvericilərin  inkişafı  və  s.  Buna  baxmayaraq 

mübahisələr müxtəlif aqroüsullarla həll olundu. 

Elə  bu  zamanlarda  Poltavsinadan  aqronom  P.T.Zolotoryev  Selino-

qradda eşidilməmişləri   söylədi: 

-

 



Dənlilərdən yaxşı məhsul almaq üçün torpağı şumlamaq, kultivasiya 

etmək, kipləşdirmək lazım deyil, yalnız səpmək və məhsul yığmaq lazımdır. 

Zalda olanlar onu istehza ilə alqışladılar və tribunadan düşürdülər. O, 

bunu söyləyə bildi: - Yoldaş akademiklər, nə üçün tarlada alaq otları getdik-

cə  çoxalır,  lakin  xam  torpaqlarda  biri  də  yoxdur.  Ertəsi  gün  davakar  aq-

ronom məhkəməyə verildi. Lakin işi bağladılar, ona görə ki, ―qeyri adi‖ aq-

ronomun tarlasında məhsuldarlıq xeyli  yüksək idi. Prokopiy Tixonoviç tor-

pağı  şumlamadı, diskləmədi,  deməli burada alaq otları kəsilmir. Hər il on-

ların  sayı  ketdikcə azalır. Bundan sonra  Zolotoryevin  səpəninin traktorlara 

keçirilməsi məsləhət görüldü. 

1965-ci ildə quraqlıq ili oldu, toz burulğunları amansızcasına və geniş 

yayıldı. A.İ.Barayevin torpaqmühafizə sisteminin tətbiqi məhsuldarlığı xeyli 

artırdı.  

1930-cu  ilin  avqustunda  Budapeştə  İFOAM-ın  baş  iclası  keçirildi. 

Məqsəd ekoloji təmiz məhsul istehsalını dünyada bazar potensialının ümümi 

həcminin 10-20%-ə çatdırmaq. 

Avstriya, Danimarka, İspaniyada, Fransada alternativ əkinçilik qanun 

vericiliklə idarə olunur. Rusiyada alternativ əkinçiliyə diqqət getdikcə artır. 

Alternativ  əkinçiliyin  əsas  təbliğatçısı  İFOAM-nı  dəstəklədiyi  Rusiya  fer-

merlərinin  ALTAQRO  assosyasiyasıdır.  Omsk  vilayətinin  Mromtsev  rayo-

nunda  16  təsərrüfat  pestisidlərin  tətbiqini  rədd  etdilər.  Orta  məhsuldarlıq 

onlarda  vilayət  üzrə  orta  məhsuldarlıqdan  yüksək  idi  herbisidsiz  1t  dənin 

maya  dəyəri  1,2-1,5  dəfə  az  oldu.  "Omsk  bekonu"  təsərrüfatı  pestisidlərin 

tətbiqini  rədd  etdi.  Krasnodanda  bir  çox  təsərrüfatlar  düyü  və  qreçixa 

becərmə texnologiyasında pestisid istifadə etmir. Kuban k/t-da nail olublar. 


205 

 

K.A.Timiryazev adına MKTA-da Rusiyada alternativ əkinçilik üzrə çoxdan 



elmi  tədqiqatlar  aparılır  bütünlükdə  ekoloji  təmiz  təsərrüfatların  1-2%-dən 

çox deyil. 

 

2.7.2.  Alternativ   əkinçiliyin məqsədi   və əsas istiqamətləri 

Alternativ (bioloji) əkinçiliyi ənənəvi əkinçilikdən dəqiq sərhədləşdir-

mək kifayət qədər mürəkkəbdir.Onlar arasında axıcı keçid mövcuddur. Buna 

baxmayaraq alternativ (bioloji) əkinçiliyin məqsədini aşağıdakılara ayırmaq 

olar:  torpaq  münbitliyini  saxlamaq  və  yüksəltmək;  təbii  ətraf  mühiti  qoru-

maq; aqroekosistemlərdə enerji axını və maddələr dövranını aktivləşdirmək; 

alınan məһsulun maddi - və enerji tutumunu azaltmaq; enerji ehtiyatına qə-

naət  etmək;  istehsal  olunan  məhsulun  keyfıyyətini  artırmaq  nəzərdə  tutul-

muş məhsulun istehsalı; aqroekosistemlərin davamlılığının təmin olunması. 

Üzvi əkinçilik: bu prosesdə mineral gübrələrin və pestisidlərin tətbiqi 

azaldılır və ya aradan götürülür. ABŞ-da geniş yayılıb. Üzvi əkinçiliyin tət-

biqi təbii ehtiyat-ların rasional ifadəsini təmin edir; əlverişsiz şəraitdə qarğı-

dalı və soyanın məhsuldarlığının bəzən artmasına səbəb olur; təbii enerjinin 

taxıl becərmədə effektiv istifadəsini təmin edir; lakin bu zaman əmək sərfi 

artır (12-20%), əmək istehsalı qabiliyyəti 22-95% azalır, məhsuldarlıq aşağı 

düşür (taxıl da 43%-ə qədər). 

ABŞ-da üzvi əkinçilikdə paxlalı bitkilərin növbəlı əkinləri N-a yüksək 

tələbatı  olan  bitkilərlə  əvəz  olunur.  Torpağı  disksiz  əkilir,  alaq  otları  ilə 

mübarizə növbəlı əkinlərdə olan bitkilərdə eləcə də aralıq bitkilər, cərgəarası 

örtük bitkilərin hesabına aparılır. 

Zərərvericilərdən  bitkilərin  entornofaqlar  qoruyur:  zlatoqlaska,  trixo-

qramma,  yırtıcı  gənələr (fıtoseyuyus), eləcə də biopreparatlar. Belə ki, pər-

dəqanaqlılara qarşı bakterial ştamnı Bacillus thurigiensis işlədilir, hansı kı, 

əksər sənaye preparatlarında akltiv komponentdir. Kolorada böcəyinə qarşı 

göbələk preparatı boverin işlədilir, tərkibinə Beaveria bassiana göbələyi da-

xildir. Zərər vericinin orqanizminə göbələk düşdükdə boveritsin və tsiklode-

pepsipeptid zəhəri ifiraz edir. 

İnsektisidlər-bitgi mənşəlı olanlar; pərdə qanadlılara qarşı istifadə olu-

nur; xəstəliklərə qarşı bitgi tərkibi və zəif zəhərlı pereparatlar tətbiq olunur. 

Üzvi  əkinçilikdə  mineral  azot  gübrələri  yüksək  keyfiyyətli  üzvi  gübrələrlə 

(peyin, kompost, yaşıl gübгə) əvəz olunur.  



Bioloji  əkinçilikdə  suda  zəif  həll  olan  mineral  gübrələr  işlənir.Hesab 

olunur ki, əgər bioloji əlverişlı zamanda üzvi gübtə tətbiq olunsa tam qaşılıq 

almaq olar. Gübrə forması aqroekosistemdə və qida maddələrinin daha yaxşı 

mənimsənilməsinə xidmət edir. 



206 

 

Birinci  növbədə  kompostlara  aid  edilir.  Kompostların  hazırlanması 



böyük gigenik əhəmiyyət kəsb edir. Kompostlaşmadan bir çöx xəstəlik törə-

dicilərin  inaktivasiyası  baş  verir.  Yüksək  t-da  kompost  yığınlarında  bak-

teriyalar məhv olur, hansı kı, mədəni bitkilərdə xəstəlik törədir. Tədqiqatlar 

göstərir  ki,  fitohelminiilərin  yumurtası  aktiv  kompostlaçmada  5-6  gündən 

sonra ölürlər, bir çox alaq otlarının toxumları cücərmə qabiliyyətini itirirlər. 

Başqa sözlə aqrotexniki üsuldan istifadə etrməklə herbi-sidlərin istifadəsini 

kifayət qədər azaltmaq olar. 

Aerob şəraitdə peyinin xəndək (100-120M uzunu, 2,5-4 m eni) kom-

pastlaşdırırlar.  İlkin  qızdırmadan  sonra  və  növbəti  t-un  tədricən  azalma-

sından  faydalı  mikroflora  populyasiyası  inkişaf  edir.  Qeyd  etmək  lazımdır 

ki,  kifayət  qədər  nəmlık  və  hava  olmadıqda  kompastlaşma  asanlıqla  kon-

servləşməyə keçir. Buna görə peyini küləşlə qardıqda elə etmək lazımdır ki, 

kifayət  qədər  02  olsun.  Q  Kopfa  görə,  kompost  kütləsinin  içərisində  t  520 

C-dən yüksək olmalıdır. 

Yerli iqlimdən asılı olaraq kompostlaşma prosesi 3-6 ay davam edə bi-

lər. Yetişmiş kompost kifayət qədər uzun müddət saxlamaq olar, öz keyfiy-

yətini itirmədən. İlkin qızdırmanı qara polietilen örtüklə təmin etmək olar. 

Kompostlaşan materialın ilkin nəmlıyi 65% olmalıdır. Tələb olunan + 

rejiminə aşağıdakı üsulları istifadə etməklə çatmaq olar: 

5-10% torpağı ümumi һəстə bərabər paylamaqla; 

Təzə peyini bərabər dağıtmaqla əlavə etmək; (sloy-qatıO); 

   


Cədvəl 2.48 

Peyinin və kompostun hazırlanması üsulları (A.Belner) 

Kənd təsərrüfat  

bitkisi 

Təzə peyin 

(2 aya qədər) 

Quyu   peyini 

Köhnə kom-

past (6-12 ay) 

Bərk  Narın, təzə kompast 

(2-4 ay) 

Payızlıq dənlilər 

 



XX 

 

XX 



Yazlıq dənlilər 



XX 

 



Kartof, qarğıdalı 

XX 



XX 

 



Kələm 



XX 

 



Mətbəx çuğunduru 



XX 

 

XX 



Soğan 



XX 

 

XX 



Yonca,noxud fasol 



 

XX 



Raps 



XX 

 



Çəmən otları: 

 

 



 

 

 



nəm sahələr 



XX 

 

XX 



quru sahələr 



— 

 

XX 



Qeyd: "— " əlverişsiz; X - əlverişlı;  X X-xüsusilə əlverişli. Cədvəl  2.48-də

  

Hazır kompasta bəzən К və P gübrələri əlavə olunur.  



207 

 

Peyini çevirmək üçün texnika tətbiq etmək; quru və isti iqlimdə burtun 



həddən çox nəmlik itirməsinin qarşısını almaq. Kompostlaşmada С bir his-

səsi və 15-25%-ə qədər  N itir (Q Koft) əgər peyini həddən çox nəmlı və ya 

quru yerə dağıtsaq, о 60% -dən çox N itirir. Kompost-qidalanmaya tələbkar 

olan  bitkilər  üçün  ən  yaxşı  gübrədir  (kələm,  kartof,  qarğıdalı,  çuğundur). 

İntensiv  kompostlaşma  prosesində  ilkin  maddələr  tamamılə  transformasiya 

edilir. Bu vaxt azad olan N

yenidən mikroorqanizmlər tərəfindən fıksasiya 



olunur. Nəticədə kompastda 95%-dən çox üzvi birləşməlı N olur. Bitki mə-

nimsəməsi  üçün о  əvvəlcə minerallaşdırılır. Optimal  compostlaşmada N it-

gisi çox kiçik olur. Peyin quyuda qıcqırdıqda N ammonium formasında yığı-

lır,  hansı  ki,  bitki  tərəfindən  birbaşa  qəbul  olunur,  lakin  hava  ilə  birbaşa 

kontakt NH

3

-ün böyük itkisinə səbəb olur. 



Biodinamik Əkinçilik. Bu tip əkinçiliyin inkişafı bizim yüz illiyin 30 

illərinin axırına təsədüf edir. Qərbi Avropada kənd təsərrüfatı müəssisələri-

nin ümumi strukturunun 1% -dən azını təşkil edir. 

Biodinamik  əkinçilik–kənd  təsərrüfatında  ən  qədim  təşkilatı  hərəkət-

dir.  Yaranmasının  əvvəlindən  bu  istiqamət  özündə  bioloji,  texniki,  iqtisadi 

və sosial  aspektlərini  birləşdirirdi. 1928-ci  ildən başlayaraq biodinamik hə-

rəkət  ilk  dəfə  sertifıkatlaşmış  ərzaq  məhsullarının  satışını  təşkil  etdi.  (Belə 

fermaların məhsulları ―Demetr‖ markası daşıyır) 

Bu halda əkinçılıyin problemlərinə kompleks baxılır, başqa sözlə k/t-ı, 

insan, ətraf mühit, kosmos, eləcə də onların qarşılıqlı təsiri. Mineral gübrə-

lər  və  pestisidlər  ümumiyyətlə  tətbiq  olunmur.  Bitgi  xəstəlikləri  ilə  müba-

rizədə bitgi mənşəli pereparatlardan istifadə olunur: qırxbuğum dəmləməsi, 

gicitikan, ayı döşəyi ,valerian və.s 

Biodinamikanın banisi alman alimi Rudolf Şteynerdir (1861-1925). 

Biodinamik formaları orqanizmə bənzər yaradırlar. "Orqanizm" termi-

ni biodinamika mərkəzidir (əsasdır). Adətən orqanizm dedikdə ayrı-ayrı bit-

ki və ya heyvan başa düşülür. Lakin bitki və heyvan "cəmiyyətləri", "bitki-

torpaq" sistemi və hətta daha iri ekoloji vahidlər orqanizmin bəzi xarakterik 

əlamətlərinə malik ola bilərlər. 

Biodinamik  fermerlər  özlərini  gübrələrlə  və  yemlərlə  təmin  etməyə 

can  atırlar.  Burada  gübrə  kimi  müxtəlif  kompastlar  və  xüsusi  mineral  əla-

vələr (silisium, buynuz unu, sümük unu, əhənglər və s.) istifadə olunur. 

Bitgi mühafızəsində silisium əsasında preparatlar istifadə olunur. 

Biodinamikanın  elementləri  astroloji  təqvimlərdə  göstərilir.  Biodi-

namik  əkin-çilik  sisteminə  qarşı  çıxanlar  hesab  edir  ki,  o,  yalnız  nisbətən 

aşağı məhsuldarlığa malik olan aqrosenozlara məqsədə uygun olur. 



Üzvi -bioloji əkinçilik. Bi istiqamət ekoloji, alternativ və bioloji, eləcə 

də  Le-metr-Buş  (Fransa)  və  ya  Myuler  -Ruş  (Şvetsariya)  texnologiyalarına 



208 

 

bərabərdir. Onun əsasında duran ideya:  Mineral  maddələr torpaqdan  yalnız 



ionlar  formasında  deyil  һəm  də  makrömolekul  (mikrosom)  formasında 

udulur və torpaq mikroorqanizmləri üçün qida maddələri rolunu oynayır. Bu 

mikroorqanizmlər çətin mənimsənilən birləşmələri bitkilər üçün asan udulan 

maddələrə  çevirir.  Buna  görə  üzvi  bioloji  əkinçilikdə  əsas  -  torpaq  mikro-

florasını  aktivləşdirməklə  torpağın  münbitlıyini  artırmaqdır,  buna  görə  ko-

postu  səthə  verirlər,  torpağın  üst  qatını  torpağın  strukturunu  pozmağa  çalı-

şırlar.  Ziyanvericilərdən  və  xəstəliklərdən  bitkilərin  mühafizəsi  üzvi  əkin-

çilikdə olduğu kimidir. 

Torpağın  xassəsi  һər  şeydən  əvvəl  növbəlı  əkinlərdə  ot  qarışıqlarını 

əkməklə yaxşılaşdırır. Qarışıqların tərkibi soyuğa davamlı bitkilərin toxum-

larından ibarət olmalıdır. Qarışığın tərkibi, məsələn, belə ola bilər: 

 

Bitki                                                                  Toxum, kq/ha 



Lərgə (gülülcə)                                                                20 

Qarabaşaq                                                                        15 

Gülül                                                                                10 

              Ağ xardal                                                                          8 

 

Üzvi-bioloji  əkinçilik  istiqaməti  ekoloji,  alternativ  və  bioloji,  həm-



çinin Lemetr-Buş (Fransa) və ya Müller-Ruş (İsveçrə) texnologiyaları kimi 

eyni əhəmiyyətə malikdir. Bu əkinçiliyin əsası ondan ibarətdir ki, torpaqlar-

dan  mineral  maddələr  yalnız  ionlar  formasında  deyil,  həmçinin  makromo-

lekul  (mikrosom)  formasmda  udulur.  Onlar  bitki  üçün  çətin  mənimsənilən 

birləşmələri asan mənimsənilən birləşmələrə çevirən torpaq mikroorqanizm-

ləri üçün qida maddələri vəzifəsini daşıyır. Odur ki, üzvi-bioloji əkinçilikdə 

əsas məsələ torpaq mikroflorasını qidalandıraraq, onu aktivləşdirmə yolu ilə 

torpağın münbitliyini yüksəltməkdir.  

Bunun  üçün  kompost  torpağın  səthinə  verilir,  üst  qatları  becərdikdə 

torpağın  strukturunu  saxlamağa  çalışır.  Bitkinin  zərərvericilərdən  və  xəstə-

liklərdən qorunması üzvi əkinçilikdə olduğu kimi aparılır. 

Torpağın  xassələri  növbəli  əkində  ot  qarışıqlarının:  noxud,  yonca, 

xəşəmbül, xardal, qarabaşaq becərilməsi yolu ilə yaxşılaşdırıhr. 

Ot  qarışığının  yaşıl  kütləsi  həm  də  yaxşı  yem  hesab  olunur.  Təsər-

rüfatda mal-qara olmadıqda yaşıl kütlə kompostlaşdırılır. 

Qeyd  etmək  lazımdır  ki,  bu  sistemdən  istifadə  edildikdə  tərkibində 

çətin həll olunan mineral elementlər olan gübrələrin (əhəng, bentonit. fosfat, 

sümük unu və s.) istifadəsi istisna edilmir. 



ANOQ sistemi. Digər sistemlərlə müqayisədə bu sistem ənənəvi kənd 

təsərrüfatına  yaxındır.  O,  şərti  olaraq  «təbiətə,  təbiiliyə  yaxın»  adlanır  və 



209 

 

əsasən üzvi-bioloji əkinçiliyə uyğun gəlir. Torpağın vəziyyətinin elmi təhli-



linə əsaslanaraq, hər təsərrüfat üçün üzvi gübrələrin verilməsi haqqında fərdi 

plan hazırlanır. Bütün sintetik preparatlardan (herbisidlərdər başqa) istifadə 

olunmağa icazə verilir, lakin məhsulda kimyəvi maddələrin miqdarına ciddi 

nəzarət olunmalıdır. 

Qeyd  etmək  lazımdır  ki,  1986-cı  ildə  keçirilən  «ikinci  yaşıl  inqilaba 

doğru»  Roma  simpoziumundan  sonra  «ikinci  yaşıl  inqilab»  anlayışı  mey-

dana  gəldi.  R.M.Qazıəhmədov  və  L.Q.Naumova  qeyd  edirbr  ki,  bu  istiqa-

mətin konsepsiyası aqrosistemə verilən antropogen enerjini azaltmaq və onu 

biosistemin «daxili» enerjisi ilə əvəz etməkdən ibarətdir. 

Bununla  belə,  B.M.Mirkina  və  R.M.Qazıəhmədovım  tədqiqatlarına 

əsasən kənd təsərrüfatında təbiətdən istifadə sisteminin dəyişməsinə  yönəl-

dilən  «ikinci  yaşıl  inqilab»  «sosial  sifariş»  deyildir.  Belə  ki,  «birinci  yaşıl 

inqilab»ın əksinə olaraq kənd təsərrüfatı istehsalının artmasına yox, əksinə, 

azalmasına  aparıb  çıxara  bilər.  Hərçənd  kənd  təsərrüfatının  ekologiyalaş-

dırılması  «davamlı  inkişafın»  şərtlərindən  biri  kimi  labüddür  (Başkin, 

1991). 


Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin