Ġzabella qasimova, musa bayramov



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə19/55
tarix01.04.2017
ölçüsü5,58 Mb.
#13051
1   ...   15   16   17   18   19   20   21   22   ...   55

 

Cədvəl 2.45  

Kiçik Qafqazın quru çöl zonası torpaqlarında 

 (torpağın profili boyunca orta qiymət) təbii radionuklidlərin orta qatılığı 

 

Torpaq 


238

226



Ra 

210


Po

 

232



Th 

228


Th 

40



226

Ra 


228

Th 


 

 

cBk/q 



 

 

 



238

U

 



232

Th

 



Qarğıdalı altında 

boz-qəhvəyi 

2,1 

1,4 


2,7 

1,8 


1,5 

25,0 


0,66 

0,83 


Buğda altında yüngül 

gllicəli boz-qəhvəyi 

1,4 

1,2 


1,5 

1,3 


1,2 

25,9 


0,85 

0,92 


Yonca altında 

karbonatlı boz-qonur 

torpaqlar 

2,1 


2,0 



39,3 


Köhnə şum altında 



olan boz-qəhvəyi  

2,8 


2,3 



35,0 


Arpa  altında boz-



qəhvəyi 

2,7 


1,5 



47,6 


Tərəddüd 



1,4-

2,8 


1,2-

1,4 


1,4-

2,7 


1,3-

2,3 


1,2-

1,5 


25,0-

47,6 


0,66-

0,85 


0,83-

0,92 


Orta qiymət 

2,2 


1,3 

2,1 


1,8 

1,4 


34,5 

0,75 


0,87 

 

Radioaktiv  tarazlıq  toriumun  genetik  əlaqəli  olan  radionuklidləri 



arasında da (torium – 232 və torium - 228) pozulur. Torpaqda torium – 228-

in  orta  qatılığı  torium  –  232-nin  orta  qatılığından  22,3%  aşağıdır  (Cədvəl 

2.45). 


193 

 

 



 

ġəkil 2.22.  Kıçık Qafqazın quru çöl zonasının boz-qəhvəyi torpaqlarının 

profili boyunca təbii radionuklidlərin paylanması. 

 

Şəkil  2.22-də  şabalıdı  (boz-qonur)  torpaqların  misalında    Kiçik 



Qafqazın quru çöl torpaqlarının profilində təbii radionuklidlərin yerləşməsi 

göstərilmişdir.  Şəkildən  görünür  ki,  uran  –  238-in  vertikal  paylanmasında 

radionuklidin  miqdarının  iki  maksimumu  var  üst  humus  və  illyuvial    üfiqi 

qatlarında.  Anoloji  maksimumlar  polonium  –  210-nun  yerləşməsində  də 

müşahidə  olunur.  Radium  –  226-nın  maksimal  miqdarı  alt  horizontlarda 

müşahidə  olunur.  Torium  -232-nin  və  torium  –  228-in  torpaq  profili 

boyunca  paylanma  xarakteri  identikdir,  başqa  sözlə  desək,  radionuklidlərin 

maksimal toplanması üst 10 sm-də baş verir, torpaq profilinin orta hissəsin-

də  miqdar  azalır,  sonradan  dərinlik  artdıqca  onların  qatılığı  tədricən  azalır. 

Kalium–40-ın qatılığı torpaq profili boyunca nisbətən bərabər paylanmışdır.  

 Kiçik  Qafqazın  dağ  zonası  torpaqlarında  təbii  radionuklidlərin  miq-

rasiyası  və  paylanması  çimli  dağ-çəmən  torpaqlarında  öyrənilmişdir.  Ra-

dium – 226-nın orta qatılığı bu torpaqlarda 1,4 sBk/q təşkil edir. Bu radio-

nuklidin  torpaq  profili  boyunca  paylanmasında  iki  maksimum  müşahidə 



194 

 

olunur.  Polonium  –  210-nun  orta  qatılığı  radium  –  226-dan  2  dəfədən  çox 



artıqdır  və  3,2  sBk/q  təşkil  edir.  Onun  maksimal  toplanması  üst  çim  hori-

zontunda  müşahidə  olunur,  hansı  ki,  dərinlik  artdıqca  kəskin  azalır.  Qeyd 

etmək  lazımdır  ki,  polonium  –  210-nun  qatılığı  torpağın  üst  çim  horizon-

tunda radium -226-nın qatılığını 6 dəfə ötür. Polonium -210-nun artıq miq-

darı ilə radium - 226 –nın miqdarı arasında birbaşa əlaqənin olmaması, tor-

pağın çim horizontunda polonium – 210-nun çim qatında toplanmasının at-

mosfer  çöküntülərindən  yaranması  ehtimalını  göstərir.  Kalium  -  40  radio-

nuklidinin  orta  miqdarı  torpaqlarda  28,3  sBk/q  təşkil  edir,  hansı  ki,  Kiçik 

Qafqazın quru çöl torpaqlarında olan kalium – 40-ın orta qatılığından 16,3% 

aşağıdır.  Kalium -40-ın orta qatılığı təxminən 20 dəfə radium – 226-nın orta 

qatılığını üstələyir.  

 

 



 

ġəkil 2.23.  Müxtlif  bölgələrin torpaqlarında ümumi  radioaktivliyə 

təbii və süni radionuklidlərin payı (%-lə). 

A - Kçik Qafqazın quru çöl zonası,  Б- Kiçik Qafqazın dağlıq zonası, В –Kür 

– Araz düzənliyi,  Г -Lənkəran vilayəti,   Д – Böyük Qafqaz,   Е - Naxçıvan 

Muxtar  Vilayəti

 

Çoxsaylı  tədqiqatların  nəticəsi  göstərdi  ki,  respublika  torpaqlarında 



təbii radionuklidlərin qatılığı geniş həddə dəyişir və bir-birindən asılı deyil. 

Şum və xam torpaqlar arasında təbii radionuklidlərin miqdarına görə aydın 

fərqlər  görünmür,  baxmayaraq  ki,  ədəbiyyat  məlumatlarına  görə  onların 

miqdarı  şum  qatlarında  xam  torpaqlara  nisbətən  daha  çoxdur  (Kuznetsov, 

1986).  


195 

 

Məlumdur  ki,  torpaqda  təbii  radionuklidlərin  qatılığına  onun  bəzi 



aqro¬kimyəvi  xassələri  təsir  edir.  Bəzi  təbii  radionuklidlərin  torpağın 

aqro¬kim¬yəvi  xassələri  arasındakı  əlaqələrin  öyrənilməsi,  bu  göstəricilər 

arasında korrelyativ asılılığın olduğunu göstərir. Belə ki, uran -238-in torpaq 

profili boyunca  yerləşməsi kalsiumun, mübadilə kaliumunun və mütəhərrik 

fosfo¬run  yerləşməsilə  yaxşı  uyğunlaşır  (hansı  ki,  onlar  arasında  əks 

korrelyativ asılılq müəyyənləşdirilib). Əks asılılıq eləcə də torium -  232-nin 

qatılığı  ilə  torpaq  profilinin  mübadilə  kaliumu,  kalsium  və  fosforunun 

miqdarı ara-sında qeyd olunmuşdur (Güləliyev,1991).    

Respublikanın  müxtəlif  regionlarının  torpaqlarında  təbii  və  süni 

radio¬nuklidlərin  öyrənilməsinin  ümumiləşdirilmiş  nəticələri  göstərdi  ki, 

tədqi¬qatın  aparıldığı  müddətdə  torpağın  ümumi  radioaktivliyində  təbii 

radionuk¬lidlərin payı daha çoxdur, onların arasında kalium – 40-ın miqdarı 

daha çox¬dur (77-dən 90%-dək). Süni radionuklidlər ümumi radioaktivliyin 

2 -10%-ni təşkil edirlər (Şəkil 2.23). 

 

2.6.9. Uran – 238 və torium – 232-nin bitkilərdə toplanması 

Müxtəlif kənd təsərrüfatı bitkilərində uran - 238  və torium – 232-nin 

toplanmasına  görə  alınan  məlumatların  nəticəsi  göstərir  ki,  uran  –  238-in 

bitkidə  toplanması  torpağın  tipindən  asılıdır.  Torpağın  tipindən  asılı  olaraq 

buğda  dənində  uran  –  238-in  qatılığı  4,4  –  9,9  sBk/kq,  küləşdə  isə  14,1  – 

16,0  sBk/kq;  arpa  dənində  isə  uran  –  238-in  qatılığı  1,8  –  2,3  sBk/kq  də-

yişmişdir. Uran  -238-in  toplanma əmsalı buğda dəni üçün (0,94-4,42).10

-3



küləş üçün isə - (2,80 – 7,32).10

-3

; uran -238-in arpa dənində toplanma əm-



salı (0,80-3,79).10

-3

, küləş üçün isə -(3,40-7,55).10



-3 

olmuşdur.   

Qonur  torpaqlarda  becərilən  buğda  və  arpanın  dənində  və  küləşində 

olan  uran  –  238-in  miqdarından  dəfələrlə  çoxdur,  baxmayaraq  ki,  bu 

torpaqların  hər  ikisində  uran  -238-in  miqdarı  və  mübadilə  olan  formaları 

demək  olar  ki,  eyni  miqdardadır.  Uran  –  238-in  bitkilərdə  toplanmasında 

belə fərqlər torpaqların fiziki-kimyəvi və aqrokimyəvi xassələrinin müxtəlif-

liyi ilə  izah oluna bilər.  Bu parametrlər arasında  korrelyativ analizin  istifa-

dəsi  göstərdi  ki,  torpaqda  mübadilə  olunan  kasiumun  miqdarı  ilə  bitkinin 

vegetativ hissələrində toplanan uran – 238-in qatılığı arasında böyük mənfi 

korrelyativ  asılılıq  var.  Yüksək  mənfi  korelyativ  asılılıq  eləcə  də  torpaqda 

mütəhərrik fosforun miqdarı ilə uran – 238-in buğda və arpanın dənində və 

küləşində toplanan qatılığı arasında yüksək mənfi korrelyatı əlaqənin olduğu 

müəyyənləşmişdir.  Torpaqda  mübadilə  olunan  kaliumun  miqdarı  ilə  buğ-

danın  dənində və küləşində olan uran  – 238-in  qatılığı  arasında zəif mənfi 

əlaqə müşahidə olunur.  



196 

 

Torium – 232-nin bitkilərdə toplanması uran – 238-ə nisbətən az miq-



darda başverir. Bu da onun torpaqda azmütəhərrik olduğunu əks etdirir. To-

riun – 232-nin mütləq qatılığı buğda dənində 1,4 – 5,3 sBk/kq, küləşində 5,9 

– 12,9; arpa dənində 1,8 – 5,6 sBk/kq, küləşində 5,5 – 13,3 sBk/kq olur.        

 

Cədvəl 2.46 

Müxtəlif torpaq tiplərində becərilən kənd təsərrüfatı bitkilərində 

uran-238 və torium-232-nin qatılığı 

 

Torpaq 


tipləri 

Bitki, 


onun 

hissələri

 

238


Ca, 


  

q/kq 


232

Th 


K, 

q/kq 


cBk/kq 

KH, 


n.10

-3

 



cBk/kq 

KH, 


 n.10

-3

 



Şabalıdı 

(boz-


qəhvəyi) 

Buğda 


Dən 

9,9 


4,42 

0,68 


1,4 

0,97 


6,0 

Küləş 


16,4 

7,32 


2,92 

6,5 


4,89 

9,6 


Arpa  

Dən 


8,5 

3,79 


0,88 

3,6 


2,58 

7,2 


Küləş 

 

14,2 



6,34 

3,90 


8,4 

6,02 


16,2 

Şabalıdı 

qələviləşmiş 

torpaqlada 

Buğda 

Dən 


8,1 

3,82 


0,63 

2,0 


0,78 

5,2 


Küləş 

14,6 


6,89 

3,10 


5,9 

2,25 


10,8 

Arpa 1,8 

Dən 

7,4 


3,49 

0,79 


1,8 

0,69 


5,6 

Küləş 


16,0 

7,55 


3,75 

5,9 


2,24 

12,4 


Boz-qonur 

torpaqlar 

Buğda 

Dən 


4,4 

0,94 


0,47 

5,3 


1,67 

5,5 


Küləş 

13,2 


2,80 

2,11 


12,9 

2,55 


10,1 

Arpa  


Dən 

3,3 


0,80 

0,67 


5,6 

1,14 


8,1 

Küləş 


14,1 

3,40 


2,62 

13,3 


2,81 

17,1 


 

Müxtəlif bitkilərin məhsullarında torium – 232-nin toplanmasına təsir 

göstərən  torpağın  aqrokimyəvi  xassələrindən  mübadilə  olunan  kalsiumun, 

kaliumun  və  mütəhərrik  fosforun  miqdarı  əsas  yeri  tutur.  Uran  –  238-dən 

fərqi  olaraq,  torpaqda  mübadilə  olunan  kalsiumun  miqdarı  ilə  bitkinin  ve-

getativ hissələrində toplanan torium – 232-nin qatılığı arasında müsbət kor-

relyativ asılılıq müəyyən olunmuşdur.  

Bitkilərdə  radionuklidlərin  toplanması  bir  çox  hallarda  onların  növ 

xüsusiyyətindən  asılıdır.  Cədvəl  2.46-da  müxtəli  növə  mənsub  olan 

bitkilərdə  onların  toplanmasını  göstərən  nəticələr  verilir.  Cədvəldən 

göründüyü  kimi  çay  yarpaqlarında  uran  –  238  və  torium  –  232  daha  çox, 


197 

 

buğda və arpanın dənində daha az toplanmışdır. Uran – 238  toplanmasında 



fərq 17,  torium – 232-nin toplanmasında 3,7 dəfə olmuşdur.  

Tədqiq  olunan  bitkilərdə  uran  –  238-in  akkumulyasiya  dərəcəsinin 

azalma sırası belədir: çay > soya > tütün >  noxud >  yonca> pambıq >  buğ-

da> arpa. Torium – 232-nin akkumulyasia dərəcəsinə görə bu sıra bir qədər 

fərqlidir:  çay>  noxud>  soya>  arpa  >buğda>  yonca>  tütün>  pambıq.  Bütün 

hallarda  uran  –  238  və  torium  –  232-nin  konsentrasiyası  bitkinin  vegetativ 

orqanlarında daha çoxdur, nəinki təsərrüfat əhəmiyyətli məhsullarında. Belə 

ki, soya, noxud, arpa və buğdanın küləşində uran -238 2,7 – 4,2 dəfə çöxdur, 

nəinki dəndə.  

 

2.6.10.Mineral gübrələrin tətbiqinin bitkilərdə uran -238 və torium – 



232-nin toplanmasına təsiri 

Kənd təsərrüfatı istehsalında mineral gübrəlrin tətbiqi torpaq – gübrə - 

bitki sistemində əlavə təbii radionuklidlərin cəlb  olunmasını qaçılmaz edir. 

Kənd təsərrüfatı yerlərində gübrələrlə torpağa daşınan uran – 232, torium – 

232  və radium – 226-nın təxminən 20 - 25% -i fosfor gübrələrində yerləşir, 

burada onların qatılığı 37- 370 Bk/kq arasında dəyişir (Arxipov, 1982).  

Kənd təsərrüfatı yerlərində torpağa mineral gübrələrin ilbəil verilməsi, 

onun  fiziki-kimyəvi,  aqrokimyəvi  xassələrinə  əhəmiyyətli  dərəcədə  təsir 

edir və radionuklidlərin torpaqdan bitkiyə daxil olma sürətini dəyişir. Radio-

nuklidlərin aqrokimyasının əsas vəzifəsi əkinçilikdə radionuklidlərin dövra-

nına gübrələrin müxtəlif növ və normalarının verilməsinin təsirinin öyrənil-

məsidir.  Bu  tədqiqatların  praktiki  əhəmiyyəti  radionuklidlərin  torpaq-bitki 

sisteminə  qida  və  yem  zəncirində  radionuklidlərin  hərəkətinin  ilkin  həlqəsi 

kimi daxil olmasının miqdarca qiymətləndirilməsinin labüdlüyündədir.     

Müxtəlif kənd təsərrüfatı bitkilərində təbii radionuklidlərin toplanma-

sına mineral gübrələrin təsirinin öyrənilməsi son dərəcə az öyrənilmişdir və 

əldə  olan  ədəbiyyat  mənbələri  alınmış  nəticələrin  bir-birinə  əks  olduğunu 

göstərir.  

Radium  -226  və  torium  –  232-nın  nitrofosla  torpağa  verilməsi  müx-

təlif kənd təsərrüfatı bitkilərində onların miqdarının artmasına səbəb olmadı. 

Radium  –  226  və  torium  –  226-nın  miqdarı  təcrübənin  müxtəlif  variantları 

şəraitində kənd təsərrüfatı bitkilərində praktiki olaraq bir-birindən fərq-lən-

mədi.  Radionuklidlər  gübrələrlə  birlikdə  torpağa  verildikdə    də  torpaqda 

onların miqdarı artmadı (Driçko və b., 1976).  

Mineral  gübrələrin  illik  normasının  N

500


  P

450


  K

250


  –yə  qədər  artırıl-

ması  torpaqda  torium  və  uranın  miqdarının  etibarlı  artmasına  gətirir,  lakin 

qarğıdalı bitkisinə radionuklidlərin daxil olmasına mineral  gübrələrin veril-

məsinin əhəmiyyətli təsiri olmadı. Mineral gübrələrin fonunda peyinin veril-



198 

 

məsi  yarpaq  əmələ  gəlməsi  dövründə  uranın  bitkilər  tərəfindən  udulmasını 



gücləndirir  və  yetişmə  fazasında  toriumun  daxil  olmasaını  zəiflədir 

(Kuznetsov, 1986). Həmin müəlliflərin digər təcübələrində göstərilir ki, qara 

torpaqlarda    NPK-nın  illik  norması  120-240  kq/ha  çatdırıldıqda  bitkilərdə 

təbii radionuklidlərin qatılığı gübrələnməmiş torpaqlarla müqayisədə dəyiş-

mir,  bozqırlarda  isə  hətta  radionuklidlərin  bitkilərə  daxil  olması  artır 

(Kuznetsov,1986).    

Abşeron  rayonunun  boz-qonur  torpaqlarında  mineral  gübrələrin  opti-

mal  və  yüksək  dozalarının  müxtəlif  kənd  təsərrüfatı  bitkilərində  məhsul-

darlığa, uran – 238 və torium – 232-nin toplanmasına təsiri öyrənilmişdir.  

Alınan nəticələr  göstərir ki,  mineral  gübrələrin həm  optimal, həm  də 

yüksək  dozada  verilməsi  müxtəlif  kənd  təsərrüfatı  bitkilərinin  məhsulunun 

xeyli artmasına səbəb olur. Bu zaman dəndə uran – 238-in miqdarı dəyişmir

payızlıq buğdanın küləşində isə onun qatılığı 2,3 – 20,5 % azalır.   

Xüsusən  yüksək  dozada  mineral  gübrələrin  təsirindən  bütün  tədqiq 

olunan bitkilərdə torium – 232-nin bəzi azalmaları müşahidə olunur. Mine-

ral gübrələrin yüksək dozada tətbiqi  soyanın dənində nəzarətlə müqayisədə, 

orta  hesabla  2  ildə  soyanın  dənində  11-24%,  arpada  17-36%,  buğdada  17-

30%  torium  –  232-nin  qatılığını  azaltmışdır.  Mineral  gübrələrin  təsirindən  

müxtəlif  kənd  təsərrüfatı  bitkilərində  uran  –  238  və  torium  –  232-nin  top-

lanmasına  dair  aparılan  tədqiqatların  nəticələri  aşağıdakı  cədvəldə  veril-

mişdir (cədvəl 2.47) :

 

Cədvəl  2.47 

Payızlıq buğdanın məhsulunda uran-238 və torium-232-nin qatılığına 

 mineral gübrələrin artan dozasının təsiri     

Variantlar 

Uran-238, cBk/kq 

Torium-232, cBk/kq  

1988 

1989 


1988 

1989 


Nəzarət 

4,5±0,17 

13,2±0,40 

4,2±0,18 

13,2±0,27 

5,8±0,05 

12,9±0,09 

4,8±0,35 

12,9±0,09 

N

160



 P

90

 K



60 

4,4±0,20 

12,1±1,22 

4,1±0,14 

13,0±0,44 

5,1±0,04 

11,8±0,24 

3,7±0,13 

11,6±0,21 

N

320



P

720


K

480


 

3,6±0,16 

11,4±1,27 

3,4±0,10 

11,7±0,50 

4,0±0,19 

10,1±0,30 

3,4±0,16 

9,3±0,28 

Aparılan tədqiqatlar  göstərdi ki,  mineral  gübrələrin  optimal, eləcə də 

yüksək dozada verilməsi müxtəlif kənd təsərrüfatı bitkilərində məhsuldarlığı 

artırmaqla yanaşı, onlarda uran - 238 və torium – 232-nin toplanmasını xeyli 

azaltdı. Bizim fikrimizcə, məhsulda uran – 238 və torium – 232-nin qatılı-

ğının  azalmasının  mümkün  olan  səbəblərindən  biri,  mineral  gübrələrin 

verilməsi  zamanı  torpaqda  bu  radionuklidlərin  suda  həll  olan  və  mübadilə 

olunan formalarınınpayının azalması, turşuda həll olan və fiksə edilən for- 



199 

 

malarının payının çoxalmasıdır.  



Təbii  radionuklidlərin  torpaq-bitki  sistemində  davranışının  öyrənil-

məsi:  bioloji  təhlükəli  radionuklidlərin  yerləşməsi  və  miqrasiyası,  onların 

müxtəlif bitki növlərinə daxil olması, müxtəlif kənd təsərrüfatı bitkilərində 

onların toplanmasına mineral gübrələrin təsiri–Azərbaycan Respublikasında 

radioekoloji  tədqiqatların  əsasını  qoydu.  Aparılmış  tədqiqatlar  prioritet 

xarakterli bir neçə nəticəyə gəlməyə imkan verir: 

1.  Respublikanın  müxtəlif  regionlarının  torpaqlarında  təbii  radionuk-

lidlərin öyrənilməsi  göstərdi ki,  onlar dağınıq xarakter daşıyır. Təbii radio-

nuklidlərin miqdarına görə torpaq tipləri arasında dəqiq fərqlər yoxdur.   

2.  Mineral  gübrələrin  optimal  və  yüksək  dozalarda  verilməsi  zamanı 

məhsulun  artmasıyla  yanaşı,  təbii  radionuklidlərin  dənli  sünbüllü  və  dənli 

paxlalı bitkilərin dənində və küləşində toplanması xeyli azalır.  

3.  Torpaq-  bitki  sistemində  təbii  radionuklidlərin  hər  tərəfli  öyrənil-

məsi, xüsusən ətraf mühitin şəraitindən asılı olaraq onların bitkinin müxtəlif 

hissələrində  lokalizasiyası  və  məhsulun  müxtəlif  hissələrində  toplanması, 

insan orqanizminə onların daxil olma yollarını təyin etməyə imkan verir.  

 4.  Belə  tədqiqatların  nəticələri  təbii  radionuklidlərlə  ərazinin  radio-

aktiv  çirklənməsi  şəraitində  kənd  təsərrüfatı  istehsalının  təşkilində  praktiki 

tövsiyyələrin hazırlanması üçün yaxşı əsas ola bilər; torpaq-bitki sistemində 

radioaktiv  maddələrin  miqrasiyasının  bioloji  dövranına  radionuklidlərin 

daxil  olmasının  miqdarca  qiymətləndirilməsində,  eləcə  də  kənd  təsərrüfatı 

bitkilərinin  radioaktiv  çirklənməsinin  azaldılmasında  praktiki  tədbirlər 

hazırlamaq üçün alınmış nəticələr istifadə oluna bilər. 

Azarbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV. Bakı şə-

həri, 30 dekabr 1997-ci il № 423-İQ. Maddə 15. Təbii radionuklidlərin təsi-

rindən  əhalinin  təhlükəsizliyinin  təmin  edilməsi.  İşçilərin  və  əhalinin  yaşa-

yış və istehsalat binalarında radon, onun parçalanma məhsulları, habelə di-

gər  təbii  radionuklidlərin  yaratdığı  şüalanma  normativlərlə  müəyyən  olun-

muş dozadan artıq olmamalıdır.       

Əhali və işçilərin təbii radionuklidlərin təsirindən mühafizəsi məqsədi 

ilə aşağıdakı tədbirlər həyata keçirilməlidir: qamma-şüalanmanın və torpaq-

dan ayrılan radonun səviyyəsini nəzərə almaqla binaların və qurğuların tikil-

məsi üçün zərərsiz (təhlükəsiz) torpaq sahələrinin ayrılması; radonun binaya 

daxil  olmasının  qarşısının  alınması  tədbirləri  nəzərə  alınmaqla  bina  və 

qurğuların  layihələşdirilməsi  və  tikilməsi;  yaşayış  binalarının  və  sənaye 


200 

 

(istehsal) qurğularının istismara qəbul edilməsi zamanı binaların daxilindəki 



havada  radonun,  təbii  radionuklidlərdən  və  digər  radioaktiv  maddələrdən 

qamma-şüalanmanın  dozasının  intensivliyinin  nəzərə  alınması,  tikinti  ma-

teriallarında  radiasiya  təhlükəsizliyi  üzrə  istehsalat  nəzarətinin  keçirilməsi; 

bina  və  qurğuların  istismarı  zamanı  otaqlarda  radonun  və  təbii  radionuk-

lidlərdə  qamma  və  digər  radioaktiv  şüalanmanın  səviyyəsinin  nəzərə  alın-

ması.  Bina və qurğularda təbii radionuklidlər, qamma-şüalanmanın və rado-

nun  miqdarının  normativlərə  uyğun  olmadığı  halda  bu  bina  və  qurğunun 

istifadə məqsədi dəyişdirilir.

 

Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinə cavab verməyən 



tikinti materialları və məmulatlarından istifadə etmək qadağan edilir.  Mad-

də 16. Qida  məhsulları  istehsalı və  istifadəsi  zamanı radiasiya təhlükəsizli-

yinin  təmin  edilməsinə  tələblər.  Ərzaq,  qida  məhsulları,  onlar  üçün  xam-

mallar, içməli su, onların emalı, istehsalı, saxlanması, daşınması, satışı (pay-

lanması)  və  istifadəsi  zamanı  onlarla  təmasda  olan  material  və  məmulatlar 

radiasiya təhlükəsizliyi tələblərinə cavab verməli və bu qanuna uyğun olaraq 

istehsalat nəzarətində olmalıdır. Radiasiya təhlükəsizliyi normalarına cavab 

verməyən  sənaye  və  ərzaq  məhsullarının  ölkəyə  gətirilməsinə  yol  verilmir.   

Maddə  17.  Tibbi  rentgen-radioloji  proseduralar  keçirilən  zaman  əhalinin 

radiasiya təhlukəsizliyinin təmin edilməsi. Əhali (xəstələr) tibbi rentgen-ra-

dioloji müayinədən keçirilən zaman qoruyucu vasitələrdən istifadə olunma-

lıdır. Əhalinin tibbi rentgen-radioloji müayinə zamanı şüalanma dozaları ra-

diasiya  təhlükəsizliyi  sahəsindəki  qayda,  norma  və  normativlərə  uyğun  ol-

malıdır. Tibbi rentgen-radioloji müayinə və  müalicə zamanı xəstənin tələbi 

ilə ona gözlənilən və ya aldığı şüalanma dozası və şüalanmanın mümkün nə-

ticəsi barədə tam məlumat verilməlidir. Epidemioloji nöqteyi-nəzərdən təh-

lükəli  xəstəliklərin  aşkar  edilməsi  məqsədi  ilə  aparılan  profilaktiki  müa-

yinələr,  habelə  rentgen  müayinəsi  yeganə  diaqnostik  vasitə  olduğu  hallar 

istisna olmaqla xəstə tibbi rentgen-radioloji müayinədən imtina edə bilər. 


Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin